Ömər ibn Sədin qoşunu

wikishia saytından

Ömər ibn Sədin qoşunu (ərəbcə: جيش عمر بن سعد) Ubeydullah ibn Ziyadın əmri toplandı və Aşura günü imam Hüseyn (ə) və dostlarına qarşı vuruşdu və onları şəhadətə çatdırdı. Sonra isə imam Hüseynin (ə) Əhli-beytini əsir aldı.

Mənbələrin çoxu Ömər ibn Sədin qoşununun sayını 20 mindən yuxarı qeyd edmişdir. Ömər ibn Sədin qoşunu Kufə əhalisinin müxtəlif qruplarından təşkil edilmişdi və onlar Kərbəlada müxtəlif məqsədlərlə iştirak etmişdilər. Onların çoxunun əqidə baxımından Osmani məzhəb (Osmanın haqqının aradan getdiyini düşünən şəxslər) olduğu deyilmişdir. Onların arasında Xəvaricdən də bir sıra şəxslər var idi. Ömər ibn Sədin qoşununun bir hissəsi Əhli beytlə (ə) düşmənçilik üzündən, digər bir hissəsi isə İbn Ziyadın qorxutması və tamahlandırması əsasında Kərbəlada iştirak edirdi.

Adı və sayı

Aşura günündə imam Hüseynin (ə) qarşısında dayanan qoşunun komandirliyi Ömər ibn Səd ibn Əbi Vəqqasın öhdəsində idi və buna görə də Ömər ibn Sədin qoşunu olaraq məşhurdur. Mənbələrin çoxunun verdiyi məlumata əsasən, bu qoşunun fərdlərinin sayı əvvəldə 4000 nəfər idi[1] və digər qoşunların qoşulması ilə onların sayı 20 min nəfərə çatdı.[2] Əlbəttə Ömər ibn Sədin qoşunda olanların sayı 6 min və 35 min arası olduğu deyilmişdir. Həmçinin bəzi mənbələrdə 6 min,[3] 14 min,[4] 17 min,[5] 22 min, 28 min,[6] 30 min,[7] 32 min[8] də gəlmişdir. İmam Hüseyn (ə) Aşura günündə oxuduğu şeirlərdə düşmən orudusunu iri yağış dənələrinə bənzətdi.[9] Ləməatul-Hüseyn kitabının müəllifi bu bənzətmədən istifadə edir ki, İbn Səd Kərbəlaya iri yağış dənələrinə bənzəyən böyük qoşunla gəlmişdi.[10]

Qoşunun formalaşması

Ömər ibn Səd Kərbəla hadisəsindən öncə, Kufə şəhərinin xaricində Həmmam Əyən adlı məntəqədə Reyə getmək və Deyləmlilərlə vuruşmaq üçün düşərgə qurmuşdu. Lakin Reyə tərəf hərəkət etməzdən öncə imam Hüseynin (ə) karvanı Kərbəlada dayandı. Kufə və Bəsrə hakimi olan Ubeydullah ibn Ziyad Ömər ibn Səddən Reyə tərəf hərəkət etməmişdən əvvəl imam Hüseynlə (ə) vuruşmaq üçün Kərbəlaya getməsini istədi. Ömər ibn Səd əvvəlcə bu təklifi qəbul etmədi. Lakin Ubeydullah Rey hakimliyini onun Kərbəlada iştirakı ilə şərtləndirdi. Nəticədə Ömər ibn Səd öz qoşunu ilə Kərbəlaya getdi.[11] Bəzi mənbələrin dediyinə əsasən, Ömər ibn Səd imam Hüseynlə (ə) vuruşmaq qərarına gəlməmişdən əvvəlki gecə səhərə qədər bu işi edib etməmək haqqında düşündü. O, ölümündən öncə tövbə etmək düşüncəsi ilə imam Hüseynlə (ə) vuruşmağa hazı olduğunu elan etdi.[12]

