İmamiyyə
- Bu məqalə Şiənin on iki İmamı haqqındadır. Şiə məzhəbi haqqında məlumat üçün baxın: Şiə
Coğrafi genişliyi | Dünyanın hər yerində |
---|---|
Mühüm şəhərləri | Kufə - Qum |
Ziyarətgahlar | İmamların hərəmi - Peyğəmbərin (s) hərəmi - Bəqi qəbiristanlığı |
Mühüm fəaliyyətlər | İmam Mehdinin (ə.f) ğeybəti |
Hökumətlər | Ali-buyeh - Səfəviyyə - İran İslam Cümhuriyyəti |
Başqa adları | On iki İmam - İsna əşər |
Qollardan | İslam |
İnancları | Şiə imamlarının imaməti |
Mühüm kitabları | Kutub-ərbəə |
İmamiyyə (Ərəbcə: الإمامية) və ya on iki imamçı şiə, İsna əşəri şiə şiə məzhəbinin ən böyük qoludur. İmamiyyə şiələrinin əqidəsinə əsasən Peyğəmbərdən (s) sonra cəmiyyətin rəhbərliyi İmamın öhədəsindədir və İmam Allah tərəfindən təyin olunur. İmamiyyə şiələri Qədir-Xum hədisi kimi bir sıra hədislərə əsasən Əli ibn Əbi Talibi (ə) İslam Peyğəmbərinin (s) canişini və birinci İmam hesab edirlər. On iki İmamın olduğuna inanırlar. Həmçinin inanırlar ki, on ikinci imam Məhdi (ə) sağdır və qeyb dövrünü yaşayır. Digər iki şiə məzhəbi olan Zeydilər və İsmaililər, İmamiyyə şiələrinin inandığı on iki İmamın hamısına inanmırlar və həmçinin İmamların sayını on iki nəfərlə məhdudlaşdırmırlar.
İmamiyyə şiələrinin əqidə əsaları beş şeydir. Onlar digər müsəlmanlar kimi tövhid, nübuvvət və məadı öz əqidə əsasları hesab edirlər. Bundan əlavə, onları əhli-sünnədən ayıran imamət və Ədlə də inanırlar. Rəcət İmamiyyə şiəsinin xüsusi əqidərlərindən biridir. Bu əqidəyə əsasən İmam Zamanın (ə) zühurundan sonra bəzi ölülər dünyaya qayıdacaqlar.
İmamiyyə şiələri həyatın ibadət, alver, şəri vergilərin ödənməsi kimi bir çox işlərini şəri hökümlər əsasında yerinə yetirirlər. Onlar özünün kəlam ( əqidə), fiqh (əhkam) və əxlaq barəsində olan düşüncələri üçün Quran, Peyğəmbər (s) və On iki İmamın (ə) hədisləri, Ağıl və İcma olmaqla 4 əsas mənbəyə söykənirlər. Şeyx Tusi, Əllamə Hilli və Şeyx Mürtəza Ənsari onların görkəmli fəqihlərindən (müctehidlərindən) və Şeyx Mufid, Xacə Nəsirəddin Tusi və Əllamə Hilli onların məşhur kəlamçı alimlərindən sayılırlar.
907-ci hicri ilində Şah İsmayıl Səfəviyyə hökumətini yaratmaqla İranda İmamiyyə məzhəbinə rəsmilik verdi. Bu hökumət İranda İmamiyyə məzhəbinin yayılmasında böyük rol oynadı. İranın hazırki siyasi quruluşu olan İran İslam Respublikası özünü On iki imamçı şiənin əqidə əsaslarına və fiqhinə söykənən siyasi bir quruluş olaraq elan edir.
Qədir-Xum bayramı, Əli ibn Əbi Talibin (ə) təvəllüd günü, Peyğəmərin qızı Fatimənin (ə) təvəllüd günü və Şaban ayının on beşinci günü İmamiyyə şiələrinə məxsus olan ən mühüm dini bayarmlardır. Məsumlar üçün xüsusən Məhərrəm ayında İmam Hüseyn (ə) və dostları üçün əzadarlıq etmək onların digər mühüm dini ayinlərindən hesab olunur.
Dünyanın on iki imamçı şiələrinin sayı haqqında dəqiq məlumat yoxdur və mövcud statiska Zeydi və İsmaili şiələri də əhatə edir. Dünya şiələrinin sayı bəzi statistik məlumatlara əsasən 154-200 milyon arası yəni dünya müsəlmanlarının 10-13 faizini, digər başqa statistik məlumatlara əsasən isə onların sayı 300 milyondan çox olmaqla müsəlmanların 19 faizini təşkil edir. Şiələrin çoxu yəni onların 68-80 faizi İran, İraq, Pakistan və Hindistan olmaqla dörd ölkədə yaşayır.
