Seyid Həsən Nəsrullah

wikishia saytından
(Seyyid Həsən Nəsrullah səhifəsindən yönləndirilmişdir)
Seyid Həsən Nəsrullah
Livan Hizbullahının üçüncü baş katibi
Livan Hizbullahının üçüncü baş katibi
LəqəbMüqavimətin seyyidi
Diniİslam
MəzhəbiŞiə
Doğum günüm.1960
Doğulduğu şəhərBazuriyyə bölgəsi
Doğulduğu ölkəLivan
Həyat yoldaşının adıFatimə Yasin / Övladları: Məhəmməd Hadi - Məhəmməd Cavad - Məhəmməd Əli - Zeynəb
Şəhadəti27 Sentyabr 2024 \ Beyrut
UstadlarıSeyyid Abbas Musəvi - Seyyid Məhəmməd Baqir Sədr
BacarığıRuhani - Siyasətçi
Fəaliyyət sahəsiLivan Hizbullahının baş katibi


Seyid Həsən Nəsrullah (1960-2024) şiə din xadimi və siyasətçisi, Livan Hizbullahının üçüncü baş katibi və onun qurucularından biri idi. Hizbullah onun dövründə regional gücə çevrildi. Cənubi Livanın 2000-ci ildə azad edilməsi, və 2006-cı ildə 33 günlük müharibədə qələbə, Nəsrullahın baş katibliyi dövründə əldə edilib. Bu səbəbdən də ona "Müqavimət Seyidi" adı verilmişdir. Həmçinin müqaviməti və İsrailə qarşı dəfələrlə qazandığı qələbələrə görə o, ərəb və islam dünyasının ən seimli şəxsiyyəti və ya lideri, ərəb dünyası və Yaxın Şərqin ən güclü rəhbəri kimi təqdim edilib.

Seyid Həsən Nəcəf elmi hövzəsində təhsil alıb. Nəcəfdə Seyid Məhəmməd Baqir SədrSeyid Abbas Musəvi ilə münasibəti onu İsrail işğalına qarşı mübarizə meydanına daxil edib.

Seyid Həsən Nəsrullah 27 sentyabr 2024-cü il cümə günü sionist rejim tərəfindən Livanın cənubundakı Dahiyyənin bombalanması nəticəsində şəhid olub. Onun şəhid edilməsinə müxtəlif reaksiyalar verilib. İranın Rəhbəri Seyid Əli Xamenei, Seyid Əli Sistani, Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmdani kimi mərcəyi-təqlidlər və müxtəlif ölkələrin rəsmiləri və hökumətləri və HƏMAS hərəkatı, Fələstin İslami Cihad hərəkatı, Yəmən Ənsarullah hərəkatı, Fəth hərəkatı, Əsaib Əhlil-Həqq qruplaşması, Livanın Əməl hərəkatı, İraqda milli hikmət hərəkatı, İraqda Sədr hərəkatı kimi müqavimət qrupları da Seyid Həsənin şəhadəti ilə bağlı başsağlığı verən və İsrailin hücumlarını pisləyən bəyanat yayıblar. İranda beş günlük, Livan, Suriya, İraq və Yəməndə isə üç günlük ümumi matəm elan edilib.

Nəsrullah şəhadətindən əvvəl 2004, 2006 və 2011-ci illərdə də bir neçə dəfə İsrail qüvvələri tərəfindən sui-qəsdə uğramış, amma sağ qalmışdı.

Onun oğlu Seyid Məhəmməd Hadi də 1997-ci ildə İsrail qüvvələri ilə qarşıdurmada şəhid olub.

İsrailin işğalçı siyasəti ilə mübarizəsi və Müqavimət Seyidi

Livanın məşhur və məqbul simalarından olan Seyid Həsən Nəsrullah[1] 22 illik İsrail işğalından sonra 2000-ci ildə Livanın cənubunu azad etməkdə özünün və Hizbullahın oynadığı rola, eləcə də 33 günlük müharibədə qələbə qazandığına görə "Müqavimət Seyidi" ləqəbini alıb.[2]

Müqavimətinə və İsrailə qarşı dəfələrlə qalib gəldiyinə görə Nəsrullah ərəb və İslam dünyasının ən sevimli siması,[3] ərəb dünyasının ən populyar lideri[4] Yaxın Şərq və ərəb dünyasının ən şücaətli və qüdrətli rəhbəri kimi təqdim edilmişdir.[5] Onun inqilabçı sözləri və güclü şəxsiyyətini İslam və ərəb dünyasında sevimli olmasının amillərindən hesab ediblər.[6] "Euronews"-un Associated Press-dən verdiyi xəbərə görə, Nəsrullah livanlılar, ərəb və İslam dünyasında milyonlarla insan tərəfindən hörmətlə qarşılanırdı.[7]

"Euronews" Nəsrullahı İranın ən yaxın müttəfiqi və İsrailin qatı düşməni adlandırıb.[8]

