İbrahim ibn Ədhəm
Doğulduğu gün | H.q 80 və ya 100 |
---|---|
Yaşadığı yer | Bəlx, Nişabur, Məkkə və Şam |
Vəfat tarixi və məkanı | H.q 160 |
Dəfn olunduğu məkan | Şam |
Şöhrət tapmasının səbəbi | İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) səhabəsi |
Başqa fəaliyyətləri | Arif və zahid |
İbrahim İbn Ədhəm (ərəbcə: إبراهيم بن أدهم) ariflərdən biridir və üç şiə imamının, yəni İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqlə (ə) bir dövrdə yaşayıb. Onun adı şiələrin qədim Rical kitablarında zikr olunmayıb, lakin bəziləri onu sufi şiələrindən hesab ediblər.
O, Bəlxin əyan-əşraf və hökmdar ailəsindən idi, lakin birdən-birə zahidliyə üz tutdu. İbrahim tövbə etdikdən sonra Məkkəyə getdi və orada Süfyan Suri və Fuzeyl Əyaz kimi böyük sufilərlə söhbət etdi. Bir müddət sonra Şama getdi və ömrünün sonuna qədər orada qaldı. O, Ədhəmiyyə və Nəqşibəndiyyə kimi bəzi sufi məktəblərinin rəhbəri sayılır.
İbrahim Ədhəmin həyatı, nəsihətləri, hərəkət və davranışları haqqında xəbərləri bir çox irfani əsərlərdə ifadə edilmişdir. O, evlənməyi və uşaq dünyaya gətirməyi zahidliyə zidd hesab edirdi. Şəqiq Bəlxi, İbrahim Ədhəmin ən məşhur tələbəsi kimi təqdim olunub.
Tərcümeyi-halı
İbrahim ibn Ədhəm ibn Süleyman ibn Mənsur Bəlxi zahidlik məktəbinin[1] böyüklərindən və hicri ikinci əsrin ariflərindən sayılır.[2] Ləqəbi Əbu İshaqdır[3] və ona "Əl-Əcli" də deyilib.[4] İbrahim Ədhəm hicri 80[5] və ya hicri 100[6] ilində ərəb olmayan ailədə[7] və ya Bəni-Təmim ərəblərindən olub[8] Xorasanın bir hissəsi olan Bəlx şəhərində anadan olmuşdur.[9] "Tarixul-İslam" kitabının müəllifi Zəhəbi hesab edir ki, o, valideynlərinin Həcc ziyarəti üçün Məkkəyə səfər etdiyi zaman orada anadan olub.[10] İbrahim və ataları Bəlx şəhərinin rəhbərləri,[11] hökmdarları[12] və zadəganlarından[13] idilər, lakin tarixi mənbələrə görə o, taxt-tacı və məftunedici həyatını tərk edərək zahidliyə və yoxsulluğa üz tutmuş, saliklik və nəfsi ilə cihad etməyə məşğul oldu.[14]
Müxtəlif kitablar, o cümlədən irfani əsərlər onun tərcümeyi-halı, davranışı və tövsiyələri haqqında bir sıra mətləblər bəyan ediblər.[15] Bəzi mənbələrdə, məsələn, Əttar Nişaburinin "Təzkirətul-Övliya" əsərində onun Xızr (ə) peyğəmbərlə görüşündən və Allahın "ismi-əzəm"indən (ən böyük, ən əzəmətli ad) xəbərdar olmasından bəhs edilmişdir.[16]
Zahidliyə meyl
Müxtəlif İslam mənbələri İbrahim Ədhəmin zahidliyə meyl etməsi və dünyadan uzaqlaşması üçün müxtəlif dəlillər bəyan etmişlər; o cümlədən, ov etmək istəyəndə qeybdən bir səs eşitmək[17] və ya ceyranın danışması[18] və ya ən az imkanlarla həyatından zövq alan bir işçini görmək.[19] Bəzi rəvayətlərə görə, İbrahim Ədhəm zahidliyi seçib dünyanı tərk etməyin dəlilləri olaraq qəbirdən qorxmaq, qiyamətə gedən yolun uzun olması, kifayət qədər azuqənin olmaması, Allahın cəbbar olnması və qəbul olunası üzrünün olmaması kimi məsələləri qeyd emişdir.[20]
