Məzmuna keçin

İmam Hüseyn (ə): Redaktələr arasındakı fərq

132.724 bayt çıxarıldı ,  25 İyun 2023
redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 248: Sətir 248:
Hüseyn ibn Əlinin (ə) şəxsiyyəti və həyatı haqqında çoxlu məqalələr yazılmışdır. Onlardan bəzisi məqalə elanı verildikdən sonra “Məcmueye-məqalate-konqereye-melliye həmasaye Hoseyni” və “ Dirasatun və buhusun mutəmir Əl-imamil-Hüseyn”  kitablarında çap edilmişdir.

== Həyatı ==
Hüseyn ibn Əli (ə) [[Mədinə]] şəhərində dünyaya gəlmişdir. Məşhur nəzərə əsasən Onun (ə) təvəllüdü [[Hicrətin 4-ü|hicrətin dördüncü]] ilində olmuşdur.  Bununla yanaşı bəziləri Onun (ə) təvəllüdünü [[Hicrətin 3-ü|hicrətin üçüncü ilində]] olduğunu hesab etmişdir. 

İmam Hüseynin (ə) təvəllüdü məşhur nəzərə əsasən [[3 Şaban |Şaban ayının üçündə]] olmuşdur.  Lakin Şeyx Mufid İrşad kitabında İmam Hüseynin (ə) təvəllüdünü Şaban ayının beşində olduğunu bildirmişdir.
Şiə və [[Əhli-sünnət vəl-cəmaət|əhli-sünnənin]] tarixi məlumatlarında gəldiyinə əsasən Peyğəmbər (s) Onun (ə) təvəllüd zamanında ağlamış və şəhadətindən xəbər vermişdir.  Kafi kitabında nəql olunan bir hədisə əsasən Hüseyn (ə) nə anasından nə də başqa heç bir qadından süd içmədi.
Nəql olunmuşdur ki, [[Abbas ibn Əbdül-Mütəllib|Abbas ibn Əbdül-Mütəllibin]] həyat yoldaşı Ümmü-Fəzl yuxuda Peyğəmbərin (s) bədəninin bir hissəsinin onun ətəyinə qoyulduğunu görür və Peyğəmbər (s) onun yuxusunun yozumunda bildirir ki, Fatimənin bir oğul övladı dünyaya gələcək və sən onun dayəsi olacaqsan. Buna görə də İmam Hüseyn (ə) dünyaya gələndə Onun dayəliyini öhdəsinə aldı.  Bəzi mənbələr Abdullah ibn Yəqtirin anasını da Onun dayəsi hesab etmişdir. Lakin Hüseynin (ə) o iki qadından heç birindən süd içmədiyini bildirmişlər.
Əhli-sünnə mənbələrində gəldiyinə əsasən Peyğəmbər (s) öz [[Əhli-beyt|əhli-beyti]] arasında [[İmam Həsən (ə)|Həsən (ə)]] və Hüseyni (ə) digərlərindan daha çox sevmişdir.  Bu bağlılıq elə bir həddə idi ki, onlar məscidə daxil olduğu zaman Həzrət (s) xütbəsini yarımçıq qoyurdu, minbərdən aşağı enirdi və onları öz ağuşuna alırdı.  Peyğəmbərdən nəql olunur ki, bu ikisinə olan sevgi məni başqalarını sevməkdən saxlamışdır.
Hüseyn (ə) digər [[Kisa əhli|Kisa əhlinin]] (Ali-Əbanın) yanında Mübahilə hadisəsində iştirak etmişdir.  O (ə) Peyğəmbər (s) vəfat edən zaman yeddi yaşında olmuşdur. Buna görə də Onu (ə) sonuncu səhabələrdən hesab etmişlər.
=== Üç xəlifənin zamanında ===
İmam Hüseynin (ə) ömrünün 25 ili [[Üç xəlifə|üç xəlifənin]] zamanında keçmişdir. Amma [[Şiə|şiələrin]] üçüncü imamının həyatının bu dövrünün incəliyi haqqında əlimizdə elə də məlumat yoxdur. Bəlkə də bunun səbəbi İmam Əlinin (ə) və övladlarının bu müddətdə siyasi güşənişinliyidir. 
Nəql olunana əsasən,  ikinci xəlifə Ömərin xilafətinin əvvəllərində bir gün təxminən 9 yaşı olan imam Hüseyn (ə) [[Məscid|məscidə]] daxil olur. O (ə) [[Ömər ibn Xəttab|Öməri]] Peyğəmbər (s) minbərində xütbə söyləyən halda görür, minbərin yuxarısına çıxır və belə deyir: Atamın minbərindən aşağı düş və öz atanın minbərində otur! Ömər belə cavab verir: Atamın minbəri yox idi.  Tarixi mənbələrdə ikinci xəlifənin imam Hüseynə (ə) xüsusi hörmət göstərdiyi haqqında məlumatlar vardır.
[[Osman ibn Əbi Suqafə|Osman]] öz xilafəti zamanında [[Əbuzər Ğəffari|Əbuzəri]] Rəbəzəyə sürgün etdiyi və insanlara onu salmağı qadağan etdiyi zaman İmam Hüseyn (ə) atası və qardaşı imam Həsənlə (ə) və digər bir neçə nəfərlə birlikdə xəlifənin göstərişinin əksinə olaraq Əbuzəri yola saldı.
Bəzi əhli-sünnə mənbələri İmam Hüseynin h.q 26-cı ildə Afrika döyüşündə  və h.q 29-cu ildə Təbəristan döyüşündə iştirak etdiyinə  işarə edir. Lakin şiə mənbələrində bu haqda heç bir məlumat yoxdur. Tarixi mənbələrin çoxu qeyd olunan müharibələrin döyüş olmadan sülhlə qurtardığını qeyd edirlər.  Həsəneynin (imam Həsən və imam Hüseynin) bu döyüşlərdə iştirak etdiyi haqqında müvafiq və müxalif tərəflər vardır. Bəziləri o cümlədən Cəfər Mürtəza Amuli, bu məlumatların sənəd baxımından problemli olmasına və ümumiyyətlə İmamların (ə) bu cür fəthlərə qarşı olduğuna əsasən bu kimi tarixi məlumatları uydurulmuş hesab edir və İmam Əlinin (ə) [[Siffeyn döyüşü|Siffeyn döyüşündə]] Həsəneynə döyüş meydanına daxil olmaq icazəsi vermədiyini buna şahid olaraq göstərir.
Bəzi tarixi məlumatlara əsasən, Osmanın xilafətinin sonlarında bir qrup şəxs üsyan etdi və Osmanı öldürmək məqsədi ilə onun evinə hücum çəkdi. [[İmam Həsən (ə)]] və imam Hüseyn (ə) xəlifənin gördüyü işlərdən narazı olmasına baxmayaraq imam Əlinin (ə) göstərişinə əsasən Osmanın evini qorudu.  Bu məlumatla razılaşan və razılaşmayanlar vardır.  Seyyid Cəfər Mürtəza həzrət Əlinin (ə) Osmanın işlərindən ciddi narazı olması və yuxarıda qeyd olunan məlumata zidd olan rəvayətlər kimi tarixi kontekstlərə əsasən bu hadisənin doğruluğunu Osmanın imam Həsənin (ə) kömək etmək təklifini qəbul etməməsi hadisəsi kimi yalnış və qəbul olunmaz saymışdır. O, imam Əlinin “Osmanın qətlindən sevinmədiyini və narahat da olmadığını” deməsini həmçinin, Əli ibn Əbi Talibin (ə) zalımlara qarşı və məzlumların müdafiəsi haqqında olan daimi rəftarını dəlil olaraq gətirir və Baqir Şərif Qərəşinin “Həyatul-imamil-Hüseyn” kitabından nəql edərərək belə deyir: “ Bu hadisənin baş verdiyini fərz etsək belə, Həsəneynin Osmanın qanında şərik olmaq töhmətini uzaqlışdırmaq məqsədi ilə baş vermişdir”.  Seyyid Mürtəza Həsəneynin imam Əli (ə) tərəfindən göndərilməsi haqqında şəkk etdikdən sonra, bu işi qəsdən qətl törətməyin qarşısını almaq və Osmanın ailəsinə yemək və su çatdırmaq üçün olduğunu, Osmanın xilafətdən kənarlaşmasının qarşısını almaq üçün olmadığını bildirir və qeyd edir ki, Osman gördüyü nahaq işlər üzündən xilafətdən uzaqlaşmağa layiq idi.
