Əl-Əqsa Tufanı
Əl-Əqsa Tufanı (ərəbcə: طوفان الأقصى) Həmas qüvvələrinin Qəzza ilə işğal olunmuş Fələstin əraziləri arasındakı sərhəd bölgəsində İsrailə qarşı keçirdiyi hərbi əməliyyatdır. Bu əməliyyat 2023-cü il 7 oktyabrda başladı və bir neçə gün davam etdi. Bu hücumlarda HƏMAS qüvvələri sionist rejimin davam edən işğalına qarşı çıxmaq üçün əvvəlcə işğal olunmuş ərazilərə raket hücumu həyata keçirib və sonra qurudan işğal olunmuş ərazilərə daxil olublar. Bu hücum nəticəsində 1400-dən çox israilli həlak olub, 3000 nəfər isə yaralanıb. Bu hücum İsrail üçün misli görünməmiş bir uğursuzluq olaraq qiymətləndirilib.
Bu hücumdan sonra İsrail qüvvələri Qəzza zolağına hücum edib və bir neçə günlük bombardmandan sonra 2600-dən çox insanı öldürüb, 9000-dən çox insanı yaralayıb. İsrailin dinc sakinləri öldürməsi, yaşayış məntəqələrini bombalaması dünyanın müxtəlif yerlərində reaksiyalara səbəb olub. İran İslam Cumhuriyyətinin Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei və digər şiə mərceyi-təqlidləri Qəzza xalqına dəstək veriblər.
Əhəmiyyət və məqsədlər
2023-cü il oktyabr ayında Həmas qüvvələri işğal olunmuş Fələstin ərazilərində İsrailə qarşı "Əl-Əqsa Tufanı" kimi tanınan əməliyyat keçirib. İsrail mediası bu əməliyyatı tarixdə bu rejim üçün misli görünməmiş və böyük məğlubiyyət hesab edib.[1] Həmçinin bəzi KİV-lərin əsir götürülmüş Həmas əsgərlərinə istinadən verdiyi açıqlamalara görə, bu hücum bir il müddətində planlaşdırılıb.[2]
HƏMAS-ın motivasiyası
HƏMAS-ın bu hücumu etməkdən motivasiyası Fələstinin azad edilməsi, İsrailin işğalçılığı və insan haqlarını pozmasına qarşı durmaq hesab edilir.[3] HƏMAS tərəfdarı media bəyan edib ki, HƏMAS-ın bu hücumunun səbəbləri İsrailin fələstinlilərin öldürülməsində davamlı cinayətlərinə reaksiya, Məscidül-Əqsaya hörmətsizlik, onun mühafizəçilərinə qarşı təcavüz və sionist mühacirlər tərəfindən fələstinlilərə hücumun dəstəklənməsi adlandırıblar.[4] Döyüşün üçüncü günündə HƏMAS-ın hərbi komandirinin yaydığı açıqlamada, hücumun səbəbi bildirilərkən sionistlərin müsəlmanların müqəddəslərini təhqir etmələri, onlara zülm etmələri və Fələstin torpağına təcavüz etdikləri qeyd edilib.[5]
Sionist rejimin himayəçiləri və rejimin bəzi şəxsləri iki-üç gündür boşboğazlıq edərək, bu hadisələrin arxasında İran İslam Respublikasının olduğunu deyirlər, amma səhv edirlər. Əlbəttə biz Fələstin xalqını müdafiə edirik, haqq mübarizələrini dəstəkləyirik. Biz fələstinli gənclərin, bacarıqlı və ağıllı plan hazırlayanların alnından və qollarından öpür, onlarla fəxr edirik. Lakin "son qəhrəmanlıq edənlər fələstinli olmayanlardır " - deyənlər səhv düşünürlər. Onlar Fələstin xalqını tanımayıb və onları kiçik qiymətləndirirlər. Səhvləri də elə buradadır ki, düzgün hesablama aparmayıblar. Əlbəttə bütün İslam ölkələrinin Fələstin xalqını himayət etmək vəzifəsidir və inşallah himayət də edəcəklər. Amma bu iş - qəhrəmanlıq - Fələstinlilərin öz işidir. Fədakar gəncləri, fəalları və ağıllı plan hazırlayanları bu qəhrəmanlığı yaradıb və inşallah bu qəhrəmanlıq fələstinlilərin xilası yolunda atılmış böyük bir addım olacaq.[6]
