Uzəyb əl-Hicanat

wikishia saytından

Uzəyb əl-Hicanat (ərəbcə: عذيب الهجانات) - Küfə yaxınlığında dayanacaq. Kərbəla vaqiəsində İmam Hüseyn (ə) və tərəfdarları zilhiccə ayının 28-də orada dayanıblar. Üzəyb əl-Hicanatda dörd küfəli- Tirimmah ibn Ədinin bələdçiliyi ilə İmam Hüseynə (ə) qoşulublar. Onlar Qeys ibn Mushir (və ya Musəhhər) Səydavinin şəhidlik xəbərini və Küfədə mövcud vəziyyəti İmam Hüseynə (ə) məruzə edirlər. Tirimmah elə həmin dayanacaqda İmamın (ə) və onun tərəfdarlarının şəhid olmasından xəbər tutmuşdur.

Coğrafi mövqeyi və etimologiyası

Uzəyb əl-Hicanat Qadisiyyədən dörd (təxminən 6, 5 km) və Muğəysədən otuz iki mil (təxminən 51 km) aralıda və Məkkədən Küfəyə gedən yolun üzərində yerləşir. Bu məntəqə Bəni-Təmimə aid olmuşdur.[1]

Uzəyb şirin, saf su deməkdir.[2] Hicanat isə gözəl, seçilmiş dəvələr deməkdir. Bu məkan Numanın dəvələrinin örüş yeri olmuş və elə həmin dəvələrin adı ilə də məşhurlaşmışdır.[3]

Hadisələr

İmam Hüseyn (ə) və onun tərəfdarları hicri-qəməri təqvimi ilə 60-cı il, zilhiccə ayının 28-də Uzəyb əl-Hicanatda dayanırlar. Burada olanda Qeys ibn Mushir (və ya Musəhhər) Səydavinin ölüm xəbərini alır.[4] İmam Hüseynin (ə) yolu Uzəybdən sonra Qadisiyyəyə, Hirəyə və sonra Küfəyə doğru olacaqdı. Lakin Hürr ibn Yəzid Riyahinin təkidi ilə yolunu Qəsr Bəni-Muqatilə tərəf dəyişir.[5]

Uzəyb əl-Hicanatda Tirimmah ibn Ədinin bələdçiliyi ilə Nafe ibn Hilal, Mucəmmi ibn Abdullah Aizi və Əmr ibn Xalid Səydavi İmam Hüseynə (ə) qoşulurlar.[6] Hürr onları yaxalamaq və ya geri qaytarmaq istəyəndə İmam (ə) ona mane olur. Onlar Küfənin gərgin vəziyyəti, Qeys ibn Mushir (və ya Musəhhər) Səydavinin ölüm xəbərini və böyük bir qoşunun İmamla (ə) müharibə etməyə hazırlaşdığını xəbər verirlər.[7] Mucəmmi ibn Abdullah Aizi deyir:

“Küfənin əyan və böyükləri aldıqları rüşvətlər hesabına sizə qarşı birləşiblər. Digər insanalrın qəlbi lehinizə, qılıncları isə əleyhinizədir”.[8]

Bu dayanacaqda İmam Hüseynlə (ə) Tirimmah söhbət edirlər.[9] Tirimmahın irəli sürdüyü təklifləri İmam (ə) qəbul etmir. Tirimmah elə həmin dayanacaqda Səmaə ibn Bədrdən İmam Hüseynin (ə) şəhidlik xəbərini alır.[10]

Seyyid ibn Tavusun bildirdiyinə görə, İbn Ziyadın, İmam Hüseynə (ə) qarşı sərt münasibət göstərməsi ilə əlaqədar məktubu Uzəyb əl-Hicanatda Hürrün əlinə çatır.[11] Digər tarixi qaynaqlara əsasən, İbn Ziyadın yazdığı məktub Neynəvada Hürrə təhvil verilir.[12]

İstinadlar

  1. Həməvi, Mucəmul-buldan, m. 1995, c.4, s.92
  2. Həməvi, Mucəmul-buldan, m. 1995, c.4, s.92
  3. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.49; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.404
  4. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.172; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.50
  5. Cəfəriyan, Ətləsu şiə, h.ş 1387, s.66
  6. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.49; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.172; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.173
  7. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.172; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.50
  8. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.174; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.49
  9. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.50; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.173; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.174
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.407; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.67
  11. İbn Tavus, Əl-Luhuf, h.q 1348, s.78
  12. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.408; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.83

Ədəbiyyat

  • İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir, h.q 1385 \ m. 1965
  • İbn Tavus, Seyyid Əli ibn Musa, Əl-Luhuf, Cahan nəşri, Tehran, h.q 1348
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Darul-fikr, Beyrut, h.q 1407 \ m. 1986
  • İbn Miskəveyh, Əbu Əli Razi, Təcaribul-uməm, Suruş, Tehran, h.ş 1379
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Darul-fikr, Beyrut, h.q 1417 \ m. 1996
  • Cəfəriyan, Rəsul, Ətləsu Şiə, Tehran, h.ş 1387
  • Həməvi Bağdadi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Daru sadir, Beyrut, m. 1995
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387 \ m. 1967