Meracus-Səadə (kitab)

wikishia saytından
Meracus-Səadə
MüəllifMolla Əhməd Nəraqi (h.q 1245)
MövzuƏxlaq
DilFars, Azəricə
Cild sayı1 cild
Səhifə sayı979
NəşriyyatHicrət nəşriyyat müəssisəsi
Kitabın farsca adı250 yaşlı insan (ikinci cild)


Meracus-Səadə, (ərəbcə: معراج السعادة) Molla Əhməd Nəraqinin (hicri 1245-ci ildə vəfat edib) fars dilində yazdığı İslam əxlaqından bəhs edən bir kitabdır. Deyilənə görə, bu kitab Molla Mehdi Nəraqi tərəfindən yazılmış "Cameus-Səadat" kitabının farsca xülasəsidir; Bununla belə, yazı metodu və üslubunda bir-birilə fərqləri var.

"Meracus-Səadə" kitabında əxlaqi pisliklərin müalicəsi üçün ümumi qayda nəzərdə tutulmuşdur: Pisliklərin hər biri onun ziddini yerinə yetirməklə müalicə olur. Bu kitaba görə, hər bir fəzilətin müəyyən bir həddi vardır ki, mötədillik adlanır. Həmçinin o həddən ifrat və təfrit etmək rəzilə sayılır.

Meracus-Səadə kitabının müxtəlif nüsxələri və çapları var; o cümlədən Qumdakı "Hicrət" nəşriyyatının 797 səhifə həcmində çapına işarə etmək olar. Şeyx Abbas Qumi bu kitabı "Əl-Məqamatul əliyyə fi mucibatis səadətil əbədiyyə" başlığı ilə xülasə etmişdir.

Əhəmiyyət və məqamı

Şeyx Abbas Qumi "Meracus-Səadə" kitabını fars dilində ən yaxşı əxlaq kitabı hesab edir və onun hər kəsin yanında olmasını zəruri bilir.[1] Həmçinin bəzi yazıçıların qeyd etdiyi Nəraqiyyəyn (iki Nəraqi) əxlaqi məktəbi Molla Əhməd Nəraqinin "Meracus-Səadə" kitabındakı, və Molla Mehdi Nəraqinin "Cameus-Səadat" kitabındakı fikirlərindən qaynaqlanır.[2] Nəraqilər məktəbində hər bir fəzilətin müəyyən bir həddi vardır ki, bu, mötədillik adlanır. Həmçinin bu həddən ifrat və təfrit etmək rəzilət sayılır.[3]

Deyilənə görə, "Meracus-Səadə" kitabı Qəzalinin "Səadət kimyası" kitabından təsirlənmişdir.[4] Həmçinin Şeyx Abbas Quminin "Əl-Məqamatul əliyyə fi mucibatis səadətil əbədiyyə"  kitabı da "Meracus-Səadə" kitabının xülasəsidir.[5]

Ayətullah Müctəhidi Tehrani elmi hövzənin ümumi sinfində tələbələrə "Meracus-Səadə" kitabını dərs verirdi.[6] Seyid Məhəmməd Hüseyni Həmədani də öz xatirələrində deyir ki, o, irfan və əxlaq ustadı Seyid Əli Qazidən mərhum Nəraqinin "Cameus-Səadat" kitabını dərs verməsini xahiş etmiş və o, lütfkarlıqla qəbul etmişdir.[7]

"Meracus-Səadə" kitabına tənqidlər edilib; o cümlədən: rəvayətləri, təcrübi dəlilləri və əxlaqi nümunələri etibarlı mənbələrə istinad verməmək, həmçinin böyüklərin sözlərinə diqqətsiz yanaşmaq.[8]

Müəllif

Molla Əhməd Nəraqi və Fazil Nəraqi kimi tanınan Əhməd ibn Məhəmməd Mehdi ibn Əbuzər Nəraqi (hicri 1245-ci ildə vəfat edib) 13-cü qəməri əsrində şiə alimlərindən olan Molla Mehdi Nəraqinin oğludur.[9] O, Seyyid Məhəmməd Mehdi Bəhrul-Ulum, Mirzə Mehdi Şəhriştani, Şeyx Cəfər Kaşiful-Qita, Sahibi Riaz və... digərlərinin yanında dərs oxudu.[10] O, atasının ölümündən sonra məmləkətində xalqa mərcəi-təqlid olmağı öz üzərinə götürdü.[11] Molla Əhmədin müxtəlif İslam elmlərində 35-ə qədər hesab edilən çoxlu əsərləri vardır; o cümlədən "Müstənəduş-Şiə", "Əvaidul-Əyyam" və "Meracus-Səadə".[12]