Yaranma tarixi
Şiənin yaranma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. O cümlədən, şiənin yaranma tarixinin Peyğəmbərin (ə) həyatda olduğu zaman, Səqifə hadisəsindən sonra, Osmanın qətlindən sonra, Həkəmiyyət macərasından sonra olmasını qeyd ediblər.[1] On beşinci əsrin filosofu və Quran təfsirçisi olan Seyyid Məhəmməd Hüseyn Təbatəbayinin fikirinə əsasən, əvvəldə “ Əli şiəsi “ adı ilə adlanan şiənin yaranma tarixinin başlanğıcı İslam Peyğəmbərinin (s) həyatda olduğu zamana təsadüf edir.[2]
İslam dini yaranandan bir neçə əsr sonraya kimi “şiə” kəlməsi yalnız İmamların (ə) Allah tərəfindən imam seçildiyinə inananlar haqqında işlədilmirdi. Əksinə Əhli beyti (ə) sevənlərə və ya Həzrət Əlini (ə) Osmandan üstün hesab edənlərə də şiə deyilirdi.[3] Əhli beytin (ə) səhabələrindən çoxu axırıncı iki dəstədən idilər.[4]
Nəqllərə əsasən, Həzrət Əlinin (ə) zamanında da etiqadi şiə var idi. Yəni, Həzrətin bəzi ardıcılları Onun Allah tərəfindən imam seçildiyinə inanırdılar.[5] Əlbəttə bu qrupun sayı olduqca az idi.[6]
İmam Həsənin (ə) və İmam Hüseynin (ə) zamanında şiələrin sayı çoxalsa da amma onların sayı dini məzhəb adlanacaq qədər deyildi.[7] O dövürdə Əhli beytin (ə) şiələrinin və sevənlərinin sayı çox idi. Lakin bəzi rəvayətlərə əasasən Əhli beytin (ə) ilahi məqama malik olduğuna inanan şəxslərin sayının əlli nəfərdən az olduğu bildirilir.[8]
Üçüncü hicri əsrinin sonlarından etibarən İmamiyyə şiələri digər şiələrdən fərqləndirildi. İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən bir qrupu bu fikirdə idilər ki, yer üzü heç vaxt imamsız qalmır. Onlar on ikinci imama və onun qeybdə olduğuna inandılar. Bu qrup İmamiyyə və ya on iki imamçı şiə olaraq tanındılar.[9] O zamandan etibarən şiənin bu qolunun sayı tədricən artmağa başladı. Özü də elə bir formada ki, Şeyx Müfidin dediyinə əsasən onun zamanında yəni hicri 373-cü ilində İmamiyyə məzhəbi şiə məzhəbləri arasında ən çox ardıcıla malik olan məzhəb idi.[10]
İnanclar
İmamiyyə şiələrinin əqidə əsasları beş şeydir. Onlar digər müsəlmanlar kimi tövhid, nübuvvət və məadı öz əqidə əsasları hesab edirlər. Bundan əlavə onları əhli-sünnədən ayıran imamət və ədlə də inanırlar.[11] Onların inancına əsasən Peyğəmbərdən (s) sonra İmam adlı bir şəxsin Peyğəmbərin yerində olması və onun vəzifəsini davam etdirməsi lazımdır. Onlar Peyğəmbərin seçilməsində olduğu kimi İmamın da seçilməsinin Allah tərəfindən olduğunu düşünürlər və Allahın Peyğəmbər vasitəsi ilə İmamı tanıtdırdığını deyirlər. [12]
On iki imamçı şiələr Peyğəmbərdən nəql etdikləri bir sıra hədislərə əsasən inanırlar ki, Peyğəmbər (s) Allahın əmri ilə İmam Əlini (ə) öz canişini və birinci imam olaraq tanıtdırmışdır.[13] Onlar “Louh” hədisi kimi bir sıra hədislərə əsaslanaraq on iki İmamın olduğuna inanırlar.[14] İmamiyyənin inandığı on iki imamın adları ardıcıl olaraq aşağıdakılardan ibarətdir:
- Əli ibn Əbi Talib
- Həsən ibn Əli
- Hüseyn ibn Əli
- Əli ibn Hüseyn ( İmam Səccad )
- Məhəmməd ibn Əli (İmam Baqir )
- Cəfər ibn Məhəmməd ( İmam Sadiq )
- Musa ibn Cəfər ( İmam Kazim)
- Əli ibn Musa ( İmam Rza )
- Məhəmməd ibn Əli ( İmam Cavad )
- Əli ibn Məhəmməd ( İmam Hadi )
- Həsən ibn Əli ( İmam Əskəri )
- Höccət ibn Həsən ( İmam Məhdi ) [15]
On iki imamçı şiələrin əqidəsinə əsasən, on ikinci imam olan İmam Məhdi (ə) sağdır və böyük qeyb dövrünü yaşayır və bir zaman qiyam edəcək və yer üzündə ədaləti yayacaq.[16]
Ədl də imamət kimi şiənin əqidə əsaslarından biridir və şiələri də Mötəzilə kimi bu əqidəsinə görə Ədliyyə adlandırırlar. Ədl inancına əsasən Allah özünün feyz və rəhmətini, həmçinin bəla və nemətləri öncədən olan və zati ləyaqətlərə əsasən verir.[17] Rəcət və Bəda İmamiyyə şiəsinin xüsusi əqidələrindəndir.[18] Rəcət bu mənadadır ki, İmam Məhdinin (ə) zühurundan sonra bəzi möminlər və şiələr, həmçinin Əhli beytin (ə) düşmənlərindən bəzisi bu dünyada yenidən diriləcək və günahkarlar öz əməllərinin cəzasına çatacaq.[19] Bəda əqidəsinə əsasən Allah bəzən bir sıra məsləhətlərə əsasən bir işi Peyğəmbər (s) və İmam (ə) üçün aşkar edir. Amma ondan sonra başqa bir işi həmin işin yerinə təyin edir.[20] Əvailul-məqalat, Təshihul-etiqad, Təcridul-etiqad və Kəşful-murad şiənin kəlam elmi sahəsində ən mühüm kitablardından hesab edilir.[21] Şeyx Müfid ( h.q 336 və ya 338-412 ), Şeyx Tusi (h.q 385- 460), Xacə Nəsirəddin Tusi (h.q 597-672), Əllamə Hilli (h.q 648-726) İmamiyyə şiəsinin görkəmli kəlamçılarından sayılırlar.[22]
İmamiyyənin digər şiə firqələrindən fərqi
- Həmçinin baxın: Zeydiyyə və İsmailiyyə
Şiənin digər firqələri olan Zeydiyyə və İsmailiyyə on iki imamın hamısını qəbul etmir. Onlar həmçinin imamların sayını on iki nəfərlə məhdudlaşdırmırlar. Zeydiyyənin əqidəsinə əsasən Peyğəmbər (s) yalnız üç imamın imamlığını aşkar şəkildə vurğulamışdır.[23] Onlardan sonra hər dövürdə həzrət Fatimənin (ə) nəslindən olan zahid, şücaətli və səxavətli olan, düzgün qiyam edən şəxs imamdır.[24] Zeyd ibn Əli, Yəhya ibn Zeyd, Məhəmməd ibn Abdullah ibn Həsən ( Nəfsi-Zəkiyyə), İbrahim ibn Abdullah və Fəx şəhidi Zeydiyyənin imamlarından bəziləridirlər.[25]
İsmailiyyə, İmamiyyə şiələrinin ikinci imamı olan İmam Həsənin (ə) imamlığını qəbul etmirlər.[26] Onlar İmamiyyə şiələrinin digərlər imamlarından isə yalnız İmam Sadiqə (ə) qədər olan imamların imamlığını qəbul edirlər.[27] Onlar İmam Sadiqdən (ə) sonra həzrətin oğlu İsmailin və Məhəmməd ibn İsmailin imamlığına inanırlar.[28] İsmailiyyə əqidəsinə əsasən imamətin müxtəlif dövürləri vardır və hər dövürdə yeddi imam, imamlıq edir.[29]
Əhkam (şəri hökümlər)
Digər İslam məzhəbləri kimi İmamiyyə məzhəbində də həyatın ibadət, alver, xüms və zəkat kimi şəri vergilərin ödənməsi, nikah və irsin bölünməsi kimi bir çox işləri şəri hökümlərə uyğun olaraq yerinə yetirilməlidir.[30] Quran və on iki imamın (ə) hədisləri İmamiyyə şiələrinin əsas iki dini mənbəyi sayılır. [31] Şəri hökümlər dirayə, rical, üsuli-fiqh və fiqh elminin köməyi sayəsində əldə edilir.[32]
Şərayiul-İslam, Əl-lumətud-dəməşqiyyə, Şərhul-lumə, Cəvahirul Kəlam, Məkasib və Urvətul-Vusqa İmamiyyə şiələrinin ən məşhur fiqhi kitablarındandır.[33] Şeyx Tusi, Mühəqqiq Hilli, Əllamə Hilli, Şəhid Əvvəl, Şəhid Sani, Kaşiful-Ğita, Mirza Qumi və Şeyx Mürtəza Ənsari bu məzhəbin görkəmli fəqihlərindəndirlər.[34]
Təqlid-mərcəsi
- Əsas məqalə: Təqlid-mərcəsi
Bu gün şəri hökümlər təqlid mərcəsi tərəfindən yazılan “Tozihul-məsail” adlanan kitablarda təqdim edilir. [35] Təqlid mərcəsi başqalarının təqlid etdiyi yəni dini əməllərini onun fiqhi nəzərlərinə (fətvalarına) əsasən yerinə yetirdiyi və öz şəri vergilərinə ona və ya nümayəndəsinə ödədiyi bir müctehiddir.[36]
Dini mərasimlər
Bütün müsəlmanların inandığı Fitr bayramı, Qurban bayramı, Məbəs bayramı və Peyğəmbərin (s) mövlud günündən əlavə Qədir-Xum bayramı, İmam Əlinin (ə) təvəllüd günü, həzrət Fatimənin (ə) təvəllüd günü və Şaban ayının on beşinci günü İmamiyyə şiələrin ən mühüm dini bayramlarındandır. Onlar digər İmamların da təvllüd gününü bayram olaraq keçirirlər. [37]
İmamiyyə məzhəbində hər bir bayram üçün xüsusi dini əməllər tövsiyə edilmişdir. Misal olaraq Qurban bayramı günündə qüsül etmək, Qurban bayramının namazını qılmaq, qurban kəsmək, İmam Hüseyni (ə) ziyarət etmək və Nüdbə duasını oxumaq müstəhəbdir. [38]
Şiələr ilin bəzi günlərində Məsumlara sevgilərini bildirmək, həmçinin onların müsibətində kədərli olduqlarını bildirmək üçün əzadarlıq mərasimi keçirirlər.[39] Şiələrin əzadarlığının çoxu Məhərrəm ayında İmam Hüseynin (ə) və dostlarının matəmində keçirilir. Şiələrin əzadarlıq mərasimlərinin ən əhəmiyyətlisi Məhərrəm ayının ilk on günü, Səfər ayının axır on günü, Ərbəin və Fatimiyyə günləridirlər.
Peyğəmbərin (s) və Əhli beytin (ə) ziyarəti İmamiyyə şiələrin ən mühüm dini mərasimlərindən biridir.[40] Onlar həmçinin İmamzadələrin və böyük din alimlərinin ziyarətinə də əhəmiyyət verirlər.[41] Şiə hədislərində dua və təvəssülə çoxlu tövsiyə edilmiş və çoxsaylı dualar və ziyarətnamələr tanıtdırılmışdır. [42] İmamiyyə şiələrinin bəzi məşhur dua və ziyarətnamələri bunlardan ibarətdir: Kumeyl duası,[43] Ərəfə duası,[44] Nüdbə duası,[45] Şabaniyyə münacatı,[46] Təvəssül duası,[47] Aşura ziyarəti,[48] Camiə kəbirə ziyarəti[49] və Əminəllah ziyarəti.[50]
İmamiyyə düşüncəsinin mənbələri
Şiələr özünün kəlam elmində, fiqhdə, əxlaqda və s-də olan fikirləri üçün Quran, Peyğəmbər (s) və İmamların (ə) hədisləri, ağıl və icma olmaqla dörd mənbəyə istinad edirlər.[51]
- Quran
- Əsas məqalə: Quran
İmamiyyə şiələri Quranı dini elmlərin və maarifin ilk və ən mühüm mənbəsi hesab edirlər. Quran onların yanında elə dərəcədə əhəmiyyətlidir ki, hər hansı bir hədis Quranla ziddiyyət təşkil etdiyi zaman həmin hədisi etibarsız hesab edirlər.[52] Məhəmməd Hadi Mərifətin dediyinə əsasən bütün şiələr bu gün əllərində olan Quranı düzgün və kamil hesab edirlər. [53]
- Peyğəmbərin (s) və İmamların (ə) hədisləri
- Əsas məqalə: Hədis
Digər İslam məzhəbləri kimi İmamiyyə şiələri də İslam Peyğəmbərinin (s) sünnəsini yəni, sözlərini və rəftarını dəlil hesab edirlər.[54] İmamiyyə şiələri Əhli beytə (ə) müraciət etməyi və onlara tabe olmağı əmr edən Səqəleyn və Səfinə hədisi kimi hədislərə əsasən Əhli beytin (ə) hədislərini də öz dini mənbələrindən hesab edirlər.[55] Onlar Peyğəmbərin (s) və İmamların (ə) hədislərinin yazılıb qeyd olunmasına ciddi əhəmiyyət vermişlər. [56]
İmamiyyə şiələrinin ən mühüm hədis kitabları Kutubu ərbəə (dörd kitab ) və ya üsulu ərbəə (dörd əsl) adlanan Kafi, Təhzibul-Əhkam, İstibsar və Mən la yəhzur adlı kitablardır.[57] Şiənin digər məşhur hədis mənbələri bunlardan ibarətdir: Əl-Vafi, Biharul-ənvar, Vəsailuş-şiə,[58] Müstədrək, Mizanul-hikmət, Camiul-Əhadisi-şiə, Əl-həyat və Asarus-sadiqin.[59]
Şiələr hər hədisi etibarlı hesab etmirlər. Onlar hədislərin etibarlı olmasında Quranla müxalifət etməmək, ravilərin etimad etməsi və təvatür kimi qaydaları nəzərə alır və bu işdə dirayə və rical elmlərindən faydalanırlar.[60]
- Ağıl
- Əsas məqalə: Ağıl
