Şeytan
Şeytan (ərəbcə: شيطان) hər bir şər və üsyankar varlığın adıdır. Şeytan xüsusi ad olaraq (yaxud İblis) Adəmə səcdə etməyən və ilahi qapıdan qovulmuş bir varlığın adıdır. Alimlər şeytanın nə olduğu barədə ixtilaf ediblər, lakin əksər təfsirçilər onun cin olduğunu bildirirlər.
Şeytan və şəyatin sözü Quranda 88 dəfə işlədilir və bir çox hallarda ondan məqsəd İblisdir. Ayələrə əsasən, Şeytan Allahın Adəmə səcdə etmək əmrinə tabe olmaqdan boyun qaçırmış və qərar tutduğu məqamdan qovulmuşdur. Bundan sonra Allahdan ona Qiyamət gününə qədər möhlət verməsini istədi və Allah da ona müəyyən bir günə qədər möhlət verdi. Allah müxtəlif ayələrdə insanı şeytanın böyük təhlükəsindən xəbərdar etmiş və ondan istəmişdir ki, şeytanın vəsvəsələri onu bəndəlik yolundan çıxarmasın.
Rəvayətlərdə müxtəlif mövzular, o cümlədən şeytanın bəzi peyğəmbərlər və imamlarla olan əhvalatı, şeytandan uzaqlaşmağın yolları, şeytanın sifət və xüsusiyyətlərindən bəhs edilmişdir. İslam təlimlərinə görə, şeytan insanı ancaq vəsvəsə edib onu günaha sövq edə bilər və onun insanı günaha dəvət etməkdən başqa heç bir hakimiyyəti və qüdrəti yoxdur. O, insanı günaha məcbur edə bilməz. Şeytan və onun tərəfdarlarının sonu cəhənnəm olacaq.
Mövqeyi və əhəmiyyəti
İslam mədəniyyətində şeytan insanları azdıran, Allah qarşısında azğın və üsyankar olan hər varlığın ümumi adıdır. O, insan da cin də ola bilər. Şeytan, Qurani-Kərimdə insanların daimi düşməni kimi təqdim edilir ki, onları azdırmağa çalışır.[1] Şeytan sözü Quranda 88 dəfə keçir; 70 dəfə tək formada, 18 dəfə isə cəm şəklində, yəni “şəyatin” (şeytanlar) olaraq gəlib.[2] Əllamə Məclisi “Biharul-ənvar”da şeytanla (yaxud İblislə) bağlı məsumlardan 177 rəvayət nəql etmişdir.
Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində insanı pisliyə və günaha dəvət edən şeytanın mövcud olmasını varlığın sütunlarından biri hesab etmişdir ki, bu da insanın iradə azadlığına və kamillik yolunda irəliləməsinə dəlalət edir.[3] Şeytanın əhatə dairəsinin təkvini (yaradılış) deyil, təşrii (qanunvericilik) cəhəti olduğu bildirilir. Çünki İslam təlimlərinə görə, şeytan insanları ancaq vəsvəsə edib günaha sövq edə bilər. Həmçinin buna əsasən, onun insanları günaha dəvət etməkdən başqa onların üzərində heç bir hökmü və qüdrəti yoxdur.[4]
Şeytanın İblislə əlaqəsi
Şeytan sözü Adəmin yaradılış hekayətində ona səcdə etməyən, başqa şeytanlarla birlikdə insanları azdırmaq istəyən İblis üçün də işlədilir.[5] “Şeytan” kəlməsi bəzi hallarda, məsələn, “Bəqərə” surəsinin 36-cı ayəsində, xüsusilə İblis üçün, digər hallarda isə, məsələn, “Ənam” surəsinin 121-ci ayəsində, İblisin ordu və ardıcılları haqqında işlədilir.[6] Əllamə Təbatəbainin dediyinə görə, Quranda “şeytan” sözünün işlədilməsinin tədqiqindən və təfsirçilərin təfsirindən məlum olur ki, əksər hallarda “şeytan”dan məqsəd və ya ən azı onun bariz nümunəsi həmin İblisdir.[7] Bəziləri Şeytanın çox vaxt İblis mənasında[8] işlədildiyini bildirmişlər. Habelə belə çox işləndiyi üçün İblisin xüsusi adı kimi tanınmışdır.[9]
Cin və insandan olan şeytanlar
İslam mətnlərində, o cümlədən Quran və hədislərdə şeytanın xüsusi mahiyyəti yoxdur. Şeytan azdıran məxluq deməkdir. Bu cin də ola bilər, necə ki, İblis və onun nəsli belədir. Həmçinin insanlar da belə bir xüsusiyyətə sahib ola bilərlər. Əllamə Təbatəbai “minəl-cinnəti vən-nas” ayəsinin təfsirində deyir: “Bu cümlə “xənnas” sözünün açıqlaması üçündür və bəzi insanların şeytanlara şərik olmasına və onların arasında olmasına işarə edir.