Onun fikrincə, zahidliyə girib salehlər məqamına çatmağın şərtləri var, o cümlədən: Nemət qapısını bağlamaq və şiddət qapısını açmaq, izzət qapısını bağlamaq və zillət qapısını açmaq, rahatlıq qapısını bağlamaq və səy qapısını açmaq, yuxu qapısını bağlamaq və oyanış qapısını açmaq, ehtiyacsızlıq qapısını bağlamaq və yoxsulluq qapısını açmaq, arzu qapısını bağlamaq və ölüm qapısını açmaq.[21]
Müasir yazıçı Möhsün Qiraəti İbrahim Ədhəmin arzuladığı zahidliyi İslamdakı zahidlik anlayışına[22] zidd hesab etmiş və bunu İslam Peyğəmbərinin (s) qadağan və məzəmmət etdiyini bildirmişdir.[23] İbrahim Ədhəm evlənməyi və uşaq dünyaya gətirməyi zahidliyə[24] zidd, camaatdan təcrid olmağı isə zəruri hesab edib.[25]
Məkkəyə və Şama köç etmək
İbrahim tövbə etdikdən sonra Nişabura getdi, 9 il Əl-Bəsra adlı bir dağdakı mağarada yaşadı,[26] sonra Məkkəyə getdi.[27] Sünni tarixçisi və mühəddislərindən Zəhəbi onun Əbu Müslim Xorasanidən qorxduğu üçün Bəlxdən getdiyini hesab edirdi.[28] İbrahim Ədhəm Məkkədə Süfyan Suri və Fuzeyl ibn Əyyaz[29] kimi ariflərlə tanış oldu və sonra Şama getdi.[30] Onun Şamda zahidlik və irfanın inkişaf etməsinin səbəbi hesab ediblər.[31]
Vəfat etməsi
Müxtəlif tarixi mənbələrdə İbrahim Ədhəmin vəfat ili hicri 160,[32] 161,[33] 162[34] və ya 166[35] kimi qeyd edilmişdir. O, təbii ölümlə vəfat etdi.[36] Baxmayaraq ki, bəziləri Romalılarla olan qəzvələrin Peyğəmbərin (s) iştirak etdiyi döyüş) və müharibələrin birində[37] Rum şəhərlərindən biri olan Soqeyn bölgəsində öldürüldüyünə inanırlar.[38] Onun dəfn yeri ilə bağlı da mübahisələr var ki, Şamın sahilyanı şəhərlərindən biri olan Sur bölgəsi onlardan biridir.[39]
Məqamı
İbrahim Ədhəm, Həsən Bəsri (hicri 110-cu ildə vəfat edib), Malik Dinar, Rabiə Ədviyə, Şəqiq Bəlxi və Məruf Kərxi (hicri 200-cü ildə vəfat edib) kimi şəxsiyyətlərin kənarında İslamda birinci təbəqədən olan arif və sufilərdən sayılır.[40] Bəziləri sufi adının İbrahim Ədhəm dövründə məşhurlaşdığına inanırlar.[41]
İbrahim Ədhəm də daxil olmaqla Bəsrə məktəbinin təsiri altında olan Bəlx sufiləri zahidlikdə, ibadət və qorxuda mübaliğə etmək və yoxsulluğa bağlılıq kimi xüsusiyyətlərə malik idilər.[42] İbrahim Ədhəm həmçinin Həsən Bəsri və Süfyan Suri də daxil olmaqla, təsəvvüfün görkəmli simalarından təsirlənmişdir.[43] Eyni zamanda, Şam təsəvvüfü İbrahim Ədhəmdən çox təsirlənmişdir.[44] Habelə zahidlik və ibadətlərin təkamülü, eləcə də sufi riyazətlərinin yaranması onun təsirinin nəticəsi hesab olunur.[45]