Məzmun və quruluş

Kitabda beş fəsil var, hər fəsildə bir neçə fəsil var:

  • Birinci fəsil: Faydalı müqəddimələr
  • İkinci fəsil: Pis əxlaq və nəfs qüvvələrini ifadə etmə
  • Üçüncü fəsil: Gözəl əxlaqı azğınlıqdan qorumaq və...
  • Dördüncü fəsil: Əxlaqi fəzilətlər və gözəl əxlaqa necə yiyələnmək olar
  • Beşinci fəsil: İbadətlərin sirləri və qaydaları.[13]

Kitabın birinci fəsli elə bir fəsillə başlayır ki, məqsədi bu mətləbi bıyan etməkdir ki, özünü tanımaq Allahı tanımağın müqəddiməsidir və Sənaidən bir beyt də şahid olaraq gətirilmişdir.[14] Kitabın axırıncı hissəsi də Peyğəmbər (s)Əhli-beytin (s) ziyarətinin savab və fəzilətləri və onları ziyarət etməyin bəzi qaydaları haqqında bir fəsildir.[15]

Əxlaqi rəzilətləri müalicə etməyin yolları

"Meracus-Səadə" kitabında əxlaqi rəzilətlərin müalicəsi üçün ümumi bir qayda təqdim edilmişdir: Pisliklərin hər biri onun ziddini yerinə yetirməklə müalicə olur.[16] Əlbəttə ki, Nəraqi əxlaqi rəzilətləri formalaşdıran amilləri və zəminləri aradan qaldırmağı[17] və həmçinin onların axirət və dünyəvi təsirlərindən xəbərdar olmağı[18] da pisliklərin müalicəsində təsirli hesab edir. Ona görə də hər bir rəziləti vəsf etdikdən sonra onun amilləri və zəminləri, eləcə də onun dünyəvi və axirət təsirləri haqqında bəhs edir, sonra da onun müalicəsi üçün həll yollarını bəyan edir.[19]

Nəraqi əxlaqı əldə etməyin mərhələləri haqqında hesab edir ki, insan əvvəlcə şəhvətqüvvəsini paklaşdırmalı, sonra qəzəb qüvvəsini tənzimləməli və daha sonra isə əql qabiliyyətini yetişdirməlidir.[20] O, həmçinin əxlaqi fəzilətlər məsələsində də inanır ki, insan o qədər fəzilətlərə əməl etməlidir ki, onların hər biri onun mələkəsi (adəti) olsun.[21]

Cameus-Səadat ilə fərqi

Ağa Bozorq Tehrani "Əz-Zəriə" kitabında "Meracus-Səadə" kitabını Molla Mehdi Nəraqi (hicri 1209-cu ildə vəfat edib) tərəfindən yazılmış "Cameus-Səadat" kitabından alınmış və həqiqətdə, onun farsca tərcüməsi hesab etmişdir.[22] Bununla belə, bu iki kitabın məzmunun təqdim edilməsi və düzülüşü baxımından fərqləri var.[23] O cümlədən:

  • Yanaşma: "Cameus-Səadat" kitabında intellektual yanaşma daha qabarıqdır. Lakin "Meracus-Səadə" mövzuların nəqli və xütbə aspektlərinə əlavə etmişdir. Buna görə də, "Meracus-Səadə" kitabında mətləblər rəvayət dəlilləri və ya nəql və əqlin qarışığı olaraq və şeirlərin qeyd edilməsi ilə təqdim olunur.[24]
  • Fəsillər: Bu iki kitabın bab və fəsillərinin sırası və adları fərqlidir. Məsələn, "Cameus-Səadat" kitabının birinci babı on altı fəsildən ibarətdir, lakin "Meracus-Səadə"nın birinci babı on fəsildən ibarətdir. Həmçinin "Cameus-Səadat" kitabının bəzi fəsilləri "Meracus-Səadə" kitabında, bu kitabın bəzi fəsilləri isə "Cameus-Səadat" kitabında yoxdur.[25]