Ali Rəhbər Ayətullah Xamenei
Əməliyyatın həyata keçirilməsi
2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən Həmas qüvvələri qəfil əməliyyat planlaşdırıb həyata keçirərək, İsrailin işğal etdiyi ərazilərə hücum edib. Bu hücumun ilk dəqiqələrində işğal olunmuş ərazilərə 5000 raket atıldı, bundan sonra Həmas əsgərləri Qəzzə zolağı ilə işğal olunmuş ərazilər arasında sədd divarını keçərək sionist yaşayış məntəqələrinə qurudan hücum etdilər.[7] Əməliyyat əmrini Qəssam batalyonunun komandirlərindən olan Məhəmməd Zeyf verib. Hücumun ilk saatlarında bir qrup sionist vətəndaş və əsgər Həmas tərəfindən əsir götürülərək Qəzzəyə aparılıb. Hücum dalğasının başlaması ilə sionist rejimin müdafiə naziri fövqəladə vəziyyət elan etdi.[8] HƏMAS tərəfindən bu hücumda iştirak edən qüvvələrin sayı 1000 nəfərə yaxındır. Həmçinin işğal olunmuş ərazilərdə 15 məntəqəyə əməliyyat tətbiq edilib.[9] İsrailin statistikasına görə, HƏMAS-ın işğal olunmuş ərazilərə hücumunun başlamasından 12-ci günə qədər 1400 israilli həlak olub, 3500 nəfər yaralanıb.[10]
Verilən reaksiyalar
Bu əməliyyat xəbəri mətbuatda dərc edildikdən sonra İran[11] Əfqanıstan[12] və İraq[13] kimi müxtəlif ölkələrdə müsəlmanlar sevinərək müqavimətin qələbəsini bayram etdilər. İran İslam Cumhuriyyəti[14], Livan Hizbullahı[15] və Yəmən Ənsarullahı[16] HƏMAS-ın hücumunu dəstəklədilər. İran İslam Cumhuriyyətini Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu əməliyyatı İsrail üçün düzəlməz uğursuzluq kimi qiymətləndirdi.[17] İran elmi hövzələrinin rəhbəri Əlirza Ərafi, nümayəndələri bu hücumu İslam dünyasındakı böyük bir dəyişiklik olaraq qiymətləndirdi.[18]
Amerika İsraili dəstəkləmək üçün ola biləcək hücumların qarşısının alınması üçün bölgəyə öz hərbi təyyarədaşıyan gəmilərini göndərdi.[19]
İsrailin Qəzzaya hücumu və mülki şəxslərin öldürülməsi
Əməliyyatdan təəccüblənən israillilər cavab hücumları ilə Qəzza zolağında yaşayış və hərbi bölgələrə hücum ediblər. Su və elektrik enerjisinin kəsilməsi, yaşayış məntəqələrinin bombalanması, dinc əhalinin, qadınların və uşaqların öldürülməsi, tibb işçilərinin və xəstəxanaların bombalanması, qadağan olunmuş silahların istifadəsi İsrailin Həmas qüvvələri ilə qarşıdurma zamanı gördüyü tədbirlərdəndir. Buna görə də bu tədbirlər müxtəlif ölkələr tərəfindən tənqid edilib.[20] İsrail qüvvələri Qəzza xalqına təyin olunmuş vaxta qədər Qəzzanın şimal bölgəsini boşaltmağı bildirmişdilər. Bu hərəkət insan haqları icmaları tərəfindən etirazla qarşılanmışdı.[21]
