Halal

wikishia saytından

Halal (ərəbcə: الحلال) haramın əksidir. Şəriət və ağıl baxımından qanuni və icazəli olan deməkdir. Bəzi fiqhi mənbələrdə "halal" kəlməsi "mübah" sözünün sinonimi sayılır, lakin bu ikisinin fərqində deyirlər ki, halal mükəlləflərin əməllərinə birbaşa aid olmayan hökmlərdəndir və daha ümumidir. Çünki mübah olan hər şey halaldır, lakin hər halal mübah deyil.

Fəqihlərin nəzərinə görə, əgər bir şeyin haram və ya halal olmasında şəkk olarsa, "hilliyyət" prinsipinə əsasən onun halal olmasına hökm verilir. Hədislərdə halal-haramın hökmlərini öyrənmək və halal ruzi qazanmaq əmr edilmişdir.

2007-ci ildə Halal mədəniyyətini yaymaq üçün Qlobal Halal İnstitutu yaradılıb. Həmçinin Ramazan ayının 17-si Ümumdünya Halal Günü adlandırılıb.

Tərif

Halal haramın əksidir. Şəriət və ağıl baxımından qanuni və icazəli olan deməkdir.[1] Başqa sözlə desək, o ki, ondan haramlıq hökmü götürülüb və onu etmək və tərk etmək cəzaya səbəb olmaz.[2]

Halal kəlməsi lüğətdə "düyünü açmaq" mənasındadır.[3] Əli Əkbər Qureşinin fikrincə, "Hill" halal mənasındadır. Həmçinin bir şeydə açmaq və məcazi olaraq rahatlığın yaranması mənasında işlənir. Halal isə qadağandan açılandır.[4] Yəni qadağa hökmünün ondan götürülməsidir.

Bəzi tədqiqatçılara görə, fəqihlərin sözlərində "Yəcuzu" felinin işlədilməsi bəzən "Yəsihhu" (bir şeyin düzgün olması), bəzən də "Yəhillu" (bir şeyin halal olması) mənasında olur. Şəriət tərəfindən qadağan olunmayan məsələlərdə işlənir.[5]

Bir rəvayətdə İmam Sadiqdən (ə) nəql olunub ki, doğru danışan şəxsdən halal və haram haqqında bir hədis öyrənmək dünyadan və onun qızıl və gümüşlərindən daha üstün sayılır.[6]

Halalın mübahla fərqi

Bəziləri "halal" sözünü "mübah" sözünün sinonimi hesab ediblər:[7] Bəziləri də bu iki kəlmə arasında fərq qoyublar.[8] Onlar üçün fərqlər qeyd ediblər ki, bunlardan ibarətdir:

  • Fiqhdə halal haramın əksi olaraq işlədilir. Həmçinin vacib, müstəhəb, məkruhmübah kimi haram olmayan şeyləri də əhatə edir.[9] Buna görə də halal mübahdan daha ümumidir; Bu o deməkdir ki, hər bir mübah şey halaldır, lakin hər halal şey mübah deyil. Məkruh kimi ki, halaldır, amma mübah deyil.[10]
  • Mübah, şəriət hökmlərindəndir və bilavasitə mükəlləflərin əməllərinə aid olur.[11] Amma halal şərti hökmlərdəndir və zahiri şəxslərə aiddir.[12]
  • Halal haram düyününü açmaq və qadağanı aradan qaldırmaq deməkdir; Mübah isə əməldə yerinə yetirmək və tərk etmək baxımından rahatlıq deməkdir.[13]

Hilliyyət prinsipi

O, Halal və ya haram olmasında şəkk olan şeylərə sahib olmağın caizliyinə dəlalət edən bir fiqhi hökmdür.[14] Bu qaydaya əsasən, bir şeyin haram və ya halal olmasına şəkk olduqda, halal hökm verilir.[15] Bu qaydanı sübut etmək üçün “Bəqərə” surəsinin 29-cu ayəsinə istinad edilir: "Yer üzündə olan hər şeyi sizin üçün yaradan Odur".[16] Həmçinin "Haram olduğunu bilməyincə, hər şey sizə halaldır" hədisinə[17] istinad edilir.

