Məqami-məhmud
Məqami-məhmud (ərəbcə: مقام محمود) ali, bəyənilmiş məqam mənasına olub, Peyğəmbərin (s) ləqəblərindən sayılır; hansı ki bu ləqəbi Allah islam peyğəmbərinə (s) onun təhəccüdünə (gecə oyaq qalaraq ibadət etdiyinə) görə əta etmişdir. Təfsir alimləri isra surəsinin 79-cu ayəsini izah edərkən, bu məqamın Peyğəmbərin (s) şəfaət məqamı kimi təfsir etmişlər.
Bir sıra təfsirçilərin düşüncəsinə görə, məqami-məhmud Peyğəmbərin (s) bütün yaradılmışlara əhatəli olması və onun Allaha son dərəcə yaxınlığı mənasındadır; hansı ki bu iki məna, şəfaət məqamına da şamil edilir. Aşura ziyarətnaməsində keçən bir cümləyə əsasən, İmam Hüseyn (ə) də məqami-məhmuda sahibdir.
Mətn və Tərcümə
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
“Gecənin bir hissəsini oyaq qalaraq nafilə namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama çatdırsın”. '[1]
İsra surəsi, 79-cu ayə
Peyğəmbər (s) üçün bəyənilib təriflənən bir məqam
Müsəlman alimləri və təfsirçiləri, məhmud məqamını bəyənilmiş, ali bir məqam hesab etmişlər; hansı ki, Allah Peyğəmbərə (s) təhəccüdə (gecələr oyaq qalıb gecə namazı [2] qılmaq) görə əta etmişdir.[3]
Məhmud məqamı ilə bağlı alimlər arasında müxtəlif fikirlər vardır ki, bu fikirlərin ortaq tərəfi şəfaət məqamıdır.
• Şəfaət məqamı: Bir çox şiə [4] və sünni [5] alimləri rivayətlərə əsaslanaraq, məhmud məqamını şəfaət məqamı kimi izah etmişlər. O cümlədən Peyğəmbər (s) bir rivayətə əsasən isra surəsi 79-cu ayədə olan məhmud məqamını, öz ümmətinə şəfaət edəcəyi məqam bilmişdir.[6] Yaxud İmam Baqir (ə) və ya İmam Sadiqdən (ə) nəql edilən rivayətdə məhmud məqamı şəfaət kimi təfsir edilmişdir. [7] Bir sıra təfsirçilər bu məqamı böyük şəfaət kimi dəyərləndirmişlər.[8] Seyyid Muhəmmədhüseyn Tehraninin (1345-1716 h.q.) söylədiyinə əsasən, Allahın Peyğəmbərə (s) verdiyi şəfaət məqamı, məhmud məqamından irəli gəlir.[9] Onun fikrincə, məhmud məqamı bütün camal və kamalı özündə yerləşdirmişdir. Bu məqam qeyd-şərtsiz Peyğəmbərə (s) verilmişdir; bu isə o deməkdir ki, hər bir həmd edən tərəfindən, istənilən həmd olunmuşa yönəli edilən həmd-səna, ona aiddir.[10]
• Yaradılmışlara olan əhatə: bəzi təfsirçilərə görə, məhmud məqamı, Peyğəmbərin (s) bütün məxluqlara olan əhatəsi məqamıdır ki, Allah onun hər bir istəyini ( o cümlədən) şəfaəti ona verir.[11]
• Allaha son dərəcə yaxınlıq: Nümunə təfsirində bu ehtimal da verilmişdir ki, məhmud məqamı Allaha son dərəcə yaxınlıq məqamıdır ki, böyük şəfaət də onun təsirlərindən biridir. [12]
İmamlar (ə) üçün məhmud məqamı
Bəzi ziyarətnamələrdə İmam Əli (ə)[13], İmam Hüseyn (ə) [14] və İmam Rza (ə) [15] da məhmud məqamına sahib kimi təqdim edilmişdir. Aşura ziyarətnaməsinin bir hissəsində deyilir: “Allahdan istəyirəm ki ... məni dünya və axirətdə sizinlə birgə qərar versin ... və ondan istəyirəm ki, məni sizə aid olan Allah yanında bəyənilmiş məhmud məqamına çatdırsın”.[16]
Şiə təfsirçisi Nasir Məkarim Şiraziyə görə, isra surəsinin 79-cu ayəsi Peyğəmbərə (s) aid olsa da, amma surəsinin hökmünün başqalarına da aid olması uzaq görünmür; bu izahla ki, gecə namazı qılan bir mömin, Allaha yaxınlıq dərəcəsinə uyğun olaraq, şəfaət məqamının bir hissəsini əldə edib başqaları üçün şəfaətçi ola bilər. [17]
Əlaqəli məqalə
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.670, Təbərsi, Təfsiru cəvamiil-Cami, Tehran, h.ş 1377, c.2, s.341
