Həşdi Şəbi
Həşdi Şəbi (ərəbcə: الحشد الشعبي) və ya İraq xalq könüllülər dəstəsi, hərbi qüvvədir ki, İraq silahlı qüvvələrinin Ali Baş komandanının nəzarəti altında olan orduya yardım edirlər və onların böyük bir hissəsini şiələr təşkil edir. Həşd Şəbi, 2014-cü ildə İŞİD-in İraqa hücumu zamanı fövqəladə vəziyyətdə təşkil olmuş və şiə mərcəi təqlidi seyyid Əli Sistaninin İŞİD-ə qarşı cihad fətvasından sonra, rəsmiləşdirilərək bir daha gücləndirildi.
Həşd Şəbi şiə, sünni, xristian, ərəb, türkmən və kürd də daxil olmaqla 40-dan çox hərbi qrup və 100 mindən çox əsgər qüvvəsinə amlikdir. “Bədr” hərbi taboru “Əsaibu Əhlul-haqq”, “Kətaibu Hizbullah” və “Səraya əl-Ətəbat” Həşdi Şəbi təşkilatının qrupları arasındadırlar.
Həşdi Şəbinin İŞİD-lə mübarizədə boyük təsiri olmuşdur. Bu təşkilat İŞİD-in süqutundan sonra, İŞİD-in qalıqlarını təmizləyir və sosial xidmətlərdə də fəallıq göstərir. “Həşdi Şəbi” təşkilatı qanununa görə, bu qruplaşma da digər İraq hərbi qüvvələri kimi siyasi fəaliyyətlə məşğul olmaq qadağa edilmişdir.
Amerika və Səudiyyə hökumətləri, Həşdi Şəbinin ləğv edilməsini və ya İraq ordusuna qoşulmasını tələb edir və ABŞ 2018 və 2021-ci illərdə İraqdakı Həşdi Şəbi bazalarına hücum etmişdi. Digər tərəfdən Suriya, İran İslam Respublikası və Livan Hizbullahı, Həşdi Şəbin tərəfdarları hesab edilir. İraqdan olan şiə din xadimi və siyasi fəal, Müqtəda Sədr də Həşdi Şabinin İraq ordusuna qoşulmasının tərəfdarı idi, mərcəi təqlid seyyid Kazım Hairi isə ona qarşı çıxaraq Həşdi Şəb təşkilatını müstəqil qüvvə olaraq İraqın təhlükəsizliyini qorumaq üçün lazım olduğunu bildirdi.
Faleh Fəyyaz “Həşdi Şəbin” komandiri və Hadi Amiri isə onun müavinidir. Ondan əvvəl, Əbu əl-Məhdi əl-Mühəndis, Həşdi Şəbin müavini idi ki, ABŞ hökumətinin keçirdiyi terror əməliyyatında İranın Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə birlikdə şəhid oldu.
Mövqe
Həşdi Şəbi, İraqın xalq könüllüləri və ya İraq könüllüləri kimi adlandırılır,[1] İraq təhlükəsizlik qurumuna bağlı hərbi qüvvədir ki,[2] İraq silahlı qüvvələrinin[3] baş komandanının nəzarəti altında orduya kömək edir[4] və böyük bir hissəsi şiələrdən ibarətdir.[5] Həşdi Şəbi, İŞİD-in İraqa hücumu zamanı fövqəladə vəziyyətdə və İraq Nazirlər Kabinetinin könüllü qüvvələrin yaradılması ilə bağlı verdiyi bəyanatından sonra yaradılmış (5) və şiənin nüfuzlu mərcəi təqlidinin sayılan Seyid Əli Sistaninin, İŞİD-ə qarşı verdiyi cihad fətvasından sonra, rəsmiləşdirildi[6] və gücləndirildi.[7]
Təsis
2014-cü il iyunun 10-da nazirlər şurası, baş nazir Nuri Malikidə istədilər İraq vətəndaşlarından könüllü olaraq xalq könüllüləri yaradılsın və terrorçulara qarşı mübarizə aparmaq könüllü olaraq təşkilat yaradılması haqda bəyanat verilsin. [8]
Bu bəyanatın verilməsi İŞİD-in İraqın qərb, şimal və mərkəzi bölgələrinə nəzarəti və onların Bağdadı ələ keçirmək təhlükəsi ilə eyni bir vaxta təsadüf edir.[9]
Seyyid Əli Sistaninin kifayi cihad fətvası
Nəcəf şəhərində yaşayan şiə mərcəi təqlidi Seyyid Əli Sistani, 13 iyun 2014-cü ildə, İŞİD quruplaşmasının təhdidindən üç gün sonra və Nazirlər Şurasının xalq könüllülərinin yaradılması ilə bağlı verdiyi bəyanatla eyni zamanda,[10] fətvasında İŞİD-ə qarşı mübarizəni kifayi cihad elan etdi.[11] Bu fətva Həşdi Şəbinin[12] qanun çərçivəsində bir təşkilat kimi tanınmasında və ona qoşulan insanların ona qoşulmasında böyük təsiri olduğunu hesab edirlər;[13] Elə bir şəkildə ki, bəzi tədqiqatçılar Seyyid Əli Sistaninin fətvasından sonra Həşdi Şəbinin təsis olduğuna inanırlar.[14]
