3 Cəmadius-sani
3 Cəmadius-sani — hicri-qəməri təqvimi ilə ilin 151-ci günüdür.
- H.q 11: Həzrət Fatimənin (ə) şəhadəti. İkinci Fatimiyyə günləri. (95 gün rəvayətinə əsasən)
- H.q 1273: İsfahan elmi hövzəsinin ustad və fəqihlərindən Mir Seyyid Həsən Müdərris İsfəhaninin vəfatı.
- H.q 1399: Şiə yazıçısı, mütəfəkkiri və filosofu Mürtəza Mütəhhərinin şəhadəti.
- H.q 1407: Kərbəlada Beynəl-hərəmeynin tikintisinin başa çatdırılması və İmam Hüseynin (ə) hərəminin günbəzinin qızıl örtüklərinin yenilənməsi.
- H.q 1421: Şiə mərcə-təqlidlərindən Hüseyn Vəhid Xorasaninin təklifi ilə Həzrət Fatimənin (ə) şəhadəti ilə əlaqədar İranda ilk rəsmi tətil.
Əməllər
- Həzrət Zəhra (ə) üçün əzadarlıq keçirmək.
- O Həzrət (ə) üçün bu duanı oxumaq:
اَلسَّلامُ عَلَيْكِ ياسَيِّدَةَ نِسآءِالْعالَمينَ اَلسَّلامُ عَلَيْكِ يا والِدَةَ الْحُجَجِ عَلَي النَّاسِ اَجْمَعينَ اَلسَّلامُ عَلَيْكِ اَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقُّها، اَللّهُمَّ صَلِّ عَلي اَمَتِكَ وَابْنَةِ نَبِيِّكَ وَزَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلوةً تُزْلِفُها فَوْقَ زُلْفي عِبادِكَ الْمُكَرَّمينَ مِنْ اَهْلِ السَّمواتِ وَاَهْلِ الْأَرَضينَ
Əssəlamu əleyki Ya Seyyidətə nisail-aləmin. Əssəlamu əleyki Ya validətəl-hucəci əlan-nasi əcməin. Əssəlamu əleyki Əyyətuhəl-məzlumətul-məmnuətu həqquha, Allahummə səlli əla əmətikə vəbnəti nəbiyyik və zəvcəti vəsiyyi nəbiyyikə sələvətən tuzlifuha fəvqə zulfi ibadikəl-mukərrəminə min əhlis-səmavati və əhlil-ərəzin.