6 Ramazan
6 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 242-ci günüdür.
- Tövratın Həzrət Musaya nazil olması.
- H.q 463: Fəqih, mütəkəllim və Şeyx Müfidin kürəkəni və şagirdi Əbuy-Əli Cəfərinin vəfatı.
- H.q 463: İmamiyyə fəqihlərindən və Şeyx Müfidin şagirdi Səllar Deyləminin vəfatı.
- H.q 1195: Şiə alimi, ruslara qarşı mübarizənin öncüllərindən olan Məhəmməd Cəfər Şəriətmədar Əstrabadinin təvəllüdü.
- H.q 1427: Şiə fəqihi, Xübrəqan məclisinin üzvü və Kaşan şəhərinin imam cüməsi Seyyid Mehdi Yəsribinin vəfatı.
Ramazan ayının altıncı gününün xüsusi əməlləri və duaları | |
Namaz |
|
Günün duası |
وَ لاتَضْرِبْنِی بِسِیاطِ نَقِمَتِک وَ زَحْزِحْنِی فِیهِ مِنْ مُوجِبَاتِ سَخَطِک بِمَنِّک وَ أَیادِیک یا مُنْتَهَی رَغْبَةِ الرَّاغِبِینَOxunuşu: Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin. Tərcüməsi: İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.