: ''Həmçinin baxa bilərsiniz: [[Osmanın qətli macərası|Osmanın qətli macərası]]''
=== İmam Əlinin (ə) hakimiyyət dövründə ===
[[İmam Əli (ə)|İmam Əlinin (ə)]] hakimiyyət dövrü haqqında olan azsaylı məlumatlara əsasən Hüseyn (ə) insanlar Əmirəl-mömininlə (ə) [[Beyət|beyət]] etdikdən sonra xütbə oxudu.  [[Cəməl döyüşü|Cəməl müharibəsində]] qoşunun sol tərəfinin komandiriliyini öhdəsinə almış,  [[Siffeyn döyüşü|Siffeyn döyüşündə]] insanları [[Cihad|cihada]] həvəsləndirmək üçün xütbə oxumuşdur.  Bəzi tarixi mənbələrin məlumatına əsasən, Siffeyn döyüşündə qoşunun sol tərəfinin komandiri olmuşdur.  Deyilənə əsasən, İmam Hüseynin (ə) suyun Şamlılardan geri almaq hadisəsində iştirak etmişdir. Bundan sonra imam Əli (ə) belə buyurmuşdur: ”Bu Hüseynin bərəkəti sayəsində əldə etdiyimiz ilk qələbədir”.  Siffeyn döyüşü haqqında olan məlumatlara əsasən imam Əli (ə) Həsəneynin (ə) döyüşməsinin qarşısını almış, bunun səbəbini Peyğəmbər (s) nəslinin qorunmasını göstərmişdir.  Bəzi mənbələrin nəqlinə əsasən O (ə) [[Nəhrəvan döyüşü|Nəhrəvan döyüşündə]] də iştirak etmişdir.
Mənbələrdən çoxunun dediyinə əsasən, imam Hüseyn (ə) imam Əlinin (ə) şəhadət zamanı yanında olmuş  və Həzrətin (ə) dəfn işlərində iştirak etmişdir.  Amma [[Əl-Kafi (kitab)|Əl-kafi]] və Ənsabul-əşraf kitabının verdiyi məlumata əsasən isə, imam Hüseyn (ə) atası zərbətlənən vaxt imam Əlinin (ə) ona verdiyi ezamiyyət əsasında Mədaində imiş və imam Həsənin (ə) ona məktub yazaraq hadisədən agah etmiş və O (ə) Kufəyə qayıtmışdır.
=== İmam Həsənin (ə) zamanında ===
Tarixi məlumatlarda Hüseyn ibn Əlinin (ə) öz qardaşı imam Həsənə (ə) xüsusi hörmət göstərdiyi deyilir. Nəql olunana əsasən [[İmam Həsən (ə)|imam Həsən (ə)]] bir məclisdə iştirak etdiyi vaxt İmam Hüseyn (ə) Ona hörmət əlaməti olaraq danışmırdı.  İmam Əlinin (ə) şəhadətindən sonra Şamlılarla döyüşməyə israrlı olan [[Xəvaric|Xəvaricdən]] olan bir qrup imam Həsənlə (ə) beyət etməkdən imtina etdi və İmam Hüseynlə (ə) beyət etmək üçün Həzrətin (ə) yanına gəldilər. Lakin Həzrət (ə) belə dedi: Həsən sağ olduğu müddətdə sizin beyətinizi qəbul etməkdən Allaha sığınıram.
[[Müaviyə ibn Əbi Süfyan|Müaviyə]] ilə sülh hadisəsində O (ə) etirazçı şiələrində müqabilində qardaşını himayə edirdi və onun addımını təsdiqləyirdi.  Nəql olunana əsasən həzrət (ə) belə buyurmuşdur: O ( imam Həsən) mənim imamımdır.  Bəzi tarixi məlumatlara əsasən sülh baş tutduqdan sonra imam Hüseyn (ə) imam Həsən (ə) kimi Müaviyə ilə beyət etdi  və hətta imam Həsənin (ə) şəhdətindən sonra öz əhdinə sadiq qaldı.  Bunun müqabilində isə imam Hüseynin (ə) etmədiyi haqqında məlumatlar dayanır.  Bəzi mənbələrin verdiyi məlumata əsasən O (ə) sülhdən narazı idi və imam Həsənin (ə) Müaviyənin yalanına inanmaq üçün and verdi.  Bəzi araşdırmaçılar bu məlumatların bəzi hədislərlə və tarixi kontekstlərlə uyğun gəlmədiyini bildirmişdir.  Misal olaraq, İmam Hüseynin (ə) sülhə qarşı etiraz edən bir qrupun Həzrətdən (ə) şiələri Müaviyəyə qarşı hücum üçün toplmağını istədikləri zaman verdiyi “Biz əhd bağlamışıq və öz əhdimizi heç vaxt sındırmayacağıq”  cavabını göstərmək olar. Digər bir nəqlə əsasən Həzrət (ə) etirazçılara belə dedi: Müaviyə sağ olduğu müddətdə gözləyin. O, öldüyü zaman qərar verərik.  Hətta imam Həsənin (ə) şəhadətindən sonra şiələr Onu (ə) qiyama dəvət edərkən onlara verdiyi cavabda [[İmam Həsən (ə)|imam Həsənin (ə)]] sülh qərarını müdafiə etməklə yanaşı Müaviyə sağ olduğu müddətdə bu işin görüləcəyini qəbul etmədi.  İmam Hüseyn (ə) h.q 41-ci ildə Müaviyə ilə sülh bağladıqdan sonra qardaşı ilə birlikdə [[Kufə|Kufədən]] Mədinəyə qayıtdı.
=== Həyat yoldaşları və övladları ===
İmam Hüseynin (ə) övladlarının sayı haqqında fikir ixtilafı vardır. Bu mənbələrdən bəzisi Həzrətin (ə) övladlarını dörd oğlan və iki qız,  bəzi mənbələr altı oğlan və üç qız olaraq qeyd etmişdir.                         
Altıncı əsrin mənbələrindən olan Ənsabul-əşraf kitabında  Həzrətin (ə) [[İmam Hüseynin (ə) qızı Rüqəyyə|Rüqəyyə]] qızının adı keçmiş, yeddinci əsrin mənbələrindən sayılan Kamile-Bəhayi kitabında İmam Hüseynin (ə) [[Şam|Şamda]] dəfn olunan dörd yaşlı qızının olduğu deyilmişdir.  Son dövürlərə aid sayılan mənbələrdə Rüqəyyə adı geniş əks-səda doğurmuşdur.  Həmçinin bəzi mənbələrdə Şəhribanunun oğlu Əli-Əsğər, Rübabın oğlu Məhəmməd və (anasının adı qeyd olunmadan) Zeynəb adlı qız övladı İmam Hüseynin (ə) övladı olaraq gətirilmişdir.  İbn Təlhə Şafei “Mətalibus-səul fi mənaqibi Alir-Rəsul” adlı kitabda İmamın (ə) övladlarının sayının on nəfər olduğunu demişdir.