Ağıl İmamiyyə məzhəbində xüsusi dəyərə malikdir. İmamiyyə şiələri öz əqidə əsaslarını isbat etmək üçün ağıla istinad edirlər.[61] Onlar həmçinin ağılı şəri hökümlərin əldə olunduğu mənbələrdən hesab edir və bəzi fiqhi və üsuli qaydaları və şəri hökümləri ağıl vasitəsi ilə isbat edirlər.[62]
- İcma
- Əsas məqalə: İcma
İcma şəri hökümlərin çıxarıldığı dörd əsas mənbədən biridir və Üsuli-fiqh elmində müxtəlif cəhətlərdən müzakirə edilmişdir.[63] İmamiyyə fəqihləri əhli-sünnədən fərqli olaraq icmanı Quran, sünnə və ağılın kənarında müstəqil bir dəlil olaraq hesab etmirlər. Əksinə icmanı Məsumun (ə) fikrini xəbər verdiyi üçün mötəbər sayırlar.[64]
Hakimiyyətlər
İslam dünyasında çoxlu şiə hakimiyyətləri olmuşdur. Təbəristan Ələvilərinin hakimiyyəti, Ali-Buyə, Fatimilər, İsmaililər və Səfəviyyə onlardan bəzisidir. Ələvilərin hakimiyyətini Zeydilər qurmuşlar.[65] Fatimilərin və Ələmut ismaililərinin hakimiyyətləri İsmailiyyə məzhəbi əsasında olmuşdur.[66] Amma Ali-Buyə barəsində fikir ayrılğı vardır. Bəziləri onları Zeydiyyə məzhəbindən, başqa bir qrup onları İmamiyyə məzhəbindən hesab edirlər. Bir qrup isə onların əvvəldə Zeydiyyə məzhəbində olduğunu daha sonra isə İmamiyyə məzhəbinə keçdiklərini düşünür.[67]
Ulcaytu ləqəbi ilə məşhur olan sultan Məhəmməd Xudabəndəni İmamiyyə məzhəbini rəsmi məzhəb elan edən və onun geniş əhatədə yayılmasına çalışan ilk hakim hesab edirlər.[68] Əlbəttə O, əhli-sünnə məzhəbindən olan o dövrün dövlət təşkilatçılarının müxalifət etdiyinə görə bu işdən geri çəkildi. Amma şiə məzhəbindən üz döndərmədi.[69] Səbzəvarda qurulan Sərbdaran hakimiyyəti də şiə hakimiyyəti olaraq yad edilir.[70] Sərbdaranın hakim və rəhbərlərinin məzhəbi tam şəkildə məlum deyil. Amma onların dini rəhbərlərinin sufi və şiə məzhəbinə meyilli olması dəqiq məlumatdır.[71] Bütün bunlarla yanaşı Sərbdaranın son hakimi olan Xacə Əli Müəyyid[72] İmamiyyə məzhəbini öz dövlətinin rəsmi məzhəbi olaraq elan etmişdir.[73]
Səfəvilər
- Əsas məqalə: Səfəvilər
Şah İsmail 907-ci hicri ilində Səfəviyyə hakimiyyətini təsis etdi və İmamiyyə məzhəbini İranın rəsmi məzhəbi elan etdi.[74] O və Səfəvilərin digər şahları, şiə alimlərini İrana hicrət etmək üçün dəvət etməklə, İranda şiə elm mərkəzləri və məktəbləri yaratmaqla, Məhərrəm ayının əzadarlıq mərasimlərini[75] keçirməklə İmamiyyə məzhəbini iranlılar arasında yaydı və İranı tam şəkildə şiə ölkəsinə çevirdi.[76]
İran İslam Respublikası
- Əsas məqalə: İran İslam Respublikası
İİR 1979-cu il, Fevral ayının 10-da İmam Xomeynin rəhbərliyi altında İslam inqilabı qələbə çalandan sonra İranda təşkil edildi.[77] Bu siyasi quruluş on iki imamçı şiənin əqidə əsasları və fiqhi əsasında təşkil edilmişdir.[78] Fəqihin vilayəti İİR-nın ən mühüm sütunudur və hakimiyyətin bütün qüvvələrinə nəzarət edir. [79] İİR-nın konstitusiyasına əsasən bu ölkənin qanunları İslam dini ilə müxalif olduğu halda etibarsız sayılır.[80]
Coğrafiya
Dünyanın on iki imamçı şiələrin dəqiq sayı haqqında məlumat mövcud deyil və hazırki statiska Zeydi və İsmaili şiələri də əhatə edir. “Pyu” adlı din və yaşayış təşkiltanın məruzəsinə əsasən dünya şiələrinin sayı 154-200 milyon nəfər təxmin edilir. Bu rəqəm dünya müsəlmanlarının 10-13 faizini təşkil edir.[81] Amma bu məruzənin tərcüməçisi bu statiskanı düzgün hesab etmir və şiələrin həqiqi cəmiyyətini 300 milyondan çox yəni dünya müsəlmanlarının 19 faizini təşkil etdiyinə inanır.[82]
