Ramazan ayı

wikishia saytından
Fayl:Elaman ramazan 2.PNG

Ramazan (ərəbcə: شهر رمضان) və ya Mübarək-Ramazan ayı, Hicri-Qəməri ilinin doqquzuncu ayı və müsəlmanlara orucun bu ayda tutulması vacib edilmişdir. Rəvayətlərdə, Ramazan ayı haqda çoxlu fəzilətlər zikr olunmuşdur, bu ay, insan Allahın qonağıdır, bu ay Quranın baharı, bərəkət və məğfirət ayı adlandırılmışdır. Rəvayətlərə əsasən, bu ayda göylərin və cənnətin qapıları açılar və cəhənnəm qapıları bağlanar. Qədr gecəsi ki, Quran bu gecədə nazil olmuşdur, Ramazan ayında qərar verilmişdir. Digər səmavi kitablar da o cümlədən Tövratİncil də bu ayda nazil olmuşlar. Ramazan tək aydır ki, Quranda adı gəlmişdir. Bu ayın müsəlmanlar yanında xüsusi ehtiramı vardır, bu ayda müsəlmanlar ibadətə daha çox önəm verirlər. Dua kitablarında, bu ay üçün müxtəlif əməllərə və dualara işarə olunmuşdur. Bu ayın ən mühüm əməlləri isə ibarətdirlər; Quran oxumaq, Qədr gecələrini əhya saxlamaq, dua, namaz, iftar vermək və ehtiyaclı insanlara kömək etməkdir.

Bu ayın mühüm hadisələrindən biri də, Qədr gecəsində Qurani-Kərimin nazil olması və Şiələrin birinci imamı, həzrət Əlinin (ə) bu ayın 21-ci gecəsi şəhid edilməsidir. İmam Həsən (ə), bu ayın 15-i dünyaya göz açmışdır.

Müsəlmançılığın əsasını təşkil edən amillərdən digər biri isə Ramazan ayında oruc tutub ibadətlə məşğul olmaqdır. İslami toplumlarda, bir çox adət-ənənələr vardır, o cümlədən qonaqlıq və toplum şəkildə keçirilən mərasimlər, məscidlərin və dini məkanların təmizliyi, küsənlərin barışması, müxtəlif növlərdə şirniyyatların hazırlanması və bir çox yeməkləirin Ramazan ayına ixtisas verilib bişirilməsi, təşkil olunur.

Mövqeyi

Ramazan ayı, Qəməri aylarının doqquzuncusu[1] və bu ayda oruc tutmaq müsəlmanlara vacib edilmişdir.[2] Qurani-Kərim[3] və bir çox səmavi kitablar, o cümlədən Suhufi İbrahim, İncil, TövratZəbur bu ayda peyğəmbərlərə nazil olmuşdur.[4]

“Ramazan” sözü, Qurani-Kərimdə[5] bir dəfə işlədilmiş və Quranda adı zikr olunan tək aydır.[6]

Qurani-Kərimin nazil olduğu Qədr gecəsi,[7] rəvayətlərə[8] və təfsirlərə[9] əsasən, Ramazan ayında qərar tutmuşdur.[10]

“Ramazan”sözü, lüğətdə Günəş istiliyinin şiddəti[11] deməkdir. Nəql olunur, Ramazan ona görə Ramazan adlandırılmışdır ki, günahları yandırır.[12] Hədis kitablarında, Ramazan Allahın sifətlərindən sayılmışdır.[13]

Xüsusiyyətlər

...شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır)...
Bəqərə surəsi, ayə 185

İslam peyğəmbəri həzrət Məhəmməd (s), Şəbaniyyə xütbəsində Ramazan ayının xüsusiyyətlərini açıqlamışdır və burada onlardan bir neçəsinə işarə edirik:

  • Bu ayda insanlar Allahın qonağlığına dəvət olunurlar.
  • Min aydan üstün olan Qədr gecəsi, bu ayda qərar verilmişdir.
  • Bu ayın gecələrini əhya saxlayıb (oyaq qalıb) namaz qılmaq, digər aylarda yetmiş gecəni oyaq qalıb namaz qılmaqa bərabərdir.
  • Bu ay, səbir ayıdır, səbirin qarşılığı isə cənnətdir.
  • Ağrı-acılar paylaşılan aydır.
  • Mömin bəndələrin ruzilərinin bərəkət tapdığı aydır.

