Əl-Muəmmədani Xəstəxanasının bombalanması

wikishia saytından
Əl-Muəmmədani Xəstəxanasının bombalanması
Əl-Əhlil-ərəbi xəstəxanasının bombalanması
Hadisənin izahıİsrailin xəstəxanada fələstinli yaralı qaçqınlara hücumu
İki tərəfİsrail \ Fələstinin əliyalın xalqı
Zaman17 Oktyabr 2023
MəkanQəzzə
Səbəbkarlarİsrail ordusu
Nəticələr500 nəfərdən çox ölü
ReaksiyalarHücumun müxtəlif ölkələrdə pislənməsi
ƏlaqəliƏl-Əqsa tufanı


Əl-Muəmmədani Xəstəxanasının bombalanması İsrailin 17 oktyabr 2023-cü il tarixində Qəzzada Əl-Muəmməadani və ya Əl-Əhli Əl-Ərəbi xəstəxanasına etdiyi hava hücumudur ki, 500-dən çox mülki şəxsin ölümü ilə nəticələndi.[1] Ölənlərin sayının 800[2] və 1000[3] nəfər olduğu da qeyd edilir.

Mülki əhalinin öldürülməsi

Bu hücumun qurbanları bu xəstəxanaya sığınan yaralı və köçkün fələstinlilər idi. Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsünün dediyinə görə, bu qurbanların çoxu qadın və uşaqlardır.[4] Amerika bombaları ilə həyata keçirildiyi deyilən bu hücumda 1000-dən çox dinc sakin şəhid olub və yaralanıb.[5]

Bu hücum Həmas qüvvələrinin işğal olunmuş Fələstin ərazilərində Əl-Əqsa Tufanı əməliyyatına cavab olaraq həyata keçirilib. Oktyabrın 7-də HƏMAS Fələstinin azad edilməsi və İsrailin işğal olunmuş ərazilərdəki işğalını dayandırmaq məqsədi daşıyan əməliyyat həyata keçirib. Bu, İsrail üçün misli görünməmiş və əvəzedilməz məğlubiyyət kimi qiymətləndirilib. Həmçinin sionist rejimin bu hücumunun və dinc əhalini öldürməsinin məqsədi Qəzza əhalisinin bu şəhəri tərk etməsi olduğu bildirilir.

Media bu hücumu soyqırım, həqiqi holokost və müharibə cinayəti kimi ibarətlərlə şərh edir.[6]

"Reuters" xəbər agentliyi Muəmmədani xəstəxanasına hücumu HƏMAS-ın oktyabrın 7-də (Əl-Əqsa Tufanı) hücumundan sonra İsrailin cavab tədbirləri çərçivəsində etdiyi ən ölümcül hadisə adlandırıb. Həmçinin bu hücuma cavab olaraq müxtəlif İslam və qeyri-islam ölkələrində toplantılar və nümayişlər keçirilməsi barədə məlumat verib.[7]

Bu hadisəyə verilən reaksiyalar

Qəzza Səhiyyə Nazirliyinin İsrailin Qəzzada Əl-Muəmmədani xəstəxanasına hücumu nəticəsində şəhid olanların cənazələri arasında keçirdiyi mətbuat konfransı

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres bu hücumda yüzlərlə mülki şəxsin öldürülməsini "dəhşətli" adlandırıb və bunu pisləyib.[8]

BMT Təhlükəsizlik Şurasının bu hücumun ölçülərini araşdırmaq üçün təcili iclas keçirməsi nəzərdə tutulur.[9]

"Reuters" xəbər agentliyi Muəmmədani xəstəxanasına hücumu HƏMAS-ın oktyabrın 7-də (Əl-Əqsa Tufanı) hücumundan sonra İsrailin cavab tədbirləri çərçivəsində etdiyi ən ölümcül hadisə adlandırıb. Həmçinin bu hücuma cavab olaraq müxtəlif İslam və qeyri-islam ölkələrində toplantılar və nümayişlər keçirilməsi barədə məlumat verib.[10] İordaniyada İsrail səfirliyi yandırıldı.[11] İran, İraq, İordaniya, Fransa, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Misir, Qətər və Suriya kimi dünyanın bir çox ölkəsi bu hücumu pisləyib. Həmçinin İran, İraq, Türkiyə, İordaniya, Livan, Küveyt və Qətər kimi bəzi ölkələrdə nümayişlər də keçirilib.[12]

Bu qətliamın pislənməsindən sonra İranda[13] bir günlük, İraq[14] və Suriyada[15] üç günlük matəm elan edildi. İranda İmam Rzanın (ə) hərəminin günbəzinin bayrağı əzadarlıq əlaməti olaraq qara rəngli bayraqla dəyişdirilib.[16] Həmçinin Qum elmi hövzəsi, İranın[17] və Nəcəfin[18]  bütün elmi hövzələri oktyabr ayının 18-də tətil edildi. Qum elmi hövzəsinin iranlı və qeyri-iranlı tələbələri və din xadimləri Qüdsün işğalçı rejiminə qarşı keçirilən və bu rejimin insanlıq əleyhinə cinayətlərini pisləyən nümayişlərdə iştirak ediblər.[19] Rusiya hökuməti də bu qətliamı iyrənc, qeyri-insani və sarsıdıcı cinayət adlandırıb.[20]

