21 Ramazan
21 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 257-ci günüdür.
- Bəni-İsrail peyğəmbərlərindən olan Yuşə ibn Nun və Həzrət Musanın vəfatı.
- İsa ibn Məryəmin asimana qalxması.
- H.q 40: İmam Əlinin (ə) şəhadəti.
- H.q 40: İmam Əlinin (ə) qatili İbn Mülcəm Muradidən qisasın alınması.
- H.q 40: Camaatın xilafətə görə İmam Həsənlə (ə) beyət etməsi.
- H.q 1048: Fəqih, mühəddis və şiə şairi Seyyid Macid ibn Haşim Bəhraninin vəfatı.
- H.q 1104: Vəsailuş-şiə kitabının müəllifi, fəqih və mühəddis Hürr Amilinin vəfatı.
Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir:
Ramazan ayının iyirmi birinci gününün xüsusi əməlləri və duaları | |
İyirmi birinci gecənin əməlləri |
Ya Mulicəl-ləyli vən-nəhar və mulicən-nəhari fil-ləyl... |
Günün namazı |
|
Günün duası |
وَ لاتَجْعَلْ لِلشَّیطَانِ فِیهِ عَلَیَّ سَبِیلا وَ اجْعَلِ الْجَنَّةَ لِی مَنْزِلا وَ مَقِیلا یا قَاضِی حَوَائِجِ الطَّالِبِینَDuanın oxunuşu: Əllahumməc`əl li fihi ila mərzatikə dəlila, və la təc`əl liş-şəytani fihi ələyyə səbila, vəc`əlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin. Duanın tərcüməsi: İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey istəyənlərin ehtiyaclarını ödəyən! |
Qədr gecələrinin əməlləri | |
Müştərək əməllər |
|
19-cu gecənin əməlləri |
|
21-ci gecənin əməlləri |
|
23-cü gecənin əməlləri |
|
Ramazan ayının axır on gününün duaları və əməlləri | |
Hər gecə oxunan dualar |
Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.
Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas... |
Hər namazdan sonra oxunan dualar |
Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin. |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]