Peyğəmbərin (s) buyurduğu kimi, bu ay elə bir aydır ki, əgər həqiqətləri dərk edilsə, insan bütün ilin Ramazan ayı olmağını arzu edər. [14] Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətə əsasən, Ramazan ayı cəhənnəm qapılarının bağlandığı, cənnət qapılarının açıldığı və şeytanların zəncirə vurulduğu aydır.[15]

  • Peyğəmbər (s) zamanında Ramazan ayı, “mərzuq” (ruzilər verilən ay) adlandırılırdı.[16]

Bunlardan əlavə, məsumlardan nəql olunan rəvayətlərdə, Ramazan ayı, Allahın ayı,[17] rəhmət və İlahi məğfirət,[18] ruzinin bərəkət tapması və günahların əfv ayı kimi qiymətləndirilir.[19] O bir aydır ki, onda bağışlanmayan digər aylarda bağışlanmaz.[20]

Əməllər

Əsas məqalə: Ramazan ayının əməlləri

Ramazan ayının özünə məxsus əməlləri vardır, onlardan bəziləri ümumi, bəziləri isə müəyyən günlərə məxsusdur.

Orucun vacib olması

Əsas məqalə: Oruc

Müsəlmanlara Ramazan ayının orucu vacibdir;[21] oruc, sübh azanından məğrib azanına kimi, bəzi işlərdən o cümlədən yemək və içməkdən çəkinmək deməkdir.[22] Ramazan ayında oruc tutmağın və ona aid olan hökmlərin bəziləri Qurani-Kərimdə[23] və bəziləri isə müsəlmanların fiqh kitablarında bəyan edilmişdir. Fəqihlərin fətvalarına əsasən, şəri üzrü olaraq oruc tuta bilməyən şəxs, oruc tutmamalı və insanların gözü qarşısında yemək-içməkdən uzaq durmalıdır.[24]

Dua oxumaq

Əsas məqalə: Ramazan ayının hər gününün duaları

Səhər vaxtları oxunan dualar, o cümlədən “Bəha” duası və Əbu Həmzə Sumali[25] dualarını oxumaq, bunlardan əlavə gecələr iftitah duası,[26] “Ya Əliyyu ya əzim”, “Allahummə ədxil əla əhlil quburi vəs-surur” və “Allahummə ərzuqni Həccə bəytikəl həram” duaları, vacib namazlardan[27] sonra oxunması, ümümi və Ramazan ayının günləri arasında müştərəkdir.

Quran tilavəti

Əsas məqalə: Tilavət

Bəzi rəvayətlərdə, Ramazan ayı, Quranın baharı adalndırılmışdır.[28] Bu ayda Qurani-Kərimdən bir ayə oxumağın savabı, digər aylarda bir Quran oxumağın savabına bərabər olduğu bildirlmişdir.[29] Bəzi İslam ölkələrində, müsəlmanlar hər gün, Qurani-Kərimdən bir cüz (10 səhifə) oxuyaraq, Ramazan ayının sonuna kimi bir Quranı tamamilə qiraət edirlər. Bu qiraətlər, çox vatlar məscidlərdə və ya məzhəbi məkanlarda toplum şəkildə icra olunur. İranda isə bu cür proqramlar televiziya və radio kanallarından canlı olaraq efirə verilir.[30]

Qədr gecələirini əhya saxlamaq

Əsas məqalə: Qədr gecəsi

Rəvayətlərə əsasən, Qədr gecəsi Ramazan ayının 19, 21, və yaxud 23-cü gecələrindən birinə təsadüf edir.[31] Bəzi rəvayətlərdə, Ramazan ayının 23-cü gecəsi, Qədr gecəsi olaraq təyin olunmuşdur.[32] Şeyx Səduq yazır, ustadlarımızın nəzəri budur ki, Qədr gecəsi Ramazan ayının 23-cü gecəsidir.[33] Əllamə Təbatəbai yazır, Əhli-Sünnənin nəzərində, Ramazan ayının 27-ci günü qədr gecəsidir.[34]

Şiələr hər il, Ramazan ayının 19, 21, və 23-cü gecələrini, məscidlərdə, məzhəbi məkanlarda və ya evlərdə əhya saxlayaraq ibadətlə məşqul olurlar.[35] Cövşən kəbir duası oxuyub Quran başa qoymaq, Qədr gecəsinin ən mühüm əməllərindən sayıldığı üçün bu gecələrdə icra olunur.[36]