== İmamət dövrü ==
İmam Hüseynin (ə) [[İmamət|imamətinin]] başlanğıcı [[Müaviyə ibn Əbi Süfyan|Müaviyə]] hakimiyyətinin onuncu ilinə təsadüf edirdi. Müaviyə h.q 41-ci ildə  [[İmam Həsənin (ə) sülhü|imam Həsənlə (ə) sülh etdikdən]] sonra hakimiyyəti ələ aldı və Əməvi xilafətinin əsasını qoydu. Əhli-sünnə mənbələri onu zirəng və dözümlü şəxs olaraq adlandırmışdır.  Onun dinin zahirinə əməl edirdi və öz xilafətini möhkəmləndirmək üçün dinin bəzi əsaslarından kömək alırdı.  Zor gücünə və siyasai hiylələr işlətməklə qüdrəti ələ almağına baxmayaraq  öz hakimiyyətini Allah tərəfindən və ilahi qəza əsasında olduğunu düşünürdü.  Müaviyə özünü [[Şam]] əhalisi üçün peyğəmbərlərin sırasında sayılan, Allahın saleh bəndələrindən və dinin və onun hökümlərinin müdafiəçisi olan biri olaraq tanıtdırırdı.  Tarixi mənbələrdə Müaviyənin xilafəti səltənəntə çevirdiyi  və aşkar şəkildə insanların dindarlığı ilə işinin olmadığını söyləməsi gəlmişdir. 
Müaviyənin hakimiyyət dövrünün məsələlərindən biri insanlardan bir qrupunun məxsusən İraq camaatının arasında şiə əqidəsinin olmasıdır. İmam Əlinin (ə) və Əhli beytin (ə) nüfuzu sayəsində möhkəm dayağı olan şiənin əksinə olaraq xəvaricin insanlar arasında elə də mövqeyi yox idi.  Buna görə də Müaviyə və onun məmurları istər sazişkərane istərsə də səxtgirane formada şiə cərəyanı ilə rəftar edirdilər. Müaviyənin ən mühüm üslublarından biri insanlar arasında [[İmam Əli (ə)|imam Əliyə (ə)]] qarşı nifrət yaratmaq idi. İş o yerə çatdı ki, [[İmam Əlini (ə) söymək və lənətləmək]] Müaviyənin zamanında və sonradan Əməvilərin dövründə əməl edilən sünnə (yaxşı bir iş) formasında davam etdi. 
Müaviyə öz hakimiyyətinin sütunlarını möhkəmləndirdikdən sonra şiələrə qarşı əzmək və təzyiq göstərmək siyasətindən istifadə etdi və öz işçilərinə Əlinin (ə) dostlarının adını hökumət divanından silməyi və onların [[Beytülmal|beytülmaldan]] olan gəlirini kəsməyi və onların şahidliyini qəbul etməməyi tapşırdı.  O, həmçinin [[İmam Əlinin (ə) fəzilətləri|imam Əlinin (ə) fəzilətlərini]] nəql edən şəxsləri hədələdi. İş o yerə çatdı ki, mühəddislər (hədis nəql edən şəxslər) imam Əlini  adını “Qüreyşdən olan bir kişi”, “Peyğəmbərin səhabələrindən biri”, “Əbu Zeynəb” olaraq qeyd edirdilər.
=== İmamət dəlilləri ===
İmam Hüseyn (ə) h.q 50-ci ildə qardaşının [[Şəhadət|şəhadətindən]] sonra [[İmamət|imamətə]] çatdı və [[Hicrətin 61-ci ili|h.q 61-ci ilin]] ilk günlərinə qədər şiələrin rəhbərliyi Onun öhdəsində idi.  Şiə alimləri [[Şiə]] imamlarının imamlığı üçün ümumi dəlillər gəirməkdən  əlavə hər bir imamın imamlığı üçün xüsusi dəlillər də qeyd etmişdir. [[Şeyx Müfid]] özünün İrşad kitabında Hüseyn ibn Əlinin (ə) imamlığı haqqında olan bəzi hədislərə o cümlədən Peyğəmbərin (s) bu hədisinə işarə etmişdir: “Bu iki övladım (Həsən və Hüseyn) istər qiyam etsinlər istərsə də qiyam etməsinlər imamdır”.  Həmçinin imam Əli (ə) şəhadət zamanında Hüseynin (ə) Həsəndən (ə) sonra imam olduğuna təkid etdi.  İmam Həsən (ə) də şəhadət zamanında [[Məhəmməd ibn Hənəfiyyə|Məhəmməd Hənəfiyyəyə]] etdiyi vəsiyyətdə Hüseyn ibn Əlini (ə) özündən sonra imam olaraq tanıtdırdı.  Şeyx bu hədisləri dəlil tutaraq imam Hüseynin (ə) imamətini möhkəm və dəqiq hesab edir. Onun sözlərinə əsasən, imam Hüseyn (ə) [[Təqiyyə|təqiyyəyə]] görə və imam Həsənin (ə) sülh hadisəsində bağladığı əhdə əsasən Müaviyənin ölümünə qədər insanları özünə tərəf dəvət etmədi. Lakin Müaviyənin ölümündən sonra öz (imamlıq) işini aşkara çıxartdı və öz məqamını agah olmayan insanlar üçün aydınlaşdırdı.
Mənbələrdə qeyd olunana əsasən, Hüseyn (ə) h.q 60-cı ildə [[Mədinə|Mədinədən]] çıxmazdan əvvəl [[İmam Səccad (ə)|İmam Səccada (ə)]] çatdırmaq üçün vəsiyyətlərindən və imamət əmanətlərindən bəzisini [[Ümmü-Sələmə (peyğəmbərin həyat yoldaşı)|Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələməyə]],  qalan bəzisini isə h.q 61-ci ildə Məhərrəm ayında öz [[Şəhadət|şəhadətindən]] öncə böyük qızı [[İmam Hüseynin (ə) qızı Fatimə |Fatiməyə]]  verdi.
=== İmam Həsənin (ə) sülhünə bağlılığı ===
İmam Hüseyn (ə) [[Müaviyə ibn Əbi Süfyan|Müaviyə]] hakimiyyəti dövründə qardaşının Müaviyə ilə bağladığı sülh müqaviləsinə vəfalı qaldı  və Həzrət (ə) bir qrup şiənin Onun rəhbərliyini qəbul etməyə və Bəni-Üməyyəyə qarşı qiyam etməyə hazır olduqlarını bildirərək yazdığı məktubun cavabında belə yazdı: İndi mənim belə bir fikrim yoxdur. Müaviyə sağ olduğu müddətdə addım atmayın və evlərinizdə gizlənin və sizə qarşı bədgümanlıq gətirən işlərdən çəkinin. Əgər o ölərsə və mən sağ qalaramsa o zaman öz fikrimi sizin üçün yazacağam.