Şiələrin çoxu yəni onların 68-80 faizi İran, İraq, Pakistan və Hindistan olmaqla dörd ölkədə yaşayır. İranda 66-70 milyon şiə yaşayır ki, bu da öz növbəsində bütün dünya şiələrinin 37-40 faizini təşkil edir. İraq, Pakistan və Hindistanın hər birində 16 milyondan çox şiə vardır. [83]
İran, Azərbaycan, Bəhreyn və İraqda şiələr cəmiyyətin əksər hissəsini təşkil edir.[84] Həmçinin Orta Şərqdə, Şimali Afrikada, Asiya-Sakit okeanı ərazisində, Türkiyədə, Yəməndə, Suriyada, Səudiyyə Ərəbistanında, Amerika və Kanadada da şiələr yaşayır.[85]
İstinadlar
- ↑ Muhərrəmi, Tarixe Təşəyyö, h.ş 1382, s.43-44; Qruhe tarixe pejuheşqahe hoze və daneşqah, Tarixe Təşəyyö, h.ş 1389, s.20-22; Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.49-53
- ↑ Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.25
- ↑ Cəfərian, Tarixe təşəyyö dər İran əz ağaz ta tulue dövləte Səfəvi, h.ş 1379, s.22-27
- ↑ Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.61
- ↑ Cəfərian, Tarixe təşəyyö dər İran əz ağaz ta tulue dövləte Səfəvi, h.ş 1379, s.29-30
- ↑ Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.61
- ↑ Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.63-65
- ↑ Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.62
- ↑ Fəyyaz, Peydayeş və qostərəşe təşəyyö, h.ş 1382, s.109-110
- ↑ Seyyid Mürtəza, Əl-fusulul-muxtarə, h.q 1413, s.321
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.96
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.14
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.197-198
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.197-198
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.198-199
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.230-231
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.96
- ↑ Rəbbani Qolpayqani, Dər amədi be şiəşenasi, h.ş 1392, s.273; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.106
- ↑ Rəbbani Qolpayqani, Dər amədi be şiəşenasi, h.ş 1392, s.273
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.11, s.381; Şeyx Müfid, Təshihul-etiqad, h.q 1413, s.65
- ↑ Kaşifi, Kəlamu Şiə, h.ş 1387, s.52
- ↑ Kaşifi, Kəlamu Şiə, h.ş 1387, s.52
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.86
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.167
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.90
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.119
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.110
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.110
- ↑ Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.2, s.151-152
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhu muqarin, h.q 1427, c.1, s.65-69
- ↑ Müzəffər, Usulul-fiqh, h.q 1430, c.1, s.54, 64
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhu muqarin, h.q 1427, c.1, s.176, 323-330
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhu muqarin, h.q 1427, c.1, s.261-264
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhu muqarin, h.q 1427, c.1, s.260-264
- ↑ Yəzdani, Murui bər Risalehaye əməli, s.292
- ↑ Rəhman Sitayiş, Təqlid 1, s.789
- ↑ Musapur, Ceşnhaye cəhane İslam, s.373-376
- ↑ Məclisi, Zadul-məad, h.ş 1389, s.426, 427
- ↑ Məzahiri, Əzadari, s.345
- ↑ Fuladi və Novruzi, Cayeqahe ziyarət dər ayine Katulik və məzhəbe Şiə, s.29, 30