İsrailin 12 günlük əks-hücumları ərzində Qəzzada 135 mindən çox yaşayış evi dağıdılıb, məhəllələr yerlə-yeksan edilib.[22] Fələstin Səhiyyə Nazirliyinin statistikasına görə, bu hücumlar nəticəsində 3200-dən çox fələstinli şəhid olub, 13000-dən çoxu isə yaralanıb.[23] Oktyabrın 18-də Amerikanın NBC (NBC) xəbər agentliyi Fələstin Səhiyyə Nazirliyinə istinadla, ölən fələstinlilərin sayının 3.478, yaralıların sayının isə 12.000-dən çox olduğunu açıqladı.[24] Əl-Cəzirə xəbər agentliyinin məlumatına görə, ölən və yaralananların 70%-i qadın və uşaqlardır.[25] Euronews-un məlumatına görə, 29 oktyabr 1402-ci il tarixinə İsrailin Qəzzaya hücumlarında 1756 uşaq və 967 qadın həlak olub.[26] Həmçinin Euronews-un məlumatına görə, İsrail qırıcılarının hava hücumları zamanı Qəzzada 7 məscid dağıdılıb.[27]
Müxtəlif ölkələrdə xalq etirazları
Sionist rejimin Qəzzəyə hücumlarından sonra islam dünyasının müxtəlif bölgələrində və qeyri-müsəlman ölkələrində İsrail ordusunun Qəzzə xalqını qətlə yetirməsinə etiraz olaraq nümayişlər başlayıb. Türkiyə, İran, Malayziya, Avstraliya, İngiltərə və Amerika müqavimət qüvvələrinə dəstək yürüşü keçirilən ölkələr arasında olub.[28]
Şiə alimləri və mərceyi-təqlidlərinin reaksiyası
İran İslam Cumhuriyyətinin Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei çıxışlarında və Nəcəfdəki mərceyi-təqlidlərdən Seyid Əli Sistani bəyaniyyə verərək İsrail qüvvələrinin Qəzzəyə hücumunu pisləyiblər. Ayətullah Nuri Həmədani, Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani və Ayətullah Cavadi Amuli bu hücumu pisləyən və fələstinlilərə dəstək verən digər mərceyi-təqlidlərdən olublar.[29] Ali Məqamlı Rəhbər Ayətullah Xamenei fələstinlilərin İsrail tərəfindən öldürülməsini açıq bir soyqırım kimi qiymətləndirdi. Həmçinin sionist rejimin mühakimə olunmasını və Qəzzəni bombalamağı dərhal dayandırmasını tələb etdi.[30]
İsrail "Əl-Muəmmədani" xəstəxanasına hücum edib
Əsas məqalə: Əl-Muəmmədani xəstəxanasının bombalanması
İsrail oktyabr ayının 17-də hava hücumu ilə yaralı və evləri dağıdıldığı üçün evsiz qalan fələstinlilərlə dolu olan Əl-Muəmmədani xəstəxanasını hədəf alıb. Amerikanın bir tonluq bombası ilə həyata keçirildiyi deyilən bu hücumda[31] 500-dən çox dinc sakin şəhid edildi.[32] Bir çox media İsrailin bu hücumunu soyqırım hesab etdi. Həmçinin müxtəlif İslam və qeyri-islam ölkələrində toplantılar təşkil edildi. İordaniyada İsrail səfirliyi yandırıldı.[33] İran və İraq kimi bəzi İslam ölkələrində bir və ya bir neçə günlük matəm elan edildi.[34] İranda isə İmam Rzanın (ə) hərəminin günbəzindəki bayrağın rəngi qara rəngli bayraqla dəyişdirildi.[35]
İqtisadi, siyasi və təhlükəsizlik nəticələri
Əl-Əqsa Tufanı əməliyyatının iqtisadi, siyasi və təhlükəsizlik nəticələrindən bəziləri aşağıdakılardır:
Londonda "Fələstinin azadlığı" şüarı ilə Əl-Əqsa Tufanı əməliyyatına dəstək üçün anti-sionist nümayişi keçirilib.
