Beş nəfərim var ki, onlarla cəhənnəmin odunu söndürürəm
![]() | |
Mövzu | Beş kimsənin mədhi |
---|---|
Dil | Ərəbcə |
Beytlərin sayı | 2 |
Tətbiq | Təvəssül və mədh |
Beş nəfərim var ki, onlarla cəhənnəmin odunu söndürürəm (ərəbcə: لي خمسة أطفي بهم حر الجحيم) ifadəsi, Ərəb dilində iki beytdən ibarət, beş kimsənəni mədh edən və onlara təvəssül edilən bir şeirdir.[1] Bu şeirdə deyilir ki, mən beş nəfərə təvəssül edirəm və bununla da cəhənnəm odunu özümdən uzaqlaşdırıram. Bu beş nəfər Həzrət Muhəmməd (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimədir (s).[2]
Müqəddəs Ərdəbiliyə görə, bu iki beyti oxumaq insanı cəhənnəm odundan xilas etməklə yanaşı, hacətlərin qəbul olmasına da səbəb olur.[3] O, bunu sınanmış bir üsul kimi qeyd etmişdir.[4] Bəzi insanlar isə bu beyti oxumağın, üstündə gəzdirməyin və evin qapısından asmağın taun xəstəliyinin qarşısını almaq üçün faydalı olduğunu bildirmişlər.[5]
Bu beytlər dini məkanların, o cümlədən İmam Əlinin (ə) hərəminin cənub qapısının bəzədilməsi üçün istifadə edilmişdir.[6] Bəzi məlumatlara görə, Təbəs qalasında da üzərinə bu beytlər həkk olunmuş daş lövhə mövcuddur.[7] Müxtəlif ölkələrdən olan şiə və qeyri-şiə məddahları bu şeirdən Peyğəmbər (s) və onun Əhli-beytini (ə) mədh etmək üçün istifadə etmişlər.[8] Bu şeirin mətni belədir:
Müxtəlif mənbələrdə bu iki beyt fərqli ifadələrlə nəql edilmişdir.[10] Məsələn, bəzi rəvayətlərdə "hərrəl-cəhim" yerinə "narəl-cəhim" gəlib[11] Digər mənbələrdə isə "utfi bihim" yerinə "utfî biha" ifadəsi işlədilmişdir.[12] Başqa bir nəqlə əsasən "cəhim" ifadəsi yerinə "ləhib",[13] "ibnəhuma" kəlməsi yerinə "ibnəyhuma" sözləri gəlib.[14] Bəzi mənbələrdə isə "hərrəl-cəhim" əvəzinə "hərrəl-vəba" qeydə alınıb.[15]
Bu şeiri nəql edən mənbələr onun müəllifinin adını çəkməmişlər.[16] Bəzi alimlər bu beytləri Yəmənin Əmirüş-şüəra ləqəbli şairi Həsən ibn Əli Həbələ (h.q. 1079-cu ildə vəfat etmiş) aid etmişlər.[17] Lakin bəzi dəlillərə əsasən, bu sözün doğru olmadığı söylənmişdir.[18]
İstinadlar
- ↑ Baxın: Kaşani, Mənhəcus-sadiqin, h.ş 1336, c.9, s.119-120; Meşkini, Əl-Məvaizul-ədədiyyə, h.ş 1392, c.2, s.271
- ↑ Baxın: Kaşani, Mənhəcus-sadiqin, h.ş 1336, c.9, s.119-120; Meşkini, Əl-Məvaizul-ədədiyyə, h.ş 1392, c.2, s.271
- ↑ Müqəddəs Ərdəbili, Hədiyqətuş-şiə, h.ş 1383, s.233-234
- ↑ Müqəddəs Ərdəbili, Hədiyqətuş-şiə, h.ş 1383, s.233-234
- ↑ Muntəxəbat nəsimatul-əshar, s.174
- ↑ Hirzuddin, Tarixun-Nəcəfil-Əşrəf, h.ş 1385, s.240
- ↑ «ارگ طبس» tebyan.net saytı
- ↑ «لی خمسة اطفی بهم نار الجحیم الحاطمه-توفیق المنجد»
- ↑ Meşkini, Əl-Məvaizul-ədədiyyə, h.ş 1392, c.2, s.270-271
- ↑ Hirzuddin, Tarixun-Nəcəfil-Əşrəf, h.ş 1385, s.298
- ↑ Hirzuddin, Tarixun-Nəcəfil-Əşrəf, h.ş 1385, s.298
- ↑ Deyləmi, Ğurərul-əxbar, h.ş 1385, s.298
- ↑ Ləhci, Muntəhəs-suul, h.q 1426, c.2, s.386
- ↑ əş-Şami, Müqəddimə, Əl-Həbəlin divanında, s.16
- ↑ Bir qrup yazıçı, Musuətu firəqil-muntəsibəti lil-İslam, c.8, s.361
- ↑ Nümunə üçün baxın: Deyləmi, Ğurərul-əxbar, h.ş 1385, s.298; Müqəddəs Ərdəbili, Hədiyqətuş-şiə, h.ş 1383, s.234
- ↑ الحسن بن علی الهبل, imamhussain.org saytı
- ↑ əş-Şami, Müqəddimə, Əl-Həbəlin divanında, s.16
Ədəbiyyat
- «ارگ طبس, tebyan.net saytı
- الحسن بن علی الهبل, imamhussain.org saytı
- Bir qrup yazıçı, Musuətu firəqil-muntəsibəti lil-İslam
- Hirzuddin, Məhəmməd Hüseyn, Tarixun-Nəcəfil-Əşrəf, Təhqiq: Hirzuddin Əbdür-Rəzzaq, Qum, h.ş 1385
- Deyləmi, Həsən, Ğurərul-əxbar, Qum, Dəlile ma, h.ş 1385
- əş-Şami, Əhməd ibn Məhəmməd, Müqəddimə, Əl-Həbəlin divanında, Səna, Darul-yəməniyyə, 1-ci çap, h.q 1404
- Kaşani, Molla Fəthullah, Mənhəcus-sadiqin, Tehran, h.ş 1336
- Ləhci, Abdullah ibn Səid, Muntəhəs-suul, Ciddə, Darul-minhac, h.q 1426
- «لی خمسة اطفی بهم حر الجحیم الحاطمه||مقطوعه رائعه||السید هانی الموسوی||باکستان کراتشی»
- «لی خمسة اطفی بهم نار الجحیم الحاطمه-توفیق المنجد»
- «لی خمسة اطفی بها حر الوباء الحاطمه-مقام الشد عربان-شغل ترکی»
- Meşkini, Əli, Əl-Məvaizul-ədədiyyə, Qum, Darul-hədis, h.ş 1392
- Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Hədiyqətuş-şiə, Düzəliş: Sadiq Həsənzadə və Əli Əkbər Zamani, Qum, Ənsariyan, h.ş 1383