Müzakirə:Məqami-məhmud

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
wikishia saytından

Məqami-məhmud ali, bəyənilmiş məqam mənasına olub, Peyğəmbərin (s) ləqəblərindən sayılır; hansı ki bu ləqəbi Allah islam peyğəmbərinə (s) onun təhəccüdünə (gecə oyaq qalaraq ibadət etdiyinə) görə əta etmişdir. Təfsir alimləri isra surəsinin 79-cu ayəsini izah edərkən, bu məqamın Peyğəmbərin (s) şəfaət məqamı kimi təfsir etmişlər.

Bir sıra təfsirçilərin düşüncəsinə görə, məqami-məhmud Peyğəmbərin (s) bütün yaradılmışlara əhatəli olması və onun Allaha son dərəcə yaxınlığı mənasındadır; hansı ki bu iki məna, şəfaət məqamına da şamil edilir. Aşura ziyarətnaməsində keçən bir cümləyə əsasən, İmam Hüseyn (ə) də məqami-məhmuda sahibdir.

İsra surəsi, 79-cu ayə

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا “Gecənin bir hissəsini oyaq qalaraq nafilə namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama çatdırsın”.

Peyğəmbər (s) üçün bəyənilib təriflənən bir məqam

Müsəlman alimləri və təfsirçiləri, məhmud məqamını bəyənilmiş, ali bir məqam hesab etmişlər; hansı Allah Peyğəmbərə (s) təhəccüdə (gecələr oyaq qalıb gecə namazı (1) qılmaq) görə əta etmişdir. (2) Məhmud məqamı ilə bağlı alimlər arasında müxtəlif fikirlər vardır ki, bu fikirlərin ortaq tərəfi şəfaət məqamıdır.

• Şəfaət məqamı: Bir çox şiə (3) və sünni (4) alimləri rivayətlərə əsaslanaraq, məhmud məqamını şəfaət məqamı kimi izah etmişlər. O cümlədən Peyğəmbər (s) bir rivayətə əsasən isra surəsi 79-cu ayədə olan məhmud məqamını, öz ümmətinə şəfaət edəcəyi məqam bilmişdir. (5) Yaxud İmam Baqir (ə) və ya İmam Sadiqdən (ə) nəql edilən rivayətdə məhmud məqamı şəfaət kimi təfsir edilmişdir. (6) Bir sıra təfsirçilər bu məqamı böyük şəfaət kimi dəyərləndirmişlər (7). Seyyid Muhəmmədhüseyn Tehraninin (1345-1716 h.q.) söylədiyinə əsasən, Allahın Peyğəmbərə (s) verdiyi şəfaət məqamı, məhmud məqamından irəli gəlir. Onun fikrincə, məhmud məqamı bütün camal və kamalı özündə yerləşdirmişdir. Bu məqam qeyd-şərtsiz Peyğəmbərə (s) verilmişdir; bu isə o deməkdir ki, hər bir həmd edən tərəfindən, istənilən həmd olunmuşa yönəli edilən həmd-səna, ona aiddir. (9) • Yaradılmışlara olan əhatə: bəzi təfsirçilərə görə, məhmud məqamı, Peyğəmbərin (s) bütün məxluqlara olan əhatəsi məqamıdır ki, Allah onun hər bir istəyini ( o cümlədən) şəfaəti ona verir. (10) • Allaha son dərəcə yaxınlıq: Nümunə təfsirində bu ehtimal da verilmişdir ki, məhmud məqamı Allaha son dərəcə yaxınlıq məqamıdır ki, böyük şəfaət də onun təsirlərindən biridir. (11)

İmamlar (ə) üçün məhmud məqamı Bəzi ziyarətnamələrdə İmam Əli (ə) (12), İmam Hüseyn (ə) (13) və İmam Rza (14) da məhmud məqamına sahib kimi təqdim edilmişdir. Aşura ziyarətnaməsinin bir hissəsində deyilir: “Allahdan istəyirəm ki ... məni dünya və axirətdə sizinlə birgə qərar versin ... və ondan istəyirəm ki, məni sizə aid olan Allah yanında bəyənilmiş məhmud məqamına çatdırsın”. (15) Şiə təfsirçisi Nasir Məkarib Şiraziyə görə, isra surəsinin 79-cu ayəsi Peyğəmbərə (s) aid olsa da, amma surəsinin hökmünün başqalarına da aid olması uzaq görünmür; bu izahla ki, gecə namazı qılan bir mömin, Allaha yaxınlıq dərəcəsinə uyğun olaraq, şəfaət məqamının bir hissəsini əldə edib başqaları üçün şəfaətçi ola bilər. (16)