On iki imam sünniliyi

wikishia saytından
(12 imam sünniliyi səhifəsindən yönləndirilmişdir)

On iki İmam sünniləri (ərəbcə: التسنن الاثنا عشري) əhli-sünnə arasında dini cərəyandır ki, onlar üç xəlifəyə etiqad etməklə yanaşı, şiə imamlarının (ə) imamətinə də inanırlar. Deyilənə görə, bu inanc İslamın ilk əsrlərində İmam Əlinin (ə) əleyhinə olan Osmanın tərəfdarları ilə müxalifətdə formalaşmışdır. Amma qəməri təqviminin VI əsrindən əvvəl İran və Hindistanda, sonra isə Böyük Xorasanın şərq hissəsində və Osmanlı xilafətinin ərazilərində geniş yayılmışdır.

“On iki imam sünniləri” ifadəsi İran tarixşünaslığında yeni termin hesab edilir; Amma bəzi tədqiqatçılar əlyazmaya istinad edərək onun Səfəvilər dövrünün sonlarında da istifadə olunduğunu bildiriblər. On iki imam sünnilərinin formalaşmasına səbəb olan amillərdən bəziləri belə göstərilmişdir: Abbasi xilafətinin süqutu, Monqol Elxanilər patriarxlarının və Teymuri əmirlərinin dini dözümlülüyü, təsəvvüfün inkişafı və sufilərin cəmiyyətdə nüfuz tapması və təsəvvüf və şiəliyin bir-birilərinə yaxınlaşması.

Tarixçilər on iki imam sünnilərini, Şərq ölkələrində, xüsusən də İranda şiəliyin yayılmasının və Səfəvi şiə hökumətinin yaranmasının əsas səbəblərindən biri oduğunu hesab edirlər. Onların fikrincə, 9-10-cu qəməri əsrlər boyu on iki imam sünniliyi baxışında olan hökumətlərin mövcudluğu iranlıların sünnilikdən şiəliyə çevrilməsinə zəmin yaratdı.

İranda hicri-qəməri təqvimi ilə IX-X əsrlərdə on iki imam sünniliyi etiqadında olan hökumətlər formalaşdı. Həmçinin müxtəlif mədəniyyət xadimlərinin on iki imam sünnisi etiqadlı hesab edilmiş və əsərlərində üç xəlifənin adını çəkməklə yanaşı, şiə imamlarını da Allahın məsum höccətləri ünvanında qeyd etmişlər.

Tərifi və mövqeyi

On iki imam sünniliyi əhli-sünnə arasında dini cərəyandır ki, bu cərəyanda üç xəlifəyə etiqadla yanaşı, şiə imamları (ə) və on dörd məsumun (ə) vilayətinə sədaqət və etiqad vardır.[1] On iki imam sünniliyi şiəliyin İslam dünyasının şərqində, xüsusən də İranda hicri-qəməri 6-cı əsrdən bəri yayılmasının əsas səbəblərindən biridir.[2] On iki imam sünniliyi İranda şiə Səfəvi dövlətinin yaranmasının əsas səbəbi olaraq bilinir[3] və bunun İranda mühüm intellektual və dini inkişaflardan biri olduğunu və yeddinci əsrdən sonra şiələr və sünnilər arasında dini qarşıdurmaları azaldan amillərdən olduğu deyilir.[4]

Terminologiya

Səfəvilər hökumətinin axırlarına aid "Kitabu məchulil-muəllifi futuhul-mucahidin" kitabının mətnində On iki imam sünniliyi ibarəti işlənib.

“On iki imam sünniliyi” ifadəsi İran tarixşünaslığında yeni bir termin hesab edilir.[5] Bu terminə tarixi mənbələrdə rast gəlinmədiyi deyilir,[6] lakin bəzi tədqiqatçılar əlyazmalarda mövcudluğuna işarə etmişlər. Bu terminin Səfəvilər dövrünün sonlarında geniş yayılmışdır (hicri-qəməri 1090).[7]

Bu terminin istifadəsi və izahı iranlı tədqiqatçı və nüsxəçi Məhəmməd Təqi Daneşpəjuhun (1912-1997) miladi 1966-cı ildə yazdığı məqaləyə aid edilmişdir.[8]

Tarixçə

"Mucməlut-təvarix vəl-qisəs" kitabı, On iki imam sünniliyinə meylinin göründüyü ilk əsərlərdən biri.

