VikiŞiə

wikishia saytından
(Əhli-beyt məktəbinin virtual ensiklopediyası səhifəsindən yönləndirilmişdir)
VikiŞiə
Əsas adıƏhli-beyt (ə) məktəbinin virtual ensiklopediyası
Başqa adlarıVikiŞiə
Müəllif(lər)Dini-hövzə və universitet təhqiqatçıları
İnternet adresiwikishia.net
Fəaliyyət sahəsiŞiə
YanaşmaEnsiklopediya xətti ilə
Dil22 dil (FarscaƏrəbcəİngiliscəUrduTürkcəFransızcaİspancaİndoneziyaAlmancaRuscaHindcəFil-dişi sahiliÇincəBanqladeşTacikcəPəştuAzəricəMiyanmarPortuqalcaİtalyancaHusa و Talyand)
MəkanQum
SahibƏhli-Beyt (ə) Ümumdünya Assambleyası
Açılış tarixi12 iyun 2014
Hal-hazırdaAktiv
ŞüarıƏhli-beyt məktəbinin virtual ensiklopediyası


VikiŞiə (farsca: ویکی‌شیعه), virtual ensiklopediya olaraq, missiyası şiəƏhli-Beyt (ə) məktəbinin ardıcıllarından olan digər məzhəblərin dərk edilməsində rol oynayan anlayışları izah etməkdir. Bu məfhumlara əqidə, şəxsiyyətlər, elmlər (kəlam, fiqh, üsul və digərləri), kitablar, məkanlar, hadisələr, mərasim və ayinlər, Əhli-beytə (ə) etiqadı olan məzhəblər, şiəlik tarixi və Əhli-beytlə (ə) bağlı olan digər məsələlər şamildir. Bu missiyanı yerinə yetirmək üçün lazım olan sözlər və digər məfhumlar bu ensiklopediyada izah ediləcəkdir.

VikiŞiədə şəxsi təhlillər və rəylər, eləcə də sübut olunmamış yeni nəzəriyyələr təqdim olunmur. Elmi və tarixi mübahisələri mühakimə etmək oxucuların ixtiyarındadır və VikiŞiə bu işlərdə bitərəfdir. Dini fərqləri nəzərə alaraq, viki müəllifləri iki əsas İslam məzhəbinin (şiəsünni) birinci əldən və qəbul edilmiş mənbələrindən istifadə etməyə əsaslanırlar.

VikiŞiə Dünya Əhli-beyt (ə) Assambleyasına bağlıdır. Bu ensiklopediya 22 dildə fəaliyyət göstərir.

Fəaliyyətə başlama səbəbləri

Ensiklopediyalarda İslam və şiəlik haqqında geniş məlumat var. Lakin bu ensiklopediyaların müəllifləri ya İslam təlimləri ilə tanış olmadıqlarından, ya da, İslama və ya şiəliyə etiqad bəsləmədiklərindən İslam anlayışları və şiəliklə bağlı olan məqalələrində yanlış məlumatlar nəzərə çarpır. İnternet saytlarında şiə əqidəsi ilə bağlı mövcud problemləri, həmçinin dünya şiələrinin və digər axtarışda olan şəxslərin həqiqi şiə və islami inancları haqqında olan məlumatları asan şəkildə tapmalarını nəzərə alaraq, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının mədəni əlaqələr şöbəsi tərəfindən Əhli-Beyt (ə) məktəbini tanıtmaq və müdafiə etmək üçün VikiŞiə ensiklopediyası fəaliyyətə başlayıb.

Tarix

22 iyun 2014-cü il tarixində İran İslam Respublikasının o vaxtki Prezidenti Həsən Ruhani tərəfindən Vikişiənin rəsmi təqdimatı

2013-cü il may ayının 22-də Vikişiə yazarlarının ilk koordinasiya toplantısı keçirildi və bir neçə toplantıdan sonra, iyunun 21-də ilk VikiŞiə məqaləsi dərc olundu. Qeyd edək ki, 2013-cü ilin iyul ayında sayt ictimaiyyətə təqdim edilib.

VikiŞiə rəsmi olaraq, 2014-cü il iyulun 23-də Tehranda "Sibtun-Nəbi" İmam Həsən (ə) adına keçirilən qurultay zamanı İran İslam Respublikasının o zamankı prezidenti Həsən Ruhani tərəfindən istifadəyə verilib.