Qoşunun İbn Ziyadın vasitəsi ilə gücləndirilməsi

Bəzi mənbələrin verdiyi məlumata əsasən, Ömər ibn Sədin Kərbəlaya tərəf hərəkət etməsinin ardıyca Kufə camaatının br hissəsi İbn Ziyadın qorxutması və tamahlandırması sayəsində onun qoşununa qoşuldu. İbn Ziyad insanları məscidə topladı və onların böyükərini hədiyyə yolu ilə ələ aldı. Sonra isə onları Ömər ibn Sədin qoşunu ilə birlikdə imam Hüseynə (ə) qarşı vuruşmağa çağırdı.[13]

İbn Ziyad Əmr ibn Hərisi Kufədə öz yerinə təyin etdi Nuxeylədə düşərgə qurmaqla Kufəliləri ora gəlməyə məcbur etdi.[14] O, Kufənin bütün kişilərinə Ömər ibn Sədin qoşununa qoşulmağı vacib etdi və Suveyd ibn Əbdür-Rəhman Minqərini Kufəyə göndərdi və ona Kufədə axtarış etməyi və İmam Hüseynə (ə) qarşı döyüşə getməkdən imtina edən hər kəsi onun yanına gətirməsini tapşırdı.[15]

Ubeydullah ibn Ziyad, Hüseyn ibn Təmimi və onun tabeçiliyi altında olan dörd min nəfəri Qadisiyyədən Nuxeyləyə çağırdı.[16] Həmçinin, onun göstərişi ilə Şimr ibn Zil-Couşən 4 min nəfərlə, Muzayir ibn Rəhinə Mazini 3 min nəfərlə və Nəsr ibn Hərbə 2 min nəfərlə,[17] həmçinin Şəbəs ibn Rəbi, Həccar ibn Əbcər,[18] Məhəmməd ibn Əşəs[19]Yezid ibn Haris hər biri min nəfərlə birlikdə Kərbəlada Ömər ibn Sədin ordusuna qoşuldular.[20]

İbn Ziyad gündəlik olaraq Kufə camaatından, sayları iyirimi nəfərdən yüz nəfərə qədər olan dəstələri də Kərbəlaya göndərirdi.[21] Sonda Məhərrəm ayının 6-cı günündə Ömər ibn Sədin qoşununda olanların sayı təxminən 22 min nəfərə çatdı.[22]

Qruplar və məqsədlər

Ömər ibn Sədin qoşununda olanların çoxu Kufənin[23] müxtəlif qruplarından[24] idilər və biri-birindən fərqli məqsdələr ilə təşkil olunmuşdular. Tarixi mənbələr bu qrupları əqidə baxımından Osmani məzhəb hesab etmişdir[25] və Əbu Bərdət ibn Ouf Əzdinin[26], Şəyban ibn Məxrumun,[27] Kəsir ibn Şəhabın,[28] Kəb ibn Cabirin, Ömər ibn Sədin, Bişr ibn Səutun və İmarət ibn Əqəbət Əbi Muitin belə bir əqidəyə sahib olduğunu qeyd etmişdir.[29]

Ömər ibn Sədin qoşununda olanların bir hissəsi Bəni-Üməyyənin ardıcıllarından, imam Əlinin (ə) müxaliflərindən və şiələrin düşmənlərindən idilər. Şəyban ibn Məxzum,[30] Şəbəs ibn Rəbi,[31] Kəsir ibn Abdullah Şəbəi,[32] Şimr ibn Zil-couşən, Ömər ibn Səd, Zihr ibn Qeys, Uzrət ibn Qeys və Əmr ibn Həccac Zubəydi bu qrupdan idilər.[33]

Qoşunda olanların bir hissəsi də imam Hüseynə (ə) məktub yazaraq Həzrəti öz şəhərlərinə dəvət edən və ibn Ziyadın qorxutması və ya tamahlandırması ilə ona qoşulan Kufə aristokratlarından idilər. Urvət ibn Qeys, Şəbəs ibn Rəbi, Həccar ibn Əbcər, Qeys ibn Əşəs, Yezid ibn Haris, Əmr ibn Həccac və Məhəmməd ibn Umeyr Təmimi bu qrupdan idilər.[34]

KufəŞam camaatının bir hissəsi İbn Ziyadın qorxutması və məcburiyyəti ilə Ömər ibn Sədin qoşununda iştirak edirdilər.[35] Bir sıra şəxslər də Cəməl, Siffeyn və Nəhrəvan döyüşündə imam Əlinin (ə) ordusunda olmalarına baxmayaraq Kərbəla hadisəsində Ömər ibn Sədin qoşununda idilər. Şimr ibn Zil-Couşəni,[36] Məhəmməd ibn Umeyr Təmimi[37]Zihr ibn Qeys Cufini[38] buna misal vurmaq olar.[39]

Qoşunun komandirləri

Ömər ibn Sədin ordusunun komandirləri aşağıdakılardan ibarət idi:

Qoşunun bayrağı da İbn Sədin qulu Zeydin əlində idi.[40]

Ömər ibn Səd Hürr ibn Yezid Riyahini Bəni-Təmim və Bəni-Həmdan qəbiləsi üzərində komandir təyin etdi. Lakin Hürr onun qoşunundan ayırılıdı və imam Hüseynə (ə) və dostlarına qoşuldu.[41]

Ömər ibn Sədin qoşunundan ayırılanlar

Aşura günündə bir sıra şəxslər Ömər ibn Sədin qoşunundan ayrıldı və imam Hüseynin (ə) ordusuna qoşuldu. Bəzi mənbələrdə onların sayının 30 nəfər olduğu bildirilir.[42] Hürr ibn Yezid Riyahi,[43] Əbul-Hutuf və Səd ibn Hərs Ənsari,[44] Numan və Həlas ibn Əmr Əzdi Rasibi,[45] Bikr ibn Həyy Timi,[46] Qasim ibn Həbib,[47] Cuvəyn ibn Malik,[48] Əbul-Şəsa Kindi[49]Əmr ibn Zubəy[50] onlardan idi. Əlbəttə bəzi yazarların fikrincə, bu şəxslərdən bəzisi Ömər Sədin ordusuna imam Hüseynlə (ə) vuruşmaq üçün gəlməmişdilər. Əksinə İbn Ziyad Kufədən xaric olma yollarını bağladığı üçün bu şəxslər özlərini İbn Ziyadın qoşunu vasitəsi ilə imam Hüseynə (ə) çatdırdılar.

Qoşunun Kərbəlada atdığı addımlar

Ömər ibn Sədin qoşunu Kərbəlada bir sıra işlər gördü. Onlardan bəzisi aşağıdakılardır:

Suyu imam Hüseynin (ə) və dostlarının üzünə bağlamaq

İbn Ziyadın Ömər Sədə imam Hüseynlə (ə) suyun arasında ayrılıq salmasına dair məktubu çatdıqdan sonra Əmr ibn Həccac Məhərrəm ayının 7-ci günündə Ömər ibn Sədin göstərişi ilə beş yüz nəfər atlı ilə birlikdə suyun imam Hüseynə (ə) və dostlarına çatmasına maneə olmaq üçün Fərat çayının kənarına getdi.[51]

İmam Hüseynin (ə) və dostlarının şəhid edilməsi

Ömər ibn Sədin qoşununda olanlar Aşura günündə döyüşü ilk olaraq başladılar. İlk oxu şəxsən Ömər ibn Sədin özü atdı.[52] Onlar imam Hüseyni (ə) və dostlarını şəhid etdilər. Sonra isə İmamın (ə) əynində olanları apardılar. Qeys ibn ƏşəsBəhr ibn Kəb İmamın (ə) paltarını,[53] Əsvəd ibn Xalid Əudi Həzrətin (ə) ayaqqabısını, Cəmi ibn Xəlq Əudi Həzrətin (ə) qılıncını, Əxnəs ibn Mursəd Həzrətin (ə) əmmaməsini, Bəcdəl ibn Suləym Həzrətin (ə) üzüyünü və Ömər ibn Səd isə Həzrətin (ə) zirehini[54] mənimsədilər.