- ↑ Tusi, Ət-tibyan, Daru ehyait-terasil-ərəbi, c.6, s.510-511; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.671; Feyz Kaşani, Təfsirul-safi, h.q 1415, c.3, s.210; Bəhrani, Əl-burhan, h.q 1416, c.3, s.569; Əyyaşi, Kitabut-Təfsir, h.ş 1380, c.2, s.314; Təbatəbai, Təfsirul-Mizan. h.ş 1377, c.1, s.178; Məkarim Şirazi, Təfsiru Numunə, h.ş 1370, c.12, s.232; Cəvadi Amuli, Təfsiru Təsnim, h.ş 1378, c.4, s.285; Şubbər, Təfsirul-Quranil-Kərim, h.q 1412, s.286; Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c021, s.386-387; Qurtubi, Yəvmul-fəzil-Əkbər, s.155
- ↑ Tusi, Ət-tibyan, Daru ehyait-terasil-ərəbi, c.6, s.512; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.671; Feyz Kaşani, Təfsirul-safi, h.q 1415, c.3, s.211-212; Bəhrani, Əl-burhan, h.q 1416, c.3, s.570-574; Əyyaşi, Kitabut-Təfsir, h.ş 1380, c.2, s.314; Təbatəbai, Təfsirul-Mizan. h.ş 1377, c.1, s.178; Məkarim Şirazi, Təfsiru Numunə, h.ş 1370, c.12, s.232; Cəvadi Amuli, Təfsiru Təsnim, h.ş 1378, c.4, s.285; Şubbər, Təfsirul-Quranil-Kərim, h.q 1412, s.286;
- ↑ Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.21, s.387; Qurtubi, Yəvmul-fəzil-Əkbər, s.155
- ↑ İbn Hənbəl, Musnəd, Daru Sadir, c.2, s.441
- ↑ Əyyaşi, Kitabut-Təfsir, h.ş 1380, c.2, s.314
- ↑ Təbatəbai, Təfsirul-Mizan. h.ş 1377, c.1, s.178; Məkarim Şirazi, Təfsiru Numunə, h.ş 1370, c.12, s.232; Cəvadi Amuli, Təfsiru Təsnim, h.ş 1378, c.4, s.285
- ↑ Hüseyni Tehrani, Emam şenasi, c.9, s.164
- ↑ Hüseyni Tehrani, Emam şenasi, c.9, s.162
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.671; İbn Ərəbi, Futuhatu Məkkiyyə, Muəssisətu Alil-Beyt (ə) li-ehyait-teras, c.4, s.57; Ərusi Huveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1415, c.3, s.206
- ↑ Məkarim Şirazi, Təfsiru Nümunə, h.ş 1370, c.12, s.231-232
- ↑ Tusi, Təhzibul-Əhkam, h.q 1407, c.6, s.30
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.101, s.292
- ↑ Şeyx Səduq, Mən ya yəhzurul-fəqih, h.q 1413, c.2, s.605; Tusi, Təhzibul-Əhkam, h.q 1407, c.6, s.88
- ↑ Məclisi, Buharul-ənvar, h.q 1403, c.101, s.292
- ↑ Məkarim Şirazi, Təfsiru Nümunə, h.ş 1370, c.12, s.231-232
Ədəbiyyat
- İbn Hənbəl, Əhməd, Musnəd, Beyrut, Daru Sadir
- İbn Ərəbi, Muhyid-din, Futuhatu Məkkiyye, Qum, Muəssisətu Alil-Beyt(ə) li-ihyait-teras
- Bəhrani, Seyyid Haşim, Əl-burhanu fi təfsiril-Quran, Tehran, Bunyade besət, h.q 1416
- Cəvadi Amuli, Abdullah, Təfsiru Təsnim, Qum, Mərkəze nəşre İsra, h.ş 1378
- Şübbər, Seyyid Abdullah, Təfsirul-Quranil-Kərim, Beyrut, h.q 1412
- Şeyx Səduq, Muhəmməd ibn Ili ibn Babaveyh, Mən la yəhzurul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum,
- Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
- Təbatəbai, Seyyid MuhəmmədHüseyn, Təfsirul-Mizan, Qum, Entaşarate İslami, h.ş 1377
- Təbərsi, Fəzl ibn Həsən, Təfsiru Cəvam-il Cami, Tehran, Enteşarate Daneşqahe Tehran, və modiriyyəte hoze elmiyyeye Qum, h.ş 1377
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-Quran fi təfsiril-Quran, Tehran, Entşarate Naser Xosrov, h.ş 1372
- Tusi, Muhəmməd ibn Həsən, Ət-tibyan fi təfsiril-Quran, Beyrut, Daru ehyait-terasil-ərəbi
- Tusi, Muhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Həsən Musəvi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Ərusi Huveyzi, Əbdu Əli ib Cume, Təfsiru Nuris-səqəleyn, Qum, Enteşarate İsmailiyyan, h.q 1415
- Əyyaşi, Muhəmməd ibn Məsud, Kitabut-təfsir, Tehran, Çapxane elmiyye, h.q 1380
- Fəxr Razi, Muhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, Daru-ehyait-terasil-ərəbi, h.q 1420
- Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Tehran, Entaşrate Sədr, h.q 1415
- Qurtubi, Muhəmməd ibn Əhməd Əl-Ənsari, Yəvmul-fəzil-Əkbər, Mühəqqiq: Muhəmməd İbrahim Səlim, Misir
- Məclisi, Muhəmməd Baqir, Buharul-Ənvar li-durəri əxbaril-əimmətil-əthar (ə), Daru ehyait-terasil-ərəbi, h.q 1403
- Məkarim Şirazi, Nasir, Təfsiru Nümunə, Qum, Darul-kutubil-İslamiyyə, h.ş 1370
Xarici keçid