17 Ramazan

wikishia saytından

17 Ramazanhicri-qəməri təqvimi ilə ilin 253-cü günüdür.

  • 5 Besət: Peyğəmbərin (s) meraca getməsi (bəzi nəqllərə əsasən)
  • H.q 2: Peyğəmbərin (s) başçılığı ilə müşriklərlə Bədr döyüşünün baş verməsi.
  • H.q 2: İslamın və Peyğəmbərin (s) ən zalım müxaliflərindən olan Əbu Cəhlin ölməsi.
  • H.q 58: İslam peyğəmbərinin (s) zövcəsi Ayişənin vəfatı.
  • H.q 959: Fəqih və Məalimud-din kitabının müəllifi Həsən ibn Zeynuddin Amulinin təvəllüdü.
  • H.q 1318: Qacarlar dövrünün şiə mərcə-təqlidi olmuş Mirza Məhəmməd Haşim Xansarinin vəfatı.
  • H.q 1322: Şiə mərcə-təqlidi Molla Məhəmməd Fazilin vəfatı.
  • H.q 1350: Şiə zahidi və fəqihi Mirza Cəmaləddin Kəlbasinin vəfatı.


Ramazan ayının on yeddinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • İki rükət namaz qılınmalıdır. Birinci rükətdə Həmd surəsindən sonra hər hansı bir surə oxunmalıdır və ikinci rükətdə isə Həmd surəsindən sonra yüz dəfə Tövhid surəsi oxunmalıdır. Namazın salamından sonra yüz dəfə "La ilahə İlləllah" zikri deyilməldir.
Günün duası
اَللّهُمَّ اهْدِنِی فِیهِ لِصَالِحِ الْأَعْمَالِ

وَ اقْضِ لِی فِیهِ الْحَوَائِجَ وَ الْآمَالَ یا مَنْ لایحْتَاجُ إِلَی التَّفْسِیرِ وَ السُّؤَالِ یا عَالِماً بِمَا فِی صُدُورِ الْعَالَمِینَ

صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِینَ

Oxunuşu: Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, səlli əla Muhəmmədin və alihit-tahirin.

Tərcüməsi: İlahi, bu gün məni yaxşı əməllərə doğru yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlblərində olanları bilən, salamın olsun Mühəmməd və onun pak Əhli-beytinə!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]