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, bu hücumdan sonra İordaniya Misir prezidenti, Fələstin Muxtariyyətinin başçısı və Baydenin (ABŞ prezidenti) iştirakı ilə İordaniyada keçirilməsi nəzərdə tutulan dördtərəfli görüşü ləğv edib.[21]

Amerika bombalarından istifadə edilməsi

KİV-in Amerikanın "Wall Street" qəzetinə istinadən verdiyi məlumata görə, İsrail bu hücumda Amerikanın MK-84 bombasından istifadə edib.[22] Bununla belə, israillilər xəstəxanadakı partlayışın Fələstin İslami Cihad hərəkatının uğursuz raket əməliyyatı nəticəsində baş verdiyini iddia ediblər.[23] İslami Cihad hərəkatı İsrailin iddiasını rədd edərək, onların xəstəxanaya hücumu qəbul etməmələrini bu cinayətə görə məsuliyyəti öz üzərlərinə götürməmək kimi qiymətləndirib. Bu hərəkat İsrailin dəfələrlə bu xəstəxananı və Qəzzadakı digər xəstəxanaları boşaltmaqla və bombalamaqla hədələdiyini vurğuladı. Həmçinin onların bu qətliamla bağlı ziddiyyətli açıqlamaları onların yalanlarını sübut edir.[24] NBC xəbər kanalının məlumatına görə, fələstinlilərin bu qədər dağıdıcı və partlayıcı gücə malik silahı yoxdur. Habelə İsrailin yalan danışmaq və başqalarını ittiham etmək kimi bir keçmişi var.[25] BBC müxbirindən də sitat gətirilib ki, partlayışın intensivliyini nəzərə alsaq, raketi qeyri-İsrail raketi hesab etmək çox çətindir.[26]

İstinadlar

  1. .What we know so far about the deadly strike on a Gaza hospital", aljazeera.com saytı
  2. «بیش از ۸۰۰ شهید در بمباران بیمارستان المعمدانی غزه»،‌ Mehr agentliyi
  3. «چهارشنبه در سراسر کشور عزای عمومی است»،‌ Fars agentliyi
  4. «وزارت بهداشت غزه: اغلب قربابیان فاجعه بیمارستان المعمدانی زن و کودک هستند»، Əl-Aləm saytı
  5. «چهارشنبه در سراسر کشور عزای عمومی است»،‌ Fars agentliyi
  6. برای نمونه نگاه کنید به: «هولوکاست واقعی این تصویر است»، mashreghnews.ir saytı; «شوک جهانی بعد از بمباران بیمارستاتن غزه/هولوکاست واقعی اینجاست»khabaronline.ir saytı
  7. "Reactions to strike on Gaza hospital killing hundreds", reuters.com saytı
  8. «نشست شورای امنیت سازمان ملل در باره بمباران بیمارستان غزه»، دویچه وله.
  9. «نشست شورای امنیت سازمان ملل در باره بمباران بیمارستان غزه»، دویچه وله.
  10. "Reactions to strike on Gaza hospital killing hundreds", reuters.com saytı
  11. «آتش زدن سفارت رژیم صهیونیستی در اردن»khabaronline.ir saytı
  12. محکومیت گسترده بمباران بیمارستان معمدانی در غزه»، وبگاه مرکز اطلاع‌رسانی فلسطین.
  13. «اعلام عزای عمومی در سراسر کشور»،‌ خبرگزاری ایسنا.
  14. «لحظه به لحظه با دوازدهمین روز عملیات طوفان الاقصی»، خبرگزاری جمهوری اسلامی.
  15. «سوریه سه روز عزای عمومی اعلام کرد»، خبرگزاری جمهوری اسلامی.
  16. «پرچم عزا بر گنبد حرم مطهر رضوی برافراشته شد»، خبرگزاری ایرنا.
  17. «تعطیلی درس‌های حوزه علمیه در واکنش به حمله وحشیانه به بیمارستان در غزه»، خبرگزاری ابنا.
  18. «الحوزة العلمية في النجف تعلن الحداد وتعطل دروسها»، الفرات نیوز.
  19. «عکس/ راهپیمایی طلاب قم در محکومیت حمله به بیمارستان غزه»، مشرق نیوز.
  20. «مسکو: حمله به بیمارستان غزه جنایت است»، خبرگزاری جمهوری اسلامی.
  21. «لأردن يلغي القمة الرباعية مع بايدن والسيسي وعباس بعد قصف المستشفى بغزة»، الجزیره.
  22. «وال استریت: بیمارستان المعمدانی غزه با بمب آمریکایی بمباران شد, «تلویزیون آمریکا: اسرائیل دروغگوست»،‌ خبرگزاری مشرق نیوز؛ «بمب انفجاری در بیمارستان غزه، آمریکایی بود»، خبرگزاری مهر.
  23. «Israel-Hamas WarIsraelis and Palestinians Blame Each Other for Blast at Gaza Hospital That Killed Hundreds»، The New York Times; «What we know about the Gaza hospital blast», nbcnews.
  24. «جهاد اسلامی ادعاهای رژیم صهیونیستی را رد کرد»، وبگاه مرکز اطلاع‌رسانی فلسطین.
  25. «تلویزیون آمریکا: اسرائیل دروغگوست»،‌ خبرگزاری مشرق نیوز.
  26. «تلویزیون آمریکا: اسرائیل دروغگوست»،‌ خبرگزاری مشرق نیوز.

Ədəbiyyat