Müstəhəb namazlar

Əsas məqalə: Ramazan ayının namazları

Bir sıra müstəhəb namazlar vardır ki, Ramazan ayının əməllərindən sayılır; bu namazladan bəziləri Ramazan ayının bütün günləri arasında müştərək və bəzi namazlar isə məhz müəyyən günlərə və gecələrə məxsusdur. [37]

O cümlədən, Ramazan ayının gecələrində min rəkət namaz qılmağa tövsiyə olunmuşdur.[38] Bu namazları əksər yerlərdə bu cür qeyd edirlər: Ramamzan ayının ilk gecəsindən igirminci gecəsinə kimi, hər gecə 20 rəkət və igirminci gecədən ayın sonuna qədər hər gecə otuz rəkət qılınsın. Amma o gecələr ki, ehtimal verilir Qədr gecələridir, bunlardan əlavə, digər 100 rəkət namaz da qılınır.[39] Əhli-Sünnə hər gecə 20 rəkət müstəhəb namaz qılırlar ki, onu Təravih namazı adlandırırlar.[40] Əhli-Sünnə, ikinci xəlifədən itaət edərək, bu namazı camaatla qılırlar, lakin Şiələr bu namazın camaatla qılınmasını bidət (dində yenilik) bilirlər.[41]

Son on gün etikafı

Əsas məqalə: Etikaf

Ramazan ayının son on gününü etikaf saxlamaq müstəhəbdir və böyük fəziləti vardır.[42] Son on gün, etikaf üçün ən yaxşı zaman və onu etikaf saxlamağın savabı, iki həcc və iki ümrənin savabına bərabər olduği bildirilmişdir.[43] İslam peyğəmbəri (s) əvvəllər Ramazan ayının ilk on gününü sonralar isə ikinci on günlüyünü daha sonralar isə Ramazanın üçüncü on günlüyünü etikaf üçün seçmişdir. Sonralar isə ömrünün sonuna kimi, Ramazan ayının son on gününü etikaf saxlamışdır.[44]

Adət və ənənələr

İslami toplumlarda, Ramazan ayı ilə bağlı bir çox adət və ənənələr vardır.

İftar süfrələri

Əsas məqalə: İftar

Bir çox ölkələrdə, müsəlmanlar Ramazan ayında, məzhəbi məkanlarda və... iftar süfrələri açırlar.[45] İnsanlar bir-birlərini iftar üçün öz evlərinə dəvət edir və məzhəbi məkanlarda iftar zamanı, öz nəzirlərini paylayırlar.[46] Peyğəmbərdən (s) nəql olunan rəvayətə əsasən, Ramazan ayında hər kim hətta bir qurtum su və ya bir ədəd xurma iftar olaraq möminə versə, bir Allah bəndəsinin zindandan qurtarmasının savabın əldə edər.[47] Bəzi məntəqələrdə, azan deyldikdə namaz qılınır, bəzi yerlərdə isə iftar edildikdən sonra namaz qılınıb moizə və dua məclisləri təşkil olur.

Səhəri

Bəzi şəhərlərdə, sahur vaxtını elan edib camaatı yuxudan ayıltmaq üçün müxtəlif adət və ənənələrdən istifadə olunurdu, misal üçün azan deyənlər və carçılar məhəllələrdə bir yerə toplaşıb oxuyurlar,[48] məscid minarələirindən fənərlər asılır, təbil və şeypurlar səsləndirilir və ya evlərin qapıları və zəngləri vurulurdu. O cümlədən, sübh azanından əvvəl, səhər duası və məğrib azanından əvvəl isə, “Rəbbəna” duası məscidlərdən, televiziya və ya radio kanallarından səsləndirilir.

Din mübəlliğlərinin ezamı

Şiə ruhaniləri, Ramazan ayında dini təbliğ üçün şəhərlərə və kəndlərə gedib, şəriət hökmlərini insanlara açıqlayır, moizələr edib camaat namazlarını bərpa edirlər.[49] Həmçinin təbliğ təşkilatları, bu ayda mübəlliğləri müxtəlif məntəqələrə və ölkələrə ezam edirlər.[50]

Gündəlik duaların cəmiyyətlə oxunması

Şiələr, gündəlik navazlarını camaatla qıldıqdan sonra, “ya Əliyyu ya əzim” duasını birlikdə oxuyurlar. Bundan əlavə namaz qılanlar arasından bir nəfər “Allahummə ədxil əla əhlil quburis-surur” duası və Ramazan ayının gündəlik dualarını uca səslə oxuyur və namazda hazır olan insanlar isə duanın hər hissəsinin sonunda amin deyirlər.

