İmam Xameneinin ABŞ-da Fələstinə dəstək verən Universitet tələbələrinə məktubu

wikishia saytından

İmam Xameneinin ABŞ-da Fələstinə dəstək verən Universitet tələbələrinə məktubu İran İslam Respublikasının lideri Ali-rəhbər Ayətullah Xameneinin Amerika Birləşmiş Ştatlarında mitinqlər təşkil edən Fələstini dəstəkləyən tələbələrlə həmrəylik və dəstək mesajıdır. Amerika universitetləri Əl-Əqsa tufanı əməliyyatından sonra İsrailin Qəzza zolağına hücumlarına qarşı aksiyalar təşkil etdilər.

Ali-rəhbər Ayətullah Xamenei bu məktubda Amerikada Fələstini dəstəkləyən gəncləri öz hökumətlərindən fərqli olaraq İsrailə qarşı şərəfli mübarizəyə başlayan və tarixin doğru tərəfində dayanan müqavimət cəbhəsinin bir hissəsi adlandırıb. O, həmçinin sionist rejimin qurulmasında İngiltərənin rolunu qeyd edib, İsrailin ən böyük dəstəkçiləri kimi təqdim edib və fələstinlilərin özlərini müdafiə etmək hüququnu vurğulayıb. Ali-rəhbər Ayətullah Xamenei bu məktubunda Quranın müsəlmanlara və bütün bəşəriyyətə verdiyi dərslərdən biri kimi haqq yolunda dayanmağı qeyd edib. O, həmçinin qeyd edib ki, İran İslam Respublikası müqavimət cəbhəsini genişləndirib və gücləndirib. Məktubun sonunda gənclərə Quranla tanış olmağı tövsiyə edib.[1] Buna görə də deyilir ki, Ayətullah Xamenei bu məktubda digər iki məktub kimi qərbli gənclərdən İslam dinini başa düşmək üçün mötəbər İslam mətnlərinə müraciət etməyi, Şərq və Qərb təfsirlərinin və müxtəlif məktəblərin təsirinə düşməmələrini istəyib.[2]

Bu məktubun dərci müxtəlif reaksiyalara səbəb olub və dünya mediası bunu əks etdirib.[3] Bəzi xəbər agentlikləri, Ayətullah Xameneiyə məxsus sosial şəbəkə istifadəçi hesabının amerikalı gənclərə məktubun mövzusu olan tvitinə mayın 31-nə qədər (yayımdan bir gün sonra) 15 milyon baxış olduğunu bildirib.[4]

Bu məktub 25 may 2024-cü ildə yazılmış və ondan sonra verilmişdir.[5] Amerikalı universitet tələbələrinin İsrail tərəfindən Qəzza xalqının soyqırımına və öldürülməsinə etiraz olaraq aksiya keçirməsindən sonra Amerika polisi tərəfindən aksiya yatırılmışdır.[6] 17 aprel 2024-cü ildə Amerika universitetlərindən Qəzzaya dəstək üçün başlayan dinc tələbə askiyaları getdikcə digər Qərb ölkələrindəki universitetlərə də yayıldı[7] Etirazçı tələbələrin sıxışdırılması, həbs edilməsi və qovulması Amerika universitetləri və digər ölkələrdən müxtəlif reaksiyalara səbəb oldu.[8]


İmam Xameneinin ABŞ-da Fələstinə dəstək verən Universitet tələbələrinə məktubunun mətni

Bismillahir-Rəhmanir-Rəhim

Bu məktubu oyaq vicdanı onları Qəzzənin məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıram. Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik mesajımızdır. Siz indi dəyişməkdə olan tarixin doğru tərəfində dayanmısınız.

Siz indi müqavimət cəbhəsinin bir hissəsisiniz, qəsbkar və qəddar sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin amansız təzyiqi altında şərəfli bir mübarizəyə başlamısınız.

Böyük müqavimət cəbhəsi uzaq bir yerdə illərdir sizin indiki idrak və hisslərinizlə mübarizə aparır. Bu mübarizənin məqsədi “sionistlər” adlı terrorçu və amansız bir şəbəkənin illər öncə Fələstin xalqına vurduğu və ölkələrini işğal etdikdən sonra ən ağır təzyiq və işgəncələrə məruz qoyduğu aşkar zülmün qarşısını almaqdır. Sionist aparteid rejiminin bugünkü soyqırımı ötən onilliklərin son dərəcə qəddar davranışının davamıdır.

