Zühəyr ibn Süləym Əzdi

wikishia saytından
(Zühəyr ibn Süləym Əl-Əzdi səhifəsindən yönləndirilmişdir)
Zühəyr ibn Süləym Əzdi
İmam Hüseynin (ə) hərəmində Kərbəla şəhidlərinin məzarları
İmam Hüseynin (ə) hərəmində Kərbəla şəhidlərinin məzarları
Səhabəsiİmam Hüseyn (ə)
Qohum əqrəba arasında tanınmış şəxslərMixnəf ibn Süləym Əzdi (qardaşı)
Şəhadət günü və tarixiHicrətin 61-ci ili, Kərbəla
Ölüm halıŞəhadət
Dəfn olunduğu yerİmam Hüseynin (ə) hərəmi
Başqa fəaliyyətləriQadisiyyə döyüşündə iştirak etməsi


Zühəyr ibn Süləym Əzdi (ərəbcə: زهير بن سليم الأزدي) Kərbəla şəhidlərindəndir ki, 61-ci qəməri ilində Aşura günündə şəhid olub.[1] O, İmam Əlinin (ə) səhabələrindən biri kimi də məşhurdur.[2]

Mamaqaninin (vəfatı: h.q. 1351-ci il) "Tənqihul-Məqal" kitabında dediyinə görə, tarixçilərin verdiyi xəbərə əsasən, Zühəyr, Ömər Sədin ordusu ilə birlikdə Kərbəlaya daxil oldu. Lakin Aşura gecəsi Ömər ibn Sədin ordusunun İmam Hüseyni (ə) öldürmək qərarından xəbər tutduqda, İmam Hüseynə (ə) qoşuldu. O, Aşura günündə ilk hücumda şəhid oldu.[3] Bu mətləb Məhəmməd Səmavinin (vəfatı: h.q. 1371-ci il) yazdığı "İbsarul-Əyn" kitabında da qeyd edilmişdir.[4] Şəhidlərin ziyarətində "Əssəlamu əla Zühəyr ibn Süləym Əl-Əzdi" ifadəsi ilə ona salam verilmişdir.[5]

Zühəyr "Qadisiyyə" döyüşündə iştirak edirdi. O, bu döyüşdə İran ordusunun Nəxarcan və ya Nəxirxan adlı sərkərdələrindən birini öldürdü.[6]

O, Peyğəmbərin (s) səhabəsi və İmam Əlinin (ə) sərkərdələrindən olan Mixnəf ibn Süləym Əzdinin qardaşı idi.[7]

Tarixi mənbələrdə Kərbəla hadisəsində Abdullah ibn Züheyr ibn Səlim adlı şəxsdən Ömər Sədin ordusunun sərkərdələrindən biri kimi yad edilmişdir.[8] Həmçinin onun Züheyrin oğlu olduğu bildirilmişdir.[9]

İstinadlar

  1. İbn Zübeyr Kufi, Təsmiyətu mən qutilə məəl-Hüseyn (ə), h.q 1406, s.156; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.113
  2. Kəməreyi, Unsure Şucaət, h.ş 1389, c.3, s.41
  3. Mamaqani, Tənqihul-Məqal, h.q 1431, c.28, s.314
  4. Səmavi, İysarul-eyn, h.ş 1384, s.162
  5. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.494
  6. Bəlazuri, Futuhul-buldan, m. 1988, s.258; İbn Qüteybə, Əxbarut-tival, h.ş 1373, s.123
  7. İbn Qüteybə, Əxbarut-tival, h.ş 1373, s.123
  8. Təbəri, Tarixut-Təbəri, c.5, s.422; Səmavi, İysarul-eyn, h.ş 1384, s.60 və 180
  9. Səngəri, Ayineye darane aftab, h.ş 1390, c.1, s.520

Ədəbiyyat

  • İbn Zübeyr Kufi, Füzeyl, Təsmiyətu mən qutilə məəl-Hüseyn (ə), Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1406
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • İbn Qüteybə, Əhməd ibn Davud, Əxbarut-tival, Qum, 1-ci çap, h.ş 1373
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1419
  • Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, m. 1988
  • Səmavi, Məhəmməd, İysarul-eyn, Təhqiq: Məhəmməd Cəfər Təbəsi, Qum, Zəmzəm hidayət, h.ş 1384
  • Səngəri, Məhəmməd Rza, Ayineye darane aftab, Tehran, 4-cü çap, h.ş 1390
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, Beyrut
  • Kəməreyi, Mirza Xəlil, Unsure Şucaət, Qum, Darul-irfan, 1-ci çap, h.ş 1389
  • Mamaqani, Abdullah, Tənqihul-Məqal, QUm, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1431