==== Müaviyənin addımları müqabilində mövqeləri ====
İmam Hüseynin (ə) Müaviyənin hakimiyyəti zamanında ona qarşı bir iş görmədiyinə baxmayaraq, tarix araşdırmaçısı Rəsul Cəfəriyanın dediyinə əsasən, İmamın (ə) Müaviyə ilə əlaqələri və aralarında olan danışıqlar İmamın (ə) siyasi baxımından Müaviyə hakimiyyətinin tam olaraq qanuniliyini qəbul etmədiyini və onun qarşısında təslim olmadığınə göstərir.  Hüseyn ibn Əli (ə) ilə Müaviyə arasında olan məktublar həmin göstəricilərdən bəzisidir. Eyni halda da tarixi məlumatlara əsasən Müaviyə digər [[Üç xəlifə|üç xəlifə]] kimi zahirdə Hüseyn ibn Əliyə (ə) hörmət göstərir və Onu (ə) böyük sayırdı  və öz məmurlarına Peyğəmbər (s) övladına əziyyət verməməyi və hörmətsizlik etməkdən çəkinməyi tapşırmışdı.
Müaviyə öz övladı [[Yezid ibn Müaviyə|Yezidə]] vəsiyyət edərkən imam Hüseynin (ə) məqamına təkid etdi və Onun insanların ən sevimlisi olduğunu bildirdi,  onun İmam Hüseynə (ə) qələbə çaldığı halda Hüseynin haqqının böyük olduğu üçün Ona güzəştə getməyi tapşırdı. 
==== İmam Əlinin (ə) dostlarının öldürülməsinə etiraz etmək ====
Müaviyənin Hücr ibn Ədiyy, [[Əmr ibn Həmiq Xuzai]] və [[Abdullah ibn Yəhya Həzrəmi]] kimi şəxsləri öldürməsi İmam Hüseynin (ə) ona bərk etiraz etməsinə səbəb olduğu yerlərdən idi.  Müxtəlif mənbələrin verdiyi məlumata əsasən imam Hüseyn (ə) Müaviyəyə məktub yazdı və imam Əlinin (ə) dostlarının qətlə yetirilməsini pislədi və Müaviyənin bəzi yalnış işlərini sayaraq onu tənqid etdi və dedi: “Mən özüm və dinim üçün sənə qarşı cihad etməkdən daha üstün olan bir şey bilmirəm ”. Bu məktubun ardında belə gəlmişdir: “Mən bu [[Ümmət|ümmət]] üçün sənin hakimiyyətindən daha böyük bir fitnə tanımıram”.
Həmçinin nəql olunmuşdur ki, Müaviyə [[Həcc|həcc]] səfərində  imam Hüseynlə (ə) qarşılaşan zaman O həzrətə (ə) belə dedi: Hücr ibn Ədiyyin və dostlarının və atanın şiələrinin başına nələr gətirdiyimizi eşitmisən ? İmam buyurdu: Nə etmisiz ? Müaviyə dedi: Onları öldürdük, kəfənlədik, onlara namaz qıldıq və dəfn etdik. Hüseyn ibn Əli (ə) buyurdu: Amma biz sənin dostlarını öldürsək nə onları kəfənləyəcik, nə onlara namaz qılacağıq nə də ki, onları dəfn edəcəyik.
==== Yezidin canişinliyinə etiraz etmək ====
Müaviyə h.q 56-cı ildə [[İmam Həsənin (ə) sülhü|sülhnamənin]] ( heç kimi öz canişini təyin etməmək haqqında ) məzmunun əksinə olaraq insanları Yezidə özünün canişini olaraq beyət etməyə çağırdı  və bəzi şəxsiyyətlər o cümlədən imam Hüseyn (ə) beyət etməkdən imtina etdilər. Müaviyə şəhər böyüklərinin Yezidin canişnliyi üçün fikrini cəlb etməkdən ötrü Mədinəyə getdi.  İmam Hüseyn (ə) Müaviyənin , [[Abdullah ibn Abbas|İbn Abbasın]] və bəzi Əməvi ailəsinin və saray əhlinin iştirak etdiyi məclisdə Müaviyəni tənqid etdi və Yezidin xüsusiyyətlərinə işarə edərək Müaviyəni onun canişinliyi üçün çalışmaqdan çəkindirdi və öz haqqına və məqamına təkid edərək, Müaviyənin Yezidin canişinliyi üçün beyət əldə etməkdən ötrü gətirdiyi dəlilləri sıradan çıxarmağa başladı.
Həmçinin sıravi insanların iştirak etdiyi digər bir məclisdə imam Hüseyn (ə) Müaviyənin Yezidin ləyaqəti haqqında olan sözlərinə reaksiya verərək özünü fərdi və ailəvi xüsusiyyətləri baxımından xilafətə daha layiq hesab etdi və Yezidi şərabxor və şəhvət əhli adlandırdı.
==== İmam Hüseynin (ə) Minada oxuduğu xütbə ====
İmam Hüseyn (ə) [[Hicrətin 58-ci ili|h.q 58-ci ildə]] Müaviyənin ölümündən iki il əvvəl [[Mina|Minada]] etirazdolu bir xütbə oxudu.  Bu dövürdə Müaviyənin [[Şiə|şiələrə]] qarşı təzyiqi zirvə həddinə çatmışdı.  Hüseyn ibn Əli (ə) bu xütbədə [[İmam Əlinin (ə) fəzilətləri|Əmirəlmömininin və Əhli-beytin fəzilətlərini]] saymaqla və [[Əmr be məruf|yaxşılığa əmr edib]] pislikdən çəkindirməyə dəvət etməklə və islami vəzifənin əhəmiyyətinə təkid etməklə yanaşı, alimlərin vəzifəsini və onların zülmün qarşısında qiyam etməli olduqlarını və zalımların qarşısında alimlərin susmağının ziyanlarını xatırlatdı.
=== Yezidin xilafətinə qarşı reaksiya ===
H.q 60-cı ildə [[15 Rəcəb|Rəcəb ayının 15-də]] Müaviyənin ölümündən sonra Yezid hakimiyyətə gəldi  və Onun canişinliyini qəbul etməyən bir neçə böyük şəxsiyyətdən o cümlədən imam Hüseyndən (ə) beyət almaq qərarına gəldi.  Lakin imam Hüseyn (ə) [[Beyət|beyət]] etməkdən imtina etdi  və Rəcəb ayının 28-də ailəsi və dostları ilə birlikdə Məkkəyə getmək üçün Mədinədən çıxdı.
İmam (ə) Məkkəyə çatarkən Məkkə camaatı və ümrəyə gələnlər həzrəti qarşıladı  və dörd aydan artıq bir müddətdə (şabanın 3-dən zil-hiccənin 8-ə qədər) bu şəhərdə qaldı.  Bu vaxt ərzində Kufə şiələri üçüncü imamın beyət etməməsindən xəbərdar oldular. Ona (ə) məktublar yazdılar və Kufəyə dəvət etdilər.  Hüseyn ibn Əli (ə) [[Kufə]] camaatının onunla həmfikir olmasından və dəvətlərinin ciddiliyindən arxayın olmaq və Kufənin vəziyyətini Həzrətə (ə) məruzə etmək üçün Müslüm ibn Əqili Kufəyə göndərdi. [[Müslim ibn Əqil|Müslüm]] insanların onu necə qarşılamasını və beyətini gördükdən sonra imam Hüseyni (ə) Kufəyə dəvət etdi.  İmam (ə) da Zil-hiccə ayının 8-də ailəsi və yaxınları ilə birlikdə Məkkədən Kufə istiqamətinə hərəkət etdi.
Bəzi məlumatlara əsasən, imam Hüseyn (ə) onun öldürülmə planından xəbərdar olmuşdu və Məkkənin ehtiramını saxlamaq üçün bu şəhərdən çıxdı və İraqa tərəf getdi.
