Dəccal (ərəbcə: الدجال) İmam Mehdinin (ə) düşmənlərindən olan şəxs və ya məxluqdur. Şiə rəvayətlərinə görə, Dəccalın meydana çıxması şiələrin 12-ci imamının zühur əlamətlərindəndir. O, sıxıntı və qıtlıq zamanı zühur edərək insanları aldadıb özünə tərəf çəkəcək və nəhayət, Mehdinin (ə) əli ilə məhv ediləcək.
Bəzi İslam rəvayətlərinə görə, Dəccal allahlıq iddiası edib, çoxlu qan tökülməsinə və fitnələrə səbəb olacaq. Dəccalın zahiri xüsusiyyətləri yalnız sünni ravilərinin nəql etdiyi rəvayətlərdə qeyd olunub. Məsələn, sol gözünün alnının ortasında olması, sehr və caduda mahir olması kimi əlamətlər. Əlbəttə, Seyid Məhəmməd Sədr və Nasir Məkarim Şirazi kimi şiə təqlid mərcələri Dəccalın şəxsiyyət deyil, azğın bir hərəkat olduğuna inanırlar.
Dəccalın meydana çıxması
Şiə hədis kitablarında yalnız bir neçə rəvayət vardır ki, onlara əsasən, Dəccalın meydana çıxması səmavi səs, Süfyaninin meydana çıxması və Yəmaninin qiyamı ilə birlikdə həzrət Mehdinin (ə) zühur əlamətlərindəndir.[1] Bu rəvayətlər mötəbər və məqbul sayılmır.[2] Bəzi sünni rəvayətlərində Dəccalın meydana çıxması Qiyamətin gəlişinin əlamətlərindən sayılır.[3]
Şiə rəvayət kitablarında Dəccalın meydana çıxması və zühurdan əvvəlki fitnələrdən bəhs edilmir və yalnız Dəccalın İmam Zaman (ə) və ya həzrət İsanın (ə) əli ilə öldürülməsindən bəhs edilir.[4] Bu rəvayətlərdə əhli-sünnə rəvayətlərində əks olunan məsələlərə, o cümlədən, Dəccalın fitnələrinə, onun simasına və ardıcıllarına heç bir işarə olunmur. Şeyx Səduqun Peyğəmbərdən (s) nəql etdiyi bir hədisə görə, Dəccal keçmişdə xatırlansa da, onun varlığı gələcəkdir.[5]
Rəvayətlərə görə, Dəccal sıxıntı və qıtlıq zamanı meydana çıxır, insanları aldadır və özünə tərəf çəkir.[6] Bəzi qeyri-qəti rəvayətlərdə Dəccalın meydana çıxdığı yer İsfahan[7] və ya Xorasan[8] kimi göstərilir.
Xüsusiyyətləri
Əksəriyyəti sünni raviləri tərəfindən nəql edilən İslam rəvayətlərinə görə, Dəccal allahlıq iddiasında olur və dünyada qan tökülməsinə və fitnələrə səbəb olur. Sol gözü alnının ortasında yerləşir və ulduz kimi parlayır. Gözündə qan parçası var. O, çox iri və cüssəlidir. Əcaib formadadır və sehrdə çox bacarıqlıdır. Qarşısında insanların sehrin təsiri ilə çörək dağı kimi gördükləri qara dağ, arxasında isə insanlara axan su kimi görünən ağ dağ var. O, qışqırır: “Ey mənim bəndələrim! Mən sizin böyük və uca Rəbbinizəm”.[9]
Rəvayətlərə görə, Dəccal Kufədə və ya Qüds yaxınlığında bir yerdə İmam Zaman (ə) tərəfindən dar ağacından asılacaq.[10] Başqa bir rəvayətə görə, Dəccal Şamda həlak olacaq.[11]
İbrani dilində və yəhudi təlimlərində Dəccal sözü “Allahın düşməni” mənasını ifadə edir. Düşmən və əleyhdar mənasını verən “Dəc” və Allah mənasını verən “Al” sözlərinin birləşməsindən əmələ gəlib.[12]