Qanuni mövqeyi
26 noyabr 2016-cı il tarixində İraq parlamentində “Həşdi Şəbi təşkilatı” qanuni təsdiqi ilə “Həşdi Şəbi” İraq hərbi qüvvələrinin bir hissəsi kimi sayılmış və silahlı qüvvələr baş komandanlığı nəzarətinə verilmişdir. Buna əsasən, “Həşdi Şəbi” və İraqın digər silahlı qüvvələri arasında olan qanunlar eynidir və digər hərbi qüvvələr kimi Həşdi Şəbiyə də siyasi fəaliyyət ögöstərməsi qadağandır.[15]
Struktur
Həşdi Şəbi-nin qrup sayı, 42[16] ilə 68[17] arasında olan hərbi dəstələrdən ibarət olduğu bildirilir. Həşdi Şəbi qüvvələrinin sayı da fərqli şəkildə qeyd edilir, 60 mindən[18] 160 min nəfər arasında olduğu bildirilir;[19] Təbii ki, İraq parlamenti büdcəni nəzərə alaraq yalnız 110 nəfərlik qüvvəni rəsmi olaraq qarşıladı.[20]
Bəziləri 2021-ci ilin sentyabrında Həşdi Şəbinin sayının 130.000 nəfər olduğunu təxmin etmişlər, onlardan 90.000-i şiə ərəb, 30.000-i əhli- sünnə ərəb, 7.000-i türkmən və 3.000-i xristian hesab edilmişdir.[21] Həşdi Şəbidə Kürdlərin də olduğu bildirilir.[22] Bəzi tədqiqatçılar, Həşdi Şəbi qüvvələrini İran İslam Respublikasının lideri Seyid Əli Xamenei, Seyid Əli Sistani və Müqtəda Sədrə sədaqətlərinə görə üç qrupa ayırmışlar.[23]
Faleh Fəyyaz əvvəldən indiyədək (2023) Həşdi Şəbinin komandiri və Hadi Amiri onun müavinidir. Hadi Amiridən əvvəl, Həşdi Şəbin müavini Əbu Mehdi Muhəndis olmuşdur o, 2018-ci ildə ABŞ hökuməti tərəfindən həyata keçirilən terror əməliyyatında İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani ilə birlikdə şəhid olmuşdur.[24] İraq parlamentinin təsdiq etdiyi “Həşdi Şəbi təşkilatı” qanuna görə, digər silahlı qüvvələr kimi bu təşkilatda da divizya komandirinin və ondan yuxarı şəxslərin təyinatı həmçinin baş nazirin təqdimatı və parlamentin təsdiqindən sonra baş verir. [25] Təbii ki, 17 sentyabr 2019-cu ildə, o vaxtkı baş nazir Adil Əbdül Mehdi tərəfindən verilən 331 saylı məhkəmə qərarına əsasən, Həşdi Şəbi rəhbərliyinin ixtiyarı vardır baş nazir tərəfindən, öz rəhbər və idarəçilik heyyətini təyin və təsdiq edilməsi üçün Silahlı Qüvvələrin Baş Komandanlığına göndərilir.[26]
Həşdi Şəbi dəstələrindən bəziləri ibarətdir:
- Bədr Təşkilatı (hərbi şöbə)
- Əsaibu Əhlul-Həqq
- Kataibu Hizbullah
- Səraya -əl-Xorasani
- Kətaibu Əbülfəzlil Abbas
- Səraya əl-Ətəbat
- Livai Əli Əkbər[27]
- Kətaibu Seyyiduş-Şühəda[28]
- Səraya əs-Səlam (keçmiş Ceyşül-Mehdi)
- Səraya əl-Cihad
- Səraya əl-Əqidə
- Səraya əl-Şura[29]
- Quvat əş-Şəhid əs-Sədr
- Hərəkətu əl-Nücəba[30]
Fəaliyyətlər
Həşdi Şəbinin İŞİD-ə qarşı mübarizədə rolu mühüm qiymətləndirilmişdir;[31] o cümlədən Samirra və Amirli şəhərlərinin mühasirəsini yarmaq və Curf əs-Səxr, Tikrit, Bəyci və Dəyali əyalətini azad edilməsi.[32] “Həşd Şəbi” -nin rəsmi məlumatına görə, 2015-ci ilin sonuna qədər bu təşkilat İraqın on doqquz şəhərindən İŞİD-i çıxarıb və bu ölkənin şəhərləri arasında 52 rabitə yolunun təhlükəsizliyini təmin etmişdir. Bu təşkilat Həşdi Şəbi tərəfindən azad edilən ərazilərin sahəsinin 17.500 kvadrat kilometr (İŞİD tərəfindən işğal olunmuş ərazilərin üçdə biri) olduğunu təxmin edir.[33]
İŞİD hökumətinin süqutundan sonra Həşdi Şəbi Bağdad, Səlahəddin, Diyali, Kərkük, Neynəva və əl-Ənbar bölgələrində İŞİD qalıqlarını təmizləyir.[34] Həşdi Şəbi həmçinin sosial xidmətlərdə[35] yol salmada,[36] səhra işlərində,[37] dini mərasimlərin təhlükəsizliyinin qorunmasıda[38] o cümlədən Ərbəin yürüşündə[39] sel və təbii fəlakətər kimi hadisələr zamanı[40] yüksək dərəcədə fəaliyyət göstərir.
Həşdi Şəbi ilə bağlı digər ölkələrin mövqeləri
ABŞ-ın o zamankı dövlət katibi Reks Tillerson "Həşdi Şəbi Təşkilatı" qanuni şəkildə təsdiqindən təxminən bir il sonra “Həşdi Şəbini” İrana bağlı bir qruplaşma kimi adlandıraraq[41] onun dağıdılmasını və ya İraq ordusuna inteqrasiya olunmasını tələb etdi.[42] Bəzi analitiklərin fikrincə, Amerikanın Həşdi Şəbi- yə qarşı çıxmasının səbəbi, Amerika qoşunlarının İraqdan çıxarılmasını tələb edən Bədr, Əsaibu Əhlul-Həqq və Kətaibu Hizbullah kimi Həşdi Şəbinin bəzi nüfuzlu qruplarının mövcud olması bildirilir.[43] Digərləri isə bunu onun bəzi qruplaşmalarının İran və Seyyid Əli Sistani ilə yaxınlığı, eləcə də onların İraq seçkilərində təsirindən qorxması ilə əlaqələndirir.[44] Səudiyyə Ərəbistanının o zamankı xarici işlər naziri təxminən 2016-cı ilin iyununda Həşdi Şəbini məzhəblərarası gərginliyə səbəb hesab edərək onun ləğv edilməsini tələb edir.[45]
3 mart 2022-ci ildə Suriya prezidenti Bəşər Əsəd, Həşdi Şəbinin rəhbəri ilə görüşür və həmin görüşdə terrorçuları dəstəkləyən ölkələrlə qarşıdurmanın aparılmasını təkid edir.[46] Həmçinin, Həşdi Şəbinin müavini, Hadi Amirinin dediklərinə görə, 2016-cı il noyabrın 16-da Bəşər Əsəd İraqın azad edilməsindən sonra İŞİD-lə müabrizə üçün Həşdi Şəbini Suriyaya dəvət etdi.[47] İran İslam Respublikasının dini lideri Seyyid Əli Xamnei, İraqın “Hikməti milli” hərəkatının lideri Seyid Əmmar Hakim ilə söhbətində Həşdi-Şabini İraqın sərmayəsi hesab edərək ona dəstək verilməlməsini vurğulayır.[48] Həmçinin 2021-ci il avqustun 19-da Seyyid Həsən Nəsrullah, İraqın təhlükəsizliyini qorumaq üçün Həşdi-Şəbinin gücləndirilməsini zəruri olduğunu bildirmişdir.[49]
Amerikanın Həşdi Şəbi bazalarına hücumu
2019-cu il dekabrın 29-da Amerika, əl-Ənbar və İraqla Suriya sərhədində Həşdi Şəbi mövqelərinə hücum etdi. Bu hücum zamanı 25 nəfər həlak oldu. Amerika müdafiə nazirliyi bu hücumları Həşdi Şəbinin İraqdakı ABŞ bazalarına hücumlarına cavab olduğunu bildirdi.[50] Digər tərəfdən isə, Həşdi Şəbi Amerika bazalarına edilən hücumların məsuliyyətini öz üzərinə götürmədi.[51]
8 iyun 2021-ci ildə də Amerika, İraq və Suriya sərhədindəki Həşdi Şəbi bazalarına hücum etmişdi və nəticədə dörd Həşdi Şəbi qüvvəsi öldürüldü. Amerika bu hücumu İranın dəstəklədiyi qruplaşmanın İraqdakı Amerika personalı və obyektlərinə qarşı dron hücumlarına cavab kimi qiymətləndirdi.[52] Həşdi Şəbi isə hədəfə alınan qüvvələrlə bağlı, İraqda xarici qüvvələrə qarşı heç bir fəaliyyət göstərmədiyini açıqladı.[53]
Həşdi Şəbi ilə bağlı İraqın daxili mövqeləri
İraqdan olan şiə din xadimi və siyasi fəal Müqtəda Sədr, 2017-ci ildə Həşdi Şəbinin orduya qoşulmasını[54] və 2012-ci ildə siyasət və biznesə qarışmamasını tələb etdi.[55] Digər bir tərəfdən isə Nəcəfdəki şiə mərcəi təqlidi seyyid Kazım Hairi, Həşdi Şəbini müstəqil bir qüvvə kimi digər qüvvələrlə birləşdirilməməsini dəstəklədi və onu ölkənin təhlükəsizliyini qorumaq üçün zəruri olduğunu vurğuladı.[56]
Nəcəfdə olan başqa bir mərcəi təqlid Şeyx Bəşir Nəcəfi də “Həşdi Şəbini” İraq və Mərcəiyyətin güclü qolu hesab etmişdir;[57] Təbii ki, o və Məhəmməd İshaq Fəyaz adında başqa bir mərcəi təqlid, Həşdi Şəbiyə siyasətdən uzaq durmağı tövsiyə etmişlər.[58]
Bəzi İraqlı analitiklər də xarici və terror təhlükələrinə qarşı mübarizə aparmaq üçün Həşdi Şəbinin mövcudluğunu zəruri hesab ediblər.[59] Həmçinin “İraq milli hikməti” hərəkatının lideri Seyyid Əmmar Həkim, Həşdi Şəbini İraq üçün strateji zərurət hesab edərək, onun dağılmasına və ya orduya inteqrasiyasına qarşı çıxmışdır; Baxmayaraq ki, onun siyasi qüvvələrlə əlaqə qurmasını tənqid etmişdir.[60] Həşdi Şəbi-nin rəhbəri Faleh Fəyyaz, Həşdi Şəbinin siyasətə qarışdığını rədd edir.[61]
İttihamlar
2016-cı ildə Fəllucənin azad edilməsi əməliyyatından sonra, beynəlxalq amnistiya təşkilatı Həşdi Şəbini Fəllucədə taleyi məlum olmayan 650 nəfərin qaçırılması ilə ittiham edir.[62] Əl-Əzhərin şeyxi Əhməd Təyyib, Tikritin azad edilməsi əməliyyatı zamanı Həşdi Şəbini sünnilərə qarşı hərbi cinayətlərdə ittiham edir.[63] “Cəmaatu üləmaul-İraq” təşkilatına başçılıq edən Əhli Sünnə alimi Xalid Əbdül Vəhab əl-Molla,[64] və Nəcəfdə mərcəi təqlid Şeyx Bəşir Nəcəfi,[65] əl-Əzhər şeyxinin iddiasını rədd edərək Həşdi-Şəbinin Şiə və Sünnülərdən təşkil olduğunu vurğuladılar.
Monoqrafiya
“Təsirate Həşdi Şəbiye İraq bər siyasəthaye rahbordi İran” kitabı, Keyvan Ağababayi tərəfindən yazılmışdır. Bu kitab “Həşdi Şəbi”nin mövqe və tarixini araşdırdıqdan sonra İraqın 2014-2017-ci illərdə İran və Səudi Ərəbistanının xarici siyasətindəki proseslərin gedişatından bəhs edir.[66]
“Sayeye roşəne Həşdi Şəbi” kitabı, müəllif: Əmir Hamid Azad Həşdi Şəbi ilə bağlı siyasət, yaradılma tarixi və bir sıra problemlərdən bəhs edir.[67] Şirzad Dadaşinin yazdığı “Həşdi Şəbi” bu mövzuda fars dilində yazılmış digər bir kitabdır.[68]
Əl-Həşduş-Şəbi: “Əl-istiraticiyyə əl-Əmrikiyyə və əl-Həşdi əl-Şəbi fil İraq”, müəllif: Zeynəb Şəib,[69] əl-Cuyuşul-Məvaziyə: “Milişiyyatu əl-Həşduş-Şəbi fil İraq”, müəllif: Əhməd Ədli[70] və əl-Həşduş-Şəbi əz-Zihanul əxir, müəllif: Yazıçılar birliyi,[71] Ərəb dilində təlif olunmuş kitablardandır. Həmçinin, “Iraqi Security Forces and Popular Mobilization Forces: Orders of Battle; İraq təhlükəsizlik qüvvələri və Həşdi Şəbi: Döyüş əmrləri”[72] və “The Popular Mobilization Forces and Iraq's future- Həşdi Şəbi və İraqın gələcəyi”[73] Həşdi Şəbi haqda İngilis dilində yazılmış bəzi kitablardır.
Əlaqəli məqalə
İstinadlar
- ↑ حشد الشعبیها چه افرادی هستند؟, mizan.ir saytı
- ↑ Səlumi, Səlah Ədnan Nasir, Təzhiyyətuz-zati ləda müntəsəbil-həşdiş-şəbil-İraq, s.241
- ↑ Berism, Ğəsəq Əbdul Rza, Əsbabi tətəvvuiş-şəbabi fil-Həşdiş-Şəbi, s.621
- ↑ Xəşşan, Əl-Həşduş-Şəbi dirasətun fil-ciyubulitikin-nəqdiyyə, s.486
- ↑ Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116
- ↑ سیستانی در صدد برچیدن بساط حشد شعبی از زیر پای شبهنظامیان عراقی, independentpersian.com saytı
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.437
- ↑ سیستانی در صدد برچیدن بساط حشد شعبی از زیر پای شبهنظامیان عراقی, independentpersian.com saytı
- ↑ Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.116; Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Nümunə üçün baxın: Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108; Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.437
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.440
- ↑ الحشد الشعبی فی العراق.. قوة عسکریة و سیاسیة, aljazeera.net saytı
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.108
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.20
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.20
- ↑ Xəşşan, Əl-Həşduş-Şəbi dirasətun fil-ciyubulitikin-nəqdiyyə, s.486
- ↑ ساختار حشد شعبی عراق؛ مهمترین گروههای تشکیل دهنده آن, tasnimnews.com saytı
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.7
- ↑ درباره ابومهدی المهندس, irna.ir saytı
- ↑ Azad, Ulquye təşkil və təhdide Həşd Şəbi dər İraq, s.89
- ↑ Azad, Ulquye təşkil və təhdide Həşd Şəbi dər İraq, s.96
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.21-22
- ↑ Kate Nahez, İnzimamul-Həşdiş-Şəbi iləl-müəssisətil-əskəriyyə, s.441
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.23-24
- ↑ ساختار حشد شعبی عراق؛ مهمترین گروههای تشکیلدهنده آن, tasnimnews.com saytı
- ↑ Mənsur və Əbdül-Cabbar, Əl-Həşduş-şəbi və mustəqbələul-İraq, m.2017, s.7
- ↑ Hələfi, Həşduş-şəbi Bəsice mərdomiye İraq, s.48
- ↑ پایگاه اینترنتی الحشد الشعبی., al-hashed.net saytı
- ↑ آغاز عملیات امنیتی حشد الشعبی در دیالی, isna.ir saytı
- ↑ تنفیذ حملة خدمیة فی مقام الإمام السجاد(ع), al-hashed.gov.iq saytı
- ↑ اللواء ۲۸ بالحشد یستجیب لمناشدة خدمیة فی شمال خانقین, al-hashed.gov.iq saytı
- ↑ الحشد الشعبي يحصي عدد قواته وجرحاه ويؤكد على الضرورة الملحة لبقائه»
- ↑ طرح ویژه امنیتی حشد شعبی عراق برای اعیاد مذهبی, mehrnews.com saytı; طرح امنیتی حشد شعبی برای مراسم سالروز شهادت امام علی(ع) در نجف اشرف, tasnimnews.com saytı
- ↑ الحشد الشعبي يحبط مخططاً لاستهداف الأمن خلال زيارة الأربعين, Əl-Məyadin
- ↑ بالانفو کرافک: هذا ما شارکت به الهندسة العسکریة للحشد فی المحافظات الجنوبیة لاحتواء أزمة السیول والفیضانات (نسخه بایگانیشده), al-hashed.gov.iq saytı
- ↑ الجبیر: بحثنا مع تیلرسون خطر إیران و أزمة قطر, alarabiya.net saytı
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.111
- ↑ Nasir, Əl-Həşduş-Şəbi fil-mənzuril-Əməyriki, s.118
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.111-112
- ↑ هل تمنع السعودية مقاتلي الحشد الشعبي من أداء الحج؟, alhurra.com saytı
- ↑ الأسد يبحث مع رئيس الحشد الشعبي القضايا الأمنية المشتركة, almayadeen.net saytı
- ↑ هادي العامري: الحشد الشعبي تلقى دعوة من الأسد للدخول إلى سوريا
- ↑ خامنئی لقادة الشیعی: لا تثقوا بالامیرکیین
- ↑ السيد نصر الله: الحشد الشعبي الضمانة الحقيقية للعراق في مواجهة داعش والتكفيريين, todaynewsiq.net saytı
- ↑ ۲۵ قتیلا و۵۱ جریحا بالهجوم الأمریکی علی مواقع لالحشد الشعبی العراقی, arabic.rt.com saytı; تبدیل تاریخ از میلادی به شمسی
- ↑ American Airstrikes Rally Iraqis Against U.S, nytimes.com saytı
- ↑ القصف الأمریکی: غارات أمریکیة فی العراق وسوریا, bbc.com saytı
- ↑ العراق یدین الهجوم الأمریکی علی مواقع للحشد الشعبی
- ↑ مقتدی صدر: حشد شعبی با ارتش عراق ادغام شود, ilna.ir saytı
- ↑ Şəhsəvari, Baz taze sədr: Təmami numayəndaqane nəzdik be Müqtəda Sədr dər parlimane İraq istefa dadənd, s.4
- ↑ بیان سماحة السید الحائری یعلن فیه عدم الاستمرار فی التصدی للمرجعیة بسبب المرض والتقدم فی العمر, alhaeri.org saytı
- ↑ المرجع النجفي: الحشد الشعبي ذراع العراق والمرجعية وبهم يعز الإسلام والوطن, shafaqna.com saytı
- ↑ تأکید آیات عظام نجفی و فیاض بر وحدت بیشتر گروههای مقاومت اسلامی عراق و دوری آنها از سیاست, shafaqna.com saytı
- ↑ Həttab, Təvziful-Həşdiş-Şəbi fil-mədrəkis-siyasil-İraqi, s.117
- ↑ در برابر انحلال حشد الشعبی میایستیم, isna.ir saytı
- ↑ فالح الفیاض: حشد شعبی در بحثهای سیاسی دخالت نمیکند, shafaqna.com saytı
- ↑ https://www.middleeasteye.net/news/iraq-amnesty-reveal-fate-missing-men-and-boys
- ↑ العراق .. المرجع النجفي ينتقد موقف الازهر من الحشد الشعبي, taghribnews.com saytı
- ↑ العراق .. المرجع النجفي ينتقد موقف الازهر من الحشد الشعبي, taghribnews.com saytı
- ↑ جماعة علماء العراق لـ" الازهر" : الحشد الشعبي يتألف من شيعة وسنة يقاتلون جنبا إلى جنب من أجل غايات سامية وطنية, tasnimnews.com saytı
- ↑ کتاب «تاثیرات حشدالشعبی عراق بر سیاستهای راهبردی ایران», razavi.ir saytı
- ↑ Qohəri Muqəddəm və Ərəb, Cayeqahe Həşduş-Şəbi dər əmniyyəte milliye İraq və nəhveye baznəmayi risanehaye ğərbi-səudi əz an, s.152
- ↑ کتابشناسی حشد الشعبی
- ↑ کتابشناسی الحشد الشعبی, Nur məktəbi
- ↑ کتابشناسی الجیوش الموازیة, worldcat.org
- ↑ معرفی الحشد الشعبی الرهان الاخیر, almustakbalpaper.net
- ↑ Iraqi Security Forces and Popular Mobilization Forces, worldcat.org
- ↑ The Popular Mobilization Forces and Iraq's future worldcat.org
Ədəbiyyat
- ۲۵ قتیلا و۵۱ جریحا بالهجوم الأمریکی علی مواقع لالحشد الشعبی العراقی dərc tarixi: 29 dekabr 2019-cu il.
- Azad, Əmir Hamid, الگوی تشکیل و تحدید حشد شعبی در عراق “Siyasəte cəhan” jurnalı, cild 9, nömrə 3, ardıcıllıq nömrə 33, Dekabr 2019.
- آغاز عملیات امنیتی حشد الشعبی در دیالی İran Tələbələr Xəbər Agentliyi (İSNA), dərc olunma tarixi: 20 ordibehişt 1401 hicri şəmsi, baxış tarixi: 23 Şəhrivar 1401 hicri şəmsi.
- İbn Aşur, Məhəmməd Tahir, Təfsir ət-Təhrir və ət-Tənvir əl-məruf bi təfsiri İbn Aşurun, Beyrut, müəssisətu əl-Tarix əl-Ərəbi, 1421 h.q.
- الأسد يبحث مع رئيس الحشد الشعبي القضايا الأمنية المشتركة Əl-Məyadin, qəbul tarixi: 3 mart 2022, baxışş tarixi: 12 Şəhrivar 1401 h.ş.
- بالانفو کرافک: هذا ما شارکت به الهندسة العسکریة للحشد فی المحافظات الجنوبیة لاحتواء أزمة السیول والفیضانات (نسخه بایگانیشده) Həşd Şəbi-nin rəsmi saytı, yerləşdirmə tarixi: 16 aprel 2019-cu il, baxış tarixi: 5 Şəhrivər 1401.
- Berism, Ğəsəq Əbdul Rza, اسباب تطوع الشباب فی الحشد الشعبی, Kulliyyətu əl-Tərbiyyə jurnalında, nömrə 33, noyabr 2018.
- بیان سماحة السید الحائری یعلن فیه عدم الاستمرار فی التصدی للمرجعیة بسبب المرض والتقدم فی العمر, Seyyid Kazım Hüseyni Hairinin rəsmi saytı, mürəciət tarixi: 7 Şəhrivər 1401.
- تأکید آیات عظام نجفی و فیاض بر وحدت بیشتر گروههای مقاومت اسلامی عراق و دوری آنها از سیاست, Şəfəqna xəbər agentliyi, daxil olma tarixi: 26 xordad 1395, baxış tarixi: 13 Şəhrivər 1401.
- تبدیل تاریخ از میلادی به شمسی, Bahesab saytı, baxış tarixi: 7 şəhrivər 1401.
- تنفیذ حملة خدمیة فی مقام الإمام السجاد(ع), “Həşdi Şəbi” nin rəsmi saytı, dərc olunma tarixi: 7 avqust 2022-ci il, baxış tarixi: 5 şəhrivar, hicri 1401-ci il.
- جماعة علماء العراق لالازهر: الحشد الشعبي يتألف من شيعة و سنة, Vəkalətu Təsnim əl-Dövəliyyə lil-Ənba, dərc olunma tarixi: 12 mart 2015-ci il, baxış tarixi: 12 Şəhrivər 1401.
- الجبیر: بحثنا مع تیلرسون خطر إیران و أزمة قطر, Əl-Ərəbiyyə xəbər agentliyi,: 22 oktyabr 2017-ci il, dərc oluma tarixi: 6 Şəhrivar 1401-ci hicri.
- الحشد الشعبی فی العراق.. قوة عسکریة و سیاسیة, Əl-Cəzirə xəbər agentliyi, dərc oluma tarixi: 31 dekabr 2019-cu il, baxış tarixi: 6 Şəhrivar 1401.
- حشد الشعبیها چه افرادی هستند؟, Mizan xəbər agentliyi, dərc olunma tarixi: 28 aprel 1398, baxış tarixi: 30 murdad 1401.
- الحشد الشعبي يحبط مخططاً لاستهداف الأمن خلال زيارة الأربعين, Əl-Məyadin, ədərc olunma tarixi: 8 sentyabr 2022, baxış tarixi: 18 Şəhrivər 1401.
- الحشد الشعبي يحصي عدد قواته وجرحاه ويؤكد على الضرورة الملحة لبقائه, əl-İraqiyyə xəbər agentliyi, dərc olunma tarixi: 13 iyun 2022-ci il, baxış tarixi: 18 Şəhrivər 1401.
- Həttab, Cavad Kazim, توظیف الحشد الشعبی فی المدرک السیاسی العراقی, Həmurabi jurnalı, yeddinci il, Nömrə 29, qış 2019.
- Hələfi, Mehdi, حشد الشعبی بسیج مردمی عراق, Pasdare İslam jurnalı; Nömrə 411, Ordibehişt və xordad 1395.
- خامنئی لقادة الشیعی: لا تثقوا بالامیرکیین, əl-mərkəz əl-Lobnani lil əbhasi və əl-istişarat, dərc olunma tarixi: 12 dekabr 2016-cı il, baxış tarixi: 1 Şəhrivar 1401-ci il.
- Xəşan, Məhəmməd Keşiş, الحشد الشعبی دراسة فی الجیوبولیتیک النقدیة, əl-Kufə araşdırmalar mərkəzi jurnalı; Nömrəli 62, sentyabr 2021.
- درباره ابومهدی المهندس, (İRNA) xəbər agentliyi, dərc olunma tarixi: 13 de 1398-ci il, baxış tarixi: 23 şəhrivar, 1401.
- در برابر انحلال حشد الشعبی میایستم İran tələbələr xəbər agentliyi “İSNA” saytı, dərc olunma tarixi 15 mehr 1400, baxış tarixi 12 bəhmən 1400.
- ساختار حشد شعبی عراق؛ مهمترین گروههای تشکیل دهنده آن, dərc olunma tarixi 22 tir 1394-cü il, baxış tarixi 28 dey 1400.
- Səlumi, Səlah Ədnan Nasir, تضحية الذات لدى منتسبي الحشد الشعبي العراقي, Lark lil fəlsəfə və əl-lisaniyyat və əl-ulumul ictimaiyyə jurnalı, nömrə 22, 2016.
- السيد نصر الله: الحشد الشعبي الضمانة الحقيقية للعراق في مواجهة داعش والتكفيريين Today News, dərc olunma tarixi: 19 avqust 2021-ci il, baxış tarixi: 12 şəhrivər 1401.
- سیستانی در صدد برچیدن بساط حشد شعبی از زیر پای شبهنظامیان عراقی, İndipendinet Fars xəbər angentliyi, dərc olunma tarixi: 8 azər 1399, baxış tarixi: 13 şəhrivər 1401.
- Şəhsəvari, باز تازه صدر: تمامی نمایندگان نزدیک به مقتدی صدر در پارلمان عراق استعفا دادند, “Etemad” qəzeti, Nömrə 5231, 24 xordad 1401.
- طرح ویژه امنیتی حشد شعبی عراق برای اعیاد مذهبی, Mehr xəbər agentliyi, dərc olunma tarixi: 24 ordibehişt 1399, dərc olunma tarixi: 18 tir 1401, baxış tarixi: 18 şəhrivər 1401.
- طرح امنیتی حشد شعبی برای مراسم سالروز شهادت امام علی(ع) در نجف اشرف, Təsnim xəbər agentliyi, baxış tarixi: 18 şərivər 1401.
- العراق .. المرجع النجفي ينتقد موقف الازهر من الحشد الشعبي, Ənbaul təqrib agentliyi, dərc olunma tarixi: 13 mart 2015-ci il, baxış tarixi: 12 şəhrivər 1401.
- العراق یدین الهجوم الأمریکی علی مواقع للحشد الشعبی, Xalq Səfərbərliyi münasibətilə hücumu”, Anadolu Agentliyi, dərc olunma tarixi: 28 iyun 2021-ci il, baxış tarixi: 7 Şəhrivər 1401-ci hicri.
- فالح الفیاض: حشد شعبی در بحثهای سیاسی دخالت نمیکند, Şəfəqna xəbər agentliyi, dərc olunma tarixi: 30 Mehr 1400, baxış tarixi: 12 şəhrivar 1401.
- القصف الأمریکی: غارات أمریکیة فی العراق وسوریا علی قوات موالیة لطهران و الحشد الشعبی یعلن عن قتلی و جرحی, BBC Ərəb xəbər agentliyi, dərc olunma tarixi: 28 iyun 2021-ci il, baxış tarixi: 7 şəhrivər 1401.
- Kate Nahez, انضمام الحشد الشعبی الی المؤسسة العسکریة, əl-Məcəllətu əl-siyasiyyə və əl-duvəliyyə, nömrə 45, dekabr 2020.
- کتابشناسی تأثیرات حشدالشعبی عراق بر سیاستهای راهبردی ایران, Sazemane kitabxaneha, muzeha və mərkəze əsnade astane qunds Rəzəvi, dərc olunma tarixi: 27 sentyabr 1398-ci il, baxış tarixi: 2 mordad 1401-ci il.
- کتابشناسی الحشد الشعبی, Məktəbətu nur, baxış tarixi: 2 mordad 1401.
- کتابشناسی حشد الشعبی, Sazemane əsnad və ketabxaneye milli Cumhuriye İslami İran, dərc olunma tarixi: 2 mordad 1401.
- کتابشناسی الجیوش الموازیة, worldcat, baxış tarixi: 2 mordad 1401.
- Gövhəri Müqəddəm, Əbuzər və Məhəmmədrza Ərəb, جایگاه الحشدالشعبی در امنیت ملی عراق و نحوه بازنمایی رسانههای غربی-سعودی از آن, Pejuheşname rəsaneye beynəlmiləli, üçüncü il, nömrə 3, payız 1397.
- اللواء ۲۸ بالحشد یستجیب لمناشدة خدمیة فی شمال خانقین, Şəfəqna xəbər agentliyi, baxış tarixi: 25 aprel 2017, dərc olunma tarixi: 11 şəhrivər 1401.
- المرجع النجفي: الحشد الشعبي ذراع العراق والمرجعية وبهم يعز الإسلام والوطن, əl-Mustəqbəlul İraqi xəbər agentliyi, dərc olunma tarixi: 30 yanvar 2015, baxış tarixi 3 şəhrivər 1401.
- مقتدی صدر: حشد الشعبی با ارتش عراق ادغام شود, İlna xəbər agentliyi, dərc olunma tarixi: 20 azər 1396, baxış tarixi: 21 mordad 1401.
- Mənsur, Rinad və Faleh Əbdülcəbbar, الحشد الشعبی و مستقبل العراق , (elektron kitab), Beyrut, Mərrkəzu karniği lil şərqil əl-əvsət, 2017.
- Nasir, Kərrar Ənvər, الحشد الشعبی فی المنظور الامیرکی, əl-“Həmurayi lil dirasat” məcəlləsi, dördüncü il, nömrə 13, qış 2015.
- Hadi əl-Amiri: هادي العامري: الحشد الشعبي تلقى دعوة من الأسد للدخول إلى سوريا, Rodavo əl-Aləmiyyə saytı, dərc olunma tarixi: 16 noyabr 2016, baxış tarixi: 12 şəhrivər 1401
- هل تمنع السعودية مقاتلي الحشد الشعبي من أداء الحج؟, əl-Hərrə xəbər agentliyi, dərc olunma tarixi: 13 iyun 2016, baxış tarixi 11 şəhrivər 1401.
- Amnesty demands Iraq reveal fate of nearly 650 missing men and boys Middle East Eye. Məqalənin daxil olma tarixi: 4 iyun 2021-ci il, müraciət tarixi: 12 Şəhrivar 1401.
- American Airstrikes Rally Iraqis Against U.S The New York Times; müraciət tarixi, 7 şəhrivər 1401.
- Iraqi Security Forces and Popular Mobilization Forces worldcat, müraciət tarixi 2 mordad 1401.
- The Popular Mobilization Forces and Iraq's future worldcat, müraciət tarixi 2 mordad 1401.