Həşdi Şəbi

wikishia saytından
(İraq xalq könüllülər dəstəsi səhifəsindən yönləndirilmişdir)

Həşdi Şəbi (ərəbcə: الحشد الشعبي) və ya İraq xalq könüllülər dəstəsi, hərbi qüvvədir ki, İraq silahlı qüvvələrinin Ali Baş komandanının nəzarəti altında olan orduya yardım edirlər və onların böyük bir hissəsini şiələr təşkil edir. Həşd Şəbi, 2014-cü ildə İŞİD-in İraqa hücumu zamanı fövqəladə vəziyyətdə təşkil olmuş və şiə mərcəi təqlidi seyyid Əli Sistaninin İŞİD-ə qarşı cihad fətvasından sonra, rəsmiləşdirilərək bir daha gücləndirildi.

Həşd Şəbi şiə, sünni, xristian, ərəb, türkmən və kürd də daxil olmaqla 40-dan çox hərbi qrup və 100 mindən çox əsgər qüvvəsinə amlikdir. “Bədr” hərbi taboru “Əsaibu Əhlul-haqq”, “Kətaibu Hizbullah” və “Səraya əl-Ətəbat” Həşdi Şəbi təşkilatının qrupları arasındadırlar.

Həşdi Şəbinin İŞİD-lə mübarizədə boyük təsiri olmuşdur. Bu təşkilat İŞİD-in süqutundan sonra, İŞİD-in qalıqlarını təmizləyir və sosial xidmətlərdə də fəallıq göstərir. “Həşdi Şəbi” təşkilatı qanununa görə, bu qruplaşma da digər İraq hərbi qüvvələri kimi siyasi fəaliyyətlə məşğul olmaq qadağa edilmişdir.

Amerika və Səudiyyə hökumətləri, Həşdi Şəbinin ləğv edilməsini və ya İraq ordusuna qoşulmasını tələb edir və ABŞ 2018 və 2021-ci illərdə İraqdakı Həşdi Şəbi bazalarına hücum etmişdi. Digər tərəfdən Suriya, İran İslam Respublikası və Livan Hizbullahı, Həşdi Şəbin tərəfdarları hesab edilir. İraqdan olan şiə din xadimi və siyasi fəal, Müqtəda Sədr də Həşdi Şabinin İraq ordusuna qoşulmasının tərəfdarı idi, mərcəi təqlid seyyid Kazım Hairi isə ona qarşı çıxaraq Həşdi Şəb təşkilatını müstəqil qüvvə olaraq İraqın təhlükəsizliyini qorumaq üçün lazım olduğunu bildirdi.

Faleh Fəyyaz “Həşdi Şəbin” komandiri və Hadi Amiri isə onun müavinidir. Ondan əvvəl, Əbu əl-Məhdi əl-Mühəndis, Həşdi Şəbin müavini idi ki, ABŞ hökumətinin keçirdiyi terror əməliyyatında İranın Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə birlikdə şəhid oldu.

Mövqe

Həşdi Şəbi, İraqın xalq könüllüləri və ya İraq könüllüləri kimi adlandırılır,[1] İraq təhlükəsizlik qurumuna bağlı hərbi qüvvədir ki,[2] İraq silahlı qüvvələrinin[3] baş komandanının nəzarəti altında orduya kömək edir[4] və böyük bir hissəsi şiələrdən ibarətdir.[5] Həşdi Şəbi, İŞİD-in İraqa hücumu zamanı fövqəladə vəziyyətdə və İraq Nazirlər Kabinetinin könüllü qüvvələrin yaradılması ilə bağlı verdiyi bəyanatından sonra yaradılmış (5) və şiənin nüfuzlu mərcəi təqlidinin sayılan Seyid Əli Sistaninin, İŞİD-ə qarşı verdiyi cihad fətvasından sonra, rəsmiləşdirildi[6] və gücləndirildi.[7]

Təsis

2014-cü il iyunun 10-da nazirlər şurası, baş nazir Nuri Malikidə istədilər İraq vətəndaşlarından könüllü olaraq xalq könüllüləri yaradılsın və terrorçulara qarşı mübarizə aparmaq könüllü olaraq təşkilat yaradılması haqda bəyanat verilsin. [8]

Bu bəyanatın verilməsi İŞİD-in İraqın qərb, şimal və mərkəzi bölgələrinə nəzarəti və onların Bağdadı ələ keçirmək təhlükəsi ilə eyni bir vaxta təsadüf edir.[9]