Xüsusiyyətlər

VikiŞiənin bəzi xüsusiyyətləri aşağıdakılardır:

Məzmun diapazonu

VikiŞiənin məzmunu: Etiqadlar, şəxsiyyətlər, elmlər (kəlam, fiqh, üsul), kitablar, məkanlar, hadisələr, mərasimlər və ayinlər, Əhli-beytə (ə) etiqad bəsləyən məzhəblər, şiəlik tarixi və Əhli-beyt (ə) ilə bağlı olan hər bir məsələ. Bütün müsəlmanların inandığı və ya İslam tarixi ilə əlaqəli olan ümumi İslam anlayışları da VikiŞiədə qeyd olunur. Digər İslam məzhəbləri ilə bağlı məfhumlar hansısa şəkildə Əhli-Beyt (ə) məktəbinə aid olduğu halda və ya VikiŞiə məqalələrində çox istifadə edildiyi halda VikiŞiədə təqdim edilir.

Məzmun monitorinqi

VikiŞiə məzmununa nəzarət edilir. Buna görə də şiəliyi tanıtmaq üçün mötəbər mənbə hesab olunur. VikiŞiə hazırda məhdudiyyətlərlə fəaliyyət göstərən ensiklopediyadır. Amma gələcək üçün belə nəzərdə tutulur ki, bu sahədə maraqlı və bacarıqlı olan şiələr onun tamamlanmasında rol oynasınlar və Əhli-Beyt (ə) məktəbinin təlimlərini təbliğ etsinlər. Bu ensiklopediyaya giriş idarəçilərin razılığı ilə mümkündür. VikiŞiə istifadəçilərə məqalələrin yazılmasında iştirak və məqalələrin elmi dəyərini artırmağa imkan verir.

Planlaşdırma şurası

Bu, dil, elmi və VikiŞiə ekspertlərindən ibarət şuradır. Bu şura VikiŞiənin müxtəlif hissələrində siyasətin qurulması və planlaşdırılmasına cavabdehdir.

Neytrallıq siyasəti

Şiə dini və Əhli-beyt (ə) tərəfdarları daxilində gedən fikri mübahisələrdə neytrallıq siyasəti müşahidə olunur. Amma aydındır ki, VikiŞiə Əhli-beyt (ə) məktəbinin təbliğatçısıdır və məqalələr bu təlimləri izah etmək və müdafiə etmək məqsədi ilə yazılır. VikiŞiə məqalələri elmi araşdırma məqalələri deyil. Beləki, tədqiqatlar birinci əldən və çap olunmamış deyil və elmi problemləri həll etməyə çalışmır. VikiŞiənin əsası mövcud mənbələrə əsaslanaraq, məlumat verməkdir, ona görə də müəlliflər öz fikirlərini dərc etməməlidirlər. Elmi və tarixi fərqləri mühakimə etmək oxucunun ixtiyarına verilir. VikiŞiə bu hallarda neytraldır. Müəlliflər dini fərqləri nəzərə alaraq, mümkün qədər iki böyük İslam məzhəbinin (şiə və sünni) birinci əldən və qəbul edilmiş mənbələrindən istifadə etməyə əsas verirlər.