“Ənam” surəsinin 112-ci ayəsində buyurduğu kimi «شَياطِينَ الْإِنْسِ وَالْجِنِّ» “İnsan və cin şeytanlarından”.[10]
Xüsusiyyətləri
Quranın müxtəlif ayələrində şeytan düşmən və insanın açıq-aşkar düşməni kimi təsvir edilir.[11] O, insanı açıq-aşkar azdırır (مُضِلٌ مُبین)[12] və onu ehtiyac zamanında tərk edir (خَذول).[13] O, insanlara yalan vədlər verir, onların istəklərini oyadır[14] və onları Cəhənnəmə dəvət edir.[15] Həmçinin Quranda şeytan və “kəfur şeytanlar” (nankor),[16] “əsiyy” (üsyankar),[17] marid və mərid (itaət etməyən),[18] rəcim (qovulmuş),[19] pis yoldaş,[20] və fitnəkar və fırıldaqçılar[21] kimi təqdim ediliblər. Həmçinin İblis və onun tərəfdarları, yəni bütün şeytanların son yeri cəhənnəm və ilahi qəzəbə düçar olmaqdır.[22]
Şeytanın aldatma və təsiretmə üsulları
Qurani-Kərimdə şeytanın insanları azdırmaq yolları bəyan edilmişdir; o cümlədən, düşmənçilik yaratmaq,[23] Allahı yad etmək, xüsusən də namaz qılmağa mane olmaq,[24] insanları yoxsulluqdan və digər dünya müsibətlərindən qorxutmaq[25] günahı bəzəmək və batil fikir və əməlləri gözəl göstərmək,[26] dünya nemətlərini gözəlləşdirmək və qadınları, uşaqları və malları sevimli göstərmək,[27] uzun arzuları oyatmaq,[28] fəsadı yaymaq, çirkinliyi və pisliyi təbliğ etmək[29] şeytanın insanları azdırmaq üçün istifadə etdiyi başqa üsullardandır ki, Qurani-Kərimdə qeyd olunur.
Qurani-Kərimin bəzi ayələrində şeytanın təsir gücünün məhdud və zəif olduğu bildirilir.[30] Onlar qeyb aləmləri və gizli işlər haqqında elm sahibi ola bilmir, səmavi xəbərləri əldə edə bilmirlər.[31] Əgər kimsə Allaha bəndəlik yolundadırsa, şeytanların onun üzərində hakimiyyəti yoxdur. Onların hakimiyyəti yalnız şeytanlara itaət edən şəxslərin üzərindədir.[32] Əllamə Təbatəbai və Məkarim Şirazi inanırlar ki, şeytan peyğəmbərlər və vəsilər simasına düşməkdən başqa istənilən forma və surətə düşə bilərlər.[33]
Şeytanın qarşısında durmağın üsulları
Məclisi Biharul-Ənvarda məsumlardan nəql etdiyi hədislərə əsasən yemək,[34] səfərə getmək, evdən çıxmaq,[35] dəstəmaz almaq,[36] namaz qılmaq[37] və həyat yoldaşı ilə ailə həyatı yaşamaq[38] kimi işlərin əvvəlində Allahı zikr etmək və bismillah söyləmək şeytandan uzaqlaşmağa səbəb olur.