Seyyid Əli Sistaninin kifayi cihad fətvası

Nəcəf şəhərində yaşayan şiə mərcəi təqlidi Seyyid Əli Sistani, 13 iyun 2014-cü ildə, İŞİD quruplaşmasının təhdidindən üç gün sonra və Nazirlər Şurasının xalq könüllülərinin yaradılması ilə bağlı verdiyi bəyanatla eyni zamanda,[10] fətvasında İŞİD-ə qarşı mübarizəni kifayi cihad elan etdi.[11] Bu fətva Həşdi Şəbinin[12] qanun çərçivəsində bir təşkilat kimi tanınmasında və ona qoşulan insanların ona qoşulmasında böyük təsiri olduğunu hesab edirlər;[13] Elə bir şəkildə ki, bəzi tədqiqatçılar Seyyid Əli Sistaninin fətvasından sonra Həşdi Şəbinin təsis olduğuna inanırlar.[14]

Qanuni mövqeyi

26 noyabr 2016-cı il tarixində İraq parlamentində “Həşdi Şəbi təşkilatı” qanuni təsdiqi ilə “Həşdi Şəbi” İraq hərbi qüvvələrinin bir hissəsi kimi sayılmış və silahlı qüvvələr baş komandanlığı nəzarətinə verilmişdir. Buna əsasən, “Həşdi Şəbi” və İraqın digər silahlı qüvvələri arasında olan qanunlar eynidir və digər hərbi qüvvələr kimi Həşdi Şəbiyə də siyasi fəaliyyət ögöstərməsi qadağandır.[15]

Struktur

Həşdi Şəbi-nin qrup sayı, 42[16] ilə 68[17] arasında olan hərbi dəstələrdən ibarət olduğu bildirilir. Həşdi Şəbi qüvvələrinin sayı da fərqli şəkildə qeyd edilir, 60 mindən[18] 160 min nəfər arasında olduğu bildirilir;[19] Təbii ki, İraq parlamenti büdcəni nəzərə alaraq yalnız 110 nəfərlik qüvvəni rəsmi olaraq qarşıladı.[20]

Bəziləri 2021-ci ilin sentyabrında Həşdi Şəbinin sayının 130.000 nəfər olduğunu təxmin etmişlər, onlardan 90.000-i şiə ərəb, 30.000-i əhli- sünnə ərəb, 7.000-i türkmən və 3.000-i xristian hesab edilmişdir.[21] Həşdi Şəbidə Kürdlərin də olduğu bildirilir.[22] Bəzi tədqiqatçılar, Həşdi Şəbi qüvvələrini İran İslam Respublikasının lideri Seyid Əli Xamenei, Seyid Əli Sistani və Müqtəda Sədrə sədaqətlərinə görə üç qrupa ayırmışlar.[23]

Faleh Fəyyaz əvvəldən indiyədək (2023) Həşdi Şəbinin komandiri və Hadi Amiri onun müavinidir. Hadi Amiridən əvvəl, Həşdi Şəbin müavini Əbu Mehdi Muhəndis olmuşdur o, 2018-ci ildə ABŞ hökuməti tərəfindən həyata keçirilən terror əməliyyatında İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani ilə birlikdə şəhid olmuşdur.[24] İraq parlamentinin təsdiq etdiyi “Həşdi Şəbi təşkilatı” qanuna görə, digər silahlı qüvvələr kimi bu təşkilatda da divizya komandirinin və ondan yuxarı şəxslərin təyinatı həmçinin baş nazirin təqdimatı və parlamentin təsdiqindən sonra baş verir. [25] Təbii ki, 17 sentyabr 2019-cu ildə, o vaxtkı baş nazir Adil Əbdül Mehdi tərəfindən verilən 331 saylı məhkəmə qərarına əsasən, Həşdi Şəbi rəhbərliyinin ixtiyarı vardır baş nazir tərəfindən, öz rəhbər və idarəçilik heyyətini təyin və təsdiq edilməsi üçün Silahlı Qüvvələrin Baş Komandanlığına göndərilir.[26]

Həşdi Şəbi dəstələrindən bəziləri ibarətdir:

  • Bədr Təşkilatı (hərbi şöbə)
  • Əsaibu Əhlul-Həqq
  • Kataibu Hizbullah
  • Səraya -əl-Xorasani
  • Kətaibu Əbülfəzlil Abbas
  • Səraya əl-Ətəbat
  • Livai Əli Əkbər[27]
  • Kətaibu Seyyiduş-Şühəda[28]
  • Səraya əs-Səlam (keçmiş Ceyşül-Mehdi)
  • Səraya əl-Cihad
  • Səraya əl-Əqidə
  • Səraya əl-Şura[29]
  • Quvat əş-Şəhid əs-Sədr
  • Hərəkətu əl-Nücəba[30]

Fəaliyyətlər

Həşdi Şəbinin İŞİD-ə qarşı mübarizədə rolu mühüm qiymətləndirilmişdir;[31] o cümlədən Samirra və Amirli şəhərlərinin mühasirəsini yarmaq və Curf əs-Səxr, Tikrit, Bəyci və Dəyali əyalətini azad edilməsi.[32] “Həşd Şəbi” -nin rəsmi məlumatına görə, 2015-ci ilin sonuna qədər bu təşkilat İraqın on doqquz şəhərindən İŞİD-i çıxarıb və bu ölkənin şəhərləri arasında 52 rabitə yolunun təhlükəsizliyini təmin etmişdir. Bu təşkilat Həşdi Şəbi tərəfindən azad edilən ərazilərin sahəsinin 17.500 kvadrat kilometr (İŞİD tərəfindən işğal olunmuş ərazilərin üçdə biri) olduğunu təxmin edir.[33]

İŞİD hökumətinin süqutundan sonra Həşdi Şəbi Bağdad, Səlahəddin, Diyali, Kərkük, Neynəva və əl-Ənbar bölgələrində İŞİD qalıqlarını təmizləyir.[34] Həşdi Şəbi həmçinin sosial xidmətlərdə[35] yol salmada,[36] səhra işlərində,[37] dini mərasimlərin təhlükəsizliyinin qorunmasıda[38] o cümlədən Ərbəin yürüşündə[39] sel və təbii fəlakətər kimi hadisələr zamanı[40] yüksək dərəcədə fəaliyyət göstərir.

Həşdi Şəbi ilə bağlı digər ölkələrin mövqeləri

ABŞ-ın o zamankı dövlət katibi Reks Tillerson "Həşdi Şəbi Təşkilatı" qanuni şəkildə təsdiqindən təxminən bir il sonra “Həşdi Şəbini” İrana bağlı bir qruplaşma kimi adlandıraraq[41] onun dağıdılmasını və ya İraq ordusuna inteqrasiya olunmasını tələb etdi.[42] Bəzi analitiklərin fikrincə, Amerikanın Həşdi Şəbi- yə qarşı çıxmasının səbəbi, Amerika qoşunlarının İraqdan çıxarılmasını tələb edən Bədr, Əsaibu Əhlul-Həqq və Kətaibu Hizbullah kimi Həşdi Şəbinin bəzi nüfuzlu qruplarının mövcud olması bildirilir.[43] Digərləri isə bunu onun bəzi qruplaşmalarının İran və Seyyid Əli Sistani ilə yaxınlığı, eləcə də onların İraq seçkilərində təsirindən qorxması ilə əlaqələndirir.[44] Səudiyyə Ərəbistanının o zamankı xarici işlər naziri təxminən 2016-cı ilin iyununda Həşdi Şəbini məzhəblərarası gərginliyə səbəb hesab edərək onun ləğv edilməsini tələb edir.[45]

3 mart 2022-ci ildə Suriya prezidenti Bəşər Əsəd, Həşdi Şəbinin rəhbəri ilə görüşür və həmin görüşdə terrorçuları dəstəkləyən ölkələrlə qarşıdurmanın aparılmasını təkid edir.[46] Həmçinin, Həşdi Şəbinin müavini, Hadi Amirinin dediklərinə görə, 2016-cı il noyabrın 16-da Bəşər Əsəd İraqın azad edilməsindən sonra İŞİD-lə müabrizə üçün Həşdi Şəbini Suriyaya dəvət etdi.[47] İran İslam Respublikasının dini lideri Seyyid Əli Xamnei, İraqın “Hikməti milli” hərəkatının lideri Seyid Əmmar Hakim ilə söhbətində Həşdi-Şabini İraqın sərmayəsi hesab edərək ona dəstək verilməlməsini vurğulayır.[48] Həmçinin 2021-ci il avqustun 19-da Seyyid Həsən Nəsrullah, İraqın təhlükəsizliyini qorumaq üçün Həşdi-Şəbinin gücləndirilməsini zəruri olduğunu bildirmişdir.[49]