Vikilərin xüsusiyyətləri

  • Məqalələri daimi redaktə etmək imkanı.
  • Məqalə məlumatlarını yeniləmək və əlavə etmək imkanı.
  • Məqalənin tarix səhifəsinin mövcudluğu. Tarix səhifəsində məqalədə baş verən hər bir dəyişikliyi görmək olar. Ziyarətçilər edilən dəyişikliklər və məzmunun müəllifləri haqqında məlumat əldə edə bilərlər.
  • Son dəyişikliklər səhifəsi: Bu səhifə bütün viki səhifələrində edilən ən son dəyişiklikləri göstərir.
  • Keçmiş məzmunu və dəyişiklikləri bərpa etmək imkanı.
  • Məlumatların bir-biri ilə əlaqəsi: Beləliklə, məqalənin oxucusu həmin məfhumla bağlı səhifəni açıb oxuya bilər ki, mətndə işlədilən ifadələrin hər birini axtarmadan, eyni anda başa düşə bilsin. Bu xüsusiyyət, istinad edənə hər girişi oxuyarkən həmin girişdə istifadə olunan bütün anlayışlara asanlıqla daxil olmaq imkanı verir.
  • Hər məqalənin digər viki dillərində eyni mövzu ilə əlaqəsi.
  • Məqalənin sonunda kateqoriyalardan istifadə.
  • Kateqoriya məqalənin başlığının həmin kateqoriyanın alt hissəsi olduğu ümumi başlıqdır.
  • Kateqoriyalar vikinin mövzu indeksidir.
  • Naviqasiya şablonları: Naviqasiya şablonları məqalənin altındakı üfüqi qutuda məqalə ilə bağlı anlayışları toplayan şablonlardır. Naviqasiyalar bəzən məqalələrin üstündə şaquli qutular kimi istifadə olunur. Bu cədvəllərə daxil edilən başlıqlar arasında əlaqə eninədir. Bu o deməkdir ki, bütün başlıqlar bir əhatəli başlıq altında yerləşdirilir.
  • Məlumat qutusu (İnfobox): Məqalənin yuxarı hissəsində yerləşdirilən və məqalənin mühüm məlumatlarını yığcam formada toplamaq rolunu daşıyan qutular. Məlumat qutusuna istinad edərək, məqaləni oxumadan məqalənin mətnində olan əsas məlumatları bilmək olar.
  • Müzakirə səhifəsi: Vikidə hər səhifə və məqalənin müzakirə səhifəsi var. Müzakirə səhifəsində istifadəçilər məqalə ilə bağlı fikirlərini məqalənin müəllifləri və redaktorları ilə bölüşə bilərlər. Müzakirə səhifəsi, əslində, ekspertlərin və məqalənin mövzusu ilə maraqlananların danışıq yeridir və yazılan məqalənin forma və məzmununu zənginləşdirməyə kömək edir.

Loqo

VikiŞiə özünəməxsus loqosunu 2023-cü ilin iyununda təqdim etdi. Bu loqoda fars və latın dillərində Vikişiənin ilk hərfini göstərən "و" və "w" hərfləri var. Loqoda günbəz və mehrab şiəİslam simvolları kimi istifadə edilmişdir. Əvvəllər VikiŞiə cüzi dəyişikliklərlə Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının (VikiŞiənin sahibi olan təşkilat) loqosundan istifadə edirdi.

Vikişiənin başqa dillərdə fəaliyyətə başlamasının tarixi

Hal-hazırda Vikişiə 22 xarici dildə fəaliyyət göstərir.

Say Xarici dil Fəaliyyətə başlama tarixi İlk məqalə izah
1. Farsca 18 Iyun 2013 Sərya 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
2. Ərəbcə 25 Noyabr 2013 Təhzibul-əhkam (kitab) 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
3. İngiliscə 30 Noyabr 2013 Hənnanə məscidi 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
4. Urdu 18 Mart 2014 İmam Əli (ə) 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
5. Türk dili 10 Aprel 2014 Həzrət Fatimə (ə) 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
6. İspanca 22 May 2014 Həzrət Muhəmməd (s) 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib.
7. İndoneziya 25 Avqust 2014 İmam Əli (ə)
8. Fransızca 26 Avqust 2014 Mübahilə ayəsi
9. Almanca 20 Sentyabr 2016 Dörd naib
10. Rusca 28 Fevral 2018 Səqəleyn hədisi
11. Çin 15 İyul 2022 Axirət Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb.
12. Suahili dili 18 İyul 2022 Qədir-xum bayramı Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb.
13. Hindcə Nümunə İkmal ayəsi Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb.
14. Banqladeş 22 Avqust 2022 Birinci müsəlman Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb.
15. Tacikcə 22 Avqust 2022 Birinci müsəlman Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb.
16. Pəştu 16 Yanvar 2023 Şiə imamları İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
17. Azəricə 17 Yanvar 2023 Məvəddət ayəsi İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
18. Myanmar 26 Yanvar 2023 Salavat ayəsi İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
19. Portuqalca 11 Fevral 2023 Şiə imamları İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
20. İtalyanca 8 Fevral 2023 wikishia İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
21. Husa 9 Fevral 2023 Xatəmbəxşi İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.
22. Talyand 12 Fevral 2023 Əba Əbdillah İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib.