Məzmuna keç

Ümmü Əli Əl-Həssun

wikishia saytından

Ümmü Əli Əl-Həssun, (ərəbcə: أم علي الحسون) Bintül-Hüda Sədrin müəllimi və dini təhsil almış, rəvayət icazəsi olan qadınlardan biri idi.

Məhəmməd Əli Həssunun qızı və Şeyx Züheyr Həssunun həyat yoldaşı Zəhra, Nəcəfdə anadan olmuşdur. O, Atası vəfat etdikdən sonra qardaşı Hacı Fazil Həssunun (Kufənin Kində məhəlləsində yerləşən) evinə köçmüşdür. Ümmü Əli qardaşının evində çox sayda qadına İslam etiqadını öyrətmişdir. Həyat yoldaşı və əmisi oğlu Şeyx Züheyr Həssun onun təhsilinə xüsusi diqqət yetirmiş və Ümmü Əli ondan fiqh, üsul, nəhv, bəlağət, hədis və dirayə elmlərini öyrənmişdir.

İran İslam İnqilabından sonra Şeyx Züheyr Həssun və Ümmü Əli, İrana hicrət etmiş və Ümmü Əlinin etiqad dərsləri İranda da evində qadınlar üçün davam etmişdir.[1]

Ayətullah Mərəşi, Şeyx Züheyr Həssunun evində Ümmü Əlidən imtahan götürmüş və ona rəvayət icazəsi vermişdir. Şəhidə Bintül-Hüda Sədr, Ümmü Əlinin şagirdlərindən biri olmuşdur, lakin Ümmü Əli Bintül-Hüdanın mövqeyinə görə bu xəbəri yaymağa meyilli olmamışdır.[2]

İstinadlar

  1. Ğərəvi Naini, Mühəddisate şie, h.ş 1386, s.92; Əl-Həssun, Əlamun-nisail-muminat, h.q 1411, s.172
  2. Ğərəvi Naini, Mühəddisate şie, h.ş 1386, s.92; Əl-Həssun, Əlamun-nisail-muminat, h.q 1411, s.172

Ədəbiyyat

  • Əl-Həssun, Məhəmməd və Məşkur, Ümmi Əli, Əlamun-nisail-muminat, Tehran, Üsvə nəşriyyatı, h.q 1411
  • Ğərəvi Naini, Nəhlə, Mühəddisate şie, Tehran, 2-ci çap, h.ş 1386