Məzmuna keç

Böyük Şeytan

wikishia saytından
Braziliyalı karikaturist: Əsər: Böyük şeytan - Carlos Latuff

Böyük Şeytan (farsca: شیطان بزرگ) ifadəsi, İmam Xomeyninin (r.ə) Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsindən sonra etdiyi çıxışında Amerikaya nisbət verdiyi bir vəsfdir.[1] İmam Xomeyni (r.ə) bu bənzətməni bir rəvayətdən götürmüşdür ki, həmin rəvayətə görə, İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsindən sonra şeytanların böyüyü (İblis) onları ətrafına toplayaraq, insanların azdırılmasının çətinləşdiyini söyləmişdir.[2] Buna əsasən, İmam Xomeyninin (r.ə) baxışına görə, İran İslam İnqilabı dövründə də "Böyük Şeytan" olan ABŞ, daxili və xarici kiçik şeytanları ətrafına toplayaraq, səs-küy salır və iğtişaş yaradır.[3] Bu ifadənin, Quranda şeytanın xüsusiyyətləri əsasında əldə edildiyi deyilir. Çünki Quranda şeytan kafir,[4] insan düşməni,[5] təkəbbürlü,[6] ixtilaf salan,[7] etibarsız,[8] fasiq və fəsad törədən,[9] özünə tərəfdarlar yığan[10] və pis əməlləri gözəl göstərən[11] bir varlıq kimi vəsf edilir. İmam Xomeyninin fikrinə görə, ABŞ-ın siyasətində bu xüsusiyyətlərin hamısı açıq-aşkar görünməkdədir.

İmam Xomeyni (r.ə) dəfələrlə "Böyük Şeytan" ifadəsini işlətmişdir. O, bu ifadəni əxlaq, Quran və etiqad mövzularında İblis və ya nəfsin şər tərəfi mənasında, siyasi mövzularda isə ABŞ-ı təsvir etmək üçün istifadə etmişdir.[12] Həmçinin o, İslam dövlətlərinin sionist rejim qarşısında aciz qaldığı hallarla bağlı etdiyi çıxışında, bu rejimi "Kiçik Şeytan" adlandırmışdır.[13] Böyük şeytan ləqəbi, İran İslam Respublikasının ikinci rəhbəri Seyid Əli Xamenei tərəfindən də dəfələrlə işlədilmişdir.[14] Onun fikrincə, İblis bütün şeytanların rəhbəri olsa da, yalnız vəsvəsə edə bilir. ABŞ isə həm vəsvəsə edir, həm də qətl, qarət edir və fitnə törədir.[15]

Həmçinin "Böyük Şeytan" ifadəsi, ABŞ-ın siyasətlərinə nifrət ifadə etmək üçün keçirilən anti-Amerika yürüşlərində də şüar kimi istifadə olunur.[16]

İstinadlar

  1. Musəvi Xomeyni, Səhifeye imam, h.ş 1378, c.10, s.489
  2. Musəvi Xomeyni, Səhifeye imam, h.ş 1378, c.10, s.489
  3. Musəvi Xomeyni, Səhifeye imam, h.ş 1378, c.10, s.489
  4. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.94
  5. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.94-96
  6. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.96-98
  7. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.98
  8. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.98-99
  9. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.98-99
  10. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.100
  11. Rəkabiyan, Məbaniye Qurani didqahhaye İmam Xomeyni dərbareye Amrika "Şeytane bozorq", s.101
  12. Təvanayi və Rəfii, Vajeye Şeytan dər ədəbiyyate Quran İslami və kəlame İmam Xomeyni (r), s.62
  13. Musəvi Xomeyni, Səhifeye imam, h.ş 1378, c.10, s.265
  14. «فیش‌های شیطان بزرگ», farsi.khamenei.ir saytı
  15. «بیانات در دیدار اقشار مختلف مردم», farsi.khamenei.ir saytı
  16. «خداحافظ ای داغ بر دل نشسته», jamaran.news saytı; «طنین شعار "الله الله اکبر آمریکا شیطان الاکبر"در سراسر عراق», jamaran.news; ««التحریر» علیه امریکا», irannewspaper.ir saytı

Ədəbiyyat