İbrahim Ədhəm mühəddislərdən sayılır.[46] Həmçinin sünnilərin Rical kitablarında o, çox təriflənmiş və onu Əbu Hənifə və Süfyan Surinin səhabələrindən hesab ediblr.[47] Əhli-sünnətə Hənəfi məzhəbinin imamı olan Əbu Hənifə[48] və Cüneyd Bağdadi onu hörmətli ləqəblərlə[49] yad ediblər. Elə ki, bu ləqəblər ariflərin şeirlərində də öz əksini tapıb.[50] Sufi yazıçısı və şairi Zeyn əl-Abidin Şirvaninin (hicri 1194-1253) yazdığına görə, qabaqcıl şiə kişilərinin kitablarında İbrahim Ədhəmin adı çəkilmir.[51] Şiə fəqihi Seyid Möhsün Ərəci Kazimi (h.q 1130-1227) İbrahim Ədhəmi Kumeyl ibn Ziyad, Bişr ibn Haris Məruzi və Bəyazid Bəstami ilə birlikdə sufi şiələrinin şəxsiyyətlərindən biri hesab edib.[52]
O, bəzi sufi məktəblərinin rəhbəri sayılırdı;[53] buna əsasən, Ədhəmiyyə[54] və Nəqşibəndiyyə firqələri özlərini İbrahim Ədhəm vasitəsilə İmam Səccad (ə) ilə bağlı hesab edirlər.[55]
Məsumlarla əlaqə
İbrahim Ədhəm İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) bir dövrdə yaşayıb. Mənbələrdə onun onlarla əlaqəsi haqqında xəbərlər var. Bəzi mənbələr onun İmam Səccad (ə) ilə bağlı olmasından bəhs ediblər.[56] İbrahim Ədhəmin dördüncü şiə imamı ilə görüşü və İmamın (ə) ona tövsiyələri də şiə mənbələrində qeyd edilmişdir.[57]
Zeynul-Abidin Şirvani, İbrahim Ədhəmin İmam Baqirlə (ə) görüşündən danışıb.[58] Həmçinin Qacar dövrünün şairi və sufisi Məhəmməd Kazım Əsrar Təbrizi (1265-1315) onu şiələrin beşinci İmamının (ə) müridlərindən hesab edib.[59] İmam Baqirdən (ə) bəzi rəvayətlər rivai əsərlərdə İbrahim Ədhəmdən nəql olunaraq qeyd edilmişdir.[60]
"Səfinətul-Bihar" kitabında və digər mənbələrdə İmam Sadiqin (ə) Kufədən Mədinəyə yola düşdüyü zaman İbrahim Ədhəmin də onunla birlikdə getdiyi bildirilir.[61] Habelə bəzi mənbələrdə İbrahimin İmam Sadiqin (ə) xidmətçilərindən hesab edildiyi bildirilir.[62]
Müəllimləri və şagirdləri
İbrahim Ədhəm İmam Baqir (ə), Məhəmməd ibn Ziyad Cəmhi, Əbi İshaq, Malik ibn Dinar, Əməş və atasından rəvayətlər nəql etmişdir.[63]
Onun ən məşhur tələbəsi Şəqiq Bəlxidir ki, böyük ariflərdən və İmam Kazimin (ə) tələbələrindən biri kimi təqdim edilib.[64] Habelə məşhur rəyə görə,[65] İbrahim Ədhəm o Həzrətin şagirdi və yetişdirdiyi bir şəxs[66] və ya onunla birlikdə və həmsöhbət olan olmuşdur.[67]
Şer və ədəbiyyatda
İbrahim Ədhəmin həyat yolu, davranış və tövsiyələri şairlərin, xüsusən də ariflərin şeirlərində geniş əksini tapmışdır. Elə ki, İbrahim Ədhəmin tərcümeyi-halı,[68] tövbə və zahidliyə meyl etmə hekayəsi[69] hicrət etmək səbəbi,[70] Xızr,[71] və öz oğlu ilə görüşməsi,[72] münacatlar,[73] kəramətlər,[74] kimi hekayələr və müxtəlif bəzi başqa mövzular[75] nəzm və şer şəkilində gəlib.