Xeymələrin yandırılması və qarət olunması

İmam Hüseynin (ə) və dostlarının şəhadətindən sonra Ömər ibn Sədin qoşunu xeymələrə hücum etdi və xeymələrdə olanları qarət etdi.[55] Sonra isə xeymələri yandırdı.[56]

İmam Hüseynin (ə) bədəni üzərində at çapma

İbn Ziyadın göstərişinin icrası zəminində Ömər ibn Sədin əmri ilə qoşundan on nəfər öz atları ilə birlikdə imam Hüseynin (ə) bədənini tapdaladılar və Həzrətin (ə) sinə və bel sümüyünü sındırdılar.[57] İshaq ibn Həyvəh, Əxnəs ibn Mursəd,[58] Həkim ibn Tufəyl, Əmr ibn Subəyh, Rəca ibn Minqəz Əbdi, Salim ibn Xeysəmə Cofi, Vahiz ibn Naim, Saleh ibn Vəhəb Cofi, Hani ibn Şəbəs Xəzrəmi və Usəyd ibn Malik[59] imam Hüseynin (ə) bədəni üzərində at çapan şəxslər idi.

Şəhidlərinin başlarının Kufəyə göndərilməsi

Ömər ibn Sədin qoşunu Kərbəla şəhidlərinin başlarını bədənlərindən ayırdılar, nizələrə vurdular və Kufəyə göndərdilər. Xuli ibn Yezid ƏsbəhiHəmid ibn Muslim Əzdi Hüseyn ibn Əlinin (ə) başını, Şimr ibn Zil-Cəuşən, Qeys ibn Əşəs, Əmr ibn Həccac və Uzrət ibn Qeys digər şəhidlərin başlarını Kufəyə İbn Ziyadın yanına apardılar.[60]

İmamın (ə) Əhli beytini əsir aparmaq

Ömər ibn Sədin əmri ilə, onun qoşunu öz qoşunlarında ölənləri dəfn etdilər.[61] Sonra isə imam Hüseynin (ə) karvanından sağ qalan şəxsləri əsir aldılar və Kufəyə İbn Ziyadın yanına, sonra isə Şama Yezidin sarayına apardılar.[62]

Qoşundan ölən şəxslər

Ömər ibn Sədin qoşunundan ölən şəxslər haqqında dəqiq statistika yoxdur. Bəzi şiə mənbələri Ömərin Sədin qoşunundan 225 və ya 226 nəfərin imam Hüseynin (ə) dostları tərəfindən öldürüldüyünü qeyd edir.[63] Bəzi mənbələr bu rəqəmin 900 olduğunu bildirir.[64] İbn Şəhr Aşubun “Mənaqib” kitabında gələn hədisə əsasən imam Hüseyn (ə) özü Aşura günündə Ömər ibn Sədin qoşunundan 1950 nəfəri öldürdü və bir qrupu da yaraladı.[65] “İsbatul-vəsiyyət” kitabının dediyinə əsasən Ömər ibn Sədin qoşunundan imam Hüseynin (ə) əli ilə ölənlərinin sayı 1800 nəfər olmuşdur.[66]

