Rza (ləqəb)

wikishia saytından
Bu məqalə İmam Rzanın (ə) ləqəbi barəsindədir. İmam Rzanın (ə) şəxsiyyəti barədə məlumat almaq üçün İmam Rza (ə) məqaləsinə daxil olun.

Rza (ərəbcə: الرضا) adı İmam Əli ibn Musanın (ə) ən məşhur ləqəbidir[1] və “bəyənilmiş”, “razı qalınmış” mənasını verir.[2]

Uyun əxbarir-Riza” kitabında nəql edilən bir hədisə əsasən, şiələrin 8-ci imamına Allah-taala “Rza” ləqəbini vermişdir. Həmin hədisdə deyilir ki, Əhməd ibn Bəzənti İmam Cavaddan (ə) soruşur: “Sizin müxaliflərinizdən bəziləri hesab edirlər ki, atanız, xəlifə Məmunun vəliəhdi olmağa razı olduğuna görə Məmun ona “Rza” ləqəbini verib”. İmam Cavad (ə) cavab verir: “Allaha and olsun ki, yalan deyirlər və nalayiq bir iş görürlər. Atam Əli ibn Musanı (ə) Allah “Rza” adlandırıb. Çünki o, göylərdə Allah üçün, yerdə isə Peyğəmbər (ə) və digər imamlar (ə) üçün razı qalınmış bir şəxs idi”.[3] Hədisin ardında deyilir ki, Bəzənti İmam Cavaddan (ə) soruşur: “Bütün ata-babaların (imamlar) Allahın, Peyğəmbərin (s)imamların (ə) razı qaldığı şəxslər deyildimi? Necə oldu ki, yalnız atan “Rza” adını aldı?” İmam (ə) buyurdu: “Çünki dostları və tərəfdarları ondan razı olduğu kimi, düşmənləri və müxalifləri də ondan razı idilər. Halbuki ata-babaları belə deyildi. Buna görə də yalnız atam “Rza” almışdır”.[4]
“Uyun əxbarir-Riza” kitabında Süleyman ibn Həfs Mərvəzidən nəql edilən bir hədisə əsasən, İmam Rzanın (ə) atası İmam Kazim (ə) onu “Rza” adlandırmış və bu ləqəbi onun haqqında işlətmişdir.[5]

Bəzi tarix kitablarında verilən məlumata görə, İmam Əli ibn Musa (ə) Abbasi xəlifəsi Məmunun vəliəhdliyini qəbul etdikdə Məmun ona “Rza” ləqəbini verdi[6] və onu “ər-Riza min Ali-Muhəmməd” adlandırdı.[7]
Almaniyalı islamşünas Vilferd Madelunqun (təvəllüdü 1930) fikrincə, “ər-Riza min Ali-Muhəmməd” (Muhəmməd ailəsindən razı qalınmış, qəbul edilmiş) adı əvvəllər Peyğəmbər (ə) nəslindən xilafəti bütün müsəlmanlar tərəfindən qəbul olunan şəxslər barəsində işlənirdi.[8] Tarixçi Seyyid Cəfər Mürtəza Amili (1364-1441 h.q.) Məmunun vəziri Fəzl ibn Səhlin İmam Rzaya (ə) məktubunda işlətdiyi “Rza” ləqəbinə əsasıanaraq hesab edir ki, “Rza” adı imamın (ə) ləqəbi idi, amma Məmun həmin məktubdan ilham alaraq onu imamın (ə) rəsmi ləqəbi etmişdir.[9]

Əlaqəli məqalələr

İstinadlar

  1. Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.13
  2. Sahib ibn İbad, Əl-muhitu fil-lüğət, h.q 1414, c.8, s.42
  3. Səduq, Uyunu əxbarir-Riza, h.q 1378, c.1, s.13
  4. Utaridi, Musnədul-İmamir-Riza (ə), h.q 1406, s.10
  5. Səduq, Uyunu-Əxbarir-riza (ə) h.q 1378, c.1, s.14
  6. İbn Kəsir, Əl-kamil, h.q 1385, c.6, s.326
  7. Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.315
  8. Madelunq, Pərvənde Əli ibn Musa Riza (ə), s.7
  9. Amili, Əl-həyatus-siyasiyyə lil-İmamir-Riza (ə), Muəssisətun-nəşril-İslami, s.204

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Muhəmməd, Əl-kamil fit-tarix, daru Sadir, Beyrut, 1-ci çap, h.q 1385
  • Əmin, Seyyid Mohsin, Əyanuş-şiə, Beyrut, h.q 1403
  • Sibt İbn Cəvzi, Təzkirətul-xəvass minəl-əimməti fi zikri xəsaisil-əimmə, Qum, Mənşuratuş-şərifir-riza, h.q 1418
  • Sahib ibn İbad, İsmail, Əl-muhitu fil-luğət, Düzəliş: Muhəmməd Həsən Ali Yasin, Alimul-kitab, h.q 1414
  • Səduq, Muhəmməd ib Əli, Uyunu əxbarir-riza, Tehran, Nəşre cəhan, h.q 1378
  • Amili, Seyyid Cəfər Mürtəza, الحیاة السیاسیة للامام الرضا(ع) دراسة و تحلیل eshia.ir saytı, Muəssisətun-nəşril-İslami
  • Utaridi, Əzizullah, Musnədul-İmamir-Riza, Məşhəd, Astane qüdse Rəzəvi, h.q 1406
  • Madelunqun, Vilferd, پرونده: علی بن موسی الرضا(ع) noormags.ir saytı, tərcümə: Əhməd, Ettelaate hikmət və mərifət, 3-cü il, n.8, h.ş 1387
  • Mustəfid və Ğəffari, Həmidrıza və Əli Əkbər, Tərcümə: Uyunu əxbarir-Riza, Tehran, 1-ci çap, h.ş 1372