13 Ramazan
13 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 249-cu günüdür.
- İmam Sadiqdən (ə) rəvayətə əsasən Ramazan ayının 13-cü gecəsi Həzrət İsaya (ə) İncil nazil olub.
- H.q 95: Şiələrin ən qəddar düşmənlərindən və Əməvilərin dövründə İraqın və Hicazın hakimi olmuş Həccac ibn Yusif Səqəfinin ölümü.
- H.q 985: Səfəvilər dövlətinin padşahlarından olmuş ikinci Şah İsmayılın vəfatı.
- H.q 1328: Şiə arifi, fəqihi, filosofu və həkimi Cəhangirxan Qaşqayinin vəfatı.
- H.q 1340: Şiə mərcə-təqlidlərin Seyyid Əli Hüseyni Sistaninin atası fəqih Seyyid Əli Sistaninin vəfatı.
Ramazan ayının onüçüncü gününün xüsusi əməlləri və duaları | |
Namaz |
|
Günün duası |
Oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əyil məsakin. İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir. https://lib.eshia.ir/71423/1/285