Borc

wikishia saytından
(Borc almaq səhifəsindən yönləndirilmişdir)

Borc (ərəbcə: القرض) insanın öz malını - qarşı tərəfin qaytarmaq haqqında öhdəçiliyi əsasında – digər birinə verməsidir. Quran ayələri və hədislərə əsasən borc vermək müstəhəb sayılır və borc verən şəxsə böyük savab verilir. Borc verməyin əhəmiyyəti haqqında qeyd olunmuşdur ki, “qərzül-həsənə” sanki Allaha borc verməkdir. Qərzül-həsənə, halal maldan verilən və qarşı tərəfə minnət qoymaqla və ya əziyyət verməklə korlanmayan borc vermədir. Hədislərdə borcu alarkən yaxşı davranmaq tövsiyə edilmişdir.

Borc verməyin düzgünlüyü haqqında həddi buluğa çatmaq, ağıllı olmaq, ixtiyar sahibi sayılmaq və borc vermək məqsədi olmaq kimi ümumi şərtlərdən əlavə xüsusi şərtləri də vardır. Məsələn, əgər borcun qaytarılması üçün müddət təyin edilmişsə borc verən həmin müddət çatmazdan əvvəl öz borcunu geri istəyə bilməz. Həmçinin, borcu ödəməyi gecikdirmək günah hesab edilir. Borc verərkən verilən miqdardan artıq qaytarmağı şərt qoymaq riba sayılır və haramdır.

Etimologiya

Borc insanın öz malını qarşı tərəfin qaytarmaq haqqında öhdəçiliyi əsasında digər birinə verməsidir.[1] Quran ayələrində, “qərzül-həsənə” yaxşı borc vermək mənasında işlədilmişdir.[2] Bu əsasla, yaxşı borc vermək odur ki, halal maldan verilmiş olsun və qarşı tərəfə minnət qoymaq və əziyyət verməklə korlanmasın.[3] Qərzül-həsənə fiqhi mənada ribasız olan borc verməyə deyilir.[4]

Borc verməyin əhəmiyyəti

Quran ayələrində və hədislərdə qərzül-həsənənin əhəmiyyətinə təkid edilmişdir və bu iş sanki Allaha borc vermək sayılmışdır.[5] Peyğəmbərin (s) hədisinə əsasən borc vermək hətta sədəqə verməkdən belə üstündür.[6] Bəqərə surəsinin 245-ci ayəsi, Maidə surəsinin 12-ci ayəsi, Hədid surəsinin 11 və 18-ci ayələri, Təğabun surəsinin 17-ci ayəsi və Müzzəmmil surəsinin 20-ci ayəsi qərzül-həsənə haqqındadır.[7] Quran ayələri və Peyğəmbər (s) və Əhli beytdən (ə) nəql edilən hədislərə əsasən, borc vermək müstəhəb əməllərdən biridir və borc verən şəxsə Qiyamət günündə çoxlu mükafat veriləcəkdir.[8] Borcu geri alarkən yaxşı davranmaq və borclu şəxslə mülayim rəftar etmək məsum İmamlar (ə) tərəfindən tövsiyə edilmişdir. İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, ehtiyaclı bir şəxsə borc verən və borcu alarkən yaxşı rəftar edən şəxsin günahları bağışlanır.[9]

Hədislərdə borc verməyə tövsiyə edilməklə yanaşı borc almaq pislənilmişdir. O cümlədən, imam Əliyə (ə) aid edilən bir hədisdə borc almaq qadağan edilmişdir və bu iş gündüzün zəlilliyi, gecənin isə qəm-qüssəsi hesab edilmişdir.[10]

1978-ci ildə İran İslam İnqilabından öncə İranın müxtəlif yerlərində ehtiyaclı şəxslərə borc vermək, həmçinin banklarda mövcud olan ribadan çəkinmək məqsədi ilə qərzül-həsənə müəsissələri yaradılmışdır.[11] Onun hökmləri tozihul-məsail risalələrində açıqlanmışdır.[12]

Borcun fiqhi hökmləri

Fiqhdə borcun mənası insanın öz malını bir şəxsin mülkiyyətinə verməsi eyni zamanda da həmin şəxsin o malı qaytaracağı haqqında öhdəçilik verməsidir.[13] Borc vermənin düzgün sayılması üçün, həddi buluğa çatmaq, ağıllı olmaq, ixtiyar və borc vermək məqsədinin olması kimi ümumi şərtlərdən əlavə bəzi xüsusi şərtləri də vardır. O cümlədən, borc verilən malın şəri baxımından mülkiyyətə keçmə icazəsi olmalıdır. Şərab və donuz şəri baxımdan mülkiyyətə keçə bilmədiyi üçün borc verilə bilməz. Həmçinin borc verilən şey müəyyən edilməlidir, qeyri-müəyyən ola bilməz.[14]

Borcun bəzi hökmləri

Şiə fiqhinə əsasən, borc müqaviləsində borcun qaytarılması üçün müddət təyin edildiyi halda borc verən həmin müddətdən öncə öz borcunu geri istəyə bilməz.[15] Amma müddət təyin edilməmişdirsə istədiyi vaxt öz borcunu tələb edə bilər. Borc verən öz borcunu istədiyi vaxt borclu şəxs dərhal öz borcunu qaytarmalıdır və borcu qaytarmağı yubatmaq günah hesab edilir.[16]

Borcda riba

Borcla əlaqəli olan fiqhi məsələlərdən biri də riba məsələsidir. Borcda riba, - borc verən zaman vurğulanıb vurğulanmadığından asılı olmayaraq - borc verənin verdiyi miqdardan artıq alacağını şərt etmək mənasındadır.[17] Əlbəttə, borclu şəxsin öz borcunu qaytaran zaman könüllü olaraq (əvvəlcədən şərt edilmədən) verdiyi məbləğ şiəəhli-sünnə fəqihlərinin fətvasına əsasən riba sayılmır və haram deyildir.[18]

İstinadlar

  1. Muəssisətu dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, c.6, h.ş 1395, s.549
  2. Bəqərə surəsi, ayə 245; Müzəmmil surəsi, ayə 20; Təğabun surəsi, ayə 17; Hədid surəsi, ayə 11 və 18
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.607
  4. Cəvadi Amuli, Təsnim, h.ş 1385, c.11, s.583
  5. Məkarim Şirazi, Riba və bankdariye İslami, h.ş 1380, s.127
  6. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.10
  7. Məkarim Şirazi, Riba və bankdariye İslami, h.ş 1380, s.127
  8. Fəllahzadə, Əhkame din, h.ş 1374, s.186; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.652
  9. Səduq, Səvabul-əmal, h.q 1406, s.289
  10. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.95, hədis 11; Amidi, Ğurərul-hikəm, h.q 1410, s.363, hədis 8214; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, m.1964, c.20, s.306, hədis 503
  11. Əhmədi Miyanəci, Xaterate Ayətullah Əli Əhmədi Miyanəci, s.86; Şərifzadə, Qoncineye daneşməndan, h.ş 1370, c.9, s.102, 209, 270 və 343
  12. Safi Qolpayqani, Cameul-əhkam, h.ş 1385, c.2, s.302-303
  13. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.651
  14. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.652
  15. Usuli, Risaleye tozihul-məsail, Dəftəre enteşarate İslami, c.2, s.391, məsələ: 2275
  16. Usuli, Risaleye tozihul-məsail, Dəftəre enteşarate İslami, c.2, s.391, məsələ: 2276
  17. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.25, s.5-7; Məkarim Şirazi, Bərresiye turuqe fərar əz riba, h.ş 1380, s.17-19
  18. Şəfii Mazandarani, Vam və riba dər negəreşe İslami, h.ş 1379, s.75

Ədəbiyyat

  • Quran
  • Amidi, Əbdül-Vahid ibn Məhəmməd, Ğurərul-hikəm, Qum, Darul-kitabil-İslami, h.q 1410
  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Qum, m.1964
  • Əhməd Miyanəci, Əli, Xaterate Ayətullah Əli Əhmədi Miyanəci
  • Usuli, Ehsan və Məhəmməd Həsən Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Ən-Nəcəful-Əşrəf, h.q 1390
  • Cavadi Amuli, Abdullah, Təsnim, İsra nəşri, h.ş 1385
  • Şərifzadə, Məhəmməd, Qonciyneye daneşməndan, c.9, Qum, h.ş 1370
  • Şəfii Mazandarani, Məhəmməd, Vam və riba dər negəreşe İslami, Məşhəd, Astane Qodse Rəzəvi, h.ş 1379
  • Safi Qolpayqani, Lütfullah, Cameul-əhkam, Qum, h.ş 1385
  • Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, h.q 1406
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Tehran, Nasir Xosrov nəşri, h.ş 1372
  • Fəllahzadə, Məhəmməd Hüseyn, Əhkame din, Tehran, h.ş 1386
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Bərresiye turuqe fərar əz riba, Qum, h.ş 1380
  • Məkarim Şirazi, Nasir, Riba və bankdariye İslami, Qum, h.ş 1380
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1369