Amerikanın Həşdi Şəbi bazalarına hücumu

2019-cu il dekabrın 29-da Amerika, əl-Ənbar və İraqla Suriya sərhədində Həşdi Şəbi mövqelərinə hücum etdi. Bu hücum zamanı 25 nəfər həlak oldu. Amerika müdafiə nazirliyi bu hücumları Həşdi Şəbinin İraqdakı ABŞ bazalarına hücumlarına cavab olduğunu bildirdi.[50] Digər tərəfdən isə, Həşdi Şəbi Amerika bazalarına edilən hücumların məsuliyyətini öz üzərinə götürmədi.[51]

8 iyun 2021-ci ildə də Amerika, İraq və Suriya sərhədindəki Həşdi Şəbi bazalarına hücum etmişdi və nəticədə dörd Həşdi Şəbi qüvvəsi öldürüldü. Amerika bu hücumu İranın dəstəklədiyi qruplaşmanın İraqdakı Amerika personalı və obyektlərinə qarşı dron hücumlarına cavab kimi qiymətləndirdi.[52] Həşdi Şəbi isə hədəfə alınan qüvvələrlə bağlı, İraqda xarici qüvvələrə qarşı heç bir fəaliyyət göstərmədiyini açıqladı.[53]

Həşdi Şəbi ilə bağlı İraqın daxili mövqeləri

İraqdan olan şiə din xadimi və siyasi fəal Müqtəda Sədr, 2017-ci ildə Həşdi Şəbinin orduya qoşulmasını[54] və 2012-ci ildə siyasət və biznesə qarışmamasını tələb etdi.[55] Digər bir tərəfdən isə Nəcəfdəki şiə mərcəi təqlidi seyyid Kazım Hairi, Həşdi Şəbini müstəqil bir qüvvə kimi digər qüvvələrlə birləşdirilməməsini dəstəklədi və onu ölkənin təhlükəsizliyini qorumaq üçün zəruri olduğunu vurğuladı.[56]

Nəcəfdə olan başqa bir mərcəi təqlid Şeyx Bəşir Nəcəfi də “Həşdi Şəbini” İraq və Mərcəiyyətin güclü qolu hesab etmişdir;[57] Təbii ki, o və Məhəmməd İshaq Fəyaz adında başqa bir mərcəi təqlid, Həşdi Şəbiyə siyasətdən uzaq durmağı tövsiyə etmişlər.[58]

Bəzi İraqlı analitiklər də xarici və terror təhlükələrinə qarşı mübarizə aparmaq üçün Həşdi Şəbinin mövcudluğunu zəruri hesab ediblər.[59] Həmçinin “İraq milli hikməti” hərəkatının lideri Seyyid Əmmar Həkim, Həşdi Şəbini İraq üçün strateji zərurət hesab edərək, onun dağılmasına və ya orduya inteqrasiyasına qarşı çıxmışdır; Baxmayaraq ki, onun siyasi qüvvələrlə əlaqə qurmasını tənqid etmişdir.[60] Həşdi Şəbi-nin rəhbəri Faleh Fəyyaz, Həşdi Şəbinin siyasətə qarışdığını rədd edir.[61]

İttihamlar

2016-cı ildə Fəllucənin azad edilməsi əməliyyatından sonra, beynəlxalq amnistiya təşkilatı Həşdi Şəbini Fəllucədə taleyi məlum olmayan 650 nəfərin qaçırılması ilə ittiham edir.[62] Əl-Əzhərin şeyxi Əhməd Təyyib, Tikritin azad edilməsi əməliyyatı zamanı Həşdi Şəbini sünnilərə qarşı hərbi cinayətlərdə ittiham edir.[63] “Cəmaatu üləmaul-İraq” təşkilatına başçılıq edən Əhli Sünnə alimi Xalid Əbdül Vəhab əl-Molla,[64] və Nəcəfdə mərcəi təqlid Şeyx Bəşir Nəcəfi,[65] əl-Əzhər şeyxinin iddiasını rədd edərək Həşdi-Şəbinin ŞiəSünnülərdən təşkil olduğunu vurğuladılar.