Şeytanın yaradılışının və qüdrətli olmasının dəlilləri
Müsəlman müfəssirləri şeytanın nə üçün yaradıldığı və nəyə görə bəndələri yoldan çıxarmaq qüdrətinə sahib olduğuna dair bir sıra cavablar veriblər.[39]
Qurana əsasən, əgər şeytandan məqsəd, İblisdirsə, Adəmə səcdə etməsi üçün ona verilən əmrə itaət etmədiyinə görə, Allahın dərgahından qovulduqdan sonra Allahdan ona Qiyamət gününə qədər möhlət verməsini istədi, lakin Allah ona Qiyamətdən əvvəl olan müəyyən bir günə qədər möhlət verdi.[40] Buna görə də Allah şeytanı pis olaraq yaratmadı. Necə ki, o, altı min il Allaha ibadət etdi, mələklərlə və ibadət əhli ilə həmnişin oldu. Lakin Allah qarşısında təkəbbür göstərdiyi üçün üsyan yolunu tutdu və Allahın rəhmətindən üz çevirdi.[41] Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirində qeyd etdiyinə görə, İblisin varlığı tamamilə şər deyil, xeyirlə qarışmış şərdir.[42]
İnsanın imtahan olma vasitəsi
Qurana görə, şeytanın yaradılışı bəndələri imtahan etmək üçündür.[43] Allah həmçinin şeytanın vəsvəsələrini xəstələr və daşürəklilər üçün imtahan vasitəsi qərar vermişdir.[44]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Zuxruf surəsi, ayə 62; Yusuf surəsi, ayə 5; Kəhf surəsi, ayə 50; İsra surəsi, ayə 53; Bəqərə surəsi, ayə ayə 167
- ↑ Əsgəri, Mənaşenasi nuin əz vajeye Şeytan, s.214
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.8, s.38
- ↑ و ما کان لی علیکم من سلطان الا ان دعوتکم فاستجبتم لی, İbrahim surəsi, ayə 22
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1375, c.29, s.192
- ↑ Əsqəri, Mənaşenasi nuin əz vajeye Şeytan, s.214
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.7, s.321
- ↑ Alusi, Ruhul-məani, h.q 1417, c.4, s.202
- ↑ Şəbustəri, Əlamul-Quran, h.ş 1379, s.83
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, İsmailiyyan nəşriyyatı, c.20, s.397
- ↑ Yasin surəsi, ayə 60; Kəhf surəsi, ayə 50; Fatir surəsi, ayə 6; Bəqərə surəsi, ayə 208 və 168; Ənam surəsi, ayə 142; Yusif surəsi, ayə 5
- ↑ Qəsəs surəsi, ayə 15; Sad surəsi, ayə 82
- ↑ Furqan surəsi, ayə 29
- ↑ Nisa surəsi, ayə 120
- ↑ Loğman surəsi, ayə 21
- ↑ İsra surəsi, ayə 27
- ↑ Məryəm surəsi, ayə 44
- ↑ Saffat surəsi, ayə 7; Nisa surəsi, ayə 117
- ↑ Təkvir surəsi, ayə 25; Nəhl surəsi, ayə 98
- ↑ Nisa surəsi, ayə 38
- ↑ Əraf surəsi, ayə 7, 22, 27; Taha surəsi, ayə 20 və 120
- ↑ Sad surəsi, ayə 84 və 85; İsra surəsi, ayə 63
- ↑ إِنَّما یریدُ الشَّیطَانُ أَن یوقِعَ بَینَکم العَدَ وةَ والبَغضَاءَ فِی الخَمرِ والمَیسرِ و یصدَّکُم عَن ذکرِاللهِ و عَن الصَّلوَةِ فَهل أَنتم مُنتهونَ, Maidə surəsi, ayə 91
- ↑ إِنَّما یریدُ الشَّیطَانُ أَن... یصدَّکُم عَن ذکرِ اللهِ و عَن الصَّلَوةِ(Maidə surəsi, ayə 91) ؛ استَحوذَ عَلیهِمُ الشَّیطَانُ فأَنسَهُم ذِکرَاللهِ أُولَلِکَ حِزبُ الشَّیطَانِ أَلا إِنَّ حِزبَ (Kəhf surəsi, ayə 63; Yusif surəsi, ayə 42)مَا أَنسَنِیهُ إلاَّ الشَّیطَانُ(Mücadilə surəsi, ayə 19)الشَّیطَانِ همُ الخَسِرونَ
