Sadiq (ləqəb)

wikishia saytından
Bu məqalə İmam Sadiq (ə)-ın ləqəbi barəsindədir. İmamın həyatı barədə geniş məlumat üçün İmam Sadiq (ə) məqaləsinə daxil olun.

Sadiq (ərəbcə: الصادق) adı şiələrin 6-cı imamının ən məşhur ləqəbidir.[1] Həm sözündə, həm də əməlində doğruçu olduğuna görə bu ləqəbi qazanmışdır.[2] Həmçinin qeyd olunur ki, İmam Sadiqin (ə) həyatında heç bir yanlış hərəkət olmadığına görə ona bu ləqəb verilmişdir.[3] İmam Səccaddan (ə) nəql edilən bir hədisə əsasən, Cəfər Kəzzabdan seçilsin deyə 6-cı imama “Sadiq” deyilib.[4] Həmin hədisə görə, şiələrin 4-cü imamı Əli ibn Hüseyndən (ə) soruşulur: “Nə üçün səma əhli 6-cı imamı “Sadiq” adlandırır? Halbuki siz imamlar hamınız sadiq və doğruçusunuz. İmam (ə) cavab verdi: Atam nəql edir ki, cəddi Peyğəmbər (s) buyurub: Cəfər ibn Muhəmməd ibn Hüseyn dünyaya gəldikdə onu “Sadiq” adlandırın. Çünki onun nəslindən gələn 5-ci övladın (nəvəsinin nəticəsi) adı Cəfər olacaq və yalandan imamlıq iddiası edəcək. Allah yanında o, Cəfər Kəzzab və Allaha iftira atan kimi tanınacaq”.[5] “İləluş-şəraye” kitabında da 6-cı imamın Sadiq adlanması haqda belə bir izah vardır.[6]

Bəzilərinin fikrincə, İmam Sadiq (ə) öz dövrünün qiyamlarında iştirak etməkdən çəkindiyinə görə “Sadiq” ləqəbini almışdır. Çünki o zaman insanları öz ıtrafına yığıb hakimiyyətə qarşı təhrik edən şəxslərə “Kəzzab” (yalançı) deyilirdi.[7]

Habelə Əbulfərəc İsfahaninin (284-356 h.q.) “Məqatilut-talibin” kitabında nəql etdiyi bir hədisə əsasən, 6-cı imamın, Nəfsi-Zəkiyyənin (əsl adı Muhəmməd ibn Abdullah ibn Həsən) qətli ilə bağlı qeybi xəbəri düz çıxdığına görə Mənsur Abbasi (hakimiyyət illəri 136-158 h.q.) hakimiyyətə gəldikdən sonra İmamı “Sadiq” adlandırmışdır[8]

Əlaqəli məqalələr

İstinadlar

  1. Məclisi, Cəlaul-uyun, h.ş 1382, s.869
  2. Muzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.2, s.190
  3. Məclisi, Biharul-Ənvar, h.ş 1363, c.47, s.33
  4. Qummi, Muntahul-amal, h.ş 1379, c.2, s.1336
  5. Qummi, Muntahul-amal, h.ş 1379, c.2, s.1336
  6. Səduq, İləluş-şəraye, h.q 1408, c.1, s.274
  7. Pakətçi, Cəfər Sadiq (ə), İmam, s.181
  8. Əbulfərəc İsfahani, Məqatilut-talibin, h.q 1385, s.173

Ədəbiyyat

  • Əbulfərəc İsfəhani, Əli ibn Hüseyn, Məqatilut-taalibin, müqəddimə: Kazimul-Muzəffər, Qum, h.q 1385, m. 1965
  • Pakətçi, Əhməd, Cəfər Sadiq (ə), İmam, Tehran, Dayrətul-məraif bozorqe İslami, c.18, Mərkəze dairətul-məarife bozorqe İslami, h.ş 1389
  • Səduq, Muhəmməd ibn Əli, İləluş-şəraye, Beyrut, h.q 1408
  • Qummi, Şeyx Abbas, Muntəhul-amal fi təvarixin-Nəbi və Ali, Qum, h.ş 1379
  • Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Tehran, İslamiyyə, h.ş 1363
  • Məclisi, Muhəmməd Baqir, Cəlaul-uyun, Qum, Surur, h.ş 1382
  • Muzəffər, Muhəmməd Hüseyn, Əl-İmamus-Sadiq (ə) Qum, Cameə Mudərrisin, h.q 1421