29 Ramazan
29 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 265-ci günüdür.
- H.q 648: Fəqih, mütəkəllim və "Nəhcül-Həqq" kitabının müəllifi Əllamə Hillinin təvəllüdü.
- H.q 1098: Fəqih, mühəddis və mütəkəllim Məhəmməd ibn Həsən Şirvaninin vəfatı.
- H.q 1272: Şiə mərcə-təqlidi Seyyid Həsən Sədrin təvəllüdü.
- H.q 1393: Qum-elmi hövzəsinin ustad və fəqihlərindən olan və Seyyid Musa Şübeyri Zəncaninin atası Seyyid Əhməd Şübeyri Zəncaninin vəfatı.
- H.q 1444: Şiə alimlərindən və Məhəmməd Əli Şahabadinin oğlu Nurullah Şahabadinin vəfatı.
Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.
| Ramazan ayının iyirmi doqquzuncu gününün xüsusi əməlləri və duaları | |
| İyirmi doqquzuncu gecənin əməlləri |
Ya mukəvvirəl-ləyli ələn-nəhar və mukəvvirən-nəhari ələl-ləyl... |
| Günün namazı |
|
| Günün duası |
وَ ارْزُقْنِی فِیهِ التَّوْفِیقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِی مِنْ غَیاهِبِ التُّهَمَةِ یا رَحِیما بِعِبَادِهِ الْمُؤْمِنِینَDuanın oxunuşu: Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin. Duanın tərcüməsi: İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]
| Ramazan ayının axır on gününün duaları və əməlləri | |
| Hər gecə oxunan dualar |
Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.
Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas... |
| Hər namazdan sonra oxunan dualar |
Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin. |