== Kərbəla hadisəsi ==
: ''Əsas məqalə: [[Kərbəla hadisəsi]]''
İmam Hüseynin (ə) və dostlarının [[Şəhadət|şəhadətə]] çatması ilə nəticələnən Kərbəla hadisəsi Həzrətin (ə) həyatının ən mühüm hissəsi sayılır. Bəzi məlumatlara əsasən, imam Hüseyn (ə) İraqa tərəf hərəkət etməmişdən əvvəl şəhid olacağından xəbərdar idi. Bu hadisə Onun (ə) Yezidlə [[Beyət|beyətdən]] imtina etməsindən sonra baş verdi. [[Kufə|Kufəlilərin]] dəvət etdiyi üçün ailəsi  və dostları ilə birlikdə bu şəhərə tərəf hərəkət edən imam Hüseyn (ə) [[Zu-husəm]] adlı məntəqədə [[Hürr ibn Yezid Riyahi|Hürr ibn Yezid Riyahinin]] komandirliyi altında olan qoşunla qarşılaşdı və öz yolunu dəyişməyə məcbur oldu.
Mənbələrin çoxunun nəqlinə əsasən, onlar [[2 Məhərrəm |Məhərrəm ayının 2-də]] Kərbəlaya çatdılar  və o günün sabahı Ömər ibn Sədin başçılığı altında Kufə camaatından olan [[Ömər ibn Sədin qoşunu|dörd min nəfərlik qoşun]] Kərbəlaya daxil oldu.  Tarixi məlumatlara əsasən, Hüseyn ibn Əli (ə) ilə Ömər Səd arasında bir neçə dəfə müzakirə baş verdi.  Lakin İbn Ziyad Hüseynin (ə) Yezidlə beyət etməsindən və ya döyüşdən başqa bir şeyə razı olmadı.
Ömər Sədin qoşunu [[Tasua günü|tasua günü]] günortadan sonra döyüşə hazır oldu. Lakin imam Hüseyn (ə) o gecəni Allahla münacat etmək üçün möhlət aldı.  Həzrət (ə) [[Aşura gecəsi|Aşura gecəsində]] öz dostları üçün söhbət etdi və onlardan beyəti götürdü və onlara getmək icazəsi verdi. Amma onlar vəfalı olduqlarını və Həzrəti (ə) himayə etdiklərinə təkid etdilər.
[[Aşura günü]] səhər döyüş başladı və günortaya qədər imam Hüseynin (ə) dostlarından çoxu şəhadətə çatdı.  Döyüş müddətində Kufə qoşununun komandirlərindən olan Hürr ibn Yezid İmam Hüseynə (ə) qoşuldu.  Dostları şəhid olduqdan sonra İmamın (ə) yaxınları meydana getdilər. Onların birincisi [[Həzrət Əli Əkbər (ə)|Əli Əkbər]] idi.  Onlar da bir-birinin ardıyca şəhadətə çatdılar. Sonra isə Hüseyn ibn Əli (ə) özü meydana getdi və Məhərrəm ayının onunda günortadan sonra şəhadətə çatdı. [[Şimr ibn Zil-Cəvşən|Şimr ibn Zil-couşən]],  digər bir nəqlə əsasən isə [[Sənan ibn Ənəs]]  Həzrətin (ə) başını bədənindən ayırdı. Hüseyn ibn Əlinin (ə) başı həmin gün İbn Ziyad üçün göndərildi.
Ömər Səd İbn Ziyadın göstərişini yerinə yetirmək üçün Ömər Sədin verdiyi əmr əsasında bir neçə atlı [[İmam Hüseyn (ə)|İmamın (ə)]] bədəni üzərində at çapdılar və Həzrətin (ə) sümüklərini sındırdılar.  Qadınlar, uşaqlar və həmin gün xəstə olan imam Səccad (ə) əsir alındı və [[Kufə|Kufəyə]], sonra isə Şama göndərildi.  İmam Hüseynin (ə) və Həzrətin (ə) dostlarından olan təxminən 72 nəfərin  cəsədi [[11 Məhərrəm|Məhərrəm ayının 11-də]]  və ya [[13 Məhərrəm|13-də]] Bəni-Əsəd qəbiləsindən olan bir qrup şəxsin vasitəsi ilə, bir nəqlə əsasən [[İmam Səccad (ə)|imam Səccadın (ə)]] iştirakı ilə həmin şəhid olduqları yerdə dəfn edildi.
=== Baxışlar və nəticələr ===
Əsas məqalə: İmam Hüseynin (ə) qiyamı
İmam Hüseynin (ə) Mədinədən [[Məkkə|Məkkəyə]], oradan isə Kufəyə hərəkəti və Kərbəlada Ömər Sədin qoşunu ilə döyüşü haqqında müxtəlif fikirlər mövcuddur. Aşura araşdırmaçısı Məhəmməd İsfəndiyarinin sözlərinə görə, ən məşhur fikirə əsasən imam Hüseynin (ə) qiyamının hədəfinin şəhadət olmasıdır. Bu nəzəriyyənin Lütfüllah Safi, [[Mürtəza Mütəhhəri]], Seyyid Möhsün Əmin və [[Əli Şəriəti]]  kimi çoxlu tərəfdarı varıdır. Digər bir nəzərə əsasən imam Hüseyn (ə) hakimiyyətə gəlmək üçün qiyam etmişdir. Keçmiş alimlərdən Seyyid Mürtəza,  müasirlərdən isə Salehi Nəcəfabadi “Şəhide-cavid” kitabında bu fikirə sahibdir. 
Sehhəti Serdəverdinin sözlərinə əsasən, [[Şeyx Müfid|Şeyx Mufid]], Şeyx Tusi, [[Seyyid ibn Tavus]] və [[Məhəmməd Baqir Məclisi|Əllamə Məclisi]] kimi şəxslər bu fikirə qarşı olmuşdur.  Əli Pənah İştihardi kimi bəzi alimlər də şiələrin üçüncü imamının hərəkətinin nə qiyam etmək nə də şəhadətə çatmaq məqsədi ilə deyil əksinə canını qorumaq üçün olduğunu düşünür.
İmam Hüseynin (ə) qiyamı çoxsaylı qrupların oyanmasına səbəb oldu və Onun (ə) şəhadətindən dərhal sonra inqilabi və etiraz yönlü hərəkətlər başladı və uzun illər boyunca davam etdi. İlk etiraz [[Abdullah ibn Əfif Əzdi|Abdullah ibn Əfifin]]  İbn Ziyada qarşı davranışı idi. [[Təvvabin qiyamı]], Muxtarın qiyamı, [[Zeyd ibn Əlinin qiyamı]] və [[Yəhya ibn Zeydin qiyamı]] da bunlardandır. Həmçinin Əməvilərin süqutu ilə nəticələnən Əbu Müslim Xorasaninin [[Bəni Üməyyə|Əməvilər]] əleyhinə etdiyi Cameqan qoşununun qiyamında “Ya lisaratil-Hüseyn” şüarından da istifadə edildi.  [[İran İslam İnqilabı|İran İslam inqilabı]] da imam Hüseynin (ə) qiyamından ilhamlanmışdı və [[Seyyid Ruhullah Musəvi Xomeyni|imam Xomeynin]] dediyi ” əgər bu moizə və əzadarlıq məclisləri olmasaydı bizim ölkəmiz qalib olmayacaqdı. Hamı imam Hüseynin (ə) bayrağı altında qiyam etdi”  kimi ümumi mədəniyyət sahəsində də müsəlmanlar hətta digər dinlərin ardıcılları Hüseyn ibn Əlini (ə) fədakarlıq, zülmü qəbul etməmək, azadlıq tələb etmək, dəyərlərin müdafiəsi və haqtələblik simvolu kimi tanıyırlar.
