Məzmuna keç

Haqqı gizlətmək

wikishia saytından

Haqqı gizlətmək, (ərəbcə: كتمان الحق) insanı gerçəkliyə çatdıran bir şeyin gizlədilməsi deməkdir.[1] Araşdırmaçılara görə, Quranda bu məsələyə dair iyirmi ayə mövcuddur.[2] Bu ayələr, haqqı gizlətməyin bəzi nümunələrinə, məsələn, dini maarifin gizlədilməsi, şahidlik etməmək, imanın gizlədilməsi, sirrlərin gizlədilməsi və Allahın nemətlərinin gizlədilməsi kimi məsələlərə toxunur.[3] Həsən Mustəfəvi “Təfsiri Roşən” kitabında Qurani-kərim termini olaraq haqqı gizlətməyi dini maarifin və əqidələrin gizlədilməsi kimi izah edir.[4] Quran, gizlətməklə əlaqədar olan ayələr və “Bəqərə” surəsinin 146 və 42-ci ayələri, “Ali-İmran” surəsinin 71-ci ayəsi kimi digər ayələrdə haqqı gizlətməyin bu nümunəsini bəyan edir.[5]

Şiə təfsirlərinə görə, dini həqiqət və marifi gizlədənlər, Əhli-Kitab alimləri[6] olmuşlar ki, Quran onların məqamlarının aşağı olduğunu bildirmiş, onları məzəmmət etmiş, qınamış və lənətləmişdir.[7] Həmçinin bəzi təfsirçilər isə bildirirlər ki, insanlar həqiqətləri bilməyə kəskin ehtiyac duyduqları zaman, susmaq da haqqı gizlətmək hesab olunur.[8]

Quranda, məsələn, “Maidə” surəsinin 106-cı ayəsində və “Bəqərə” surəsinin 283-cü ayəsində şahidlik etməmək,[9] “Ğafir” surəsinin 28-ci ayəsində imanın gizlədilməsi,[10] “Bəqərə” surəsinin 228-ci ayəsində bətnlərində olanın gizlədilməsi[11] və “Nisa” surəsinin 37-ci ayəsində Allahın nemətlərinin gizlədilməsi qeyd olunmuşdur.[12]

Araşdırmaçılara görə, gizlətmək özlüyündə şərii və ya əxlaqi hökmə malik deyil və onun nümunələrinə əsasən fərqli hökmlərə malikdir.[13] Məsələn, insanların sirr və eyblərini gizlətmək, eləcə də zərərdən qorumaq üçün qorxudan imanı gizlətmək (təqiyyə), əxlaqi baxımdan bəyənilmiş[14] və bəzən fiqhə görə vacib və ya müstəhəb sayılır.[15] Dini həqiqətlərin və şahidliyin gizlədilməsi isə əxlaqi baxımdan pislənmiş[16] və şəriətdə haram sayılmışdır.[17]

İstinadlar

  1. ↑ Rezayi İsfahani, Təfsire Qurane mehr, h.ş 1387, s.59
  2. ↑ Muəzzini, Kitmane həqq
  3. ↑ Hadi, Ketmane məmduh və məzmum, s.126; Cəmal, Cormenqari ketmane şəhadət və çaleşhaye an dər hüquqe İran, s.151-152
  4. ↑ Müstəfəvi, Təfsire Ruşən, h.ş 1380, c.4, s.268
  5. ↑ Biygi, Cormenqari ketmane şəhadət və çaleşhaye an dər hüquqe İran, s.150
  6. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.442
  7. ↑ Muəzzini, Kitmane həqq
  8. ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.550
  9. ↑ Biygi, Cormenqari ketmane şəhadət və çaleşhaye an dər hüquqe İran, s.151
  10. ↑ Muəzzini, Kitmane həqq
  11. ↑ Rişeyabiye maddeye کتم
  12. ↑ Rişeyabiye maddeye کتم
  13. ↑ Hadi, Ketmane məmdu və məzmum (Meyarha və çaleşha), s.124
  14. ↑ Hadi, Ketmane məmdu və məzmum (Meyarha və çaleşha), s.126
  15. ↑ Təyyib, Ətyəbul-bəyan, h.ş 1369, c.2, s.266; Şəhid Əvvəl, Əl-qəvaidu vəl-fəvaid, Məktəbətul-Mufid, c.2, s.157; Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), h.q 1426, c.1, s.591
  16. ↑ Hadi, Ketmane məmdu və məzmum (Meyarha və çaleşha), s.138
  17. ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.14, s.263

Ədəbiyyat

  • Biygi, Cormenqari ketmane şəhadət və çaleşhaye an dər hüquqe İran, «جرم‌انگاری کتمان شهادت و چالش‌های آن در حقوق ایران»
  • Rezayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane mehr, Qum, 1-ci çap, h.ş 1387
  • Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), Qum, 1-ci çap, h.q 1426
  • Təyyib, Əbül-Həsən, Ətyəbul-bəyan fi təfsiril-Quran, İslam nəşri, 2-ci çap, h.ş 1369
  • Şəhid Əvvəl, Məhəmməd, Əl-qəvaidu vəl-fəvaid, Məktəbətul-Mufid, Qum, 1-ci çap, h.q 1400
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 1-ci çap, h.q 1413
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Müstəfəvi, Həsən, Təfsire Ruşən, Tehran, Mərkəze nəşre kitab, 1-ci çap, h.ş 1380
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-islamiyyə, 1-ci çap, h.ş 1371
  • Muəzzini, Məhəmməd, «کتمان حق»
  • Hadi, Əsğər, «کتمان ممدوح و مذموم (معیارها و چالش‌ها)»