10 Zilhiccə
10 Zilhiccə — hicri-qəməri təqvimi ilə ilin 335-ci günüdür.
- Qurban bayramı müsəlmanların böyük bayramlarından biridir. Bu gün Allah Həzrət İbrahimə oğlu İsmayılı qurban kəsməyi əmr etdi.
- H.q 145: Abdullah Məhz və səhabələrinin şəhadəti
- H.q 328: Mühəddis və müfəssir İbn Ənbarinin vəfatı
- H.q 694: İlk müsəlman olan monqol sultanı Qazan xanın hakimiyyətinin başlanğıcı.
- H.q 1346: Əfqanıstanlı, Qum dini-hövzəsinin müdərrisi və mərcə-təqlid Qurbanəli Mühəqqiq Kabulinin təvəllüdü
- H.q 1399: İslam inqilabından sonra Təbriz şəhərinin ilk imam cüməsi və ilk mehrab şəhidi Seyyid Məhəmməd Əli Qazi Təbatəbainin şəhadəti
- H.q 1436: Mina faciəsi, 7 mindən çox zəvvarın ölümünə və itməsinə səbəb olan Həcc Təməttuda ən ölümcül hadisədir.
Onuncu günün əməlləri (Qurban bayramı)
- Qüsl etmək
- Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir. Qurban bayramı namazı (Fitr bayrmı namazı kimi) iki rükətdir: birinci rükətdə Həmd və surədən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilərək namaz başa çatır.
- Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək:
“Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəlhəmdu lillahi əla ma əblana.”
- Qurban kəsmək; İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılır. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanır. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş olmamalıdır. Qurbanlıq heyvanın erkək olması da vacib şərt deyil.
- Nüdbə duasını oxumaq