İsrailin maliyyə bazarlarının çöküşü
Birjanın kəskin şəkildə düşməsi, valyutanın devalvasiyası və beynəlxalq aləmdə İsrailin mötəbərlilik reytinqinin zəifləməsi bu hücumun nəticələri kimi dəyərləndirilib. Həmçinin bu hücumun uzunmüddətli nəticələrindən, İsrailə investisiyaların həcminin azalmasına işarə edilib.[36] Həmçinin Fars Xəbər Agentliyi İsveçrənin Nestle və İspaniyanın Inditex şirkətləri kimi bəzi beynəlxalq şirkətlərin işğal olunmuş ərazilərdəki filiallarının bağlandığını elan edib.[37]
Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasının dayandırılması
Bəzi məlumatlara görə, Əl-Əqsa Tufanı əməliyyatından sonra Səudiyyə Ərəbistanı İsraillə münasibətlərinin normallaşmasını dayandırıb. [38]
İsrailin Livanın cənubunda Hizbullah ilə münaqişəsi
HƏMAS-ın hücumundan sonra ikinci gün Livan Hizbullahı da bir mesajla bu hərəkatı dəstəklədi və sionist ordusunun üç mövqeyinə hücum etdiyini bildirdi.[39] Həmçinin üçüncü gün Livan Hizbullahı İsrail tərəfindən bir neçə hərbçisinin öldürülməsinə cavab olaraq iki sionist bazasına raket və minaatanlarla hücum etdi.[40]
Sionistlərin işğal olunmuş ərazilərdən köçməsi
Beynəlxalq məsələlər üzrə ekspertin təhlilinə görə, Əl-Əqsa Tufanı əməliyyatı sionistlərin işğal olunmuş ərazilərdən köçünün intensivləşməsinə səbəb olub.[41]
Həmçinin strateji məsələlər üzrə ekspert Məhəmməd Hüseyn Qədiri Əbianənin sözlərinə görə, Əl-Əqsa Tufanı əməliyyatı ilə nəinki işğal olunmuş ərazilərə gediş dayanıb, həqiqətdə işğal olunmuş ərazilərdən köç başlayıb.[42]
İstinadlar
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 10-cu günü”, Əl-Aləm kanalı
- ↑ “Əl-Əqsa Fırtınası” əməliyyatında əsas uduzan kimdir?, Dunyaye iqtisad xəbər agentliyi
- ↑ طوفان الاقصی نقطه عطف زوال قطعی رژیم صهیونیستی است», Mərkəze pejuheşhaye məclise şuraye İslami
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 10-cu günü”, Əl-Aləm kanalı
- ↑ Ləhze be ləhze ba sevvomin ruze əz əməliyyate Tufanul-əqsa, Əl-Aləm xəbər agentliyi
- ↑ «مراسم مشترک دانشآموختگی دانشجویان دانشگاههای افسری نیروهای مسلح», farsi.khamenei.ir saytı
- ↑ دهمین روز از عملیات طوفان الاقصی» alalam.ir saytı
- ↑ Ləhze be ləhze ba sevvomin ruze əz əməliyyate Tufanul-əqsa, Əl-Aləm xəbər agentliyi
- ↑ “Əl-Əqsa Fırtınası” əməliyyatında əsas uduzan kimdir?, Dunyaye iqtisad xəbər agentliyi
- ↑ «دوازدهمین روز از عملیات طوفان الاقصی»، شبکه العالم؛ «Palestinian health minister says 3,478 killed in Gaza; Israeli government says 1,400 killed in Israel»، nbcnews.
- ↑ Şadiye mərdome tehran dər peye piyruziye muqaviməte Fələstin dər əməliyyate Tufanul-əqsa, İrna xəbər agentliyi
- ↑ Şadiye mərdome Əfqanestan pəs əz əməliyyate Tufanul-Əqsa, Mehr xəbər agentliyi
- ↑ Təsvire əvvəlin ceşne əməliyyate Tufanul-əqsa, Karnavalhaye şadi be rah oftadən, Həmşəhri onlayn
- ↑ Tehran be poştebaniye həmeye canebe əz moqaviməte Fələstin edame mi dəhəd. Himayəte İran əz "Tufanul-əqsa", Sayte ruznameye donyaye iqdisad".
