Məzmuna keç

Səd ibn Hüzeyfə ibn Yəman

wikishia saytından
Səd ibn Hüzeyfə ibn Yəman
Səhabəsiİmam Əli (ə)
Qohum əqrəba arasında tanınmış şəxslərHüzeyfə ibn Yəman (atası ) - Səfvan ibn Hüzeyfə ibn Yəman (qardaşı)
Şəhadət günü və tarixiH.q 37
Şəhadətinin necəliyiSiffeyn döyüşünün şəhidlərindən
Önəmli işləriSiffeyn döyüşündə iştirakı


Səd ibn Hüzeyfə ibn Yəman (şəhadəti h.q. 37-ci il), (ərəbcə: سعد بن حذيفة بن اليمان) İmam Əlinin (ə) səhabələrindən olub və Siffeyn döyüşündə şəhid olmuşdur.[1] Sədın atası Hüzeyfə, Peyğəmbərin (s) səhabələrindən və İmam Əlinin (ə) tərəfdarlarından idi. Səd və qardaşı Səfvan atalarının vəsiyyətinə əsasən, Siffeyn döyüşündə İmam Əlinin (ə) kənarında olmuş və məhz bu döyüşdə şəhid olmuşlar.[2] Bəzi mənbələrdə onun adı “Səid” olaraq da qeyd edilmişdir.[3] Deyilənə görə, o, Səd ibn Məsuddan rəvayət nəql etmişdir.[4]

Təbərinin tarixində qeyd olunur ki, o, “Təvvabin” (tövbəkarlar) qiyamı zamanı sağ idi və Süleyman ibn Surəd Xüzai onunla əlaqə saxlayıb yardım istəmiş, Səd də yardım etməyə hazır olduğunu bildirmişdir.[5] Həmçinin Təbəri, Muxtar Səqəfi tərəfindən Səd ibn Hüzeyfəyənin Hülvan şəhərinə vali təyin edildiyini yazmışdır.[6] Buna görə də, Seyid Möhsün Əmin və digər bəzi tədqiqatçılar, Hüzeyfənin başqa bir Səd adlı oğlunun olduğunu bildirib, onun “Təvvabin” qiyamı və Muxtarın qiyamı dövründə hələ də sağ olma ehtimalını irəli sürmüşlər.[7]

Əlaqəli məqalələr

İstinadlar

  1. Xoyi, Mucəmur-ricaL, h.q 1413, c.10, s.131; Təfrişi, Nəqdur-rical, h.q 1418, c.2, s.420
  2. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.287; Əmin, Əyanuş-Şiə, h.q 1403, c.7, s.389
  3. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.287; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.3, s.370
  4. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.3, s.370
  5. Təbəri, Tarix-Təbəri, h.q 1382, c.4, s.430
  6. Təbəri, Tarix-Təbəri, h.q 1382, c.4, s.509
  7. Əmin, Əyanuş-Şiə, h.q 1403, c.7, s.389; Şüştəri, Qamusur-rical, h.q 1414, c.5, s.29

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, h.q 1385
  • Əmin, Seyid Möhsin, Əyanuş-Şiə, Beyrut, Darut-təaruf, h.q 1403
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Əmin, Seyid Möhsin, Əyanuş-Şiə, Təhqiq: Həsən Əl-Əmin, Beyrut, h.q 1403
  • Təfrişi, Seyid Mustafa, Nəqdu-rical, Təhqiq: Alul-beyt müəssisəsi, h.q 1418
  • Xoyi, Seyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, h.q 1413
  • Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1414
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarix-Təbəri, Beyrut, h.q 1382