İstinadlar
- ↑ Sührəvərdi, Əvariful-məarif, h.ş 1375, s.4
- ↑ Təbatəbai, Şiə dər İslam, h.ş 1378, s.110
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15; Hujwiri, Kəşful-Məhcub, h.ş 1375, s.128
- ↑ İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.10, s.135
- ↑ Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.129
- ↑ Zəhəbi, Seyru əlamin-nübəla, h.q 1406, c.7, s.387-388
- ↑ Pircəmal Urdustani, Miratul-əfrad, h.ş 1371, s.332
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.44; Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.129
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.45
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377, s.48
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.45; Xarəzmi, Yanbû' al-Asrâr, h.ş 1384, c.1, s.377
- ↑ Səccadi, Fərhənge məarife İslami, h.ş 1373, c.1, s.126; Mütəhhəri, Məcmue asar, h.ş 1377, s.237
- ↑ Nümunə üçün baxın: Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.94; Quşeyri, Risaleye Quşeyriyyə, h.ş 1374, s.345, 430, 455; Hujwiri, Kəşful-Məhcub, h.ş 1375, s.129; Müstəməli, Şərhut-təarrufi li-məzhəbit-təsəvvüf, h.ş 1363, c.1, s.226; Sührəvərdi, Əvariful-məarif, h.ş 1375, s.3; Ğəzzali, Tərcümeye ehyae ulumiddin, h.ş 1386, c.3, s.185; Sulləmi, Məcmuətu asaris-Sülləmi, h.ş 1369, c.1, s.366; Ğəzzali, Kimyaye səadət, h.ş 1383, c.1, s.363; Səmani, Ruhul-ərvahi fi şərhi əsmail-mulkil-fəttah, h.ş 1384, s.169, 513; Ənsariyan, İrfane İslami, h.ş 1386, c.2, s.462; Meşkkini, Nəsayih və soxənane çəhardəh məsum (ə) və hezaro yek soxən, h.ş 1382, s.165; Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.92; Feyz Kaşani, Rahe ruşən, h.ş 1372, c.5, s.220
- ↑ Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.88; Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.11; İbn Xəmis Əl-Musuli, Mənaqibul-əbrar, h.q 1427, c.1, s.51
- ↑ İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.10, s.135; Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15; İbn al-Mulaqqin, Təbəqatul-övliya, h.q 1427, c.37; Mənavi, Əl-Kəvakibud-durriyyə, m.1999, c.1, s.195; Zəkzuk, Musuətut-təsəvvüfil-İslami, h.q 1430, s.202; İbn Xəmis Əl-Musuli, Mınaqibul-əbrar, h.q 1427, c.1, s.51
- ↑ Hujwiri, Kəşful-Məhcub, h.ş 1375, s.128
- ↑ Məzahiri, Əxlaq və Cavan, h.ş 1387, c.1, s.103
- ↑ Meşkini, Nəsayih və soxənane çəhardəh məsum (ə) və hezaro yek soxən, h.ş 1382, s.165
- ↑ Sührəvərdi, Əvariful-məarif, h.ş 1375, s.3
- ↑ Qiraəti, Günahşenasi, h.ş 1386, s.197
- ↑ Qiraəti, Günahşenasi, h.ş 1386, s.197
- ↑ Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.93; Kaşani, Məcmue rəsail, h.ş 1380, s.54; Şəhid Sani, Munyətul-murid, h.q 1409, s.228; Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.92
