Fərəcin intizarı
Fərəcin intizarında (ərəbcə: انتظار الفرج) olmaq bütün dünyada sülhün və ədalətin bərqərar olmasına səbəb olan Həzrət Mehdinin (ə) zühurunu səbirsizliklə gözləməkdir. Məsumların hədislərində zühuru gözləmək ən üstün və ən gözəl əməl hesab edilmiş və digər əməllərin qəbulu üçün əsas şərt olaraq bildirilmişdir.
Fərəcin intizarında olmağın üç əsası vardır: Mövcud vəziyyətdən kifayətlənməmək, arzulanan vəziyyətə çatmağa ümid etmək və ona nail olmağa çalışmaq.
Bəziləri intizar anlayışını izah edərkən, zühuru gözləyən insan üçün heç bir məsuliyyətin olmadğını bildirmiş və hətta zülmün yayılmasının zühurun tezləşməsinə səbəb olduğunu düşünmüşlər. Digər tərəfdən, Mürtəza Mütəhhəri kimi bəzi şiə alimləri bu növ intizar anlayışını İslam təlimlərinə zidd hesab etmişlər. Və hədislərə istinad edərək, İmam Zaman (ə) zühurunu gözləyənlər üçün şəxsi və ictimai vəzifələrin olduğunu bildirmişlər.
Əsrin imamını (ə) tanımaq, təqvalı olmaq, İmamla (ə) qəlbi əlaqədə olmaq, onun üçün dua etmək və zühurunu tezləşdirmək üçün cəmiyyətdə islahedici rola malik olmaq zühuru gözləyənlərin əsas vəzifələrindən hesab edilmişdir.
Bəşəriyyətin xilaskarının zühuruna inam və onun gəlişi ilə ədalətin bərqərar olacağını gözləmək təkcə şiələrə aid deyil, sünnilər və hətta qeyri-müsəlmanlar arasında da bu inanc müşahidə olunur.
Zühuru gözləməyin əhəmiyyəti
Məsumların hədislərində zühuru gözləmək ən üstün[1] və ən gözəl əməl[2] hesab edilmiş və digər ibadət[3] və əməllərin qəbulu üçün əsas şərt olaraq bildirilmişdir.[4] Digər hədislərdə də bildirilir ki, zühuru gözləyən şəxs Allahın övliyalarındandır.[5] Onun bütün dövrlərin insanlarından üstün olduğu[6] və Əhli-beytin (əleyhimussəlam) cərgəsində olduğu söylənmişdir.[7] Eyni zamanda İmam Zamanın (ə.f) zühurunu gözləyən şəxs Peyğəmbərin (s) yanında döyüşmüş və şəhid olmuş şəxs kimidir.[8]
Bəzi tədqiqatçılar zühurun intizarında olmağın bu qədər fəzilətlərinin olma səbəbini belə hesab etmişlər ki, zühur gözləmək şiə ilə məsum İmamın (ə) bir növ əlaqəsi və onun vəliyyətini və imamətini qəbul etmək əlamətidir.[9]
Ayətullah Seyid Əli Xamenei intizarın mövqeyi və əhəmiyyəti haqqında belə deyir:"Biz şiələrin vəd edilmiş intizarla bağlı etiqadımızın xüsusiyyəti ondan ibarətdir ki, şiə dinində bu həqiqət arzu və sırf əqli bir məsələ şəklindən mövcud reallığa dəyişib. Həqiqət budur ki, şiələr vəd edilmiş Mehdini gözləyərkən xilaskar bir qurtarıcını gözləyirlər və zehniyyət aləminə qərq olmurlar; Bu həqiqətin mövcudluğuna dair bir fakt axtarırlar. Allahın Höccəti insanlar arasındadır, diridir, insanlarla yaşayır, O, insanları görür, onlarladır, onların ağrılarını hiss edir. Səadətli insanlar və ləyaqəti olanlar bəzən gizli olaraq ona baş çəkirlər. O, mövcuddur; Həqiqi, konkret adı, valideynləri olan bir insan cəmiyyətin arasındadır və onlarla yaşayır. Bu, biz şiələrin inancının xüsusiyyətidir.[10]
Konseptologiya
“İntizar” sözünün mənası ümid və gözləmək,[11] “Fərəc” isə nicat və qurtuluş deməkdir.[12] Məhdəviyyət anlayışında “qurtuluş” sözünün mənası budur ki, dünya əhli üçün nicat və qurtuluş İmam Mehdinin (ə.f) zühuru ilə bütün dünyada ədalətli bir hökumət qurulacaqdır.[13]
Fərəcin intizarını həzrət Mehdinin (ə.s) zühuru ilə məhdudlaşdıran hədislərə əsasən və intizar mövzusunda qeyd olunan böyük əhəmiyyəti nəzərə alsaq, Fərəcin intizarında olmağın mənası yalnız vəd edilmiş Mehdinin (ə.f) zühurunu gözləməkdir. Hər hansı bir bəla və müsübətdən nicat tapmağı gözləmək deyil.[14]