- ↑ الشَّیطَنُ یعدِکُم الفَقَر (Bəqərə surəsi, ayə 268)
- ↑ قَالَ ربِّ بِما أَغویتَنِی لاَُزَیننَّ لَهم فِی الأَرضِ, Hicr surəsi, ayə 39
- ↑ Ali-İmran surəsi, ayə 14
- ↑ ولاَُضِلَّنَّهم ولاَُمنِّینَّهم, Nisa surəsi, ayə 119; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1411, c.11, s.38-39; Təbəri, Cameul-bəyan, h.q 1415, c.4, s.381
- ↑ و مَن یتَّبِع خُطُوتِ الشَّیطَانِ فإِنّهُ یأمرُ بِالفَحشاءِ والمُنکَرِ, Nur surəsi, ayə 21
- ↑ إِنَّ کَیدَ الشَّیطَنِ کانَ ضَعیفاً, Nisa surəsi, ayə 76
- ↑ و حَفظنها مِن کلِّ شیطن رجیم إِلاَّ مَنِ استَرقَ السَّمعَ فَأَتبَعَهُ شِهابٌ مُبِینٌ , Hicr surəsi, ayə 17 və 18; Saffat surəsi, ayə 6-10; Mülk surəsi, ayə 5
- ↑ إِنَّ عِبادِی لَیسَ لَکَ عَلیهِم سُلطَنٌ إِلاَّ مَنِ اتَّبَعکَ مِن الغَاوینَ, Hicr surəsi, ayə 42; إِنَّ عِبادی لَیسَ لَکَ عَلیهِم سُلطَنٌ و کَفَی بِربِّکَ وَکِیلا (İsra surəsi, ayə 65); Nəhl surəsi, ayə 99
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.8, s.62; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1375, c.7, s.202
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.60, s.203, hədis 25 və 26
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.60, s.201-202, hədis 21
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.60, s.203, hədis 27
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.60, s.202, hədis 24
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.60, s.201, hədis 19; s.202, hədis 23; s.207, hədis 42
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.8, s.54-69
- ↑ قَالَ رَبِّ فَأَنظِرنِی إِلَی یومِ یبعثونَ قَالَ فَإِنّکَ مِن المُنظَرینَ الی یوم الوقت المعلوم, Hicr surəsi, ayə 36-37
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, xütbə 192, s.285, 286
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.8, s.37
- ↑ و مَا کَانَ لهُ عَلیهم مِن سُلطَن إِلاَّ لِنعلمَ مَن یؤمنُ بِالأَخرةِ مِمّن هُوَ مِنها فِی شَکّ, Səbə surəsi, ayə 21
- ↑ لِیجعَلَ مَا یلقِی الشَّیطَنُ فِتنةً لِلَّذینَ فِی قلوبِهم مَرضٌ والقَاسِیةِ قُلوبُهم , Həcc surəsi, ayə 53
Ədəbiyyat
- Qurani-Kərim
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-fikr, h.q 1415
- Əsqəri, Mənaşenasi nuin əz vajeye Şeytan, h.ş 1389
- Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, Came müdərrisin, h.ş 1374
- Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, h.ş 1374, İsmailiyyan nəşriyyatı
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411\m. 1990
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1375
- Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Beyrut, Darul-kutubil-Lubnani, m.1980
Xarici keçidlər
- دائرة المعارف بزرگ اسلامی, farsca məqalə
- سایت حوزه, farsca məqalə
- اسلام پدیا, farsca məqalə