Monoqrafiya

“Təsirate Həşdi Şəbiye İraq bər siyasəthaye rahbordi İran” kitabı

“Təsirate Həşdi Şəbiye İraq bər siyasəthaye rahbordi İran” kitabı, Keyvan Ağababayi tərəfindən yazılmışdır. Bu kitab “Həşdi Şəbi”nin mövqe və tarixini araşdırdıqdan sonra İraqın 2014-2017-ci illərdə İran və Səudi Ərəbistanının xarici siyasətindəki proseslərin gedişatından bəhs edir.[66]

“Sayeye roşəne Həşdi Şəbi” kitabı, müəllif: Əmir Hamid Azad Həşdi Şəbi ilə bağlı siyasət, yaradılma tarixi və bir sıra problemlərdən bəhs edir.[67] Şirzad Dadaşinin yazdığı “Həşdi Şəbi” bu mövzuda fars dilində yazılmış digər bir kitabdır.[68]

Əl-Həşduş-Şəbi: “Əl-istiraticiyyə əl-Əmrikiyyə və əl-Həşdi əl-Şəbi fil İraq”, müəllif: Zeynəb Şəib,[69] əl-Cuyuşul-Məvaziyə: “Milişiyyatu əl-Həşduş-Şəbi fil İraq”, müəllif: Əhməd Ədli[70] və əl-Həşduş-Şəbi əz-Zihanul əxir, müəllif: Yazıçılar birliyi,[71] Ərəb dilində təlif olunmuş kitablardandır. Həmçinin, “Iraqi Security Forces and Popular Mobilization Forces: Orders of Battle; İraq təhlükəsizlik qüvvələri və Həşdi Şəbi: Döyüş əmrləri”[72] və “The Popular Mobilization Forces and Iraq's future- Həşdi Şəbi və İraqın gələcəyi”[73] Həşdi Şəbi haqda İngilis dilində yazılmış bəzi kitablardır.