İstinadlar

  1. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.409; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253
  2. İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.89-92; İbn Tavus, Əl-Luhuf, h.ş 1348, s.85
  3. İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.226
  4. Təbəri, Dəlailul-imamə, h.q 1413, s.178
  5. Kaşifi, Rəvzətüş-şühəda, h.ş 1382, s.346
  6. Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.166
  7. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, c.4, s.86; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, məclis: 70, s.461, hədis 10
  8. Kaşifi, Rəvzətüş-şühəda, h.ş 1382, s.346
  9. Muqərrəm, Məqtəlul-Hüseyn, Bəsirəti, h.q 1394, s.345
  10. Hüseyni Tehrani, Ləməatul-Hüseyn, s.33
  11. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.409; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253
  12. Şerani, Dəmus-sucum, h.q 1374, s.110
  13. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.178; İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.5, s.89
  14. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.178
  15. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254-255; Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.179
  16. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.178
  17. İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.89
  18. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.178; İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.89-92
  19. Şeyx Səduq, Əl-Əmali, s.155
  20. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.179
  21. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.179
  22. İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.90
  23. İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.226
  24. Hidayətpənah, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, h.ş 1389, s.166
  25. Hidayətpənah, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, h.ş 1389, s.166
  26. Minqəri, Vəqətus-Siffeyn, h.q 1404, s.5
  27. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.221
  28. Bəlazuri, Futuhul-buldan, m. 1988, s.301
  29. Hidayətpənah, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, h.ş 1389, s.87-95
  30. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.221
  31. Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.220-221
  32. Bəlazuri, Futuhul-buldan, m. 1988, s.301
  33. Bəlazuri, Ənsabul-əşraf, h.q 1400, c.5, s.255; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.269-270
  34. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.353-354
  35. İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.89
  36. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.28; Minqəri, Vəqətus-Siffeyn, h.q 1404, s.195-198
  37. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.144
  38. İbn Əsəm Kufi, Əl-Futuh, c.4, s.207
  39. Minqəri, Vəqətus-Siffeyn, h.q 1404, s.195-198
  40. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.422-436; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.256
  41. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.427; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.99
  42. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.8, s.180
  43. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.427; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.99
  44. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.159
  45. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.187
  46. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.194
  47. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.186
  48. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.194
  49. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.445
  50. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.194
  51. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.255; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.412; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.86
  52. İbn Tavus, Əl-Luhuf, h.ş 1348, s.110
  53. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.543
  54. İbn Tavus, Əl-Luhuf, h.ş 1348, s.130
  55. Qumi, Nəfsul-məhmum, h.ş 1379, s.479
  56. İbn Əsəm Kufi, Əl-Futuh, c.5, s.138; İbn Tavus, Əl-Luhuf, h.ş 1348, s.180
  57. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.113; Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.204; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455
  58. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455
  59. İbn Tavus, Əl-Luhuf, h.ş 1348, s.135
  60. Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.411; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.456
  61. Bəlazuri, Ənsabul-əşraf, h.q 1400, c.3, s.411
  62. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.456
  63. Şeyx Səduq, Əl-Əmali, s.223-226; Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, s.186-188
  64. İbn Şəhr Aşub, Mənsaqin, h.q 1379, c.4, s.109-114
  65. İbn Şəhr Aşub, Mənsaqin, h.q 1379, c.4, s.110
  66. Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.168

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir, m.1965\h.q 1385
  • İbn Əsəm Kufi, Əhməd, Əl-Futuh, Təqqiq: Əli Şiri, Beyrut, h.q 1411\m.1991
  • İbn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • İbn Şəhr Aşub Mazandarani, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İbn Tavus, Əli ibn Musa, Əl-Luhuf, Cihan, Tehran, h.ş 1348
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407\m. 1986
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Ehsan Abbas, Beyrut,
  • Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, m.1988
  • Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Qum, h.ş 1368
  • Səmavi, Məhəmməd, İbsarul-eyn, Qum, h.q 1419
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385\m. 1966
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Beyrut, h.q 1399
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum, Besət, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, h.q 1387 \ m. 1967
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, h.ş 1375
  • Kaşifi Nişaburi, Molla Hüseyn, Rövzətuş-şühəda, Qum, h.ş 1382
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan nəşri, h.q 1426
  • Minqəri, Vəqətus-Siffeyn, Qahirə, h.q 1404
  • Hidayətpənah, Məhəmməd Rza, Baztabe təfəkkore Osmani dər vaqieye Kərbəla, Qum, h.ş 1389