Həsən ibn Fəzl Təbərsi

wikishia saytından
Həsən ibn Fəzl Təbərsi
Tam adıHəsən ibn Fəzl ibn Həsən Təbərsi
Tanınmış qohumlarƏminul-İslam Təbərsi, Əli ibn Həsən Təbərsi
UstadlarıŞeyx Tusi
ƏsərləriMəkarimul-əxlaq


Həsən ibn Fəzl Təbərsi (ərəbcə: الحسن بن الفضل الطبرسي) 6-cı qəməri əsrində İmamiyyənin hədis alimlərindən biri və Fəzl ibn Həsən Təbərsinin oğludur. O, Təbərsi sülaləsinin alimlərindəndir və şiənin ən məşhur əxlaqi əsərlərindən biri olan “Məkarimul-Əxlaq” kitabı onun yazdığı bir kitabdır.

Onun tərcümeyi-halı

Əbu Nəsr ləqəbli Həsən ibn Fəzl, Təbərsi nəslindəndir[1]  və “Məcməul-Bəyan” təfsirinin müəllifi Fəzl bin Həsən Təbərsinin (hicri 548-ci ildə vəfat edib) oğludur. “Mişkatul-Ənvar” kitabının müəllifi Əli ibn Həsən Təbərsi, Həsən ibn Fəzlin oğludur.[2]

Həsən ibn Fəzl Təbərsinin həyatının təfərrüatları, eləcə də doğum və vəfat tarixi haqqında heç bir məlumat yoxdur.[3] O, atasının tələbələrindən sayılırdı[4] və “Cəvamiul-Cami” təfsirini atasının onun istəyi ilə yazdığı deyilir.[5] Təbərsi sözünün bu ailəyə aid edilməsinin səbəbi haqqında ixtilaf vardır; Bəziləri Təbərsini Təbris (ərəbcə Təfriş kəlməsinin dəyişdirilmiş halı),[6] bəziləri isə Təbəristana[7] aid etmişlər.

Onun əsərləri

Həsən ibn Fəzlin ən məşhur əsəri şiələr arasında ən mühüm əxlaqi əsərlərdən sayılan “Məkarimul-əxlaq” kitabıdır.[8] Həmçinin “Camiul-Əxbar” kitabı ona nisbət verilmişdir.[9] Lakin Seyid Möhsün Əmin və Cəfər Sübhani “Camiul-Əxbar” kitabının ona nisbət verilməsini qəbul etməmişlər.[10] Əbul-Qasim Gurci, “Cəvamiul-Cami” kitabının müqəddiməsində “Əsrarul-İmamət” kitabının ona aid edilməsindən danışmışdır.[11] Həsən ibn Fəzl Təbərsi, oğlu Əlinin nəql etdiyinə əsasən, “Məkarimul-Əxlaq” kitabının camaat tərəfindən rəğbətlə qarşılanmasından sonra “Camiun li sairil-əqval və Havin li məhasinil-əfal” kitabını yazmağa başlamış, lakin hələ onu bitirməmiş vəfat etmişdir.[12]

Təbərsi atasından bir sıra hədislər nəql etmişdir, Mühzibuddin Hüseyn ibn Əbul-Fərəc isə ondan nəql etmişdir.[13]

İstinadlar

  1. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, Qorcinin müqəddiməsi, s.2
  2. Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1418, c.6, s.77; Hüseyni Cəlali, Fehresut-turas, h.q 1422, c.1, s.566
  3. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, Qorcinin müqəddiməsi, s.9
  4. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, Qorcinin müqəddiməsi, s.2
  5. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, s.2
  6. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, Qorcinin müqəddiməsi, s.2; Əmin, Əyanuş-şiə, h.q 1406, c.3, s.29
  7. Müdərris Təbrizi, Reyhanətul-ədəb, h.ş 1369, c.4, s.32-33
  8. Əmin, Əyanuş-şiə, h.q 1406, c.1, s.158
  9. Hürr Amili, Əməlul-Amil, h.q 1385, c.2, s.75
  10. Əmin, Əyanuş-şiə, h.q 1406, c.5, s.225-226; Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1418, c.6, s.77
  11. Təbərsi, Cəvamiul-came, h.ş 1377, c.1, Qorcinin müqəddiməsi, s.9
  12. Təbərsi, Mişkatul-ənvar, h.q 1385, s.1
  13. Hürr Amili, Əməlul-Amil, h.q 1385, c.2, s.93; Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1418, c.6, s.76

Ədəbiyyat

  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, h.q 1406
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Əməlul-Amil, Bağdad, Məktəbətul-əndəlus, h.q 1385
  • Hüseyni Cəlali, Seyyid Məhəmməd Hüseyn, Fehresut-turas, Qum, h.q 1422
  • Sübhani, Cəfər, Musuətu təbəqatil-füqəha, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1418
  • Təbərsi, Fəzl ibn Həsən, Cəvamiul-came, Düzəliş: Əbül-Qasim Qorci, Qum və Tehran, h.ş 1377
  • Müdərris Təbrizi, Məhəmməd Əli, Reyhanətul-ədəb, Tehran, h.ş 1369