== Xüsusiyyətləri və fəzilətləri ==
: Əsas məqalələr: [[Əhli-Beyt (ə)]], [[Kisa əhli]], [[Peyğəmbərin (s) Nəcran xristiyanları ilə mübahiləsi]] və [[Təthir ayəsi]]
'''Zahiri oxşarlıq'''
Hədis, tarix və rical mənbələrinin çoxunda Hüseynin (ə) Peyğəmbərə (ə) bənzəməsindən söz açılır  və bir hədisə əsasən Hüseyn (ə) [[Həzrət Muhəmməd (s)|Peyğəmbərə (s)]] ən çox bənzəyən bir şəxs hesab edilir.  Həzrətin (ə) bəzən xəzdən olan paltar geyindiyi və ya başına xəzdən olan əmmamə  qoyduğu  və saqqalını və saçını rənglədiyi  deyilir.
'''Peyğəmbərin (s) dilindən'''
İmam Hüseynin (ə) barəsində Peyğəmbərin (s) dilindən çoxsaylı hədislər nəql edilmişdir. O cümlədən aşağıdakı rəvayətlər:
* [[İmam Həsən (ə)|Həsən]] və Hüseyn cənnət cavanlarının ağasıdır.
* [[Ərş|Ərşin]] sağ tərəfinə belə yazılmışdır: Hüseyn hidayət çırağı və nicat gəmisidir.
* Hüseyn məndən, mən də Hüseyndənəm.
* Bu iki nəfəri (Həsən və Hüseyni) sevən hər kəs məni sevmişdir və onlara qarşı düşmənçilik edən şəxs mənə qarşı düşmənçilik etmişdir.
'''Şəhadəti haqqında öncədən xəbər vermək'''
Hüseynin ibn Əlinin (ə) [[Şəhadət|şəhadəti]] haqqında öncədən xəbər verilməsi haqqında çoxlu hədislər vardır.  O cümlədən Peyğəmbərdən (s) nəql edilən “louh” hədisində Allahın Hüseyni şəhadətlə əzizlədiyi və Onu şəhidlərin ən üstünü olaraq qərar verdiyi gəlmişdir.  [[Məhəmməd Baqir Məclisi|Məclisi]] Biharul-Ənvarın 44-cü cildində, 30-cu fəsilində Allahın imam Hüseynin (ə) şəhadətini bəzi peyğəmbərlərə o cümlədən [[Adəm (peyğəmbər)|Adəmə]], Nuha, [[İbrahim (peyğəmbər)|İbrahimə]], Zəkəriyyaya və [[Həzrət Muhəmməd (s)|Məhəmmədə (s)]] deməsi və onların ağlaması haqqında hədislər nəql etmişdir.  Həmçinin nəql olunmuşdur ki, Əmirəlmöminin (ə) [[Siffeyn döyüşü|Siffeyn]] yolunda [[Kərbəla|Kərbəlaya]] çatarkən barmağı ilə bir yeri göstərdi və dedi: Bura onların qanının axıdılacağı yerdir.
'''Kəramətləri və möcüzəsayağı işləri'''
Bəzi hədislərdə imam Hüseyn (ə) üçün bir sıra fərqli xüsusiyyətlər sayılmışdır. O, cümlədən Onun [[Həzrət Muhəmməd (s)|Peyğəmbərin (s)]] barmağından möcüzəsayağı süd içməsi  və qanadı sınan Futrus adlı mələyin Həzrətin (ə) bərəkəti sayəsində nicat tapması və ondan sonra ziyarətçilərin salamının Həzrətə (ə) çatdırılmasına məmur olması  qeyd olunmuşdur. Həmçinin, hədislərə əsasən Allah şəfanı imam Hüseynin (ə) türbətində (qəbrinin torpağında) və [[Duanın qəbul olması|duanın qəbul edilməsini]] isə Onun qəbrinin kənarında (gümbəzinin altında ) qərar vermişdir.  “Xəsaisul-Hüseyniyyə” kitabında imam Hüseyn (ə) üçün 300-dən çox xüsusiyyət sayılmışdır.
'''Əxlaqi xüsusiyyətləri'''
Həzrət (ə) yoxsullarla oturar, onların dəvətini qəbul edərdi, onlarla birlikdə yemək yeyərdi, onları öz evinə dəvət edərdi və evində olanı onlardan əsirgəməzdi.  Bir gün bir ehtiyaclı şəxs həzrətdən (ə) kömək istədi. [[Namaz]] halında olan İmam (ə) namazını qısa olaraq qıldı və nəyi vardırsa ona verdi.
O (ə) qulları və [[Kəniz|kənizləri]] xoşrəftar olmalarının qarşılığında azad  edirdi. Deyilənə görə, [[Müaviyə ibn Əbi Süfyan|Müaviyənin]] Ona libaslar və pullarla birlikdə göndərdiyi kənizi Qurandan bir sıra ayələr oxuduğu və dünyanın faniliyi və insanların ölümü barəsində şeir qoşduğu üçün azad etdi və həmin pulları ona bağışladı.  Həmçinin bir gün bi kəniz həzrətə (ə) bir gül verdi. Həzrət (ə) o kənizi azad etdi. Həzrətdən soruşdular ki, onu bir dəstə gül verdiyi üçün azad etdin ? İmam (ə) “sizə salam verilən zaman ondan daha yaxşı və ya onun kimi cavab verin”  ayəsinə istinad edərək buyurdu: [[Allah]] bizə belə ədəb öyrətmişdir. 
İmam Hüseyn (ə) çox səxavətli idi və əliaçıqlıq olaraq tanınırdı.  Amma hədiyyə verərkən də imam Həsənin (ə) hörmətini saxlamağa çalışırdı və başqalarına qardaşından az kömək edirdi.  Mənbələrin dediyinə əsasən, Həzrət (ə) 25 dəfə piyada halında Məkkəyə getmişdir.
== Əzadarlıq və ziyarəti ==
Şiələr (bəzən də qeyri şiələr) Məhərrəm ayında imam Hüseyn (ə) və Kəbəla şəhidləri üçün əzadarlıq edirlər. Şiələrin bu əzadarlıqlar üçün bir sıra mərasimləri vardır. Onların ən geniş yayılanı  rövzə oxumaq, sinə vurmaq, təziyə (şəbeh göstərmək), imam Hüseyni (ə) və Kərbəla şəhidlərini təsvir etmək və fərdi olaraq və ya cəm halında Aşura ziyarəti, Varis ziyarəti və Nahiyə ziyarəti kimi ziyarətnamələrin oxunmasıdır.
İmam Hüseyn (ə) üçün əzadarlıq etmək Aşuranın ilk günlərindən sonra başlamışdır.  Bir nəqlə əsasən, Əsirlər Şamda olarkən Bəni-Haşimin qadınları bir neçə gün qara geyinməklə əzadarlıq etdilər.  Şiə dövlətlərin hakimiyyətə gəlməsi və şiələrə olan təzyiqlərin qalxması ilə əzadarlıq rəsmi hala gəldi.
Hədis və tarix mənbələrinin məlumatına əsasən, şiə imamları imam Hüseyn (ə) əzadarlıq etməyə və ağlamağa xüsusi əhəmiyyət verirdilər və şiələri bu işi və Aşuranı diri saxlamağı göstəriş verirdilər.