Halal ruzi

Halal ruzi şəriət qanunları çərçivəsində əldə edilən gəlirdir. Onda Allahın xümszəkat kimi haqlarına riayət olunmalı, həmçinin orada həqqünnas (insanların haqqı) haqqı olmamalıdır.[18] Rəvayətlərdə halal ruzi qazanmağın əhəmiyyəti qeyd edilmişdir.[19] Məsələn, İmam Sadiqin (ə) bir rəvayətində halal ruzi qazanmağa çalışan şəxs, Allah yolunda cihad edən şəxsə bənzədilmişdir.[20] Həmçinin Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, ibadət yetmiş hissədən ibarətdir və ən üstün hissəsi halal ruzi qazanmaqdır.[21]

Qlobal Halal İnstitutu

Qlobal Halal İnstutunun loqosu[22]

Qlobal Halal İnstitutu halal mədəniyyətini yaymaq məqsədilə 2007-ci ildə yaradılıb. Bu qurum sənaye və qida, tibb və kosmetika, restoran və otellər, turizm, idman və halal ticarət sahələrində fəaliyyət göstərir.[23] Həmçinin Ramazan ayının 17-si dünya halal günü kimi adlandırılıb.[24] "İQNA" xəbər agentliyinin verdiyi məlumata əsasən, Ramazan ayının 17-də

"يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلًا طَيِّبًا"

"Ey insanlar, yer üzündə olan halal və pak şeylərdən yeyin"[25] ayəsi nazil olduğu üçün bu günə Ümumdünya Halal Günü adı verilib.[26] Hər il bu gündə Ümumdünya Halal Gününə həsr olunmuş konfrans keçirilir. Habelə halal sənayesinin ən mühüm hadisələri, məsələləri və problemləri araşdırılır.[27] Bu konfransın ilk iclası 6 iyul 2014-cü ildə İranda, Tehrandakı Milad Bürcünün Konqres Mərkəzində keçirilmişdir.[28]

İstinadlar

  1. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.216
  2. Əbdül-munim, Mucəmul-mustələhat və Əlfazul-fiqhiyyə, Darul-fəzilə, c.1, s.585
  3. Rağib İsfahani, Əl-müfrədat, "Hill" sözü
  4. Qamusu Quran, Əli Əkbər Qureşi, "Hill" sözü
  5. Həfnavəri, Qoncineye estelahate fiqhi və usuli, h.ş 1395, s.89
  6. Bərqi, Əl-məhasin, Darul-kutubil-İslamiyyə, c.1, s.229
  7. Muəssisətu Dayrətil-məarifil-fiqhil-İslami, Muəssisətul-fiqhil-İslami, h.q 1424, c.2, s.83
  8. Muəssisətu Dayrətil-məarifil-fiqhil-İslami, Muəssisətul-fiqhil-İslami, h.q 1424, c.2, s.84
  9. Sədi, Əl-qamusul-füqəha luğətən və istilahən, h.q 1408, s.99
  10. Sədi, Əl-qamusul-füqəha luğətən və istilahən, h.q 1408, s.99
  11. Sədr, Drusu fi elmil-usul, h.q 1406, c.1, s.53; Muəssisətu Dayrətil-məarifil-fiqhil-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.218
  12. Mərkəze ettelaat və mənabee İslami, Fərhəngname Usule fiqhi, h.ş 1389, c.1, s.106
  13. Muəssisətu Dayrətil-məarifil-fiqhil-İslami, Muəssisətul-fiqhil-İslami, h.q 1424, c.2, s.84
  14. Vəlayi, Fərhənge təşrihi estelahate usul, h.ş 1387, c.1, s.85
  15. Muəssisətu Dairətil-məarifil-fiqhil-İslami, Əl-muəssisətul-fiqhiyyə, h.q 1423, c.13, s.320
  16. Fazil Tuni, Əl-vafiyə, h.q 1412, s.185
  17. Kuleyni, Əl-kafi, h.q 1430, c.10, s.542; Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1426, s.193
  18. İsazadə, Nəqşe rizqe həlal dər səlaməte mənəviye insani əz didqahe Ayat və rəvayat, s.3
  19. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.13, s.12
  20. Qazi Numan Məğribi, Dəaimul-İslam, h.q 1385, c.2, s.15
  21. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.13, s.12
  22. «مؤسسه جهانی حلال»،Qlobal Halal İnstutunun müəssisəsinin saytı
  23. «مؤسسه جهانی حلال»، سایت مؤسسه جهانی حلال., Qlobal Halal İnstutunun müəssisəsinin saytı
  24. «دومین همایش «روز جهانی حلال» ماه رمضان برگزار می‌شود» İqna.ir saytı
  25. Bəqərə surəsi, ayə 168
  26. «دومین همایش «روز جهانی حلال» ماه رمضان برگزار می‌شود» İqna.i saytı
  27. «بزرگداشت روز جهاني حلال»,Qlobal Halal İnstutunun müəssisəsinin saytı
  28. «بزرگداشت روز جهاني حلال», Halalworld.com saytı

