Kurdus ibn Züheyr Hərs Təğləbi
![]() İmam Hüseynin (ə) hərəmində cəm şəkilində dəfn olunmuş Kərbəla şəhidləri | |
Tam adı | Kurdus ibn Züheyr ibn Hərs Təğləbi |
---|---|
Yaşadığı yer | Kufə |
Nəsəb \ Qəbilə | Təğləb qəbiləsi |
Tanınmış qohumları | Qasit və Muqsit |
Dəfn olunduğu məkan | İmam Hüseynin (ə) hərəmi |
Şöhrət tapmasının səbəbi | İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) səhabəsi |
Kurdus ibn Züheyr ibn Hərs Təğləbi (ərəbcə: كُردوس بن زُهير بن حرث التغلبي)Kərbəla şəhidlərindən və İmam Əlinin (ə) səhabələrindən biri idi.
Kurdus, İmam Əlinin (ə) Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərindəki əsgərlərindən idi. Kərbəla hadisəsində o, qardaşları Qasit və Muqsit ilə birlikdə gecə vaxtı özünü İmam Hüseynin (ə) karvanına çatdırdı və Aşura günü şəhid oldu.
Əsil-nəsəbi
Kurdus ibn Züheyr ibn Hərs Təğləbi, Təğləb qəbiləsinə mənsub idi. Buna görə də, “İbsarul-Əyn” kitabında Təğləbi şəhidləri sırasında qeyd olunmuşdur.[1] “Vəqətu Siffeyn” əsərində isə ondan “Təğləb qəbiləsinin rəisinin oğlu” kimi bəhs edilir.[2]
Onun adının "Kurş" və "Kurduş" kimi də qeyd edildiyi bildirilir. Atasının adının isə Abdullah ibn Züheyr olduğu da rəvayət olunmuşdur.[3]
Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirakı
Məhəmməd ibn Tahir Səmavi (h.q. 1292-1370) “İbsarul-Əyn” kitabında Kurdusun İmam Əlinin (ə) ordusunda Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etdiyini yazmışdır. Bu cəhətdən döyüşlərdə, xüsusilə Siffeyn döyüşündə onun haqqında danışılmışdır.[4] Səmavi onu İmam Həsənin (ə) səhabələrindən biri kimi də təqdim etmişdir.[5]
Kərbəlada şəhid olması
Kurdus Kufədə yaşayırdı. İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra, qardaşları Qasit və Muqsit ilə birlikdə gecə vaxtı o Həzrətin ordusuna qoşuldu və Aşura günü şəhid oldu.[6]
“Ziyarətüş-Şühəda”da ondan və qardaşı Qasitdən aşağıdakı ifadə ilə bəhs edilir: “Əssəlamu əla Qasit və Kurdus ibnəy Züheyr ət-Təğləbiyyəyn”. Kərbəla şəhidləri kimi onlara salam göndərilir.[7]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Səmavi, İbsarul-eyn, h.q 1419, s.199-200
- ↑ Minqəri, Vəqəətu Siffeyn, h.q 1382, s.487
- ↑ Hüseyni Hairi, Zəxirətud-darin, s.545
- ↑ Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
- ↑ Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
- ↑ Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
- ↑ İbn Məşhədi, Əl-məzarul-kəbir, h.q 1419, s.494; Şəhid Əvvəl, Əl-məzar, h.q 1410, s.153; Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.273
Ədəbiyyat
- İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-məzarul-kəbir, Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, 1-ci çap, h.q 1419
- Hüseyni Hairi, Seyid Əbdül-Məcid, Zəxirətud-darin, Qum, Zəmzəm hidayət nəşri
- Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Qum, 1-ci çap, h.q 1419
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-məzar, Qum, İmam Mehdi (ə) mədrəsəsi, 1-ci çap, h.q 1410
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Minqəri, Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Qahirə, Qum, h.q 1382