Əmmar ibn Həssan Tai

wikishia saytından
(Əmmar bin Həssan Tayi səhifəsindən yönləndirilmişdir)
Əmmar ibn Həssan Tai
İmam Hüseynin (ə) hərəmində Kərbəla şəhidlərinin məzarları
İmam Hüseynin (ə) hərəmində Kərbəla şəhidlərinin məzarları
Tam adıƏmmar ibn Həssan ibn Şüreyh Tai
Nəsəb \ QəbiləBəni-Tey
Tanınmış qohumlarıHəssan ibn Şüreyh Tai
Şəhadətinin necəliyiÖmər ibn Sədin ordusu tərəfindən
Dəfn olunduğu məkanİmam Hüseynin (ə) hərəmi
Önəmli işləriİmam Hüseynin (ə) səhabəsi


Əmmar ibn Həssan Tai (ərəbcə: عمار بن حسان الطائي) İmam Hüseynin (ə) səhabələrindən və Kərbəla şəhidlərindəndir. Ziyarətuş-Şühədada (məşhur olmayan Nahiyeyi müqəddəsə ziyarəti) onun adı çəkilir. Tarixi mənbələrə görə, hicri 61-ci ildə Əmmar ibn Həssan İmam Hüseynlə (ə) birlikdə Məkkədən Kərbəlaya gəlmiş və Kərbəla hadisəsi zamanı Aşura günü şəhid olmuşdur.

Onun adı və nəsli

Əmmar ibn Həssan Tai, Tey qəbiləsindən idi.[1] O, hicri birinci əsrin şiələrindən və İmam Hüseynin (ə) səhabələrindən sayılır.[2]

Bəzi mənbələrdə onun adı Amir ibn Həssan kimi keçir. Bəzi tədqiqatçılar bu hadisənin onun adının Amir ibn Müslümə (Aşura hadisəsi şəhidlərindən biri və ehtimal var ki, Əmmarın qardaşı oğludur) oxşarlığına görə baş verdiyini ehtimal edirlər; Yaxud bu iki ad bir adın iki qeydidir ki, oxşarlıqlarına görə bir-biri ilə qarışdırılıb.[3] Məhəmməd Təqi Şuştəri də “Qamusur-Rical” kitabında Əmmar ibn Həssan və Əmmar ibn Əbi Səlamənin (Aşura hadisəsi şəhidlərindən) ), eyni bir şəxs olduğunu ehtimal verib.[4]

Əmmarın atası Həssan ibn Şüreyh də İmam Əlinin (ə) səhabələrindən biri hesab edirlər ki, o, CəməlSiffeyn döyüşlərində İmam Əlinin (ə) ordusunda olub və Siffeyn döyüşündə şəhid olmuşdur.[5] Şiə rəvayətçilərindən və “Qəzaya Əmirul-möminin” kitabının müəllifi Abdullah ibn Əhmədi Əmmarın nəvəsi hesab olduğunu bildirirlər.[6]

Kərbəlada şəhid olması

Nəcaşi Əmmar ibn Həssanı hicri 61-ci ilin Aşura günü Kərbəlada şəhid olan insanlardan hesab edir.[7] Tədqiqatçıların fikrincə, Əmmar İmam Hüseyn (ə) Məkkədən çıxarkən ona qoşuldu.[8] Tarixi mənbələrə görə, Kərbəla hadisəsində İmam Hüseyn (ə) Ömər Sədin qoşununun döyüşdən əl çəkmələri ümidi ilə bir xütbə oxuyaraq onları moizə etdi. Amma onlar İmamın nəsihətini qəbul etmədilər. Bu çıxışdan sonra Şümr bir qrup əsgəri ilə İmam Hüseynin (ə) səhabələrinin xeymələrinə sağ və sol cinahdan hücum edərək onları oxladılar. Bu hücum tarixi kitablarda “ilk hücum” kimi məşhur olub.[9] Əmmar ibn Həssanı bu hücumun nəticəsində şəhid olanlardan biri hesab edirlər.[10] Əlbəttə, bəzi mənbələr Əmmarın döyüş meydanında və İmam Hüseynin (ə) qarşısında şəhid olduğunu da xəbər veriblər.[11]

Ziyarətuş-Şühədada ona “əssəlamu əla Əmmar ibn Həssan” ifadəsi ilə salam verilmişdir.[12]

İstinadlar

  1. Şeyx Heydər, Musuətu fi zilali şühədait-təff, h.q 1434, c.1, s.214
  2. Bir qrup yazıçı, Zəxirətud-darəyn, h.ş 1379, s.416
  3. Şeyx Heydər, Musuətu fi zilali şühədait-təff, h.q 1434, c.1, s.227
  4. Şüştəri, Qamusur-rical, h.q 1417, c.8, s.7
  5. Şeyx Heydər, Musuətu fi zilali şühədait-təff, h.q 1434, c.1, s.217
  6. Səmavi, İbsarul-eyn, h.q 1419, c.1, s.197; Nəcaşi, Ricalu Nəcaşi, c.1, s.229
  7. Nəcaşi, Ricalu Nəcaşi, c.1, s.229
  8. Bir qrup yazıçı, Zəxirətud-darəyn, h.ş 1379, s.416
  9. Şeyx Heydər, Musuətu fi zilali şühədait-təff, h.q 1434, c.1, s.235
  10. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, c.3, s.259
  11. Bir qrup yazıçı, Pejuheşi piramune şühədaye Kərbəla, h.ş 1381, s.207 s.416
  12. Məclisi, Biharul-ənvar, h.ş 1368, c.98, c.273

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə
  • Şeyx Heydər, Musuətu fi zilali şühədait-təff, Kərbəla, h.q 1434
  • Bir qrup yazıçı, Pejuheşi piramune şühədaye Kərbəla, Qum, Yaqut, h.ş 1381
  • Bir qrup yazıçı, Zəxirətud-darəyn, Qum, Təhsin, h.ş 1379
  • Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, h.q 1419
  • Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, h.q 1417
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.ş 1368
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalu Nəcaşi, Qum, Muəssisətun-Nəşril-İslami