Gərgian mərasimi

“Gərgian” və ya “Qərqian” qədimi mərasim və adət-ənənələrdəndir ki, Ramazan ayının 15-i, imam Həsənin (ə) mövlud günü icra olunur. Bu mərasimdə uşaqlar və yeniyetmələr iftardan sonra gecənin bir vaxtına kimi evlərin qapıların vuurub ev sahiblərində şokolad və şiriniyyat alırlar.[51] Deyilənlərə görə bu adət-ənənə, peyğəmbər zamanından qalmışdır ki, camaat imam Həsənin (ə) viladəti münasibətilə, imam Əli (ə)həzrət Zəhranın (s.ə) evinin qapısın vuraraq şirinlik almışlar.[52] Gərgian mərasimi, İranın cənubunda və Misir, İraq, Bəhreyn, İmarat və... kimi ölkələrdə keçirilir.[53]

Ramazan ayının 27-də Murad püstə və kəllə-paça

İranın bəzi şəhərləirində, o cümlədən Tehranda və Zəncanda, Ramazan ayının 27-si İbn Mülcəmin öldürüldüyü gün kimi qeyd edilir və adətdir ki, bu gecədə kəllə-paça (xaş) və Murad püstə yeyilir.[54] Deyilən “Murad püstə acili” Xurma,fıstıq, fındıq, badam, kişmiş, və... qarışdırılaraq hazırlanır, əlbətdə bu “Murad acili”-in şərti budur ki, adları Məhəmməd, Əli və Fatimə olanlar hazırlamalı və Ramazan ayının 27-ci günü oruc tutanlar arasında paylanmalıdır.[55]

Qüds günü mitinqi

Əsas məqalə: Dünya Qüds günü

İmam Xomeyni, 1358-ci il Ramazan ayının son cümə gününü, Fələstin camaatından himayət etmək məqsədilə, Qüds günü elan etmişdir.[56] Müsəlmanlar hər il, bu günü, dünyanın müxtəlif ölkələrində Fələstinliləri müdafiə və Məscidi Əqsanın azadlığı üçün mitinqlər keçirirlər.[57]

Digər adət və ənənələr

  • Təmizlik işləri; Ramazan ayına bir neçə gün qalmış evlər, məscidlər, məzhəbi məkanlar, məhlələr və bazarlarda təmizlik işləri görülür.
  • Şadlıq mərasimləri; Şaban ayının son günü. Camaat böyük villalar və bağ evlərində bir araya gəlib şadlıq mərasimləri təşkil edirlər.
  • Barışıq; Küslü olan insanlar barışır.
  • Ramazanı qarşılamaq; Ramazandan bir və ya üç gün əvvəl oruc tutular, bu niyyətlə ki, ramazan ayını qarşılayırlar.[58]
  • Mürad köynəyi və murad üzüyü mərasimi.
  • Dost, Əlinin dostu, dost; mərasimi.[59]

Ramazan ayının ilk və son gününün təyin edilməsi

Əsas məqalə: İstihlalAyın görünməsi

Ramazan ayının ilk və son günləri aşağıda qeyd olunan yollardan birinin vasitəsilə isbat olur:

  1. Ramazan ayının görülməsi; insan özü ayın ilk və son gününün ayını görsün.
  2. Bir dəstənin dediyindən yəqinlik hasil olsun.
  3. İki ədalətli şəxsin sözü, əlbətdə sözləri bir-birinin dediyinin əksinə olmasın.
  4. Əvvəlki ayın günlərinin sayı 30 günü keçmiş olsun.
  5. Şəri hakimin hökmü.[60]

Bəzi hədislər, Ramazan ayını 30 gün bildirir[61] və bir dəstə Şiə alimləri də bu fikrə qaildirlər;[62] Amma bu nəzəriyyənin müqabilində, bir dəstə isə bəzi rəvayətlərə əsasən, Ramazan ayını digər aylar kimi olduğunu bildirirlər; mümkündür 29 və ya 30 gün olsun[63] odur ki, fəqihlər arasında olan məşhur nəzəriyyə də budur.[64]