Fərəcin intizarı üç ünsürdən hesab edilmişdir: mövcud vəziyyətlə kifayətlənməmək, arzulanan vəziyyətə nail olmaq ümidi və arzu olunan vəziyyətdə olmağa çalışmaq.[15]
Şiə məzhəbinin görüşü
Şiələr çoxsaylı hədislərə əsaslanaraq, intizarında olan şəxsin Peyğəmbərin (s) on ikinci və sonuncu canişini və Hüseyn bin Əlinin (ə) nəslindən olan doqquzuncu övladı olduğuna inanırlar. O həzrət (ə.f) qeyb dönəmində yaşayır və bir gün zühur edib bütün dünyaya sülh və ədalət yayacaqdır.[16] Məsumlar (ə) həmişə vəd edilmiş Mehdinin (ə.f) zühurunu gözləməyi əmr etmişlər. İmam Baqir (əleyhissalam) fərəcin intizarını dinin əsas məsələlərindən biri kimi tövhid və nübuvvətin cərgəsində təqdim etmişdir.[17]
Əhli-sünnət məzhəbinin görüşü
İslam alimlərindən və mühəqqiqlərindən olan Ayətullah Cavadi Amuli: Fərəci gözləmək ən gözəl ibadət növlərindəndir. Çünki insanın Allahın Xəlifəsi ilə birlikdə ümumbəşəri işləri görə bilməsini gözləmək deməkdir, beləliklə hər bir ibadət öz nüfuzu qədər təsirlidir. İnsan bir müddət Ələvi hökumətinin qulluqçusu olmuşdur (hərçənd Həzrət Əmirin (Allahın salamı ona olsun) varlığı mərhum Kuleyninin rəvayətinə görə, Allahın ən böyük nişanəsi olsa da belə), lakin xilafət səltənəti, onun himayəsi və idarəsi məhdud idi, o hökumətdə olan qulluqçuların da mükafatı məhdud idi; Amma o kəs ki, imamların (ə) sonuncusunun (Allahın xəlifəsi olan və qlobal işlər görən) mübarək varlığının zühurunu gözləyir və nə yerli, nə də regional bəlkə qlobal və beynəlxalq bir hökumətin xidmətində dayanacaq, ondan sonra isə Qiyamət günü baş tutacaq, o şəxsin mükafatı ən yaxşı mükafatdır.[18]
Hz. Mehdinin (ə.f) intizarında olmaq şiələrə xas deyil. Sünni rəvayət kitablarında nəql olunan hədislərə əsasən, Həzrəti Peyğəmbər (s) Əhli-beytdən (ə) və Həzrət Zəhranın (s) övladlarından olan, dünyanı ədalət və sülhlə dolduracaq bir insanın gəlişini vəd etmişdir.[19]
İbn Macə Peyğəmbərdən (s) belə nəql edir:
“Mehdi bizdəndir və Allah onun işini bir gecədə hazırlayacaqdır”[20]
Tirmizi və Siyuti də öz kitablarında belə bir hədis gətirmişdilər ki, Allah Rəsulu (s) fərəcin intizarında olmağı ən üstün ibadət hesab etmişdir.[21]
Sünnilər Mehdinin (ə.s) zühur edəcəyini qəbul etsələr də, onun hələ dünyaya gəlmədiyinə inanırlar.[22]
Qeyri-müsəlmanların görüşü
Bəşəriyyətin Xilaskarının zühuruna inam və onun gəlişi ilə ədalətin bərqərar olmasını gözləmək İslam dininə xas deyil, bir çox xalqlar və başqa dinlərin ardıcıllarında da bu məsələ müşahidə olunur.[23] Müxtəlif dinlər arasında bəziləri xilaskar kimi tanınır; Bunlardan: Yəhudilərdə: Maşih (İbranicə Məsih)[24] Üzeyir və ya Mənhas bin Azər bin Harun və ya Davud bildirilmişdir.[25] Xristianlıqda: İsa (ə),[26] Zərdüştilikdə: suşyant.[27] Hinduizmdə: Vişna[28] və Buddistlər arasında: Mitra.[29] Deyilənə görə, marksistlər də xristianların inandıqları kimi xilaskarının zühuruna inanırlar.[30]
İntizarın növləri
Fərəcin intizarı ilə bağlı iki cür təfsir təqdim edilmişdir:[31]
- Zühuru gözləyənin ədalətin bərqərar olmasına ümid etməkdən başqa vəzifəsi yoxdur və cəmiyyətdə zülm nə qədər çox olarsa, biz məhdəvi sülh və ədalətə bir o qədər yaxınlaşırıq.[32] Bu cür münasibətə görə, hər bir inqilab və zülmə qarşı mübarizə zühurdan öncə pislənilir, onun zühuru üçün şəraitin təmin edilməsində ən yaxşı kömək fitnə və fəsadın təbliği və yayılmasıdır.[33] Mürtəza Mütəhhəri kimi bəzi şiə alimləri intizarın bu təfsirini İslam və Quran təlimlərinə uyğun hesab etmir.[34]
