14 Ramazan
14 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 250-ci günüdür.
- H.q 60: Hani ibn Hani və Səid ibn Abdullah tərəfindən İmam Hüseynə (ə) kufəlilərin məktublarının çatması.
- H.q 67: İmam Hüseynin (ə) intiqamı üçün qiyam edən Muxtar Səqəfinin öldürülməsi.
- H.q 666: Antakyanın xaçlıların əlindən müsəlmanlar tərəfindən alınması.
- H.q 1248: Vəhid Behbəhaninin şagirdlərindən, şiə arifi və fəqihi Şəmsuddin Behbəhaninin vəfatı.
Ramazan ayının on dördüncü gününün xüsusi əməlləri və duaları | |
14-cü gecənin əməlləri |
Dörd rükət namaz qılınmalıdır.(iki rəkət- iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra otuz dəfə Yasin surəsi, Mülk surəsi və Tövhid surəsi oxunmalıdır. |
Günün namazı |
|
Günün duası |
وَ أَقِلْنِی فِیهِ مِنَ الْخَطَایا وَ الْهَفَوَاتِ وَ لاتَجْعَلْنِی فِیهِ غَرَضا لِلْبَلایا وَ الْآفَاتِ بِعِزَّتِک یا عِزَّ الْمُسْلِمِینَOxunuşu: Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin. Tərcüməsi: İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]