==== İmam Hüseynin ziyarəti (ə) ====
Məsumların hədislərində imam Hüseynin (ə) ziyarətinə çoxlu təkid edilmişdir və həzrətin (ə) ziyarəti ən üstün və fəzilətli əməllərdən sayılmışdır.  Bir qrup rəvayətə əsasən, onun savabı həcc və ümrənin savabına bərabərdir.
Ziyatərləri toplayan kitablarda imam Hüseyn (ə) bir neçə bütün zamanlarda oxunan  və bir neçə xüsusi zamanlarda oxunan  ziyarət qeyd olunmuşdur. Aşura ziyarəti, Varis ziyarəti və Nahiyəyi-müqəddəsə ziyarəti bu ziyarətnamələrin ən məşhurlarıdır.
==== İmam Hüseynin (ə) ərbəini ====
İmam Hüseynin (ə) şəhadətinin qırx gün sonra imam Hüseynin ərbəini və ya ərbəin günü adlanan gündə şiələrin bir çoxu imam Hüseynin (ə) qəbrinin ziyarətinə gedirlər. Tarixi nəqllərə əsasən, Cabir ibn Abdullah Ənsari bu gündə imam Hüseynin (ə) məzarını ziyarət edən ilk ziyarətçi  olmuşdur. “Luhuf” kitabının nəqlinə əsasən Kərbəla əsirləri də h.q 61-ci ildə Şamdan Mədinəyə qayıdan yolda Ərbəin günü Kərbəla şəhidlərinin ziyarətinə getmişdir.
İmam Hüseynin (ə) Ərbəin ziyarəti haqqında tövsiyə edilməsi, şiələrin xüsusən İraq şiələrinin hər il müxtəlif yerlərədən Kərbəlaya tərəf hərəkət etməsinə səbəb olmuşdur. Adətən piyada formasında edilən bu hərəkət dünyanın ən çox insanın iştirak etdiyi yürüşlərindən biridir. Xəbər agentlərinin verdiyi məlumata əsasən, 2019-cu ildə 18 milyondan çox insan bu mərasimdə iştirak etmişdir. 
== İmam Hüseynin hərəmi və hairi ==
İmam Hüseynin (ə) qəbrinin yerləşdiyi ərazi imam Hüseynin (ə) hairi adlanır. Hairin ərazisi fəzilətə və xüsusi fiqhi hökmə malikdir. Belə ki, səfərdə olan şəxs öz namazını orda bütöv qıla bilər.  Hairin dəqiq məsafəsi haqqında bir neçə fikir mövcuddur. Bu nəzərlər arasında ən az məsafəni deyən fikirə əsasən hair imam Hüseynin (ə) qəbrindən 11 metrlik ərazini əhatə edir və ən böyük fəzilətə malikdir.
==== İmam Hüseynin (ə) hərəmi ====
Mövcud məlumatlara əsasən imam Hüseynin (ə) qəbri üzərində ilk dəfə Muxtarın zamanında və onun göstərişi əsasında bina tikilmişdir  və o vaxtan bu günə qədər hərəmin binası dəfələrlə yenilənmiş və genişləndirilmişdir.  İmam Hüseynin (ə) hərəmi bir neçə dəfə bəzi Abbasi xəlifələrinin  və vəhhabilərin  vasitəsi ilə dağıdılmışdır. O cümlədən Mütəvəkkil Abbasi harin yerinin şumlanmasına və məqbərənin üzərindən su axıdılmasına göstəriş verdi.
== İmam Hüseynin (ə) mənəvi irsi ==
Bir çox hədis və tarix mənbələrində Hüseyn ibn Əlinin (ə) dualarını, məktublarını, şeirlərini, xütbələrini və vəsiyyətini əhatə edən mənəvi irsi nəql edilmişdir. Bu əsərlərin məcmuəsi Əzizullah Ətarudinin təlif etdiyi “Musnədul-İmamiş-şəhid” adlı kitabda və “Mosuətu-kəlimatil-imamil-Hüseyn” kitabında bir yerə toplanmışdır.
'''Sözləri:''' Müaviyə hakimiyyətinin zamanında olan siyasi şərait üzündən İmam Hüseyndən (ə) çox hədis nəql edilməmişdir.  Həzrətdən (ə) nəql olunan sözlərin çoxu Mədinədən Kərbəlaya qədər olan səfər müddətinə aiddir.  Əllamə Tehraninin fikrincə əməvilərin təzyiqləri insanların imam Həsən (ə) və Hüseynə (ə) ya adətən müraciət etməməsinə və ya onlardan nəql edilən hədislərin ravilərin qorxusu üzündən aradan getməsinə və sonrakı ravi təbəqələrinə çatmamasına səbəb olmuşdur.  İslami mənbələrdə şiələrin üçüncü imamının əqaid, əhkam və əxlaq kimi mövzularda sözləri məruzə edilmişdir.
'''* Dualar:''' “Musnədul-imamiş-şəhid” kitabında İmam Hüseyndən (ə) təxminən 20 dua və münacat nəql edilmişdir. Bu duaların ən məşhuru Ərəfə günü Ərafata səhrasında oxunan Ərəfə duasıdır.
'''* Aid edilən şeirlər:''' Məhəmməd Sadiq Kərbasi İmam Hüseynə (ə) adi edilən şeirləri “Divanul-imamil-Hüseyn” adlı 2 cildlik kitabda bir yerə toplamış və onları səndə və ədəbiyyat baxımından araşdırmışdır.
'''* Xütbələr və vəsiyyət:''' Bəzi mənbələrdə imam Hüseynin (ə) Minada etdiyi xütbə , Aşura günündə etdiyi xütbə  və öz hərəkətinin hədəfini açıqladığı  qardaşı Məhəmməd Hənəfiyyəyə etdiyi yazılı vəsiyyət nəql olunmuşdur.
'''* Məktublar:''' “Məkatibul-Əimmə” kitabında imam Hüseynin (ə) 27 məktubu qeyd edilmişdir.  Bu məktubların bir hissəsi Müaviyəyə, digər bir hissəsi isə müxtəlif mövzularda müxtəlif şəxslərə ünvanlanmışdır.
==== Həzrətin (ə) bəzi məşhur kəlamları ====
* Əgər dininiz yoxdursa və qiyamət gününə inanmırsınızsa heç olmasa bu dünyada azad olun. 
* İnsanlar dünyanın qullarıdır və din onların dilinin sırğasıdır.  Həyat onların ağız dadına uyğun gəldiyi müddətdə (yəni adi şəraitdə) dinə bağlıdırlar. Lakin bəlalarla imtahan edilən zaman dindarlar azalır. 
* İnsanların sizə olan ehtiyacı Allahın nemətlərindən biridir. Nemətlərdən yorulmayın və narahat olmayın. Əks halda (nemətlər) bəlaya çevriləcəkdir.
* İzzətli ölüm zillətlə yaşamaqdan daha yaxşıdır. 
* Mən sərxoşluq, fəsad törətmək və zülm etmək üçün qalxmadım. Əksinə babam Peyğəmbərin (s) ümmətini islah etmək üçün qalxdım. Yaxşı işlərə əmr edib pis işlərdən çəkindirmək istəyirəm. 
* Hər kəs Allahın sözündən çıxmaqla nəyəsə nail olmaq istəsə ümidvar olduğu şeyi daha tez itirər və qorxduğu şeyə daha tez düçar olar.