- İkinci təfsirdə intizarın mənası düzəldici, vəzifə yaradan və hərəkət vericidir.[35] Şiə alimlərindən olan Məhəmməd Rza Müzəffərə görə, intizarın mənası o demək deyil ki, müsəlmanlar haqqa kömək etməsinlər, Allah yolunda cihaddan boyun qaçırsınlar və yaxşılığa əmr edib pislikdən çəkindirmək kimi dini vəzifələrdən bir xilaskarın gəlib işləri düzəldəcəyi ümidi ilə boyun qaçırsınlar. Bəlkə də hər bir müsəlman özünü İslamın əmrlərinə tabe olmağa borclu hesab etməlidir.[36] Mürtəza Mütəhhəri də qeyd edir ki, zühur barəsində olan rəvayətlərdə, İmam Mehdi (ə.f) zühur edən kimi ona qoşulacaq bir dəstədən söhbət gedir. Aydındır ki, bu qrup birdən-birə yaranmayacaqdır, bəlkə cəmiyyətdə zülm və fitnə-fəsad hökm sürməsinə baxmayaraq, belə bir dəstənin yaranmasına səbəb olmuşdur.[37]
Zühuru gözləyənlərin vəzifələri
Bəzi tədqiqatçılar “Əməllərin ən üstünü, fərəcin intizarında olmaqdır”[38] hədisinə istinad edərək, fərəcin intizarında olmağı əməl saymış və zühuru gözləyənlərin vəzifələrinin olduğunu bildirmişlər.[39] “Mikyalul-məkarim” kitabının müəllifi Ayətullah Mirzə Muhəmməd Təqi Musəvi İsfəhani əqli və nəqli dəlillərə əsaslanaraq bununla bağlı səksən vəzifənin olduğunu bildirmişdir.[40]
Zühuru gözləyənlərin ən vacib vəzifələrindən bəziləri bunlardır:
- İmam Zaman (ə) və onun xüsusiyyətlərini bilmək. Çünki itaəti vacib olduğu imamı (ə,f) yalançı məhdəviyyət iddiaçıları ilə qarışdırmaq olmaz.[41] Bu məsələ məsumların (ə) hədislərində də bildirilmişdir.[42]
- Günahdan çəkinmək və gözəl əxlaqa sahib olmaq.[43] Bunu İmam Sadiq (ə) Zühuru gözləyənlərə tövsiyə etmişdir.[44]
- Təvəssül,[45] İmamla (ə.f) beyətin və qəlb bağlılığının təzələnməsi. Buna görə də hər gün Əhd duasını oxumaq vurğulanmışdır.[46]
- İmamların (ə) göstərişinə əsasən dini hökm və təlimlərə yiyələnmək üçün fəqih və müctəhidlərlə davamlı əlaqə saxlamaq.[47]
- Məhdəviyyəti inkar edənlərin əziyyət və zülmlərinə səbr etmək. Necə ki, bu iş Peyğəmbərin (s) ordusunda cihad etmək hesab edilir.[48]
- Sədəqə,[49] İmamın (ə.f) sağlamlığı[50] və zühurunun tezləşməsi üçün dua etmək.[51] Bu məsələni də İmamlar (ə) çox sifariş etmişlər.[52]
- Bəzi rəvayətlərdə zikr edildiyi kimi “yaxşılığa dəvət və pislikdən çəkindirmək”[53] formasında cəmiyyəti islah etməyə çalışmaq.[54]
- İmam Mehdinin (ə.f) xatirəsi və adının anılması. Bu işin bariz nümunələri arasında: Hər günün əvvəli və hər namazdan sonra İmama (ə.f) Salam vermək,[55] İmama mənsub edilən günləri qeyd etmək və İmamın adını eşidəndə ayağa qalxmaq.[56]
- İnsanları Allahın dininə açıq və gizli dəvət etmək.[58]
Monoqrafiya
Fərəcin intizarı haqqında yazılmış əsərlərdən bəziləri bunlardır:
* İntizari-puya: Bu əsər şiə alimi Məhəmməd Mehdi Asəfi tərəfindən yazılan və düzgün intizar anlayışını izah edən “əl-İntizarul-müvəcəyə” kitabının tərcüməsidir.[59]
* İntizar, bayədha və nəbayədha: Bu kitab İbrahim Şəfii tərəfindən yazılmışdır. Müəllifin bu əsəri yazmaqda məqsəd intizar mədəniyyəti barəsinə şübhə və suallara cavab verməkdir.[60]
* Strateji İntizar: Üç cilddə olan bu kitab, İsmayıl Şəfii tərəfindən qələmə alınmışdır. Müəllifin fikrincə, bu əsər cəmiyyətdə zühur məsələsinin əhəmiyyətini ifadə etməyə çalışır.[61]
İstinadlar
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.377, 644
- ↑ Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.383; Şeyx Səduq, Əl-Xisal, c.2, s.116
- ↑ Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.291; Tirmizi, Sunənut-Tirmizi, h.q 1395, c.5, s.565, hədis 3571
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.200
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.357, hədis 54
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.319, hədis 2
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.36, hədis 7
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.338
- ↑ Şəfiyi, İntizar, Bayədha və nəbayədha, s.21
- ↑ https://farsi.khamenei.ir/speech-content?id=3644
- ↑ Əmid, Fərhənge Əmid, İntizar sözünün şərhi
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.2, s.341
- ↑ Məsaili, Saze məfhumi intizar dər əndişeye Məhdəviyyət, s.24; Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1383, s.76
- ↑ Rizvani, Movud şenasi və pasox be şübehat, h.ş 1388, s.85
- ↑ Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1383, s.83-85
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.47, 66 və 99
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.22
- ↑ ttps://javadi.esra.ir/fa/w/-9-38
- ↑ İbn Davud, Sunənu Əbi Davud, c.4, s.10, hədis 4284
- ↑ İbn Macə, Sunənu İbn Macə, c.2, s.1367, hədis 4085
- ↑ Tirmizi, Sunənu Tirmizi, h.q 1395, c.5, s.565, hədis 3571; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.150
- ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), c.1, s.90
- ↑ Şakiri, Munci dər Ədyan, h.ş 1387, s.7
- ↑ Şakiri, Munci dər Ədyan, h.ş 1387, s.36
- ↑ Psalms, 18, bab 49-50
- ↑ Şakiri, Munci dər Ədyan, h.ş 1387, s.69
- ↑ Menog-i Khrad, h.ş 1380, 1-ci sual, 95
- ↑ Şakiri, Munci dər Ədyan, h.ş 1387, s.235
- ↑ Şakiri, Munci dər Ədyan, h.ş 1387, s.246
- ↑ Asifi, Məhəmməd Mehdi, İndizare Puya, h.ş 1384, s.17
- ↑ Səlimiyan Fərhəngnameye Məhdəviyyət, h.ş 1383, s.88
- ↑ Kövsəri, İbrahim, İntizar və vəzayife müntəziran, s.7
- ↑ Kövsəri, İbrahim, İntizar və vəzayife müntəziran, s.8
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1390, s.437
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1390, s.406
- ↑ Müzəffər, Əqayidul-İmamiyyə, s.118
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1390, s.439
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.377, 644
- ↑ «انتظار أفضَلُ الأعمال است نه أفضَلُ الحالات», shabestan.ir saytı
- ↑ Musəvi İsfəhani, Mikyalul-məkarim, h.q 1428, c.2, s.123
- ↑ Musəvi İsfəhani, Mikyalul-məkarim, h.q 1428, c.2, s.123
- ↑ İlahi Nejad, «وظایف منتظران در عصر غیبت», hawzah.net saytı
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.200, hədis 16
- ↑ Şəfiyi, İntizar, Bayədha və nəbayədha, s.31-35
- ↑ Əli Nuri, Şenaxte Həzrət Mehdi (ə.f), h.ş 1385, s.136
- ↑ İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.663-666; Şəfiyi, İntizar, Bayədha və nəbayədha, s.36-40
- ↑ İmam Əskəri (ə), Ət-Təfsir, h.q 1409, s.300; Şəfiyi, İntizar, Bayədha və nəbayədha, s.45
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.317; Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1383, s.421
- ↑ Musəvi İsfəhani, Mikyalul-məkarim, h.q 1428, c.2, s.243; Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.502
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.16
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.485
- ↑ Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.497
- ↑ Asifi, Məhəmməd Mehdi, İndizare Puya, h.ş 1384, s.59
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.320; Muəssiseye fərhəngi intizare nur, Qoftemane məhdəviyyət, h.ş 1387, c.1, s.292
- ↑ Şəfiyi, İntizar, Bayədha və nəbayədha, s.50
- ↑ Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.506
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.320
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.320
- ↑ «انتظار پویا», Nur müəssisəsi
- ↑ Şəfii, İntizar, Bayədha və nəbayədha, s.4
- ↑ Şəfii, Strateji İntizar, s.6
Ədəbiyyat
- Asifi, Məhəmməd Mehdi, İntizare puya, Tərcümə: Müttəqi, Təqi, Tehran, Bunyade fərhəngi Məhdiye Movud (ə.f), 2-ci çap, h.ş 1384
- İbn Macə Qəzvini, Əbu Əbdillah Məhəmməd, Sunənu İbn Macə, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi
- İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Qum, Came mudərrisin, h.q 1419
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru Sadir, 3-cü çap, h.q 1414
- İlahi Nejad Hüseyn, «وظایف منتظران در عصر غیبت»
- «انتظار أفضَلُ الأعمال است نه أفضَلُ الحالات», shabestan.ir saytı
- İmam Əskəri (ə), Əbu Məhəmməd ibn Əli, Ət-Təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə), İmam Mehdi (ə), Qum, 1-ci çap, h.q 1409
- Bərqi, Əhməd ibn Məhəmməd ibn Xalid, Əl-Məhasin, Mühəqqiq və düzəliş: Mühəddis, Cəlaluddin, Qum, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1371
- Tirmizi, Məhəmməd ibn İsa, Sunənət-Tirmizi, Təhqiq: Əhməd Məhəmməd, Misir, 2-ci çap, h.q 1395
- İbn Davud, Sunənu Əbi Davud, Təhqiq: Məhəmməd Yəhya, Qum, Bidar, h.q 1401
- Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Düzəliş: Hüseyni Kuhkəməri, Qum, Bidar, h.q 1401
- Rizvani, Əli Əsğər, Movudşenasi və pasox be şübehat, Qum, Cəmkəran nəşriyyatı, h.ş 1388
- Səlimiyan, Xodamurad, Fərhəngnameye məhdəviyyət, Qum, Bunyade fərhəngi Məhdiye Movud (ə.f), h.ş 1383
- Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Qum, Mərəşi Nəcəfi kitabxanası, h.q 1404
- Şakiri, Ruhullah, Munci dər ədyan, Qum, Bunyade fərhəngi Məhdiye Movud (ə.f), 3-cü çap, h.ş 1387
- Şəfii, İbrahim, İntizar, Bayədha və nəbayədha, Tehran, 7-ci çap, h.ş 1387
- Şeyx Səduq, Əl-Xisal, Düzəliş: Ğəffari, Əli Əkbər, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.ş 1362
- Şeyx Səduq, Kəmalud-din, Düzəliş: Ğəffari, Əli Əkbər, Qum, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1395
- Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, Düzəliş: Ğəffari, Əli Əkbər, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
- Safi Qolpayqani, Lütfullah, Muntəxəbul-əsər, Qum, 1-ci çap, h.q 1422
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Tehran, İslamiyyə, 3-cü çap, h.q 1390
- Əmid, Həsən, Fərhənge Əmid, Tehran, Əmir Kəbir nəşriyyatı, 6-ci çap, h.ş 1375
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Ğəffari, Əli Əkbər, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Kövsəri, İbrahim, İntizar və vəzayife müntəziran, h.ş 1391
- Məclisi, Məhəmməd Baqir, Beyrut, Əl-vəfa müəssisəsi, h.q 1403
- Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), Hədis və tarix, Qum, 2-ci çap, h.ş 1393
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı, h.ş 1390
- Müzəffər, Məhəmməd Rza, Əqayidul-İmamiyyə, Tərcümə: Məscid camei Əli Rza, Tehran, h.ş 1380
- Müsəvi İsfahani, Məhəmməd Təqi, Mikyalul-məkarim, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1428
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Səduq nəşri, 1-ci çap, h.q 1397