Livan Hizbullahının baş katibi

Seyyid Həsən Nəsrullahın "Ləbbeyk Ya Hüseyn (ə) yəni, ..." adlı çıxışı

Seyid Həsən Nəsrullah 16 fevral 1992-ci ildə Seyid Abbas Musəvinin şəhadətindən sonra Livan Hizbullahının üzvlərinin yekdil rəyləri ilə o partiyanın baş katibi seçildi.[9] Hizbullahın baş katibliyi vəzifəsini qəbul edəndə onun 32 yaşı var idi.[10]

Seyid Həsənin rəhbərliyi dövründə Hizbullahın regional gücə çevrildiyi deyilir.[11] Həmçinin o, sionist rejim üzərində qələbələr əldə etdi ki, bunlardan ən mühümü 2000-ci ildə Livanın cənubunun azad edilməsi, 2006-cı ildə 33 günlük müharibədə qələbə qazanılması və 2017-ci ildə terrorçu qrupların məğlubiyyətə uğradılmasıdır.[12] O, həmçinin livanlı əsirlərin azad edilməsində və müqavimət döyüşçülərinin cəsədlərinin İsraildən alılnmasında da mühüm rol oynamışdır.[13] Hizbullah, Seyid Həsənin baş katibliyi dövründə siyasi fəaliyyətə girdi və o cümlədən, onun on iki üzvü Nümayəndələr Palatasına daxil oldu.[14]

Seyid Həsən İsrailin terror etmək istədiyi şəxslərdən biri idi və deyilib ki, 2006-cı ildən[15] İsrail qüvvələrinin terror təhlükəsi səbəbindən gizli yaşayırdı.[16] Onun çıxışları da də virtual və video proyektor şəkilində keçirilirdi.[17] Nəsrullah öz çıxışlarının birində Hizbullahı Amerikanın gözündə bir tikan və İsrailin işğal planlarına böyük maneə kimi təqdim etdi.[18]

Müqavimət qrupları ilə əlaqə

Seyid Həsən Nəsrullah Livan Hizbullahının baş katibi olaraq müqavimət oxu ilə həmişə dost və yaxın münasibətlərdə olub. Onu İranın şiə liderləri və Həmas kimi Fələstin müqavimət qrupları ilə müttəfiq hesab edirdilər.[19] O, Əl-Əqsa tufanından sonra İsrailin Qəzzaya hücumları zamanı Fələstin müqavimətini dəstəkləmək və himayə etmək üçün bu müharibənin sonuna qədər davam edəcək Livanın cənubunda bir cəbhənin yaradıldığını elan etdi.[20]

Hizbullah Livan "Əməl hərəkatı" ilə də yaxşı və dostluq münasibətlərinə malikdir.[21]

İranla əlaqə

Seyid Həsən İran və onun rəhbərləri ilə yaxın və dost münasibətdə idi[22] və o, dəfələrlə İrana səfər edib, İran rəhbərləri ilə görüşüb. O, İmam Xomeyni (r.ə) ilə ilk dəfə 1982-ci ildə[23] və ya 1983-cü ildə[24] Cəmaran Hüseyniyyəsində görüşmüşdür. 1987-ci ildə də Hizbullah üzvləri ilə birlikdə onu ziyarətə getdi. Onun İmam Xomeyni (r.ə) ilə üçüncü və sonuncu görüşü İmamın vəfatından bir neçə ay əvvəl və "Əməl hərəkatı" ilə "Hizbullah" arasında münaqişə zamanı olmuşdur.[25]

Seyid Həsən Nəsrullahın özünün dediyi tərcümeyi-halında qeyd edildiyi kimi, onun Ayətullah Xamenei ilə yaxın münasibəti 1987-ci ildə başlayıb.[26] Həmçinin o, Qasım Süleymani, İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahian kimi İranın hərbi və dövlət rəsmiləri ilə dəfələrlə görüşüb.[27]

Nəsrullah İranı öz dostu və Hizbullahın himayədarı hesab edirdi və həmçinin İranı dəstəkləyir və müdafiə edirdi.[28] O cümlədən, İsrailin 2024-cü ilin aprelində Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq, o, İranın İsraili cəzalandırmaq hüququnu dəstəkləyib və İranın İsrailə qarşı cavabını qəti hesab edib.[29] O, İranla dostluq münasibətlərini şərəf hesab edirdi.[30]

2009-cu ilin noyabr ayında Həsən Nəsrullah, Hizbullahın yeni siyasi sənədini elan və təqdim etdi ki, bu sənəddə Hizbullahın İrandakı Vəliyyi Fəqihə bağlılığı və asılılığı həmin qrupun siyasətlərindən biri kimi yer alır.[31]

"Əl-Cəzirə"[32] və "Euronews"-un[33] verdiyi məlumata görə, bəzi ekspertlər və Hizbullahın müxalifləri Nəsrullah və onun partiyasını İranın Livandakı agenti və nümayəndəsi hesab edirlər.