- ↑ Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.92
- ↑ Zübeydi, Tacul-ərus, h.q 1414, c.6, s.47
- ↑ Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.87
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.44
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15; Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.129
- ↑ İbn al-Mulaqqin, Təbəqatul-övliya, h.q 1427, s.37
- ↑ Kanune nəşr və tərvice fərhənge İslami Həsənate İsfahan, Seyri dər sepehre əxlaq, h.ş 1389, c.1, s.107
- ↑ Xarəzmi, Yanbû' al-Asrâr, h.ş 1384, c.1, s.377
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.15; İbn al-Mulaqqin, Təbəqatul-övliya, h.q 1427, c.39; Ruzbihan Sani, Tuhfətu əhlil-İrfan, h.ş 1382, s.21
- ↑ İbn İmad Hənbəli, Şəzəratuz-zəhəb, h.q 1406, c.2, s.282; Pircəmal Urdustani, Miratul-əfrad, h.ş 1371, s.332
- ↑ Xarəzmi, Yanbû' al-Asrâr, h.ş 1384, c.1, s.377
- ↑ Xarəzmi, Yanbû' al-Asrâr, h.ş 1384, c.1, s.377
- ↑ Ruzbihan Sani, Tuhfətu əhlil-İrfan, h.ş 1382, s.21
- ↑ Zübeydi, Tacul-ərus, h.q 1414, c.13, s.332; Xarəzmi, Yanbû' al-Asrâr, h.ş 1384, c.1, s.377
- ↑ İbn al-Mulaqqin, Təbəqatul-övliya, h.q 1427, s.39; Zirikli, Əl-Əlam, m.1989, c.1, s.31
- ↑ Əhmədpur, Ketabşenaxte əxlaqe İslami, h.ş 1385, s.37
- ↑ Əhmədpur, Ketabşenaxte əxlaqe İslami, h.ş 1385, s.37
- ↑ Sulləmi, Məcmue asar Əbu Əbdir-Rəhman Sulləmi, c.2, s.358;
- ↑ Kanune nəşr və tərvice fərhənge İslami Həsənate İsfahan, Seyri dər sepehre əxlaq, h.ş 1389, c.1, s.107
- ↑ Kanune nəşr və tərvice fərhənge İslami Həsənate İsfahan, Seyri dər sepehre əxlaq, h.ş 1389, c.1, s.107
- ↑ Kanune nəşr və tərvice fərhənge İslami Həsənate İsfahan, Seyri dər sepehre əxlaq, h.ş 1389, c.1, s.107
- ↑ Dairətul-məarife bozorqe İslami, c.1, s.405
- ↑ Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.12
- ↑ Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.86
- ↑ Əttar Nişaburi, Təzkirətul-əvliya, m.1905, s.85
- ↑ Əsiri Lahici, Əsraruş-şuhud, s.182
- ↑ Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.11
- ↑ Kazimi, Uddətur-rical, h.q 1415, c.2, s.60
- ↑ Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.7; Mirza Şirazi, Mənahicu ənvaril-mərifət, h.ş 1372, c.1, s.645
- ↑ Gölpınarlı, Mövlana Cəlaləddin, h.ş 1363, s.246; Məşkur, Fərhənge fərqe İslami, h.ş 1372, s.309
- ↑ Mirza Şirazi, Mənahicu ənvaril-mərifət, h.ş 1372, c.1, s.645
- ↑ Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.190
- ↑ Namazi Şahrudi, Müstədrəkatu elmi ricalil-hədis, h.q 1414, c.1, s.118; Qumi, Səfinətul-bihar, h.q 1414, c.1, s.289
- ↑ Şirvani, Riyazus-səyahə, h.ş 1361, c.1, s.190
- ↑ Təbrizi, Mənzərul-övliya, h.ş 1388, s.140
- ↑ İbn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.75