- ↑ Ləhze be ləhze ba sevvomin ruze əz əməliyyate Tufanul-əqsa, Əl-Aləm xəbər agentliyi
- ↑ «"أنصار الله": "طوفان الأقصى" كشفت ضعف العدو.. ودعوات إلى الاحتشاد دعماً للعملية». شبکه المیادین.
- ↑ Mərasime moştərək daneşamuxdegiye danuşcuyane daneşqahhaye əfsəri niyruhaye musəlləh, Dəftəre hefz və nəşre asare Həzrət Ayətullah Xamenei
- ↑ Əməliyyate Tufanul-əqsa sərağaze təhəvvolate bozorgi dər cəhane İslam və məntəqə əst, Şuraye negəhban
- ↑ Ləhze be ləhze ba sevvomin ruze əz əməliyyate Tufanul-əqsa, Əl-Aləm xəbər agentliyi
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 10-cu günü”, Əl-Aləm kanalı
- ↑ Həştomin ruze əz əməliyyate "Tufanul-əqsa", Xəbərqozariye Əl-Aləm
- ↑ «دهمین روز از عملیات "طوفان الاقصی"», alalam.ir
- ↑ «أبرز تطورات اليوم الـ14 لعملية طوفان الأقصى»، خبرگزاری الجزیرة؛ «چهاردهمین روز از عملیات طوفان الاقصی»، شبکه العالم.
- ↑ «Palestinian health minister says 3,478 killed in Gaza; Israeli government says 1,400 killed in Israel»، nbcnews.
- ↑ «أبرز تطورات اليوم الـ13 لعملية طوفان الأقصى»، خبرگزاری الجزیره.
- ↑ Israel Hamas war: UN calls for 'end to the nightmare' as aid trucks enter Gaza and death toll rises, euronews.
- ↑ «تصاویر ویرانههای مسجد الحبیب محمد در حملات هوایی اسرائیل به غزه»، وبگاه یورونیوز.
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 9-cu günü”, Əl-Aləm kanalı
- ↑ Vakoneşe mərace əzame təqlid be cenayate rejime sehyonisti, Xəbərqozariye məşriq
- ↑ Didare noxbeqan və isdedadhaye bərətre elmi ba rəhbəre inqilab, Dəftəre hefz və nəşre asare Həzrət Ayətullah Xamenei
- ↑ «بمب انفجاری در بیمارستان غزه، آمریکایی بود»، خبرگزاری ایرنا؛ «دوازدهمین روز از عملیات طوفان الاقصی»، شبکه العالم.
- ↑ «دوازدهمین روز از عملیات طوفان الاقصی»، شبکه العالم.
- ↑ Atəş zədəne sefarəte rejime sehyonisti dər ordon, VAbqahe xəbər anlayn
- ↑ «العراق وإيران ودول عربية تدخل حدادا عاماً على أرواح ضحايا غزة»، وبگاه شفقنیوز.