Ədəbiyyat

  • Əkbəri, Məhmud, Həlal və həram, h.ş 1391
  • Bərqi, Əhməd ibn Muhəmməd, Əl-məhasin, Qum, Darul-kutubil-İslamiyyə
  • «بزرگداشت روز جهاني حلال», Muəssisətu beynəl-miləli Həlal, Baxış: 3 Mordad h.ş 1401
  • «دومین همایش «روز جهانی حلال» ماه رمضان برگزار می‌شود», İqna.ir saytı 27 Mehr h.ş 1393
  • Həfnari, Muhəmməd İbrahim, Qoncine estelahate fiqhi və usuli, Tərcümə: Feyz Muhəmməd Bəluc, Enteşarate Abdullah Ənsari, h.ş 1395
  • Rağib İsfahani, Hüseyn ibn Muhəmməd, Əl-müfrədatu fi ğəribil-Quran, Dəməşq, Darul-qələm, h.q 1412
  • Sədi, Əbul-Ceyb, Əl-Qamusul füqəha lüğətən və İstilahən, Dəməşq, Darul-fikr, h.q 1408
  • Sədr, Muhəmməd Baqir, Drusu fi elmil-usul, Beyrut, Darul-kutubil-Lübnani, h.q 1406
  • Əbdül-munim, Məhmud Əbdür-Rəhman, Mucəmul-mustələhat və Əlfazul-fiqhiyyə, Qahirə, Darul-fəzilə

İsazadə, İsa və Nikzad İsazadə, "Nəqşe rizqe həlal dər səlaməte mənəviye insan əz didqahe ayat və ravayat, Vijename ulume insani səlamət, h.ş 1398

  • Fazil Tuni, Abdullah ibn Muhəmməd, Əl-vafiyətu fi usulil-fiqh, Qum, Məcməul-fikril-İslami, 1-ci çap, h.q 1412
  • Fazil Lənkərani, Təfsiluş-şəriə fi şərhi təhriril-vəsilə, Qum, Mərkəze fiqhi Əimme Əthar (ə), h.q 1426
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamusu Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.ş 1371
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-kafi, Qum, Enşaratu daril-hədis, 1-ci çap, h.q 1430
  • Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1408
  • Mərkəze ettelaat və mənabe İslami, Fərhəngname Usule fiqh, Qum, Pejuheşqahe ulum və fərhənge İslami, h.ş 1389
  • Meşkini, Əli, Mustələhatul-fiqh, Qum, Nəşruh-Hadi h.q 1419
  • Muəssisətu dayrətil məarifil-fiqhil-islami, Musuətul-fiqhil-İslami, Qum, Muəssisətu dayrətil məarifil-fiqhil-İslami, h.q 1424
  • Muəssisətu dayrətil məarifil-fiqhil-islami, Fərhənge fiqhe farsi, Qum, Muəssisətu dayrətil məarifil-fiqhil-İslami, h.ş 1387
  • Muəssisətu dayrətil məarifil-fiqhil-islami, Əl-musuətul-fiqhiyyə, Qum, Muəssisətu dayrətil məarifil-fiqhil-İslami, h.q 1423
  • «مؤسسه جهانی حلال»، سایت مؤسسه جهانی حلال., 3 mordad h.ş 1401
  • Vilayi, İsa, Fərhəge təşrihi estelahate usul, Tehran, h.ş 1387