Qasit ibn Züheyr ibn Hərs Təğləbi
Qasit ibn Züheyr ibn Hərs Təğləbi
Qasit ibn Züheyr ibn Hərs Təğləbi (h.q. 61-ci ildə şəhid olub) İmam Əlinin (ə) səhabələrindən və Kərbəla şəhidlərindən idi.
Qasit, İmam Əlinin (ə) Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərindəki əsgərlərindən idi. Kərbəla hadisəsində o, qardaşları Kurdus və Məqsət ilə birlikdə gecə vaxtı İmam Hüseynin (ə) karvanına çatdırdı. O, Aşura günü, Ömər ibn Sədin qoşunları tərəfindən ilk hücumda, şəhid olmuşdur.
Əsil-nəsəbi
Qasit ibn Züheyr ibn Hərs Təğləbi, Təğləb qəbiləsindən idi, buna görə də "Əbsarul-Əyn" kitabında onun adı Təğləbli şəhidlərinin arasında qeyd olunub.(1)
Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirakı
Məhəmməd ibn Tahir Səmavi (h.q. 1292-1370-ci illər) "Əbsarul-Əyn" kitabında Qasitin İmam Əli (ə) ilə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etdiyini qeyd etmişdir, Bu cəhətdən də döyüşlərdə, xüsusilə, Siffeyn döyüşündə onun haqqında danışılmışdır.(2) Səmavi, həmçinin onun İmam Həsənin (ə) səhabələrindən olduğunu bildirmişdir.(3)
Kərbəlada şəhid olması
Qasit Kufə şəhərində yaşayırdı. İmam Hüseyn (ə) Kərbəlaya daxil olduqdan sonra, qardaşları Kurdus və Məqsət ilə gecə vaxtı ona qoşulmuş və Aşura günü şəhid olmuşdur.(4) İbn Şəhr Aşubun dediyinə görə, o, Kərbəla şəhidlərindən olub və Ömər ibn Sədin qoşunları tərəfindən ilk hücumda, şəhid edilmişdir.(5)
“Ziyarətüş-Şühəda”da ondan və qardaşı Kurdusdan aşağıdakı ifadə ilə bəhs edilir: “Əssəlamu əla Qasit və Kurdus ibnəy Züheyr ət-Təğləbiyyəyn”. Kərbəla şəhidləri kimi onlara salam göndərilir.(6)
Əlaqəli məqalələr
Kurdus ibn Züheyr Hərs Təğləbi
Muqsit ibn Züheyr Hərs Təğləbi