Fələstin müsəlman, xristian və yəhudilərdən ibarət xalqı olan və uzun tarixə malik müstəqil bir ölkədir. Dünya Müharibəsindən sonra sionist şəbəkə kapitalistləri İngiltərə hökumətinin köməyi ilə tədricən bir neçə min terrorçunu bu torpaqlara gətirdilər, onun şəhər və kəndlərinə hücum etdilər, on minlərlə insanı öldürdülər və ya qonşu ölkələrə qovdular, evləri, bazarları, təsərrüfatları onların əllərindən aldılar, qəsb edilmiş Fələstin torpağında İsrail adlı hökumət qurdular. İngiltərənin ilk köməklərindən sonra bu qəsbkar rejimin ən böyük dəstəkçisi ABŞ hökumətidir ki, həmin rejimə siyasi, iqtisadi və silah dəstəyini davam etdirib, hətta bağışlanmaz ehtiyatsızlığı ilə ona nüvə silahı istehsal etmək yolunu açıb və bu yolda ona kömək etmişdir.

Sionist rejim ilk gündən müdafiəsiz Fələstin xalqına qarşı “dəmir yumruq” siyasətindən istifadə etdi, bütün vicdanlı, insani və dini dəyərləri heçə sayaraq, zülmü, terroru, repressiyanı günü-gündən artırdı. ABŞ hökuməti və tərəfdaşları bu dövlət terrorizminə və davamlı zülmə qarşı qaşqabaq belə göstərmədilər. Bu gün də ABŞ hökumətinin Qəzzədə baş verən dəhşətli cinayətlə bağlı bə Beynəlxalq sionizmin liderləri –Amerika və Avropadakı əksər media şirkətləri onlara məxsusdur və ya pullarının, rüşvətlərinin təsiri altındadırlar – bu humanist və cəsur müqaviməti terror kimi təqdim etdilər! Özünə məxsus torpaqda sionist işğalçıların cinayətlərinə qarşı özünü müdafiə edən xalq terrorçudurmu? Bu xalqa humanitar yardım etmək, onun qollarını qüvvətləndirmək terrorizmə kömək sayılırmı?

Qlobal zorakı hökmranlığın liderləri insan anlayışlarına belə rəhm etmirlər. Qəddar və terrorçu İsrail rejiminin özünü müdafiə etdiyi görüntüsü yaratmağa cəhd edirlər, öz azadlığını, təhlükəsizliyini və müqəddəratını təyinetmə hüququnu müdafiə edən Fələstin müqavimətini “terrorçu” adlandırırlar! Sizi əmin etmək istəyirəm ki, bu gün vəziyyət dəyişməkdədir. Qərbi Asiyanın həssas regionunu ayrı bir tale gözləyir. Qlobal miqyasda bir çox vicdanlar oyanıb və həqiqətlər üzə çıxır. Müqavimət cəbhəsi də güclənib və daha da güclənəcək. Tarix də dəyişməkdədir.

ABŞ-ın onlarla universitetinin tələbələri olan sizdən başqa, digər ölkələrin universitetləri və insanlar da ayağa qalxıb. Universitet müəllimlərinin siz tələbələri müşayiət etməsi və dəstək verməsi mühüm və təsirli bir hadisədir. Bu, hökumətin polis hərəkətinin şiddəti və sizə qarşı təzyiqləri qarşısında bir qədər təsəlliverici ola bilər.

Mən də siz gənclərə rəğbət bəsləyirəm və mövqeyinizə hörmətlə yanaşıram. Quranın biz müsəlmanlara və bütün dünya əhlinə verdiyi dərs haqq yolunda dayanmaqdır: “Əmr olunduğunuz kimi doğru yolda olun”; Quranın insan münasibətləri haqqında dərsi belədir: “Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”. Müqavimət cəbhəsi bu və yüzlərlə buna bənzər göstərişləri öyrənib onlara əməl etməklə irəliləyir və qələbə qazanacaq, Allahın izni ilə.

Quranla tanış olmağınızı tövsiyə edirəm.

Seyid Əli Xamenei 25-05-2024[9]

İstinadlar

Ədəbiyyat