Bəzi tədqiqatçılara görə, on iki imam sünniliyi təxminən qəməri 6-cı əsrdə formalaşmışdır;[9] onun əsası İslamın ilk əsrlərində İmam Əlinin (ə) imamətinə müxalif olan Osmanlı sünnilərinin müqabilində qoyulmuşdur.[10] Belə ki, Osmanlıların müqabilində bir qrup sünni İmam Əli (ə) və digər Əhli-Beytin (ə) fəzilətlərini dərc etməyə cəhd göstərmişlər.[11] Qədim sünni rical kitablarında bu şəxslər “şiə olmuş sünnilər” və ya “şiə olmaqda ittiham olmuş sünnilər” adlandırılmışlar.[12]

Rəsul Cəfəriyanın fikrincə, əhli-sünnədən ibarət bu qrupun ideoloji səyləri qəməri 6-cı əsrdə sünni məzhəbində də düzəlişlərə səbəb oldu.[13] Əhli-beytə (ə) məhəbbət üzərində qurulan bu düzəlişlər əhli-sünnə arasında Əhli-beytin (ə) fəzilətləri haqqında kitabların yazılmasına səbəb oldu.[14] Bu sahədə rol oynayan insanlar arasında dörd sünni fəqihindən biri Əhməd bin Hənbəl (hicri 164-241) kimi nüfuzlu din və elm xadimləri və Məhəmməd bin Cərir Təbəri (vəfatı: hicri 310-cu il) var idi.[15]

On iki imami sünniliyinin meydana gəlməsinin bəzi digər səbəbləri isə aşağıdakı kimi göstərilmişdir: Abbasi xilafətinin süqutu,[16] Monqol Elxanilər[17] patriarxlarının və Teymuri əmirlərinin dini dözümlülüyü,[18] sufizmin inkişafı və sufilərin cəmiyyətdə nüfuzu[19] və təsəvvüf və şiəliyin yaxınlaşması.[20]

Bu cərəyanın ilk olaraq İran və Hindistanda, sonra isə Böyük Xorasanın şərqində və Osmanlı xilafətinin ərazilərində yayıldığı bildirilir.[21] Həmçinin Səfəvi hökumətinin qurulmasının İranda bu cərəyanın zəifləməsinə səbəb olduğunu bildirirlər.[22]

On iki imam sünniləri siyasət sahəsində

Vəsilətul-xadim kitabı, Müəllif: Fəzlullah Xunci İsfahani

Bəzi tarixçilərə görə, iranlıların sünnilikdən şiəliyə keçməsi on iki imam sünnilərinin siyasət və hakimiyyət mövqelərində yerləşdirilməsi ilə baş vermişdir.[23] Onlar bildirirlər ki qəməri doqquzuncu və onuncu əsrlərdə on iki imam sünniliyi əqidəsində olan hökümətlər mövcud olmuşdur.[24]

Bundan da əvvəl, 8-ci əsrdə və İran və İraqda bir çox yerli hökumətlər arasında bu təfəkkürün mövcudluğunun əlamətləri sadalanmışdır; Sərbədəran hökumətinin ik hakimləri arasında belə təfəkkürdə olanlar da var idi.[25]

Hicri qəməri 9-cu əsrdə Teymuri hökmdarlarından olan Sultan Hüseyn Bayqara on iki imam sünnisi əqidəsində idi. O, on iki İmam (ə) haqqında xütbə etmək istəyirdi, lakin Əbdürrəhman Cami[26] və Əmir Əlişir Nəvayi ona mane oldu.[27] Həmin dövrdə Qaraqoyunlu hökmdarı Cahanşad bir tərəfində “Əliyən Vəliyullah” sözləri, digər tərəfində isə 3 xəlifənin adları həkk olunmuş sikkələr zərb etdi[28] Gördüyü bu iş onun hökumətinin on iki imam sünniliyinə meyli olmasının əlaməti olaraq hesab edilmişdir.[29]

Səfəvilərin dini baxışları elə təsvir edilmişdir ki, onlar əvvəlcə sünni olmuş, sonra on iki imam sünnisi olmuş, sonra isə şiəliyi qəbul etmişlər.[30] Bəzi tarixçilər bu cür əqidədə olan başqa hökümətlərin hətta sünni simvolu sayılan Osmanlı hökuməti kimi hökumətlərin olduğunu qeyd etmişlər.[31]

On iki imam sünnisi mədəniyyət sahəsində

VI əsrdən Səfəvilərin tənəzzülünə qədər müxtəlif mədəniyyət xadimləri on iki imam sünniləri hesab edilirdi.[32] Rəsul Cəfəriyan hesab edir ki, qəməri VIII-X əsrlərin ortalarında bununla bağlı bir çox əsərlər əhli-sünnə tərəfindən meydana gəlmişdir.[33] müxtəlif dini əsərlər, tarixi və ədəbi (şeir və s.) ki, burada üç xəlifənin adı ilə yanaşı, şiə imamları da məsum ilahi höccətlər adı altında zikr edilir.[34]

On iki İmam sünnisi etiqadlı şəxsiyyətlərdən bəziləri və bu mövzuda yazılmış əsərlər aşağıdakılardır:

  • “Mucməlu ət-təvarixu və əl-qisas” kitabının (yazılma ili: 520-ci hicri qəməri) naməlum müəllifi On iki İmam sünnisi etiqadlı hesab olunur.[35] Bu kitabda xəlifələrin tarixindən sonra, on dörd məsumdan (ə) da bəhs edilir.[36]
  • 11-ci imama (ə) qədər Əbu Məhəmməd Əbdül-Əziz bin Muhəmməd Hənbəli Cünəbzi (vəfatı: 611-ci hicri qəməri) “Məalimu əl-itrati ən-Nəbbiyyə” və “Məarif Əhli-beyt əl-Beytu əl-Fatimiyyəti əl-Ələviyyə” kitabını şiə imamları haqqında yazmışdır.[37]
  • Məhəmməd bin Yusif Gənci Şafii (vəfatı: hicri qəməri 658-ci il) İmam Əli (ə) və Əhli-beytin (ə) fəzilətləri haqqında “Kifayətu ət-Talib” əsərini yazmışdır.[38]
  • Həmdullah Mustəvfi (vəfatı: hicri qəməri 750-ci ildən sonra) tarix kitabında imamlarla (ə) xəlifələrin tərcümeyi-halını tərtib etmiş və şiə imamlarını “məsum imamlar”[39] və “Hüccətül-həqq Ələl-Xəlq”[40] kimi qeyd etmişdir.[41]
  • Şəmsəddin Muhəmməd Zərandi Hənəfi (vəfatı: təqribən 750-ci h.q.) “Nəzm Durar əs-Simtəyn” və “Məaracul-vüsul ilə mərifəti fəzli ali-rəsul”[42]
  • Xacəvi Kirmani (vəfatı: hicri qəməri 753-cü il) şeirlərində şiəliyin haqq olduğunu bəyan etmiş, şeirlərində on iki İmamı (ə) mədh etmişdir.[43]
  • Əbdürrəhman Cami (hicri qəməri 817-898) - şiələrə qarşı nikbin olmayan nəqşibəndi hənəfi və sufi şairi əsərlərində şiə imamlarına (ə) öz istəyini göstərir.[44]
  • Molla Hüseyn Vaiz Kəşfi (vəfatı: hicri qəməri 910-cu il) əksər əsərlərində,[45] o cümlədən on iki imam sünnilər arasında İmam Hüseyn (ə) haqqında məşhur əzadarlıq simvolu sayılan Rovzətuş-Şuhəda[46] əsərini qələmə almışdır.
  • Fəzlullah bin Ruzbahan Xunci Şafeyi (vəfatı: hicri qəməri 930-cu il) on dörd məsum haqqında olan salavatın şərhində “Vəsilətul-Xadimul-Məxdum” əsərini yazmışdır.[47]
  • Şəmsəddin Muhəmməd bin Tulun (vəfatı: 953 hicri), “Əl-Şəzəratu əz-Zəhəbiyyəti fi təracimil-Əimməti isna Aşar vəl-İmamiyyə”[48] əsərində,
  • Şəhəbəddin Əhməd bin Həcər Heytəmi Şafeyi (909-974 hicri qəməri) şiə əleyhinə yazılmış “Əs-Səvaiqul-Muhriqə” əsərində Əhli-beytin (ə) fəzilətlərindən bəhs etmişdir.[49]
  • Cəmaləddin Abdullah ibn Muhəmməd Şəbravi Şafeyi (1092-1172 hicri qəməri) “Əl-İthaf bihubbul-Əşrəf” əsəri,[50]
  • Süleyman bin İbrahim Qunduzi Hənəfi (1220-1294 Hicri qəməri) “Yanabiul Məvədd”[51] əsəri,
  • Mömin bin Həsən Şəblənci Şafeyi (hicri qəməri 1250-1308) “Nurul-Əbsar”[52] əsəri.

İstinadlar

  1. Cəfəriyan, Tarixe İrane İslami əz yureşe məğulan ta zəvale türkmənan, h.ş 1378, s.255; Əbui Mehrizi, Kəçkule Mir Cəmaləddin Hüseyni Cami və baztabe əndişeye təsənnone dəvazdəh imami dər an, s.2; Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307
  2. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844
  3. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.843
  4. Rəməzan Cəmaət və Cədidi, Əvamile müəssər bər şeklgiri və qostəreşe təsənnone dəvazdəh imami və təsire mutaqabile an ba təşəyyö dər qərne nohhome hicri, S.154
  5. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.843; Rəməzan Cəmaət və Cədidi, Əvamile müəssər bər şeklgiri və qostəreşe təsənnone dəvazdəh imami və təsire mutaqabile an ba təşəyyö dər qərne nohhome hicri, S.151
  6. Rəməzan Cəmaət və Cədidi, Əvamile müəssər bər şeklgiri və qostəreşe təsənnone dəvazdəh imami və təsire mutaqabile an ba təşəyyö dər qərne nohhome hicri, s.151
  7. Əbui Mehrizi, Kəçkule Mir Cəmaləddin Hüseyni Cami və baztabe əndişeye təsənnone dəvazdəh imami dər an, s.3
  8. Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307
  9. Əbui Mehrizi, Kəçkule Mir Cəmaləddin Hüseyni Cami və baztabe əndişeye təsənnone dəvazdəh imami dər an, s.2;
  10. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26
  11. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26
  12. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26
  13. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26-27
  14. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26-27; Cəfəriyan, Tarixe İrane İslami əz yureşe məğulan ta zəvale türkmənan, h.ş 1378, s.255
  15. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.26-27
  16. Rəməzan Cəmaət və Cədidi, Əvamile müəssər bər şeklgiri və qostəreşe təsənnone dəvazdəh imami və təsire mutaqabile an ba təşəyyö dər qərne nohhome hicri, s.155-156; Cəfəriyan, Tarixe İrane İslami əz yureşe məğulan ta zəvale türkmənan, h.ş 1378, s.255
  17. Əşpuler, Tarixe məğul dər İran, h.ş 1351, s.203-204; Basani, Din dər əhde məğul, s.516
  18. Rəməzan Cəmaət və Cədidi, Əvamile müəssər bər şeklgiri və qostəreşe təsənnone dəvazdəh imami və təsire mutaqabile an ba təşəyyö dər qərne nohhome hicri, s.159-161
  19. Əminizadə və Rəncbər, Təsənnune dəvazdəh imamiye Xorasan dər sədehaye həştom və nohhome hicri zəmineha və iləl, s.66
  20. Əş-Şeybi, Təşəyyö və Təsəvvuf, h.ş 1387, s.143-146; Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.760-767; Basani, Din dər əhde Məğul, s.517
  21. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844
  22. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.31
  23. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.840
  24. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844
  25. İsmit, Xruc və əruce Sərbədəran, h.ş 1361, s.82-92
  26. Səmərqəndi, Mətləs sədeyn və məcməu bəhreyn, h.ş 1383, c.2, s.1021-1022
  27. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844
  28. Məzavi, Peydayeşe duləte Səfəvi, h.ş 1388, s.144
  29. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.32
  30. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.843
  31. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.31
  32. Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307-308
  33. Cəfəriyan, Tarixe İrane İslami əz yureşe məğulan ta zəvale türkmənan, h.ş 1378, s.256
  34. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.29
  35. Əbui Mehrizi, Kəçkule Mir Cəmaləddin Hüseyni Cami və baztabe əndişeye təsənnone dəvazdəh imami dər an, s.2
  36. Müəllifi məchul, Mucməlut-təvarix, h.ş 1317, s.454-458
  37. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.29
  38. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.28
  39. Mustəvfi, Tarixe qozide, h.ş 1387, s.201
  40. Mustəvfi, Tarixe qozide, h.ş 1387, s.201
  41. Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307; Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.842-843
  42. Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307
  43. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.847
  44. Mayıl Hərəvi, Şeyx Əbdür-Rəhman Cami, h.ş 1377, s.114-122
  45. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844-846
  46. Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1388, s.844
  47. Cəfəriyan, Tarixe İrane İslami əz yureşe məğulan ta zəvale türkmənan, h.ş 1378, s.255-256
  48. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.29
  49. Daneş pəjuh, İntiqade ketab: Kəşful-həqaiq, s.307
  50. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.31
  51. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.31
  52. Cəfəriyan, Müqəddimeye müsəhhih, s.31

Ədəbiyyat