- ↑ مفهوم زیارت و جایگاه آن در فرهنگ اسلامی، سایت راسخون، ۱۳ دی ۱۳۹۴ش، دیدهشده در ۱۶ اردیبهشت ۱۳۹۶ش., Rasekhoon saytı, (Farsca)
- ↑ Abbas Qummi, Məfatihul-cinan, Kitabın mündəricatına baxın
- ↑ Haşimi Əqdəm, Əsrarul-arifin ba çərhe duaye Kumeyl, s.32
- ↑ Məhəllati, Bərresi tətbiqi duaye ərəfe İmam Hüseyn (ə) və İmam Səccad (ə), s.107
- ↑ Mehdipur, Ba duaye nüdbe pəqahe Cüme,
- ↑ Heydərzadə, Dər məhzəre munacate Şəbaniyye, s.160
- ↑ فضیلت و کیفیت دعای توسل، سایت باشگاه خبرنگاران جوان، ۲۲ آذر ۱۳۹۵، دیدهشده در ۱۶ اردیبهشت ۱۳۹۶., Yjc.ir saytı, Farsca
- ↑ Rizayi, Pejuheşi dər isnad və nüsxehaye ziyarətə Aşura, s.153
- ↑ Nəcəfi, Negəreşi movzui bər ziyarəte Cameə Kəbirə, s.150
- ↑ Baxın: Şeyx Abbas Qummi, Məfatihul-cinan, Əminullah ziyarəti
- ↑ Müzəffər, Usulul-fiqh, h.q 1430, c.1, s.51
- ↑ Rəbbani Qolpayqani, Dər Amədi be şieşenasi, h.ş 1392, s.115, 116
- ↑ Mərifət, Ət-təmhid, h.q 1412, c.1, s.342
- ↑ Rəbbani Qolpayqani, Dər Amədi be şieşenasi, h.ş 1392, s.115, 124
- ↑ Rəbbani Qolpayqani, Dər Amədi be şieşenasi, h.ş 1392, s.115, 133, 135
- ↑ Məhdəvi Rad, "Seyre intiqae miraz məktube şie dər ayne fehrestha, s.140
- ↑ Seyyid Rza Muəddəb, Tarixu hədis, h.ş 1388, s.86
- ↑ Seyyid Rza Muəddəb, Tarixu hədis, h.ş 1388, s.129
- ↑ Seyyid Rza Muəddəb, Tarixu hədis, h.ş 1388, s.148-152
- ↑ Əllamə Təbatəbai, Şiə dər İslam, h.ş 1379, s.128, 129
- ↑ Rəbbani Qolpayqani, Dər Amədi be şieşenasi, h.ş 1392, s.139
- ↑ Rəbbani Qolpayqani, Dər Amədi be şieşenasi, h.ş 1392, s.144, 145
- ↑ Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1428, c.2, s.179-229
- ↑ Müzəffər, Usulul-fiqh, h.q 1430, c.3, s.103
- ↑ Çəlungər və Şahmuradi, Duləthaye şii dər tarix, h.ş 1395, s.51
- ↑ Çəlungər və Şahmuradi, Duləthaye şii dər tarix, h.ş 1395, s.155-157
- ↑ Çəlungər və Şahmuradi, Duləthaye şii dər tarix, h.ş 1395, s.125-130
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.694
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.694
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.776
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.777-780
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.778
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1390, s.777-780
- ↑ Haynes, Təşəyyö, h.ş 1389, s.156 və 157
- ↑ Furuği, Karkərde mərasime suqovari Aşura dər rəsmi şodəne məzhəme Şiə, s.67-68
- ↑ Çəlungər və Şahmuradi, Duləthaye şii dər tarix, h.ş 1395, s.276, 277
- ↑ Qasimi və Kərimi, Cümhuri İslami İran, s.765
- ↑ Qasimi və Kərimi, Cümhuri İslami İran, s.766
- ↑ Qasimi və Kərimi, Cümhuri İslami İran, s.768
- ↑ Qasimi və Kərimi, Cümhuri İslami İran, s.768
- ↑ Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, h.ş 1393, s.19
- ↑ Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, h.ş 1393, s.11
- ↑ Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, h.ş 1393, s.19
- ↑ Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, h.ş 1393, s.20
- ↑ Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, h.ş 1393, s.19, 20
Ədəbiyyat
- Pew Research Center, Nəqşe cəmiyyəte müsəlmanane cəhan, Tərcümə: Məhmud Təqizadə Davəri, Enteşarate İslami, 1-ci çap h.ş 1393
- Ənsari, Mürtəza, Fəraidul-İslam, Qum, Məcməul-fikril-İslami, 9-cu çap, h.q 1428
- Cəfəriyan, Rəsul, Tarixe təşəyyö dər İran, Əz ağaz ta tlue dövləte Səfəvi, Tehran, Elm, 4-cü çap, h.ş 1390
