17 Rəbiul-əvvəl
17 Rəbiul-əvvəl — hicri-qəməri təqvimi ilə ilin 76-cı günüdür.
- Amul-Fil: Son İlahi peyğəmbər, İslam dinin peyğəmbəri (s) Həzrət Muhəmmədin (s) mövludu
- H.q 83: Şiələrin beşinci imamı İmam Sadiqin (ə) mövludu
- H.q 1299: Fəqih Məhəmməd Təqi Hərəvinin vəfatı
- H.q 1307: Fəqih və şiə mühəddisi Əhməd Xoyiini Qəzvinin vəfatı
- H.q 1350: Qum elmi-dini hövzəsinin ustad və müctehidi Seyyid Abbas Hüseyni Kaşaninin təvəllüdü
- H.q 1362: Şiə mərcə-təqlidi Seyyid Məhəmməd Sədrin təvəllüdü
- H.q 1378: Mahmud Şəltut tərəfindən Əhli-sünnətin dörd məzhəbi kimi İmamiyyə məzhəbinin də fiqhinə əməl etməkliyin caiz olması barəsində fətva verməsi
- H.q 1427: Fəqih, mütəkəllim və tarixçi Məhəmməd Baqir Mahmudinin vəfatı
Əməllər
- Qüsl almaq
- Oruc tutmaq. Bu gün o dörd gündən sayılır ki, bu gün oruc tutmağın fəziləti çoxdur.
- Peyğəmbəri (s) uzaqdan və ya yaxından ziyarət etmək
- Əmirəl-möminini (ə) ziyarət etmək