Ramazan ayı, Şavval ayının girişi və Fitr bayramının elan olunması ilə sona çatır. Fitr bayramının əməlləri isə fitrə zəkatın verib, bayram namazını qılmaqdır.[65]

Münasibətlər va hadisələr

Kitablar

Ramazan ayı haqqında çoxlu kitablar təlif olunmuşdur ki, onlardan bir neçəsi ibarətdir:

  • Şəhrullah fil Kitab vəl Sünnə, müəllif: Məhəmməd Məhəmmədi Reyşəhri. Bu kitab, Quran və əhli beytin (ə) hədisləri əsasında, Ramazan ayının fəzilətləri, əməlləri və orucu barəsində geniş şəkildə məlumatlar dərc olunmuşdur. Bu kitab, “Allahın ayı” ünvanıyla (Pejuheşi came dər bareye mahe mubarəke Rəməzan əz neqahe Quran və hədis) Cavad Müdərris tərəfindən tərcümə edilmişdir. Kitab təlxis olunaraq “Muraqibate mahe Rəməzan” adı altında çap edilmişdir.[73]
  • “Dər məhzəre mahe mubarəke Rəməzan:” Mübarək Ramazan ayının fəzilətləri, şəri hökmləri və münasibətləri haqda tədqiq, əv Əbul Fəzl Şeyxi tərəfindən qələmə əlınmışdır. Rovzətul Əbbas nəşriyatı çap etmişdir.
  • “Əhəmmiyyəte mahe mubarəke Rəməzan əz didqahe Quran və hədis” müəllif: Əkbər Əkbərzadə Murşidi, Kövsəre hidayət nəşriyyatı.
  • “Rəməzan dər fərhənge mərdom” müəllif: Seyyid Əhməd Vəkiliyan. Bu kitabda, İran cəmiyyətinin Ramazan ayına aid olan adət ənənə, mədəniyyəti və mərasimləri qeyd olunmuş, Suruş nəşriyyatında çap edilmişdir.[74]

Qalereya

Əlaqəli məqalələr

İstinadlar

  1. Qərəşi, Qamuse Quran, h.q 1412, c.3, s.123
  2. Bustani, Fərhənge əbcədi, h.ş 1375, s.443
  3. Bəqərə surəsi, ayə 185
  4. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.629
  5. Bəqərə surəsi, ayə 185
  6. Qiraəti, Nur təfsiri, c.1, s.285
  7. Qədr surəsi, ayə 1
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.66, 157, 158
  9. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.786
  10. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.334
  11. Rağib, Mufrədatu əlfazil-Quran, h.q 1412, s.366
  12. Məclisi, Biharul-ənvar, h.q 1403, c.55, s.341
  13. Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.6, s.110
  14. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.346
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.346
  16. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.160
  17. Səduq, Əl-Əmali, h.ş 1376, s.19, hədis 1
  18. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.342
  19. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.340
  20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.66
  21. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.521
  22. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.6, s.5
  23. Bəqərə surəsi, ayə 183-185, 187
  24. Musəvi Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.3, s.215
  25. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.156-185
  26. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.137
  27. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.79 və 80
  28. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.630
  29. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.341
  30. «زمان پخش ترتیل جزء‌خوانی قرآن کریم در تلویزیون + جدول», isna.ir saytı
  31. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.156-160
  32. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.158; Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.508, hədis 1
  33. Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.519
  34. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.334
  35. Məcidi Xamene, "Şəbhaye qədr dər İran", s.21
  36. Məcidi Xamene, "Şəbhaye qədr dər İran", s.22
  37. Qumi, Məfatihul-cinan, Üsvə nəşriyyatı, s.183, 238, 239
  38. Qumi, Məfatihul-cinan, Üsvə nəşriyyatı, s.183, 184
  39. Nəcəfi, Cəvahirul-kəlam, c.12, s.187-190
  40. «چرا شیعیان نماز تراویح نمی‌خوانند؟»،, hajj.ir
  41. تراویح, hajj.ir
  42. Qumi, Məfatihul-cinan, Üsvə nəşriyyatı, s.234
  43. Qumi, Məfatihul-cinan, Üsvə nəşriyyatı, s.234
  44. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.175, hədis 3
  45. «رمضـان در کشورهای مختلف جهان»
  46. «افطاری»
  47. Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.1, s.295-297, hədis 53
  48. Rəhimi, "Ramazan"
  49. «تبلیغ، قلب دین», farsnews.ir saytı
  50. «آغاز ثبت‌نام مبلغان در خارج از كشور»., Hövzənin rəsmi internet saytı
  51. «آئین گرگیعان در بین عرب‌های خوزستان», asriran saytı
  52. «آئین گرگیعان در بین عرب‌های خوزستان», asriran saytı
  53. «آئین گرگیعان در بین عرب‌های خوزستان», asriran saytı
  54. رشیدی مهرآبادی، «ماه رمضان در تهران قدیم», tebyan.net saytı
  55. «رمضان امروز؛ رمضان قدیم از خوردن آجیل مراد و کله‌پاچه تا پوشاندن رخت نو به تن نیازمندان», iscanews.ir saytı
  56. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.267
  57. «جهان و روز جهانی قدس», tasnimnews.com saytı
  58. Rəhimi, «رمضان»
  59. «مراسم سنتی دوست، دوست و پیراهن مراد در شب بیست و هفتم ماه رمضان یزد», irna.ir saytı
  60. İmam Xomeyni, Tozihul-Məsail, h.q 1424, c.1, s.959
  61. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.268-274
  62. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.33-35
  63. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.261-268
  64. Bəhrani, Əl-Hədaiqun-Nazirə, h.q 1405, c.13, s.270-271; Amuli, Misbahul-hüda, h.q 1380, c.8, s.384
  65. Nəcəfi, Cəvahirul-kəlam, c.11, s.332-333
  66. Yaqubi, Tarixu Yaqubi, h.ş 1378, c.2, s.465
  67. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.14
  68. Qumi, Vəqayiul-əyyam, h.ş 1389, s.58
  69. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.5; Təbəri, Tarixu Təbəri, h.q 1387, c.2, s.537
  70. Yaqubi, Tarixu Yaqubi, h.ş 1378, c.2, s.45
  71. Təbəri, Tarixu Təbəri, h.q 1387, c.2, s.343
  72. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.9
  73. «ماه خدا (پژوهشی جامع درباره ماه مبارک رمضان از نگاه قرآن و حدیث)», reyshahri.ir saytı
  74. رمضان در فرهنگ مردم, Mərkəze Dairətul-məraife bozorqe İslami

