Vacibi-eyni

wikishia saytından
(Vacib eyni səhifəsindən yönləndirilmişdir)

Vacibi-eyni (ərəbcə: الواجب العيني) hər bir mükəlləfin yerinə yetirməli olduğu vacibdir. Vacibi-eyni, bir qrup şəxsin icra etməsilə digərlərinin öhdəliyindən götürülməsi sayılan vacibi-kifayinin müqabilindədir. Gündəlik namazlar, oruc, zəkat, ata-anaya yaxşılıq və mərhəmət, sileyi-rəhm (qohumları ziyarət etmək) vacibi-eynidəndir. Üsuli-fiqh alimlərinin fikrincə, bir məsələnin vacibi-eyni və vacibi-kifayi olmasında şəkk- şübhə olduqda, həmin məsələ vacibi-eyni olaraq götürülür.

Fiqhi tərifi

Vacibi-eyni - bütün mükəlləflərin icra etməklərinin vacib olduğu əməllərdir. Bu o deməkdir ki, mükəlləf ona da vacib olan əməli, başqaları yerinə yetirdiyi üçün tərk etməməlidir.[1] Gündəlik namazlar, oruc, həcc,[2] ata-anaya yaxşılıq, sileyi-rəhm (qohumlara baş çəkmək), əhdə vəfa, zəkat[3] vacibi-eynidən sayılırlar.

Vacibi-eyni ilə vacibi-kifayinin fərqi

Vacibi-eyni məxsus bir şəxsə aid olmayan vacibi-kifayinin əksidir; Yəni şəri cəhətdən kim bunu icra etsə, kifayətdir və buna görə də, bəzi mükəlləflərin bunu etməsilə, digərlərinin öhdəsindən bu vacib götürülür. [4] Məsələn, əmr be məruf ( yaxşılıqlara dəvət) və nəhy əz münkər (pisliklərdən çəkindirmək) etmək, cihad, salama cavab vermək,[5] ölünü kəfənləməkdəfn etmək, meyid namazı qılmaq, insanlara nicat vermək.[6]

Üsul-fiqh alimlərinin fikrincə, bəzi mükəlləflərin icrası ilə vacibatın başqalarının öhdəsindən götürülməyi o deməkdir ki, onlarda əməlin özü istənilir və icrası mühümdür, kimin yerinə yetirdiyi mühüm deyil.[7]

Vacibi-eyni və kifayini təyin etməyin yolu

Üsul-Fiqh alimləri deyirlər ki, bir məsələnin vacibi-eyni ya kifayi olmasına dəlillərimiz olmadığı zaman hökmü vacibi-eyni olaraq təyin edəcəyik,[8] çünki ağıl bunu deyir ki, Allahın əmrini başqalarınınnyerinə yetirməsilə bizim öhdəmizdən çıxmasına əmin olmadığımız zaman ona əməl etməliyik.[9]

İstinadlar

  1. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.140; Hüseyni, Əd-Dəlilul-fiqhi, m.2007, s.301; Vilayi, Fərhənge təşriyhi estelahate üsul, h.ş 1387, s.336
  2. Hüseyni, Əd-Dəlilul-fiqhi, m.2007, s.301
  3. Əl-Əcəm, Musuətu müstələhati üsulil-fihq indəl-muslimin, m.1998, c.2, s.1690
  4. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.140; Hüseyni, Əd-Dəlilul-fiqhi, m.2007, s.309; Vilayi, Fərhənge təşriyhi estelahate üsul, h.ş 1387, s.337
  5. Əl-Əcəm, Musuətu müstələhati üsulil-fihq indəl-muslimin, m.1998, c.1, s.140
  6. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.140
  7. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.140-141
  8. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.124-125; Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, s.252; Sübhani, Əl-Vəsit, h.ş 1388, s.1, s.100
  9. Müzəffər, Üsulul-fiqh, h.q 1430, c.1, s.124-125

Ədəbiyyat

  • Axund Xorasani, Məhəmməd Kazim, Kifayətul-üsul, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Əl-Əcəm, Rəfiq, Musuətu müstələhati üsulil-fihq indəl-muslimin, Beyrut, m.1998
  • Hüseyni, Məhəmməd, Əd-Dəlilul-fiqhi, Dəməşq, 1-ci çap, m.2007
  • Sübhani Təbrizi, Cəfər, Əl-Vəsit, Qum, İmam Sadiq (ə) müəssisəi, 4-cü çap, h.ş 1388
  • Müzəffər, Məhəmməd Rza, Üsulul-fiqh, Qum, İslami nəşri, 5-ci çap, h.q 1430
  • Vilayi, İsa, Fərhənge təşriyhi estelahate üsul, Tehran, 6-ci çap, h.ş 1387