- ↑ «اعلان عزا در حرم مطهر رضوی به دنبال جنایات صهیونیستها در نوار غزه», Vabqahe astan niyuz
- ↑ “Əl-Əqsa Fırtınası” əməliyyatında əsas uduzan kimdir?, Dunyaye iqtisad xəbər agentliyi
- ↑ Cənge Ğəzze şirkəthaye beynəl miləli dər sərzəminhaye işğali ra məcbur be tətili kərd. Fars Xəbər agentliyi
- ↑ Mənbəe nəzdik be duləte Ərəbistan; Riyad mozakirate adi sazi ba İsrail ra təliq kərd. Təsnim xəbər agentliyi
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 2-ci günü”, Əl-Aləm kanalı
- ↑ “Əl-Əqsa Tufanı” əməliyyatının 3-cü günü”, Əl-Aləm kanalı
- ↑ Sifalgər, Ayəndeye rejim sehyonisti dər pərtove əməliyyat "Tuafnul-əqsa", Sayte təhlili tenin
- ↑ Əməliyyate Tufanul-əqsa muhacirət be sərzəminhaye işğali ra motəvəqqef kərd. Vabqahe radyu qoftequ
Ədəbiyyat
- «"أنصار الله": "طوفان الأقصى" كشفت ضعف العدو.. ودعوات إلى الاحتشاد دعماً للعملية, Əl-Məyadin saytı, 7 oktyabr 2023
- «آتش زدن سفارت رژیم صهیونیستی در اردن», Xəbər onlayn
- «أبرز تطورات اليوم الـ13 لعملية طوفان الأقصى», Əl-Cəzirə saytı, 19 oktyabr 2023
- «اعلان عزا در حرم مطهر رضوی به دنبال جنایات صهیونیستها در نوار غزه», Vabqahe astane niyuz
- «بازنده اصلی عملیات «طوفان الاقصی» کیست؟», Donyaye iqtisad agentliyi
- «بمب انفجاری در بیمارستان غزه، آمریکایی بود», İrna xəbər agentliyi
- «تصویر اولین جشن عملیات طوفان الاقصی| کارناوالهای شادی به راه افتادند», Həmşəhri anlayn
- «تهران به پشتیبانی همهجانبه از مقاومت فلسطین ادامه میدهد حمایت ایران از «طوفانالاقصی»», Sayte ruznameye donyaye iqtisad
- جنگ غزه شرکتهای بینالمللی در سرزمینهای اشغالی را مجبور به تعطیلی کرد», Fars xəbər agentliyi
- «دوازدهمین روز از عملیات طوفان الاقصی», Əl-Aləm saytı
- «دهمین روز از عملیات "طوفان الاقصی"», Əl-Aləm saytı
- «دیدار نخبگان و استعدادهای برتر علمی با رهبر انقلاب», Dəftəre hefz və nəşre asare Həzrət Ayətullah Xamenei
- سفالگر، سامان، «آینده رژیم صهیونیستی در پرتو عملیات "طوفان اقصی"», Sayte təhlili Tenin
- «شادی مردم تهران در پی پیروزی مقاومت فلسطین در عملیات طوفان الاقصی», İrna xəbər agentliyi
- «شادی مردم افغانستان پس از عملیات طوفان الاقصی», Mehr xəbər agentliyi
- «طوفان الاقصی نقطه عطف زوال قطعی رژیم صهیونیستی است», Mərkəze pejuheşhaye məclise şuraye İslami
- «العراق وإيران ودول عربية تدخل حدادا عاماً على أرواح ضحايا غزة», Şəfəq saytı
- «عملیات طوفان الاقصی سرآغاز تحولات بزرگی در جهان اسلام و منطقه است», Şuraye negəhban
- «عملیات طوفان الاقصی مهاجرت به سرزمینهای اشغالی را متوقف كرد», Vabqahe radyu qoftequ
- «لحظه به لحظه با عملیات توفان الاقصی», Əl-Aləm saytı
- «لحظه به لحظه با دومین روز از عملیات طوفان الاقصی», Əl-Aləm saytı
- «لحظه به لحظه با سومین روز از عملیات طوفان الاقصی», Əl-Aləm saytı
- «لحظه به لحظه با پنجمین روز از عملیات "طوفان الاقصی"», Əl-Aləm saytı
- «مراسم مشترک دانشآموختگی دانشجویان دانشگاههای افسری نیروهای مسلح», Dəftəre hefz və nəşre asare Həzrət Ayətullah Xamenei
- «منبع نزدیک به دولت عربستان: ریاض مذاکرات عادیسازی با اسرائیل را تعلیق کرد», Təsnim xəbər agentliyi
- «نهمین روز از عملیات "طوفان الاقصی"», Əl-Aləm saytı
- «واکنش مراجع عظام تقلید به جنایات رژیم صهیونیستی» Məşriq xəbər agentliyi
- «هشتمین روز از عملیات "طوفان الاقصی"», Əl-Aləm saytı
- «Palestinian health minister says 3,478 killed in Gaza; Israeli government says 1,400 killed in Israel»، nbcnews, Published: October 18, 2023, Accessed: Oct 18, 2023.