Ədəbiyyat

  • «فرهنگ غذایی جهان در ماه رمضان+ تصاویر»،, alkawthartv.com saytı
  • «آغاز ثبت‌نام مبلغان در خارج از كشور», Hövzənin rəsmi internet saytı
  • «تبلیغ، قلب دین», farsnews.ir saytı
  • «چرا شیعیان نماز تراویح نمی‌خوانند؟»،, hajj.ir saytı
  • Rəhimi, Fatimə, «رمضان»
  • «رمضـان در کشورهای مختلف جهان», kayhan.ir saytı
  • «ماه مبارک رمضان نمادی از هویت دینی جامعه اسلامی است»،, iqna.ir saytı
  • Məcidi, Xamene, شبهای قدر در ایران, ensani.ir saytı
  • Amili, Mirza Məhəmməd Təqi, Misbahul-hüda fi şərhi ürvətul-vüsqa, Tehran, h.q 1380
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • İmam Xomeyni, Seyyid Ruhullah, Səhifeye nur, Tehran, h.ş 1389
  • Bəhrani, Şeyx Yusif, Əl_hədaiqun-Nazirə, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1405
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1409
  • Rağib, Hüseyn ibn Məhəmməd, Mufrədatu əlfazil-Quran, Dəməşq, 1-ci çap, h.q 1412
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-İqbalu bil-əmal, Təhqiq: Cavad Qəyyumi İsfəhani, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.ş 1376
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, 6-ci çap, h.ş 1376
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, 1-ci çap, h.ş 1362
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-rza (ə), Tehran, 1-ci çap, h.q 1378
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1419
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.q 1387
  • Qiraəti, Möhsin, Nur təfsiri, 1-ci çap, h.ş 1388
  • Qumi, Şeyx Abbas, Məfatihul-Cinan, Qum, Üsvə nəşri
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Düzəliş: Alul-Beyt (ə) müəssisəsi, Qum, 1-ci çap, h.q 1413
  • Musəvi Qolpayqani, Seyyid Məhəmməd Rza, Məcməul-məsail, Darul-Quranil-Kərim, 2-ci çap, h.q 1409
  • Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap