27 Ramazan

wikishia saytından

27 Ramazanhicri-qəməri təqvimi ilə ilin 263-cü günüdür.

Əllamə Təbatəbainin sözlərinə görə, sünnilər arasında Qədr gecəsi Ramazan ayının 27-ci gecəsidir.[1]

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.

Ramazan ayının iyirmi yeddinci gününün xüsusi əməlləri və duaları
İyirmi yeddinci gecənin əməlləri

Allahummərzuqnit-təcafiyə ən daril-ğuruuri vəl-inabəti ila daril-xuluudi vəl-istidadi lil-məvti qəblə huluudil-fəvt.

  • Bu duanı oxumaq:

Ya maddəz-zilli və ləv şitə ləcəltəhu sakinən...

Günün namazı
  • Dörd rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra Mülk surəsi oxunmalıdır. Əgər mülk surəsini oxuya bilmirsə, iyirmi beş dəfə Tövhid surəsini oxumalıdır.
Günün duası
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ فَضْلَ لَیلَةِ الْقَدْرِ

وَ صَیرْ أُمُورِی فِیهِ مِنَ الْعُسْرِ إِلَی الْیسْرِ وَ اقْبَلْ مَعَاذِیرِی وَ حُطَّ عَنِّی الذَّنْبَ وَ الْوِزْرَ

یا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِینَ

Duanın oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.

Duanın tərcüməsi: İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[2]

İstinadlar

  1. Əllamə Təbatəbai, h.ş 1390, c.20, s.334
  2. Seyyid ibn Tavus, İqbalul-əmal, c.1, s.400