Tərcümeyi-halı və təhsili

Seyyid Həsən Nəsrullahın həyat infoqrafikası

Livanın məşhur və məqbul simalarından olan Seyid Həsən Nəsrullah 31 avqust 1960-cı ildə[34] və ya 1962-ci ildə[35] Beyrutun şərqindəki Kərantina adlı yoxsul məhəllədə anadan olmuşdur.[36] Onun atası Seyid Əbdül-Kərim və anası Nəhdiyə Səfiyuddin[37] cənubi Livanın Sur şəhərinin ətrafında yerləşən Əl-Bazuriyyə kəndindən idilər ki, Beyruta köçmüşdülər.[38] Bəzi mənbələrdə onun Bazuriyyədə doğulduğu bildirilir.[39] Seyid Həsənin üç qardaşı və beş bacısı var[40] və yeniyetmə ikən qardaşları ilə birlikdə atasının ərzaq mağazasında işləyirdi.[41]

Nəsrullah ibtidai təhsilini Əl-Tərbəviyyə bölgəsindəki Əl-Nəcah özəl məktəbində başa vurdu və 1975-ci ilin aprelində Livanda vətəndaş müharibəsinin başlamasından sonra ailəsi ilə birlikdə atasının məmləkəti olan Bazuriyə kəndinə köçdü və orta məktəb təhsilini Sur şəhərində davam etdirdi.[42]

Seyid Həsən on altı yaşında (miladi 1976-cı ildə) Sur şəhərinin cümə imamı və Seyid Məhəmməd Baqir Sədrin dostlarından biri olan Seyid Məhəmməd Qərəvinin təşviqi ilə dini elmləri öyrənmək üçün Nəcəf şəhərinə hicrət etdi. Seyid Məhəmməd məktub vasitəsi ilə Seyid Həsəni şəhid Sədrlə tanış etdi. Şəhid Sədr də Seyid Abbas Musəvini Seyid Həsən Nəsrullahın elmi vəziyyətinə nəzarət və ehtiyaclarını təmin etmək üçün təyin etdi.[43]

Seyid Həsənin öz dediyinə görə, uşaqlıqdan elmi hövzəyə və ruhaniliyə maraq göstərmişdir. Lakin valideynləri bunun əleyhinə idilər.[44] O, 1976-cı ildə Sur şəhərinin cümə imamı və Seyid Məhəmməd Baqir Sədrin tələbələrindən olan Seyid Məhəmməd Qərəvinin təşviqi ilə dini elmlər öyrənmək üçün Nəcəf şəhərinə getdi. Seyid Məhəmməd məktub vasitəsi ilə Seyid Həsəni Şəhid Sədrlə tanış etdi. Şəhid Sədr də Seyid Abbas Musəvini Seyid Həsən Nəsrullahın elmi vəziyyətinə nəzarət etmək və ehtiyaclarını təmin etmək üçün təyin etdi.[45] 1978-ci ildə elmi hövzənin müqəddimə və hazırlıq dərslərini bitirən Seyid Həsən, iki il Nəcəfdə qaldıqdan sonra İraqın BƏƏS rejiminin təzyiqləri səbəbi ilə[46] Livana qayıtdı. O, 1979-cu ildə Bəəlbəkdə "İmam Müntəzir" məktəbini təsis etməklə elmi hövzə dərslərini davam etdirmiş və eyni zamanda dərs deməyə başlamışdır.[47]

Seyid Həsən 1989[48] və ya 1990-cı ildə[49] bir il Qum elmi hövzəsinə təhsil almaq üçün Qum şəhərinə getdi.[50] O, Seyid Mahmud Haşimi, Seyid Kazim Hairi və Məhəmməd Fazil Lənkəraninin dərslərində iştirak etdi.[51] Nəsrullahın Livana qayıtmasının səbəbinin onun Livan Hizbullahı ilə fikir ayrılığı və Hizbullahın Əməl hərəkatı ilə ixtilafının artması və rəhbərlik şurasının israr etməsi ilə bağlı şayiələr olduğunu bildiriblər.[52]

Nəsrullah təhsili ilə yanaşı, müxtəlif hərbi təlimlər və partizan kurslarını da bitirmişdir.[53]

Həyat yoldaşı və övladları

Nəsrullah 1978-ci ildə 18 yaşında Fatimə Yasinlə evləndi və bu evliliyin nəticəsində Məhəmməd Hadi, Məhəmməd Cavad və Məhəmməd Əli adlı üç oğlu və Zeynəb adlı qızı dünyaya gəldi.[54] Böyük oğlu Seyid Məhəmməd Hadi 12 sentyabr 1997-ci ildə Livanın cənubunda İsrail qüvvələri ilə qarşıdurmada şəhid oldu. Onun cəsədi sionistlərin əlinə keçdi və bir il sonra İsrail və Hizbullah arasında mübadilə əməliyyatında Livana qaytarıldı.[55]

İctimai və siyasi fəaliyyətlər

Seyid Həsən Nəsrullah həyatının ilk illərindən siyasi fəaliyyətə başlayıb. Onun siyasi fəaliyyətlərindən bəziləri bunlardır:

  • O, İmam Musa Sədrə olan məhəbbətinə görə 1975-ci ildə orta məktəbi bitirdikdən sonra "Əməl hərəkatı"na qoşulmuş və qardaşı Seyid Hüseynlə birlikdə Əl-Bazuriyyə qəsəbəsində bu hərəkatın rəhbəri olmuşdur.[56]
  • Seyid Həsən 1982-ci ildə "Əməl hərəkatı"nın siyasi komitəsinin üzvü oldu və Bəqaa bölgəsində bu hərəkatın siyasi məsuliyyətini öz üzərinə götürdü.[57]
  • O, 1982-ci ildə Livanın sionist rejim qüvvələri tərəfindən işğalından və Əməl hərəkatının bəzi liderlərinin İsrail ilə Livan arasında sülh planından sonra Seyid Abbas Musəvi və Sübhi Tufəyli kimi bir qrup mübariz ruhani ilə birlikdə Əməl hərəkatından ayrılaraq Livan Hizbullahını təsis etdi.[58]
  • Seyid Həsən 1985-ci ildə Hizbullahın Bəqaa bölgəsinə məsul və nümayəndəsi təyin edildi.[59]
  • Seyid 1987-ci ildə Hizbullahın icraiyyə komitəsinin rəhbəri və partiyanın qərar qəbul edən şurasının üzvü oldu.[60]
  • 1989 və 1990-cı illərdə Qumda olduğu müddətdə Seyid Həsən, Hizbullahın Tehrandakı nümayəndəsi idi və Hizbullahın İrandakı işlərini irəli aparmaqdan məsul idi.[61]
  • O, 1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsi ilə Hizbullahın baş katibi seçildi.[62]
  • Seyid Həsən 1982-cı ildə dini vergiləri almaq və hisbiyyə və şəriət işlərini idarə etmək üçün İmam Xomeynidən (r.ə) icazə hökmünü aldı.[63] O, həmçinin Ayətullah Xameneinin Beyrut və Cəbəl Amuldakı nümayəndəsi və vəkili idi.[64]

Şəhid olması

Ali-rəhbər Ayətullah Xameneinin Livan Hizbullahının Baş Katibi Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə mesajı: Bağışlayan və mehriban Allahın adı ilə. “Allahdan gəlmişik və ona tərəf qayıdacağıq” Əziz İran xalqı! Böyük İslam ümməti! Böyük mücahid, bölgədəki müqavimətin bayraqdarı, fəzilətli din alimi, müdrik siyasi rəhbər, cənab Seyid Həsən Nəsrullah (rahmətullahi əleyh) dünən gecə Livanda baş verən hadisələrdə şəhadət məqamına nail oldu. Müqavimətin əziz seyyidi Allah yolunda onilliklər ərzində apardığı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanı aldı. O, onilliklər boyu işğal olunmuş Fələstinin məzlum xalqını müdafiə etmək üçün planlar hazırladığı kimi, Beyrut ətrafında yaşayan evsizlərin, onların dağıdılmış evlərinin və yaxınlarının müdafiəsi üçün planlar hazırlayarkən şəhid oldu. Şəhidlik məqamı bu qədər mübarizədən sonra onun haqqı idi. İslam Dünyası əzəmətli şəxsiyyət, Müqavimət cəbhəsi öncül bayraqdar və Livan Hizbullahı misilsiz bir rəhbəri itirdi. Amma onun onilliklərlə cihadının və tədbirlərinin bərəkəti heç vaxt aradan getməyəcək. Digər müqavimət cəbhələrinə örnək olan onun qoyduğu bünövrə nəinki aradan getməyəcək, əksinə onun və bu hadisənin digər şəhidlərinin qanı bərəkətinə daha da möhkəmlənəcəkdir. Allahın yardımı ilə Müqavimət cəbhəsinin sionist rejimin çürümüş cəsədinə zərbələri daha ağır olacaq. Sionist rejimin şər mahiyyəti bu hadisədə qalib gəlməyib. Müqavimətin Seyyidi sadəcə bir insan deyildi, o, yol və məktəb idi, bu yol davam edəcək. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadığı kimi, Şəhid Seyid Həsənin də qanı yerdə qalmayacaq. Seyyid Əli Xamenei 28.09.2024[65]

Seyid Həsən Nəsrullah cümə günü 27 Sentyabr 2024-cü il tarixində sionist rejim tərəfindən Livanın cənubundakı şiələrin məskunlaşdığı Dahiyə bölgəsinin bombalanmasından sonra şəhid olmuşdur.[66] Bu rejimin ordusu Hizbullahın komanda mərkəzini və görüş yerini hədəf aldığını iddia etdi.[67] Bu hücumdan sonra İsrail ordusu Seyid Həsən Nəsrullah və Əli Kərəki kimi bəzi komandirlərin öldüyünü elan etdi.[68] Həmçinin Hizbullah 28 sentyabr 2024-cü il tarixində verdiyi bəyanatda Seyid Həsən Nəsrullahın şəhid olduğunu elan etdi və bunu təsdiq etdi.[69] İmam Rzanın (ə) hərəmi[70] və İmam Əlinin (ə) hərəmi[71] kimi bəzi imamların hərəmlərində ümumi şəkildə elan olundu.

