Baqirul-ulum (ləqəb)

wikishia saytından
(Baqirul-ulum səhifəsindən yönləndirilmişdir)
Bu məqalə İmam Baqir (ə)-ın ləqəbi barəsindədir. İmamın şəxsiyyəti barədə məlumat almaq üçün İmam Muhəmməd Baqir (ə) məqaləsinə daxil olun.

Baqirul-ulum (ərəbcə: باقر العلوم) və ya Baqir (ərəbcə: الباقر) adı İmam Muhəmməd Baqirin (ə) ən məşhur ləqəbidir.[1] “İləluş-şəraye” kitabında Cabir ibn Yəzid Cufidən nəql olunur ki, “Nə üçün 5-ci imamı “Baqir” adlandırmışlar” - deyə, soruşduqda: “Çünki o, həqiqətən, elmləri yarıb keçib” - deyə cavab verdi.[2]

Hicri-qəməri tarixlə IX-X əsrlərdə yaşamış əhli-sünnə alimi Fəzl ibn Ruzbehanın “Vəsilətul-xadim” kitabında qeyd olunur ki, 5-ci imama (ə) Peyğəmbər (s) bu ləqəbi vermişdir.[3] İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, Peyğəmbər (s) “Baqir” ləqəbini məxsus bir fəzilət olaraq, İmam Baqirə (ə) vermişdir.[4] Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə xəbər verir ki, sən yaşayacaqsan və “Tövrat”da Baqir adlanan övladımı, yəni Muhəmməd ibn Hüseyn ibn Əli ibn Əbu Talibi görəcəksən. Onu görəndə mənim salamımı ona çatdırarsan.[5]

Sibt ibn Cəvzinin (vəf. 654 h.q.) “Təzkirətul-xəvass” adlı əsərində nəql edlən başqa bir versiyaya əsasən, İmam Baqir (ə) çox səcdə etdiyinə görə alnı batıq idi və bu səbəbdən onu “Baqir” adlandırmışlar.[6]

Əlaqəli məqalələr

İstinadlar

  1. Qummi, Muntəhul-əmal, h.ş 1379, c.2, s.1263
  2. Səduq, İləluş-şəraye, h.q 1389, c.1, s.233
  3. Xunci İsfəhani, Vəsilətul-xadim, h.ş 1375, s. 190
  4. Mufid, Əl-ixtisas, h.q 1414, s. 62
  5. Məclisi, Biharul-ənvar, 1363, c. 46, s.225
  6. Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.302

Ədəbiyyat

  • Xunci İsfəhani, Fəzlullah, Vəsilətul-xadim iləl-məxdum, Qum, Nəşr: Ənsariyan h.ş 1375
  • Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • Səduq, Muhəmməd ibn Əli, İləluş-şəraye, Təhqiq: Muhəmməd Sadiq Bəhrul-ulum Nəcəf-Əşrəf, Mənşuratu məktəbətil-Heydəriyyə, h.q 1385
  • Qummi, Abbas, Muntəhul-amal, Qum, Cameə Mudərrisin, h.ş 1379
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, h.ş 1363
  • Mufid, Muhəmməd ibn Numan, Əl-ixtisas, Təhqiq: Əli Əkbər Ğəffari, Beyrut, Darul-mufid, h.q 1414