- Çəlungər, Muhəmməd Əli və Seyyid Məsud Şahmuradi, Duləthaye şii dər tarix, Qum, Pejuheşqahe ulum və fərhənge İslami, 1-ci çap, h.ş 1395
- Heydərzadə, Abbas, Dər məhzəre munacate Şəbaniyye, Fəslname elmi fərhəngi peyam, nömrə 106, h.ş 1390
- Rəhmansitayiş, Muhəmməd Kazim, Təqlid 1, Dər daneşname cəhane İslam, Tehran, Bunyade dairətul-məarife İslami, 1-ci çap, h.ş 1382
- Rəbbani Qolpayqani, Əli, Dər amədi be şie şenasi, Qum, Mərkəze beynəlmiləli tərcümə və nəşre Əl-Mustafa, 4-cü çap, h.ş 1392
- Rizayi, Muhəmməd Cəfər, Pejuheşi dər isnad və nüsxehaye ziyarəte Aşura, Ulume hədis, n.49, 50, h.ş 1387
- Seyyid Mürtəza, Əl-fusulul-muxtarə minəl-uyuni vəl-məhasin, Qum, 1-ci çap, h.q 1413
- Furuği, Əsğər, Karkərde mərasime ssuqovari Aşura dər rəsmi şodəne məzhəbe şie dər zəmane Səfəviyye, n.81, Qış, 1382
Fuladi, Muhəmməd, Muhəmməd Cavad Novruzi, "Cayeqahe ziyarət dər ayine Katulik və məzhəbe Şiə", Mərifəte ədyan, n.25, h.ş 1394
- Fəyyaz, Abdullah, Peydayeş və qostərəşe təşəyyö, Tərcümə: Seyyid Cavad Xatəmi, Səbzəvar, Enteşarate ibn Yəmin, 1-ci çap, h.ş 1382
- Qummi, Abbas, Məfatihul-cinan, Qum, Nəşre usve
- Kaşifi, Muhəmməd Rza, Kəlame şie mahiyyət, Muxtəssat və mənabe, Tehran, Sazmane enteşarat pejuheşqahe fərhəng və əndişe İslami, 3-cü çap, h.ş 1387
- Qruhe tarix pejuheşqahe hoze və daneşqah, Tarixe təşəyyö, Qum, Mərkəze modiriyyət hozehaye elmiyye xahəran, 3-cü çap, h.ş 1389
- Təbatəbai, Seyyid Möhsin Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, Entaşrate İslami, 5-ci çap, h.q 1417
- Təbatəbai, Seyyid Möhsin Hüseyn, Şiə dər İslam, Qum, İsmailiyyan, 1-ci çap, h.ş 1379
- Məclisi, Muhəmməd Baqir, Zadul-məad, Qum, Cilve Kəmal, h.ş 1389
- Muhərrəmi, ĞulaMohsin, Tarixe təşəyyö əz ağaz ta payane ğeybəte suğra, Qum, Muəssise Amuzeşi və pejuheşi İmam Xomeyni, 2-ci çap, h.ş 1382
- Məhəllati, Heydər, Bərresi tədbiqi duaye ərəfe İmam Hüseyn (ə) və İmam Səccad (ə), Ayəte Bustan, n.1, h.ş 1395
- Misbah Yəzdi, Muhəmməd Təqi, Amuzeşe əqaid, Tehran, ƏmirKəbir, 18-ci çap, h.ş 1384
- Mütəhhəri, Mürtəza, Məcmue Asar, Tehran, Enteşarate Sədra, 15-ci çap, h.ş 1389
- Məzahiri, Möhsin Həssam, Əzadari, Fərhənge suge şiə, Tehran, Xeyme, 1-ci çap, h.ş 1395
- Müzəffər, Muhəmməd Rza, Usulul-fiqh, Qum, Entaşarate İslami, 5-ci çap, h.q 1430
- Mərifət, Muhəmməd Hadi, Ət-təmhidu fi ulumil-Quran, Qum, Muəssisətun-nəşril-İslami, 1-ci çap, h.q 1412
- Məkarim Şirazi, Nasir, Dairətul-məarif fiqhe muqarin, Qum, Mədrəsətul-İmam Əli ibn Əbi Talib (ə), 1-ci çap, h.q 1427
- Məhdəvi Rad, Muhəmməd Əli və Ruhullah Şəhidi, Seyre intiqale miras məktube şiə dər ayne fehrəstha, n.44, h.ş 1386
- Məhdəvipur, Əli Əkbər, Ba duaye nüdbe dər pəqahe cümə, Movud, n.16, h.ş 1387
- Nəcəfi, Nəfisə, Negəreşi movzui bər ziyarəte Cameə Kəbirə, Səfinə, n.26, h.ş 1389
- Musapur, İbrahim, Ceşnhaye cəhane İslam, Daneşname cəhane İslam, Tehran, Bunyade dairətul-məarife İslami, 1-ci çap, h.ş 1385
- Müəddəb, Rza, Tarixu hədis, Qum, Mərkəze beynəl-miləli tərcümə və nəşre Əl-Mustafa, 2-ci çap, h.ş 1388
- Haşimi Əqdəm, Əsrarul-arifin ba şərhe duaye Kumeyl, Kitabe mahe din, n.120, 211, 122, h.ş 1386
- Yəzdani, Abbas, Mururi bər risalehaye əməliyyə (2), n.15, 16, h.ş 1377
- Halem, Haynes, Təşəyyö, Tərcümə: Muhəmməd Təqi Əkbəri, Qum, Nəşre Ədyan, 2-ci çap, h.ş 1389
Xarici keçid
- دائره المعارف بزرگ اسلامی, farsca məqalə