Dəccalın cərəyan olması
Şiə təqlid mərcəi və müəllifi Seyyid Məhəmməd Sədrin (şəhadəti: h. ş. 1377) “Tarixul-qeybətil-kubra” kitabında yazdığına görə, Dəccal küfr hərəkatını, azğın siyasi, fikri və iqtisadi hərəkatı nəzərdə tutan simvolik bir sözdür. O, rəvayətlərdə qeyd olunan Dəccalın uzunömürlülüyünü bu fikrin doğruluğuna dəlil hesab edib.[13] Həmçinin, təqlid mərcələrindən Ayətullah Məkarim Şiraziyə görə, Dəccal tək bir şəxsə aid deyil. Əksinə, hiyləgər və aldadıcı insanları nəzərdə tutan ümumiləşdirimiş ifadədir. Onlar xalq kütlələrini cəlb etmək üçün istənilən vasitədən istifadə edirlər. Onun sözlərinə görə, bu mətləb Dəccal sözünün lüğəvi kökünə və bəzi hədis mənbələrinə əsaslanır.[14]
Fars şeirində Dəccalın siması
Dəccal fars poeziyasına 5-ci əsrdən daxil olub, lakin 6-cı əsr şairləri arasında Dəccalla bağlı mövzulardan istifadə tezliyi digər dövrlərə nisbətən daha çoxdur.[15] Fars şeirində Dəccal daha çox İmam Mehdi (ə) və həzrət İsa (ə) ilə qarşılıqlı verilib.
Əttar Nişapuri:
Hafiz Şirazi:
5 və 6-cı əsr şiə şairi və arifi Sənai Qəznəvi Dəccal və miniyini bəzən cisim və mal (dünya malı) simvolu, bəzən də nəfsin simvolu hesab edib:
Dəccal məfhumu müasir farsdilli şairlər arasında da geniş yayılıb və öz şeirlərində Dəccala işarə ediblər:
Həmid Səbzvari:
Əhməd Əzizi:
Şəfii Kədkəni kinayə ilə Pəhləvi dövrünün vəziyyətini Dəccalın gəlişinə bənzədir:
İstinadlar
- ↑ Hürr Amuli, İsbatul-huda, h.q 1425, c. 5, s. 354, Hədis 46
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c. 52, s. 193.
- ↑ Tirmizi, Sünənut-Tirmizi, h.q 1395, c. 4, s. 507-519.
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c. 52, s. 194 və 308.
- ↑ الدَّجَّالَ اسْمُهُ فِی الْأَوَّلِینَ وَ یخْرُجُ فِی الْآخِرِینَ Şeyx Səduq, Əl-xisal, h.ş 1362, c. 2, s. 457-458, Hədis 2.
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c. 52, s. 194 və 308.
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c. 52, s. 194
- ↑ İbn Tavus, Əlməlahim vəl-fitən, h.q 1416, s. 126.
- ↑ Qumi, Muntəhal-amal, h.ş 1378, 14-cü bab, 7-ci fəsil, s. 873-874.
- ↑ Hairi, İlzamin-nasib, h.q 1422, c. 2, s. 172.
- ↑ Nuri, Nəcmus-saqib, h.ş 1383, s. 185.
- ↑ Muhəmmədpur, Bərresiye tətbiqiye dəccal dər ədyane İran bastan və ədyane İbrahimi, s. 84-85 və 91 ; Xəzaili, İlame Quran, h.ş 1387, s. 478-479
- ↑ Sədr, Müəssisətul-İmamil-Məhdi(ə.f), h.q 1412, c. 2, s. 484.
- ↑ Məkarim Şirazi, Hökuməti cahaniye Məhdi (ə.f), h.ş 1386, s. 171-1712.
- ↑ Nəzəri, Bərresi və təhlile tətbiqiye dəccal dər şer farsi və rivayate islami, s. 35.
- ↑ Əttar, İlahi-namə, h.ş 1376, Beşinci hissə.
- ↑ Hafiz Şirazi, Divane əşar, Loğman nəşriyyat, 242-ci qəzəl.
- ↑ Sənai, Divane əşar, h.ş 1341, 316-ci qəzəl
- ↑ Sənai, Divane əşar, h.ş 1341, 31-ci qəsidə
- ↑ Səbzivari, Divane əşar, h.ş 1386, s. 172.
- ↑ Əzizi, Qövse qəzəl, h.ş 1368, s. 172.
- ↑ Şəfii Kədkəni, Əz zəbane bərg, h.ş 1386, s. 62
Ədəbiyyat
- İbn Tavus, Əli ibn Musa, Əlməlahim vəl-fitən : Əttəşrif bilminən fit-tərif bil-fitən, Qum, Müəssiseye sahibul-əmr, h.q 1416.
- Tirmizi, Muhəmməd ibn İsa, Sünənut-Tirmizi, Təhqiq və qeyd: Əhməd Muhəmməd Şakir və Muhəmməd Fuad Əbdulbaqi və İbrahim Utve Əvəz, Misir, Şirkətu məktəbə və mətbəətu Mustafa əlbabil-Hələbi, h.q 1395/miladi 1975
- Hairi, Əli, İlzamin-nasib, Beyrut çapı, Müəssisətul-ələmi lil-mətbuat, h.q 1422.
- Hafiz Şirazi Muhəmməd, Divane əşar, Düzəliş: Qasim Qəni və Muhəmməd Qəzvini, Tehran, Loğman nəşriyyat, Bita.
- Hürr Amuli, Muhəmməd ibn Hüseyn, İsbatul-huda: Bin-nususi vəl-möcüzat, Seyyid Şahabuddin Mərəşi Nəcəfinin müqəddiməsi ilə, Düzəliş: Ələddin Ələmi, Beyrut çapı, Müəssisətul-ələmi lil-mətbuat, h.q 1425.
- Səbzivari, Həmid, Divane əşar, Ayətullah Xameneinin müqəddiməsi ilə, Tehran, Kihan, h.ş 1368.
- Sənai, Əbulməcd, Divane əşar, Təhqiq: Müdərris Rəzəvi, Tehran, İbni Sina kitabxanası, h.ş 1431.
- Şəfii, Kədkəni, Muhəmmədrza, Əz zəbane bərg, Tehran, Tus, h.ş 1357.
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-xisal, Düzəliş: Əliəkbər Ğəffari, Qum, Came Müdərrisin, h.ş 1362.
- Sədr, Seyyid Muhəmməd, Müəssisətul-İmamul-Məhdi(ə.f), Beyrut, Darut-təarif lil-mətbuat, h.q 1412/miladi 1992.
- Əzizi, Əhməd, Qövse qəzəl, Tehran, Kitabe neyistan, h.ş 1386.
- Əttar Nişapuri, Muhəmməd ibn İbrahim, İlahi-namə, Düzəliş: Fuad Rəhmani, Zəvvar nəşir, Tehran, Beşinci çap, h.ş 1376.
- Əllamə Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru Ehyait-turasil-ərəbi, h.q 1403.
- Qumi, Əbbas, Muntəhal-amal, Qum, Müəssiseye İntişarate hicrət, h.ş 1378.
- Muhəmmədpur, Xeyrunnisa və Məsumə Zendiyyə, Bərresiye tətbiqiye dəccal dər ədyane İran bastan və ədyane İbrahimi, Dər fəslnameye mətbuate Quran, №:7, Payız, h.ş 1390.
- Məkarim Şirazi, Nasir, Hökuməti cahaniye Məhdi(ə.f), Qum, Nəsle cavan, h.ş 1386.
- Nəzəri, İlham, Bərresi və təhlile tətbiqiye dəccal dər şer farsi və rivayate islami, Fəslnameye pəjuheşe zəban və ədəbiyyate farsi, №: 57, Tabestan, h.ş 1399.
- Nuri, Hüseyn, Nəcmus-saqib: Muştəmil bər əhvale imame ğayib Həzrəti Bəqiyyətullah Sahibul-Əsr vəz-Zəman(ə.f), Müqəddimə: Mirza Şirazi, Qum, İntişarate məscide müqəddəse Cəmkəran, h.ş 1383.