- ↑ Qumi, Səfinətul-bihar, h.q 1414, c.1, s.289; İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.4, s.241
- ↑ Cəzairi, Riyazul-əbrar, h.q 1427, c.2, s.136; İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib (ə), h.q 1379, c.4, s.248; Məclisi, Zendeqaniye Həzrət İmam Cəfər Sadiq (ə), h.q 1398, s.22
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.10, s.44
- ↑ Səccadi, Fərhənge məarife İslami, h.ş 1373, c.2, s.1068
- ↑ Fəqir İstəhbanati, Xərabat, h.ş 1377, s.124
- ↑ Səfi Əlişah, İrfanul-həqq, h.ş 1371, s.121; Mütəhhəri, Məcmue asar, h.ş 1377, s.48
- ↑ Sulləmi, Təbəqatul-Sufiyyə, h.q 1424, s.1
- ↑ Şah Nemətullah Vəli, Divane Şah Nemətullah Vəli, h.ş 1380, s.996; Əttar Nişaburi, İlahinameye Əttar, h.q 1355, s.219; Əsiri Lahici, Əsraruş-şuhud fi mərifətil-həqqil-məbud, s.182
- ↑ Xəlxali, Rəsaile Farsi Ədhəm Xəlxali, h.ş 1381, s.141
- ↑ Mövləvi, Məsnəvi mənəvi, h.ş 1373, s.520
- ↑ Əttar Nişaburi, İlahinameye Əttar, h.q 1355, s.277
- ↑ Əttar Nişaburi, Məntiqut-təyr, h.ş 1373, s.232
- ↑ Əttar Nişaburi, İlahinameye Əttar, h.q 1355, s.402
- ↑ Mövləvi, Məsnəvi mənəvi, h.ş 1373, s.279
- ↑ Əttar Nişaburi, Müsibətname, h.q 1354, s.225; Müvləvi Divane kəbire şəms, h.ş 1384, s.717; Əttar Nişaburi, İlahinameye Əttar, h.q 1355, s.69, 350; Feyz Kaşani, Divane feyz Kaşani, h.ş 1381, c.4, s.79; Əttar Nişaburi, Məzhərul-əcaib, h.ş 1323, s.98; Feyz Kaşani, İrfane məsnəvi, h.ş 1379, s.178
Ədəbiyyat
- İbn al-Mulaqqin, Ömər ibn Əli Əl-Misri, Təbəqatul-övliya, Beyrut, Darul-kutubil-elmiyyə, 2-ci çap, h.q 1427
- İbn Xəmis Əl-Musuli, Hüseyn ibn Nəsr ibn Məhəmməd, Mənaqibul-əbrar, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1427
- İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, h.q 1379
- İbn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Qum, Daruz-zəxair, h.q 1411
- İbn İmad Hənbəli, Şəhabuddin Əbul-Fəllah, Şəzəratuz-zəhəb, Beyrut, Daru ibn Kəsir, h.q 1406
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, darul-fikr, h.q 1407
- Əhmədpur, Mehdi, Ketabşenaxte əxlaqe İslami, Qum, h.ş 1385
- Əsiri Lahici, Məhəmməd, Əsraruş-şuhud fi mərifətil-həqqil-məbud,
- Kazimi, Möhsin ibn Həsən, Uddətur-rical, Qum, İsmailiyyan, h.q 1415
- Ənsariyan, Hüseyn, İrfane İslami, Qum, Darul-irfan, h.ş 1386
- Pircəmal Urdustani, Miratul-əfrad, Tehran, Zəvvar nəşriyyatı, 1-ci çap, h.ş 1371
- Təbrizi, Məhəmməd Kazim ibn Məhəmməd, Mənzərul-övliya, Tehran, h.ş 1388
- Cəzairi, Nemətullah ibn Abdullah, Riyazul-əbrar, Beyrut, h.q 1427
- Xarəzmi, Kəmaləddin Hüseyn, Yanbû' al-Asrâr, Tehran, h.ş 1384
- Dairətul-məarife bozorqe İslami, c.1, Tehran, h.ş 1374
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1413
- Ruzbihan Sani, İbrahim ibn Sədrəddin, Tuhfətu əhlil-İrfan, 2-ci çap, h.ş 1382
