Dəccal: Redaktələr arasındakı fərq
Yeni səhifə yaradıldı |
(Fərq yoxdur)
|
21:57, 20 avqust 2023 tarixinə olan versiya
Dəccal İmam Mehdinin (ə) düşmənlərindən olan şəxs və ya məxluqdur. Şiə rəvayətlərinə görə, Dəccalın meydana çıxması şiələrin 12-ci imamının zühur əlamətlərindəndir. O, sıxıntı və qıtlıq zamanı zühur edərək insanları aldadıb özünə tərəf çəkəcək və nəhayət, Mehdinin (ə) əli ilə məhv ediləcək. Bəzi İslam rəvayətlərinə görə, Dəccal allahlıq iddiası edib, çoxlu qan tökülməsinə və fitnələrə səbəb olacaq. Dəccalın zahiri xüsusiyyətləri yalnız sünni ravilərinin nəql etdiyi rəvayətlərdə qeyd olunub. Məsələn, sol gözünün alnının ortasında olması, sehr və caduda mahir olması kimi əlamətlər. Əlbəttə, Seyid Məhəmməd Sədr və Nasir Məkarim Şirazi kimi şiə təqlid mərcələri Dəccalın şəxsiyyət deyil, azğın bir hərəkat olduğuna inanırlar.
Dəccalın meydana çıxması Şiə hədis kitablarında yalnız bir neçə rəvayət vardır ki, onlara əsasən, Dəccalın meydana çıxması səmavi səs, Süfyaninin meydana çıxması və Yəmaninin qiyamı ilə birlikdə həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir. Bu rəvayətlər mötəbər və məqbul sayılmır. Bəzi sünni rəvayətlərində Dəccalın meydana çıxması Qiyamətin gəlişinin əlamətlərindən sayılır. Şiə rəvayət kitablarında Dəccalın meydana çıxması və zühurdan əvvəlki fitnələrdən bəhs edilmir və yalnız Dəccalın İmam Zaman (ə) və ya həzrət İsanın (ə) əli ilə öldürülməsindən bəhs edilir. Bu rəvayətlərdə əhli-sünnə rəvayətlərində əks olunan məsələlərə, o cümlədən, Dəccalın fitnələrinə, onun simasına və ardıcıllarına heç bir işarə olunmur. Şeyx Səduqun Peyğəmbərdən (s) nəql etdiyi bir hədisə görə, Dəccal keçmişdə xatırlansa da, onun varlığı gələcəkdir. Rəvayətlərə görə, Dəccal sıxıntı və qıtlıq zamanı meydana çıxır, insanları aldadır və özünə tərəf çəkir. Bəzi qeyri-qəti rəvayətlərdə Dəccalın meydana çıxdığı yer İsfahan və ya Xorasan kimi göstərilir.
Xüsusiyyətləri Əksəriyyəti sünni raviləri tərəfindən nəql edilən İslam rəvayətlərinə görə, Dəccal allahlıq iddiasında olur və dünyada qan tökülməsinə və fitnələrə səbəb olur. Sol gözü alnının ortasında yerləşir və ulduz kimi parlayır. Gözündə qan parçası var. O, çox iri və cüssəlidir. Əcaib formadadır və sehrdə çox bacarıqlıdır. Qarşısında insanların sehrin təsiri ilə çörək dağı kimi gördükləri qara dağ, arxasında isə insanlara axan su kimi görünən ağ dağ var. O, qışqırır: “Ey mənim bəndələrim! Mən sizin böyük və uca Rəbbinizəm”.
Rəvayətlərə görə, Dəccal Kufədə və ya Qüds yaxınlığında bir yerdə İmam Zaman (ə) tərəfindən dar ağacından asılacaq. Başqa bir rəvayətə görə, Dəccal Şamda həlak olacaq. İbrani dilində və yəhudi təlimlərində Dəccal sözü “Allahın düşməni” mənasını ifadə edir. Düşmən və əleyhdar mənasını verən “Dəc” və Allah mənasını verən “Al” sözlərinin birləşməsindən əmələ gəlib.
Dəccalın cərəyan olması Şiə təqlid mərcəi və müəllifi Seyid Məhəmməd Sədrin (şəhadəti: h. ş. 1377) “Tarixul-qeybətil-kubra” kitabında yazdığına görə, Dəccal küfr hərəkatını, azğın siyasi, fikri və iqtisadi hərəkatı nəzərdə tutan simvolik bir sözdür. O, rəvayətlərdə qeyd olunan Dəccalın uzunömürlülüyünü bu fikrin doğruluğuna dəlil hesab edib. Həmçinin, təqlid mərcələrindən Ayətullah Məkarim Şiraziyə görə, Dəccal tək bir şəxsə aid deyil. Əksinə, hiyləgər və aldadıcı insanları nəzərdə tutan ümumiləşdirimiş ifadədir. Onlar xalq kütlələrini cəlb etmək üçün istənilən vasitədən istifadə edirlər. Onun sözlərinə görə, bu mətləb Dəccal sözünün lüğəvi kökünə və bəzi hədis mənbələrinə əsaslanır.
Fars şeirində Dəccalın siması Dəccal fars poeziyasına 5-ci əsrdən daxil olub, lakin 6-cı əsr şairləri arasında Dəccalla bağlı mövzulardan istifadə tezliyi digər dövrlərə nisbətən daha çoxdur. Fars şeirində Dəccal daha çox İmam Mehdi (ə) və həzrət İsa (ə) ilə qarşılıqlı verilib. Əttar Nişapuri: Bu çörəkli Dəccaldan nə istəyirsən, bu özünü Mehdiliyə vuranlardan nə istəyirsən? O qədər Mehdi üzlü Dəccallar var ki, Dəccal kimi gümandan məstdirlər. Dəccalın ardınca (düşüb) bir neçə cadu alırsan, ibrət almaq vaxtı gəlib çatmadımı?
Hafiz Şirazi: Haradadır mülhid əməlli sufi Dəccal? (Ona) de ki, yansın, çünki dinə pənah verən Mehdi gəlib çıxdı.
5 və 6-cı əsr şiə şairi və arifi Sənai Qəznəvi Dəccal və miniyini bəzən cisim və mal (dünya malı) simvolu, bəzən də nəfsin simvolu hesab edib: Malı Dəccal bil, eşqi İsa san, İsa qoşununa qatıldınsa, Dəccalın boynunu vur. Nəfsin Dəccalın uzunqulağı kimi tamah və acgözlüyə əsir oldusa, bundan sonra yəhəri təqva miniyinə bağla.
Dəccal məfhumu müasir farsdilli şairlər arasında da geniş yayılıb və öz şeirlərində Dəccala işarə ediblər: Həmid Səbzvari: Həşəmətli İmam gəldi ki, küfrdən bayrağı alsın, Zülm sahiblərinin canına vəlvələ salsın. Dəccalı öldürən o gözəl üzlü Mehdi üzünü göstərdi ki, düşmənin ürəyinə başqa bir zərbə endirsin.
Əhməd Əzizi: Üzüqara Dəccalın aldığı zərbədən tezliklə Süfyan övladının heybəti sındı.
Şəfii Kədkəni kinayə ilə Pəhləvi dövrünün vəziyyətini Dəccalın gəlişinə bənzədir: Dəccalın gəlişinin sübhüdür, gül və lalə suyun qarşısını alır. Aydınlıq mahud qutularda köhnə qoz budağının üzərində qoymuş başını çiyninə, Namaz qılır, qorxu namazı.