Bununla belə, "Meracus-Səadə" kitabı bəzi hallarda "Cameus-Səadat" kitabının mövzularını təfərrüatlı şəkildə gətirib.[26]

Nəşrlər və nüsxələr

"Meracus-Səadə" kitabının müxtəlif nəşrləri və nüsxələri var. Ağa Bozorq Tehraniyə görə, İraqda hicri 1238-ci ilə, İranda isə hicri 1265-ci ilə aid bir nüsxə bu kitabın ən qədim nüsxələri arasındadır.[27] Bu kitabın digər nəşrləri və nüsxələri bunlardır:

  • Tehran İslamiyyə nəşriyyatı tərəfindən 299 səhifədə hicri 1388-ci ildə çap olub.
  • Məhəmməd Əli Elmi tərəfindən şəmsi təqvimi ilə 1332-ci ildə ofset şəklində və 549 səhifədə Nəstəliq xətti ilə çap olub.

Həmçinin bu kitabı 1361-ci ildə Rəşidi nəşriyyatı 706 səhifə, Əli Əkbər Elmi nəşriyyatı 1961-ci ildə 462 səhifədə[28] və “Hicrət” nəşriyyatı 797 səhifədə[29] çap etdirmişdir.

İstinadlar

  1. Qumi, Əl-Məqamatul-əliyyə, h.ş 1389, s.25
  2. Fəsihi, Əqlgerayi dər mənabeye əxlaqi mütəxxire şie, s.162
  3. Ehsani, Bayədha və nəbayədhaye əxlaqi dər əndişe do Fazil Nəraqi, s.38-39
  4. Cəlali, Meracus-səadə dər ayineye tarix və fəlsəfeye təlim və tərbiyət, s.154
  5. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.22, s.13
  6. Şakir bərxordar, Adabut-tullab
  7. http://nbo.ir/سید-محمد-حسینی-آقا-نجفی-همدانی__a-13696.aspx سایت فرهیختگان تمدن شیعی
  8. Cəlali, Meracus-səadə dər ayineye tarix və fəlsəfeye təlim və tərbiyət, s.152-153
  9. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.22, s.229
  10. Nəraqi, Meracus-səadə, Hicrət, s.21-22
  11. Nəraqi, Meracus-səadə, Hicrət, s.21
  12. Nəraqi, Meracus-səadə, Hicrət, s.22-35
  13. Nəraqi, Meracus-səadə, Hicrət, s.13
  14. Nəraqi, Meracus-səadə, Hicrət, c.1, s.17
  15. Nəraqi, Meracus-səadə, Hicrət, c.1, s.891
  16. Ehsani, Bayədha və nəbayədhaye əxlaqi dər əndişe do Fazil Nəraqi, s.38-39
  17. Ehsani, Bayədha və nəbayədhaye əxlaqi dər əndişe do Fazil Nəraqi, s.38-39
  18. Nəraqi, Meracus-səadə, Hicrət, s.578
  19. Nəraqi, Meracus-səadə, Hicrət, s.580-583
  20. Nəraqi, Meracus-səadə, Hicrət, s.64
  21. Nəraqi, Meracus-səadə, Hicrət, s.580
  22. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.22, s.229
  23. Hikmət, Cameus-saadat, c.9, s.333
  24. Hikmət, Cameus-saadat, c.9, s.333
  25. Hikmət, Cameus-saadat, c.9, s.333
  26. Hikmət, Cameus-saadat, c.9, s.333
  27. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.22, s.229-230
  28. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.22, s.229-230
  29. «کتاب معراج السعادة»

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Qum, İsmailiyyan, h.q 1408
  • Ehsani, Məhəmməd, Bayədha və nəbayədhaye əxlaqi dər əndişe do Fazil Nəraqi, h.ş 1384
  • Cəlali, Məhəmməd Rza, Meracus-səadə dər ayineye tarix və fəlsəfeye təlim və tərbiyət, h.ş 1380
  • Hikmət, Nəsrullah, Cameus-saadat, c.9, h.ş 1393
  • Şakir Bərxordar, Fərid, Adabut-tullab
  • Fəsihi, Zəkəriyya, Əqlgerayi dər mənabeye əxlaqi mütəxxire şie, h.ş 1399
  • Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Meracus-səadə, Hicrət, Qum