Hizbullahın bəyanatında deyilir ki, "Müqavimət Seyidi, saleh bəndə Seyid Həsən Nəsrullah, əzmətli bir şəhid, igid, cəsur, müdrik, bəsirətli və mömin bir rəhbər kimi Kərbəla şəhidlərinin əbədi karvanına, Allahın rizvan və rəhmətinə qoşuldu".[72]

"Əl-Cəzirə" kanalının İsrail mediasından verdiyi məlumata görə, İsrail bu bombardmanda təxminən 85 bir və ya iki tonluq daş qıran bomba istifadə edib. Bir halda ki, Cenevrə Konvensiyası belə bombalardan istifadə etməyi qadağan edib.[73]

Xəbərlərə görə, Nəsrullahın cəsədi heç bir zərər görmədən tapılıb və onun ölüm səbəbi partlayış nəticəsində şok və ya travma[74] və ya bombardman zamanı zəhərli qazların inhalyasiyası[75] olub.

Reaksiyalar

Seyid Həsən Nəsrullahın şəhadəti çoxlu reaksiyalara səbəb olub. İran İslam İnqilabının  Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei[76]Seyid Əli Sistani,[77] Nasir Məkarim Şirazi,[78] Hüseyn Nuri Həmədani,[79] Cəfər Sübhani,[80] Seyyid Musa Şübeyri Zəncani,[81] Abdullah Cavadi Amuli,[82] Bəşir Hüseyn Nəcəfi[83], Vəhid Xorasani[84] kimi mərcəyi-təqlidlər, Qum elmi hövzələrinin müəllimlər icması[85] və Əhli-Beyt Ümumdünya Assambleyası[86] başsağlığı mesajı yayıblar.

İran, Rusiya, İraq, Yəmən,[87] Kuba,[88] Venesuela[89] kimi müxtəlif ölkələrin hökumətləri və dövlət adamları və HƏMAS hərəkatı, Fələstin İslami Cihad hərəkatı, Yəmən Ənsarullah hərəkatı, Fəth hərəkatı, Əsaib Əhlil-Həqq qrupu, Livanın Əməl Hərəkatı, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim, İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr,[90] Pakistan İslami Camaat Partiyası və Pakistanın İslam Alimləri Cəmiyyəti Partiyası[91] kimi müqavimət rupları da Seyid Həsənin şəhadəti ilə bağlı başsağlığı verib və İsrailin hücumlarını pisləyiblər.

İranda beş günlük,[92] Livanda,[93] Suriyada,[94] İraqda[95] və Yəməndə[96] üç günlük ümumi matəm elan edildi. Bazar günü İranın elmi hövzələri bağlı elan olundu. Həmçinin tələbələr və din xadimləri sionist rejimin cinayətlərini pisləmək üçün toplaşaraq yürüş etdilər.[97] İranda bütün kinoteatr və teatr salonları bağlandı.[98]

İran[99] Pakistan, Yəmən, İordaniya, Mərakeş, İordan çayının qərb sahili (Fələstin), Bəhreyn, İraq kimi müxtəlif ölkələrin insanları Seyid Həsənin terror edilməsini pisləyən və Hizbullahı dəstəkləyən mitinqlər və nümayişlər keçiriblər.[100]

İran prezidenti Məsud Pezeşkian Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib, bu terror aktının əmrinin Nyu-Yorkdan verildiyini qeyd edib və bildirib ki, Amerika sionist rejimlə həmkarlıq etməsini boynundan ata bilməz.[101]

İran İslam İnqilabı Keşikçiləri Korpusu Seyid Həsən Nəsrullah və İsmayıl Həniyənin (31 iyul 2024-cü ildə) terror edilməsinə cavab olaraq həmin il oktyabrın 1-də İsrailin hərbi və təhlükəsizlik bölgələrinə onlarla raket ataraq "Sadiq Vədə 2" əməliyyatını həyata keçirdi.[102]

Uğursuz sui-qəsdlər

Seyyid Həsən Nəsrullahın "Ləbbeyk Ya Rəsulullah (s)" adlı çıxışı

Bəzi xəbər agentliklərinin verdikləri məlumata görə, Seyid Həsən Nəsrullah İsrailə qarşı qazandığı qələbələr və Hizbullahın baş katibi olduğu dövrdə Hizbullahın qüdrətə çatması və əldə etdikləri səbəbindən sionist rejim tərəfindən dəfələrlə terror edilməklə təhdid edilib.[103] Bu sui-qəsd planlarından bəziləri bunlardır:

  • 2004-cü ildə: Qida zəhərlənməsi vasitəsi ilə terror edilməsi
  • 2006-cı ildə: Onun yaşadığı yerin İsrail təyyarələri tərəfindən bombalanması. Həmin ildə aprel ayının 28-də məqsədləri Seyid Həsən Nəsrullahın avtomobilinə bomba atmaq olan terror qruplaşması həbs edilib və onu terror etməyə müvəffəq olmayıblar.
  • 2011-ci ildə: Seyid Həsən Nəsrullahın olduğu güman edilən binanın İsrail təyyarələri tərəfindən partladılması.[104]


Seyyid Həsən Nəsrullahın hicri-qəməri təqviminin 1434-cü ilindəki çıxışından: Biz ruhumuz, canımız, övladlarımız və mallarımızla İmam Hüseynə (ə) deyirik: "Ləbbəykə Ya Hüseyn". Biz bu əhd-peyman və dəvətdən üz döndərməyəcəyik. Bütün zalımlara, təcavüzkarlara, fitnə-fəsadçılara, fürsətçilərə və bizim iradəmizi, əzmimizi və mövqeyimizi sındırmaq istəyənlərə deyirik ki, biz o İmamın (ə) övladlarıyıq, o kişilər, o qadınlar və o gənclərin qardaşlarıyıq ki, Aşura günü İmam Hüseynlə (ə) birlikdə dayandılar və İmam Hüseynin (ə) bu cümləsini Tarixə müraciət edərək dedilər ki: «هیهات منا الذلة» "Zillət bizdən uzaqdır"[105]

Onunla bağlı əsərlər

Seyid Həsən Nəsrullahın şəxsiyyəti haqqında çoxlu əsərlər, o cümlədən kitablar, filmlər, sənədli filmlər çəkilib və mahnılar oxunub. Bu əsərlərdən bəziləri bunlardır:

Kitablar

  • Həmid Davudabadinin səyləri ilə yazılmış "Əziz Seyid" (Höccətül-İslam Seyid Həsən Nəsrullahın öz dili ilə dediyi tərcümeyi-halı) kitabı: Ayətullah Xamenei bu kitabın tərifində belə yazıb: "O əziz Seyidin daha çox tanınması və ehtiramına səbəb ola biləcək hər bir şey, mənim üçün yaxşı və bəyəniləndir".
  • Seyid Həsən Nəsrullah: Cənublu İnqilabçı kitabı: Seyid Əhməd Rəfətin yazdığı kitabdır. Bu kitab Əsma Xacəzadə tərəfindən tərcümə edilib. O, Qumdakı Maarif nəşriyyatı tərəfindən 2015-ci ildə çap olunub.
  • Müqavimət Zəburu; Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Həyatına, Mövqelərinə və Baxışlarına Səyahət kitabı: Bu kitab Məhəmməd Hüseyn Bəzzi tərəfindən yazılmış və Mustafa Allahyarinin vasitəsi ilə tərcümə edilib. Bu kitab, ilk dəfə 2008-ci ildə İslami Təbliğat Təşkilatı tərəfindən çap edilmişdir.
  • Dünyanın ən azad insanı: Bu kitab, Raşid Cəfərpur tərəfindən yazılmışdır.
  • Nəsrullah: Məhəmməd Rza Zairinin Seyid Həsən Nəsrullahla müsahibəsi.
  • Seyid Həsən Nəsrullahın inqilabçı rəhbərliyi: Bu kitab, Azita Bidəqi Qarabağ tərəfindən yazılmışdır.[[106]

Sənədli filmlər və musiqilər

"Əziz Seyyid" kitabı
  • Xəbər kanalında yayımlanan "Seyid Həsən Nəsrullahın həyatına baxış" sənədli filmi.
  • Xəbər kanalında yayımlanan "Azadlıq carçıları" (Seyid Həsən Nəsrullaha aid bölüm) sənədli filmi.
  • "Nəsrullah düşmənlərin gözündə" sənədli filmi: "Əl-Mayadin" kanalı bu 50 dəqiqəlik sənədli filmi Seyid Həsən Nəsrullahın çıxışları və görüntülərdən, israilli ekspert və analitiklərin təhlilindən istifadə edərək hazırlayıb.
  • "Həsənin hekayəsi" sənədli filmi: Bu sənədli film Əl-Ərəbiyyə kanalında yayımlanıb və Seyid Həsən Nəsrullahın Livanda necə güc və populyarlıq qazanmasından bəhs edir. Bu sənədli filmin "Əl-Ərəbiyyə" kanalı tərəfindən yayımlanması Seyid Həsən Nəsrullahın düşmənləri tərəfindən etirazla qarşılandı və "Əl-Ərəbiyyə" kanalının direktoru bu sənədli filmi yayımladığı üçün tutduğu vəzifədən uzaqlaşdırıldı.
  • Səudiyyə mediasının "Seyid Həsən Nəsrullahın terror olunma əməliyyatından" istifadə edərək hazırladığı film

Müğənnilər tərəfindən Seyid Həsən üçün bir çox mahnı və kliplər hazırlanıb və paylanıb. Onlardan bəziləri bunlardır: Əli Nəfrinin səsi ilə "Nəsrullah" mahnısı,[107] Əli Əl-Əttarın səsi ilə ərəbcə "Ya Nəsrullah" mahnısı, Əlirza Əlizadənin səsi ilə "Biz qayıdacağıq" adlı fars dilində olan klipi,[108] Hüseyn Rzainin səsi ilə "Cəzalandırmaq vaxtı" adlı fars dilində olan klipi,[109] Ümid Mənəvinin səsi ilə fars və ərəb dillərində oxunan "Qədim aşiqlər" klipi,[110] Müctəba Minotin və Hamid Məhzərnianın səsləri ilə iki dildə (fars və ərəb) olan "Dəmeşq xanımının əmanətdarı" adlı musiqili video,[111] "Ya Seyyidi" klipi və Bəssam Şəmsin səsi ilə "Lis-Seyyidi Rəbbi yəhmiihi" mahnısı, livanlı xristian müğənni Culiya Butrosun (2006) səsi ilə "Əhibbai" mahnısı, livanlı müğənni Əla Zəlzalinin (2007) səsi ilə "Ya Nəsrəllah" mahnısı.[112]

İstinadlar

  1. Nuri, Şieyane Lubnan, h.ş 1389, s.172
  2. حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, ƏL-Cəzirə kanalı
  3. روزنامه آلمانی: سید حسن نصرالله محبوب‌ترین شخصیت جهان عرب و اسلام است, irna.ir sayytı
  4. نصرالله محبوب‌ترین رهبر جهان عرب, jamejamonline.ir saytı
  5. محافل صهیونیست: نصرالله با شهامت‌ترین رهبر جهان عرب است, irna.ir saytı
  6. حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, aljazeera.net saytı
  7. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  8. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  9. الأمین العام لحزب الله السید حسن نصرالله, alkhanadeq.org saytı; «سید حسن نصرالله: سمبل مقاومت, irdiplomacy.ir saytı
  10. «سید حسن نصرالله: سمبل مقاومت, irdiplomacy.ir saytı
  11. سید حسن نصرالله به شهادت رسید, isna.ir saytı; «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟, euronews.com saytı
  12. الأمین العام لحزب الله السید حسن نصرالله; alkhanadeq.org saytı
  13. «الأمین العام لحزب الله السید حسن نصرالله», alkhanadeq.org saytı
  14. حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
  15. «"معاریف" تکشف فی تقریر حول وحدة حمایة نصرالله تفاصیل محاولات اغتیاله», elnashra.com saytı
  16. «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı; «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  17. «نگاهی به سه دهه سکانداری نصرالله در حزب‌الله/ سید حسن؛ چریک معمم», khabaronline.ir saytı
  18. «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
  19. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  20. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  21. «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
  22. Baxın: «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  23. «سید حسن نصرالله»
  24. Davudabadi, Seyyide əziz, s.41
  25. Davudabadi, Seyyide əziz, s.41-42
  26. Davudabadi, Seyyide əziz, s.44
  27. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  28. «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
  29. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  30. «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
  31. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  32. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  33. «حسن نصرالله نزدیک‌ترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
  34. حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, aljazeera.net saytı
  35. Davudabadi, Seyyide əziz, s.11
  36. Davudabadi, Seyyide əziz, s.11
  37. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  38. «سید حسن نصرالله; «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
  39. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı; «سید حسن نصرالله: سمبل مقاومت»
  40. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  41. «زندگینامه: سید حسن نصرالله», hamshahrionline.ir
  42. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
  43. حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
  44. Davudabadi, Seyyide əziz, s.14-19
  45. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  46. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  47. «سید حسن نصرالله»; «زندگینامه: سید حسن نصرالله», hamshahrionline.ir saytı
  48. Nuri, Şieyane Lubnan, h.ş 1389, s.144
  49. Davudabadi, Seyyide əziz, s.34
  50. Nuri, Şieyane Lubnan, h.ş 1389, s.144; «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  51. Davudabadi, Seyyide əziz, s.34
  52. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  53. «زندگینامه سراسر مبارزه و مجاهدت شهید سید حسن نصرالله», alalam.ir saytı
  54. «سید حسن نصرالله»
  55. «سید هادی نصرالله که بود؟», qodsna.com saytı
  56. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  57. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
  58. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  59. «حزب الله و سید حسن از جنگ‌های داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
  60. «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
  61. Davudabadi, Seyyide əziz, s.34
  62. «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
  63. Xomeyni? Səhifeye İmam, h.ş 1389, c.15, s.338
  64. Davudabadi, Seyyide əziz, h.ş 1391, s.34
  65. «پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزب‌الله لبنان», khamenei.ir saytı
  66. «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
  67. «انفجارهای مهیب در بیروت؛ اسرائیل: مقر فرماندهی مرکزی حزب‌الله را هدف گرفتیم», euronews.com saytı
  68. «الحرب على غزة مباشر.. الجیش الإسرائیلی یعلن مقتل نصر الله وقادة بحزب الله», aljazeera.net saytı
  69. «شهادة الأمين العام لحزب الله سماحة السيد حسن نصرالله, almanar.com saytı
  70. «لحظه اعلام خبر شهادت سید حسن نصرالله در حرم مطهر رضوی», mehrnews.com saytı
  71. «لحظه اعلام شهادت شهید نصرالله در حرم امام علی(ع)», khabaronline.ir saytı
  72. «شهادة الأمين العام لحزب الله سماحة السيد حسن نصرالله», almanar.com saytı
  73. «A closer look at type of weaponry believed to have been used in Beirut attack», aljazeera.com saytı
  74. «کانال 12 اسرائیل: نصرالله بر اثر خفگی در محل بدون تهویه کشته شد», farsi.alarabiya.net saytı; «جزئیات تازه از ترور دبیرکل حزب‌الله لبنان», donya-e-eqtesad.com saytı
  75. «ماده‌ای که به موقعیت‌یابی شهید سید نصرالله کمک کرد», alalam.ir saytı; «ادعای تازه اسرائیل درباره جزئیات ترور سید حسن نصرالله», tabnak.ir saytı
  76. پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزب‌الله لبنان, khamenei.ir saytı
  77. «واکنش‌های منطقه‌ای و بین‌المللی به شهادت دبیرکل حزب‌الله لبنان», mehrnews.com saytı
  78. آیت‌الله مکارم شیرازی: امت اسلامی مجاهدت‌های شهید سید حسن نصرالله را فراموش نمی‌کند», irna.ir saytı
  79. پیام آیت‌الله نوری همدانی در پی شهادت سید حسن نصرالله, irna.ir saytı
  80. «آیت‌الله سبحانی شهادت سید مقاومت را تسلیت گفت», isna.ir saytı
  81. «پیام تسلیت آیت‌الله العظمی شبیری زنجانی در پی شهادت سید حسن نصرالله», hawzahnews.com saytı
  82. «آیت الله جوادی آملی شهادت سید حسن نصرالله را تسلیت گفت», irna.ir saytı
  83. «آیت‌الله العظمی بشیر نجفی: آزادگان جهان بدانند که خون این سید مجاهد به هدر نخواهد رفت», hawzahnews.com saytı
  84. تسلیت آیت‌الله العظمی وحید خراسانی به مناسبت شهادت سید مقاومت, hawzahnews.com saytı
  85. «جامعه مدرسین حوزه علمیه قم درپی شهادت سید حسن نصرالله: جهان جز با نابودی اسرائیل و آمریکا روی صلح و آسایش را نخواهد دید», shafaqna.com saytı
  86. «بیانیه مجمع جهانی اهل‌بیت(ع) در پی شهادت دبیرکل حزب‌الله لبنان», abna24.com saytı
  87. «واکنش‌های منطقه‌ای و بین‌المللی به شهادت دبیرکل حزب‌الله لبنان», mehrnews.com saytı
  88. «کوبا: ترور ناجوانمردانه دبیرکل حزب‌الله را به شدت محکوم می‌کنیم», alalam.ir saytı
  89. «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۱)», iribnews.ir saytı
  90. «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
  91. «محکومیت جهانی ترور شهید سید حسن نصرالله», iribnews.ir saytı
  92. «پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزب‌الله لبنان», khamenei.ir saytı
  93. «اعلام ۳ روز عزای عمومی در لبنان», alalam.ir saytı
  94. «واکنش‌های منطقه‌ای و بین‌المللی به شهادت دبیرکل حزب‌الله لبنان», mehrnews.com saytı
  95. «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
  96. «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
  97. «راهپیمایی و خروش حوزویان و ملت داغدار قم در روز یکشنبه», hawzahnews.com saytı
  98. «سینماها و تئاترها تا اطلاع ثانوی تعطیل شدند», isna.ir saytı
  99. «مردم شهرهای مختلف در سوگ شهید راه قدس/ ایران یک صدا در حمایت از لبنان و فلسطین», mashreghnews.ir
  100. Baxın: «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۱)», iribnews.ir saytı; «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۲)», iribnews.ir saytı; «تظاهرات مردم رام‌الله، عمان و مغرب در محکومیت ترور سید مقاومت لبنان», alalam.ir saytı
  101. «پیام دکتر پزشکیان در پی شهادت سید حسن نصرالله», president.ir saytı
  102. «سپاه: در پاسخ به شهادت هنیه، نصرالله و سرلشکر نیلفروشان قلب اراضی اشغالی هدف قرار گرفت», irna.ir saytı
  103. «ترورهای نافرجام سید», hamshahrionline.ir saytı
  104. «"معاریف" تکشف فی تقریر حول وحدة حمایة نصرالله تفاصیل محاولات اغتیاله», elnashra.com saytı
  105. «سخنرانی سید حسن نصرالله، دبیر کل حزب الله لبنان، در روز عاشورا ۱۴۳۴», moqawama.ir saytı
  106. کتاب‌هایی برای معرفی «سید مقاومت», tasnimnews.com saytı
  107. «نصرالله», iranseda.ir saytı
  108. «معرفی نغمه‌هایی که به افتخار سید شهید حزب الله تولید شدند», mehrnews.com saytı
  109. «انتشار نماهنگ وقت مجازات در پی شهادت سید حسن نصرالله», isna.ir saytı
  110. «انتشار نماهنگ «عاشقان قدیمی» به مناسبت شهادت سید حسن نصرالله +فیلم», irna.ir saytı
  111. «نماهنگ امانندار بانوی دمشق (سید حسن نصرالله)», aparat.com saytı
  112. «سید حسن نصرالله که بود؟», jamaran.news saytı

Ədəbiyyat