- Zübeydi, Məhəmməd Mürtəza, Tacul-ərus, Beyrut, Darul-fikr, h.q 1414
- Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, 8-ci cild, m.1989
- Zəkzuk, Mahmud Həmdi, Musuətut-təsəvvüfil-İslami, Qahirə, h.q 1430
- Səccadi, Seyyid Cəfər, Fərhənge məarife İslami, Tehran, 3-cü cild, h.ş 1373
- Sulləmi, Məhəmməd ibn Əl-Hüseyn, Təbəqatul-Sufiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, 2-ci çap, h.q 1424
- Sulləmi, Məhəmməd ibn Əl-Hüseyn, Məcmuətu asaris-Sülləmi, Tehran, h.ş 1369
- Səmani, Əhməd, Ruhul-ərvahi fi şərhi əsmail-mulkil-fəttah, Tehran, 2-ci cild, h.ş 1384
- Sührəvərdi, Şəhabuddin ibn Həfs, Əvariful-məarif, Tehran, Tərcümə: Əbu Mənsur İsfahani, 2-ci çap, h.ş 1375
- Şəhid Sani, Zeynduddin ibn Əli, Munyətul-murid, Qum, h.q 1409
- Şirvani, Zeynuddin, Riyazus-səyahə, Tehran, Sədi nəşriyyatı, h.ş 1361
- Səfi Əlişah, Məhəmməd Həsən ibn Məhəmməd Baqir, İrfanul-həqq, Tehran, 2-ci çap, h.ş 1371
- Təbatəbai, Məhəmməd Hüseyn, Şiə dər İslam, Qum, Dəftəre nəşre İslami, 13-cü çap, h.ş 1378
- Əttar Nişaburi, Təzkirətul-əvliya, 1-ci çap, m.1905
- Ğəzzali, Əbu Hamid Məhəmməd, Tərcümeye ehyae ulumiddin, Tehran, 6-cı çap, h.ş 1386
- Ğəzzali, Əbu Hamid Məhəmməd, Kimyaye səadət, Tehran, 11-ci çap, h.ş 1383
- Fəqir İstəhbanati, Əli, Xərabat, Tehran, Ayineye miras, h.ş 1377
- Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Rahe ruşən, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1372
- Qiraəti, Möhsin, Günahşenasi, Tehran, 8-ci çap, h.ş 1386
- Quşeyri, Əbül-Qasim Əbdül-Kərim, Risaleye Quşeyriyyə, Tehrna, 4-cü çap, h.ş 1374
- Qumi, Abbas, Səfinətul-bihar, Qum, Üsvə, h.q 1414
- Feyz Kaşani, Əbdür-Rəzzaq, Divane feyz Kaşani, Tehran, h.ş 1380
- Kanune nəşr və tərvice fərhənge İslami Həsənate İsfahan, Seyri dər sepehre əxlaq, h.ş 1389
- Gölpınarlı, Əbdül-Baqi, Mövlana Cəlaləddin, 3-cü çap, h.ş 1363
- Məclisi, Məhəmməd Baqir, Zendeqaniye Həzrət İmam Cəfər Sadiq (ə), İslamiyyə, 2-ci çap, h.q 1398
- Müstəməli Buxari, İsmail, Şərhut-təarrufi li-məzhəbit-təsəvvüf, Əsatir nəşriyyatı, h.ş 1363
- Məşkur, Məhəmməd Cavad, Fərhənge fərqe İslami, Məşhəd, Astane qodse Rəzəvi, 2-ci çap, h.ş 1372
- Meşkini, Əli, Nəsayih və soxənane çəhardəh məsum (ə) və hezaro yek soxən, Qum, 24-cü çap, h.ş 1382
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra, 8-ci çap, h.ş 1377
- Məzahiri, Hüseyn, Əxlaq və Cavan, Qum, Şəfəq, 4-cü çap, h.ş 1387
- Mənavi, Məhəmməd Əbdür-Rauf, Əl-Kəvakibud-durriyyə, Beyrut, Darus-sadir, m.1999
- Mirza Şirazi, Əbül-Qasim, Mənahicu ənvaril-mərifət, Tehran, 2-ci çap, h.ş 1363
- Namazi Şahrudi, Əli, Müstədrəkatu elmi ricalil-hədis, Tehrna, h.q 1414
- Hujwiri, Əbül-Həsən Əli, Kəşful-Məhcub, Tehran, 4-cü çap, h.ş 1375
Xarici keçid
- دائرة المعارف بزرگ اسلامی, farsca məqalə