== Biblioqrafiya ==
Hüseyn ibn Əlinin (ə) şəxsiyyəti və həyatı haqqında ensiklopediya, tərcümeyi-hal, məqtəl və tarixi təhli formasında çoxsaylı əsərlər yazılmışdır. Qırxdan çox məqalə və kitab imam Hüseyn haqqında yazılam kitabları tanıtmağa həsr olunmuşdur.  O cümlədən “Kitabşünasiye-extesasiye-emam Hüseyn” kitabında 1428 əsərin adı çap xüsusiyyətləri ilə birlikdə açıqlanmışdır.  Ağa Bozorg Tehrani də “Əzzəriə” kitabında bu barədə yazılmış 985 əsəri tanıtdırmışdır.  Bu mövzuda yazılmış ən mühüm əsərlərdən bəzisi aşağıdakılardır:
'''Ensiklopediya'''
# Məhəmməd Məhəmmədi Reyşəhrinin 14 cilddə yazdığı “Daneşnameye-emam Hüseyn” kitabı.
# 1388-ci ilə qədər 90 cildi çap edillmiş Məhəmməd Sadiq Kərbasinin yazdığı “Dairətul-məarifil-Huseyniyyə” kitabı.
# Cavad Mühəddisinin yazdığı “Fərhənge Aşura” kitabı.
'''Tərcümeyi-hal'''
# Baqir Şərif Qərəşinin 3 cilddə yazdığı “Həyatul-imamil-Huseyn” kitabı.
# İbn Ədimin (vəfatı 660 h.q) yazdığı “Əl-imamil-Huseyn” kitabının 1 cilddə tərcüməsi. Bu kitab Əbdül-Əziz Təbatəbayinin xülasələşdirdiyi “ Buğyətut-talib fi tarixi Hələb” kitabının qısaldılmış formasıdır.
# İbn Sədin “Təbəqatul-kubra”  kitabında imam Hüseynə (ə) haqqında olan hissə “Tərcumətul-imamil-Huseyn və məqtəluhu” adlı müstəqil bir kitab olaraq çap edilmişdir.
# İbn Əsakirin “Tarixu-mədinəti-Dəməşq” kitabında imam Hüseyn (ə) barəsində olan hissə “Tərcumətul-imamil-Huseyn min tarixi mədinəti Dəməşq” adlı müstəqil bir kitab olaraq çap edilmişdir.
# Seyyid Haşim Rəsuli Məhəllatinin “Zendegiye emam Hoseyn” kitabı.
'''Məqtəl'''
Tarixi şəxsiyyətlərdən hər hansı birinin qətli və ya şəhadəti barəsində olan yazılı məlumatlara məqtəl deyilir.  Şiələrin üçüncü imamının barəsində ərəb dilində yazılan ilk məqtəl 2-ci h.q əsrində Əbu Mixnəfin yazdığı “Məqtəlul-Huseyn” kitabıdır.  İmam Hüseyn (ə) haqqında olan məqtəl kitablarından bəziləri aşağıdakılardır:
# Müvəffəq ibn Əhməd Xarəzminin  “Məqtəlul-Huseyn” kitabı
# Mehdi Pişvayinin nəzarəti altında araşdırmaçı qrup tərəfindən yazılan “Məqtəle-Camee-Seyyiduş-şuhəda” kitabı
# Seyyid ibn Tavusun “Əl-luhuf əla qətlət-tufuf” kitabı.
'''Tarixi təhlillər haqqında olan kitablar'''
# Seyyid Cəfər Şəhidinin “Pəs əz pəncah sal” kitabı
# Salehi Nəcəfabadinin “Şəhide-Cavid” kitabı
# Mürtəza Mütəhhərinin “Həmaseye Hoseyni” kitabı
# Məhəmməd İbrahim Ayətinin “Bərresiye-tarixe-aşura” kitabı
'''Məqalələr'''

== Adı, nəsli, künyəsi və ləqəbləri ==
[[Şiə]] və [[Əhli-sünnət vəl-cəmaət|əhli sünnə]] mənbələrində [[Həzrət Muhəmməd (s)|Peyğəmbərin (s)]] Həzrətə (ə) Hüseyn adını qoyduğu qeyd edilmişdir.  Hədislərə əsasən, bu adqoyma Allahın göstərişi əsasında olmuşdur.  Həsən və Hüseyn adı [[İslam|İslamdan]] əvvəl ərəblər arasında olmamışdır.  Bu iki ad [[Harun (peyğəmbər)|Harun peyğəmbərin]] övladları Şəbbər və Şəbir ( və ya Şəbbir )  adlarının ərəbcə qarşılığıdır.
İmam Hüseynə (ə) adqoymanın barəsində digər başqa məlumatlar da verilmişdir. Belə ki, İmam Əli (ə) əvvəlcə Onu “Hərb” və ya “Cəfər” adlandırmış, lakin sonra Peyğəmbər (s) Ona Hüseyn adını vermişdir.  Bəziləri bu kimi məlumatları uydurulmuş hesab etmiş və bunların inkarında bir sıra sübutlar təqdim etmişdir.
İmam Hüseyn (ə) İmam Əli (ə) və Fatimənin (ə) övladı, həzrət Məhəmmədin (s) nəvəsidir. O (ə) Bəni-Haşim ailəsindən və Qüreyş qəbiləsindəndir. İmam Həsən Müctəba (ə), həzrət Abbas (ə), Məhəmməd Hənəfiyyə onun qardaşlarından, həzrət Zeynəb (ə) və Ümmü-Gülsüm isə bacılarından olmuşdur.
Hüseyn ibn Əlinin (ə) künyəsi  Əbu Abdullahdır.  Əbu Əli, Əbuş-şühəda (şəhidlər atası), əbül-əhrar (azad insanların atası) və əbül-mücahidin (mücahidlərin atası) Onun digər künyələrindəndir.
Hüseyn ibn Əlinin (ə) bir çox ləqəbləri varıdır. Həzrətin (ə) Səyyidu-şəbabi-əhlil-cənnət ( cənnət cavanlarının ağası) kimi ləqəblərindən bəzisi qardaşı imam Həsənlə (ə) müştərəkdir. Onun (ə) bəzi digər ləqəbləri bunlardır: Zəkiyy, Təyyib, Vəfiyy, Seyyid, Mübarək, Nafe, Əd-dəlil əla zatillah, Rəşid və Ət-tabe li mərzatillah.  Əbu Təlhə Şafei Zəki ləqəbini ən məşhur ləqəb, “Səyyidu-şəbabi-əhlil-cənnət” ləqəbini isə ən mühüm ləqəb hesab etmişdir.
Hüseyn (ə) bəzi hədislərdə Şəhid və ya Seyyidüş-şühəda ləqəbi ilə çağırılmışdır.  Sarəllah, Qətilul-əbərat ləqəbləri bəzi ziyarətnamələrdə Həzrət (ə) üçün qeyd edilən digər ləqəblərdəndir.
Şiə və əhli-sünnə mənbələrinin çoxunun Peyğəmbərdən (ə) nəql etdiyi bir çox hədislərdə belə gəlmişdir: “ Hüseynun sibtun minəl-əsbat” yəni Hüseyn (ə) əsbatdan biridir.  Bu hədisdə həmçinin bəzi Quran ayələrində keçən “sibt” sözü Allah tərəfindən seçilmiş və peyğəmbərlərin nəslindan olan imam və rəhbər mənasındadır.

== İstinadlar ==
== İstinadlar ==
{{İstinadlar}}
{{İstinadlar}}
confirmed, movedable, templateeditor
14.730

edits