Əlaqəli məqalə

İstinadlar

  1. حشد الشعبی‌ها چه افرادی هستند؟, mizan.ir saytı
  2. Səlumi, Səlah Ədnan Nasir, Təzhiyyətuz-zati ləda müntəsəbil-həşdiş-şəbil-İraq, s.241
  3. Berism, Ğəsəq Əbdul Rza, Əsbabi tətəvvuiş-şəbabi fil-Həşdiş-Şəbi, s.621
  4. Xəşşan, Əl-Həşduş-Şəbi dirasətun fil-ciyubulitikin-nəqdiyyə, s.486
  5. Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116
  6. سیستانی در صدد برچیدن بساط حشد شعبی از زیر پای شبه‌نظامیان عراقی, independentpersian.com saytı
  7. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  8. Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116
  9. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  10. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  11. Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.437
  12. سیستانی در صدد برچیدن بساط حشد شعبی از زیر پای شبه‌نظامیان عراقی, independentpersian.com saytı
  13. Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116; Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  14. Nümunə üçün baxın: Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108; Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.437
  15. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  16. Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.440
  17. الحشد الشعبی فی العراق.. قوة عسکریة و سیاسیة, aljazeera.net saytı
  18. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
  19. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.20
  20. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.20
  21. Xəşşan, Əl-Həşduş-Şəbi dirasətun fil-ciyubulitikin-nəqdiyyə, s.486
  22. ساختار حشد شعبی عراق؛ مهمترین گروه‌های تشکیل دهنده آن, tasnimnews.com saytı
  23. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.7
  24. درباره ابومهدی المهندس, irna.ir saytı
  25. Azad, Ulquye təşkil və təhdide Həşd Şəbi dər İraq, s.89
  26. Azad, Ulquye təşkil və təhdide Həşd Şəbi dər İraq, s.96
  27. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.21-22
  28. Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.441
  29. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.23-24
  30. ساختار حشد شعبی عراق؛ مهمترین گروه‌های تشکیل‌دهنده آن, tasnimnews.com saytı
  31. Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.7
  32. Hələfi, Həşduş-şəbi Bəsice mərdomiye İraq, s.48
  33. پایگاه اینترنتی الحشد الشعبی., al-hashed.net saytı
  34. آغاز عملیات امنیتی حشد الشعبی در دیالی, isna.ir saytı
  35. تنفیذ حملة خدمیة فی مقام الإمام السجاد(ع), al-hashed.gov.iq saytı
  36. اللواء ۲۸ بالحشد یستجیب لمناشدة خدمیة فی شمال خانقین, al-hashed.gov.iq saytı
  37. الحشد الشعبي يحصي عدد قواته وجرحاه ويؤكد على الضرورة الملحة لبقائه»
  38. طرح ویژه امنیتی حشد شعبی عراق برای اعیاد مذهبی, mehrnews.com saytı; طرح امنیتی حشد شعبی برای مراسم سالروز شهادت امام علی(ع) در نجف اشرف, tasnimnews.com saytı
  39. الحشد الشعبي يحبط مخططاً لاستهداف الأمن خلال زيارة الأربعين, Əl-Məyadin
  40. بالانفو کرافک: هذا ما شارکت به الهندسة العسکریة للحشد فی المحافظات الجنوبیة لاحتواء أزمة السیول والفیضانات (نسخه بایگانی‌شده), al-hashed.gov.iq saytı
  41. الجبیر: بحثنا مع تیلرسون خطر إیران و أزمة قطر, alarabiya.net saytı
  42. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.111
  43. Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.118
  44. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.111-112
  45. هل تمنع السعودية مقاتلي الحشد الشعبي من أداء الحج؟, alhurra.com saytı
  46. الأسد يبحث مع رئيس الحشد الشعبي القضايا الأمنية المشتركة, almayadeen.net saytı
  47. هادي العامري: الحشد الشعبي تلقى دعوة من الأسد للدخول إلى سوريا
  48. خامنئی لقادة الشیعی: لا تثقوا بالامیرکیین
  49. السيد نصر الله: الحشد الشعبي الضمانة الحقيقية للعراق في مواجهة داعش والتكفيريين, todaynewsiq.net saytı
  50. ۲۵ قتیلا و۵۱ جریحا بالهجوم الأمریکی علی مواقع لالحشد الشعبی العراقی, arabic.rt.com saytı; تبدیل تاریخ از میلادی به شمسی
  51. American Airstrikes Rally Iraqis Against U.S, nytimes.com saytı
  52. القصف الأمریکی: غارات أمریکیة فی العراق وسوریا, bbc.com saytı
  53. العراق یدین الهجوم الأمریکی علی مواقع للحشد الشعبی
  54. مقتدی صدر: حشد شعبی با ارتش عراق ادغام شود, ilna.ir saytı
  55. Şəhsəvari, Baz taze sədr: Təmami numayəndaqane nəzdik be Müqtəda Sədr dər parlimane İraq istefa dadənd, s.4
  56. بیان سماحة السید الحائری یعلن فیه عدم الاستمرار فی التصدی للمرجعیة بسبب المرض والتقدم فی العمر, alhaeri.org saytı
  57. المرجع النجفي: الحشد الشعبي ذراع العراق والمرجعية وبهم يعز الإسلام والوطن, shafaqna.com saytı
  58. تأکید آیات عظام نجفی و فیاض بر وحدت بیشتر گروههای مقاومت اسلامی عراق و دوری آنها از سیاست, shafaqna.com saytı
  59. Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.117
  60. در برابر انحلال حشد الشعبی می‌ایستیم, isna.ir saytı
  61. فالح الفیاض: حشد شعبی در بحث‌های سیاسی دخالت نمی‌کند, shafaqna.com saytı
  62. https://www.middleeasteye.net/news/iraq-amnesty-reveal-fate-missing-men-and-boys
  63. العراق .. المرجع النجفي ينتقد موقف الازهر من الحشد الشعبي, taghribnews.com saytı
  64. العراق .. المرجع النجفي ينتقد موقف الازهر من الحشد الشعبي, taghribnews.com saytı
  65. جماعة علماء العراق لـ" الازهر" : الحشد الشعبي يتألف من شيعة وسنة يقاتلون جنبا إلى جنب من أجل غايات سامية وطنية, tasnimnews.com saytı
  66. کتاب «تاثیرات حشدالشعبی عراق بر سیاست‌های راهبردی ایران», razavi.ir saytı
  67. Qohəri Muqəddəm və Ərəb, Cayeqahe Həşduş-Şəbi dər əmniyyəte milliye İraq və nəhveye baznəmayi risanehaye ğərbi-səudi əz an, s.152
  68. کتاب‌شناسی حشد الشعبی
  69. کتاب‌شناسی الحشد الشعبی, Nur məktəbi
  70. کتاب‌شناسی الجیوش الموازیة, worldcat.org
  71. معرفی الحشد الشعبی الرهان الاخیر, almustakbalpaper.net
  72. Iraqi Security Forces and Popular Mobilization Forces, worldcat.org
  73. The Popular Mobilization Forces and Iraq's future worldcat.org

Ədəbiyyat