Kəfən

wikishia saytından
(Meyyiti kəfənləmək səhifəsindən yönləndirilmişdir)


Kəfən (ərəbcə: الكفن) müsəlman meyitinin bədəninin dəfndən qabaq örtüyüdür. Bu örtük ən azı üç hissə parçadan ibarət olur: fitə, köynək və sərtasəri. Müsəlman şəxsi kəfənləmək vacibi-kifayidir. Bu əməli qeyri-qanuni yolla mənimsənilmiş (qəsbi) və murdar parça ilə etmək olmaz. Sağ ikən kəfən hazırlamaq müstəhəbdir.

Kəfənin tərifi və ona dair vacib hökmlər

Kəfən dəfndən qabaq müsəlman meyitinin bədəninə örtülən parçaya deyilir.[1] Müsəlman kişi və qadını kəfənləmək vacibi-kifayidir.[2] Qadının kəfənini təmin etmək kişiyə vacibdir[3] Amma başqalarının kəfəni onun öz varı hüsabına hazırlanmalıdır[4] və bunu təmin etmək heç kəsə vacib deyil.[5] Fəqihlərin fətvasına görə, əgər meyyitin varı kəfən almağa yetməsə, onu zəkat pulu ilə təmin etmək olar.[6]

Kəfən üç hissədən ibarətdir:[7]

  1. Mi'zər və ya fitə göbəkdən dizədək bütün bədəni örtməlidir və yaxşı olar ki, sinədən ayaqların üzərinədək çatsın.[8]
  2. Qəmis və yaxud köynək çiyninlərin üzərindən baldıra qədər məsafəni tam şəkildə örtməlidir[9] və yaxşı olar ki, ayaqların üzərinədək çatsın.[10]
  3. İzar və ya sərtasəri bütün bədəni- başdan ayağadək örtməlidir. Bu parçanın eniliyi bir tərəfin digər tərəf üzərinə düşəcək qədər geniş olmalıdır.[11] Yaxşı olar ki, parça həm baş və həm ayaq tərəfdən düyünlənə biləcək qədər uzun olsun.[12]

Qeyri-zəruri hallarda meyiti zorla mənimsənilmiş (qəsbi), murdar, xalis ipək və ya əti haram olan heyvanın yun və tükündən hazırlanmış parça ilə kəfənləmək olmaz.[13]

Kəfənləməzdən qabaq və yaxud kəfənləmə əsnasında səcdə halında yerə dəyən yeddi üzvə bir az kafur sürtülməlidir.[14] Bu iş hənut adlanır və vacibdir.[15]

Müstəhəb və məkruh əməllər

Kəfəni sağ ikən[16] və bordi-yəmanidən (Yəməndə istehsal olan xüsusi parça) hazırlamaq müstəhəbdir.[17] Kəfənin kətan olması məkruhdur.[18]

Əlaqəli məqalələr

İstinadlar

  1. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402-403
  2. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.456
  3. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.405; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.431-433
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.535-536; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.407
  5. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.407; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.538
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.539; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.409
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.456
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.457-458; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402
  9. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402-403; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.461-462
  10. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402-403
  11. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402-403; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.463
  12. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.402-403
  13. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.404; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.465-469
  14. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.413-414
  15. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.413-414
  16. Hürr Amili, Vəsailuş-şiə, h.q 1395, c.2, s.755
  17. Musəvi Xomeyni, Təhrirul-vəsilə, h.q 1390, c.1, s.75
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1426, c.2, s.465-469

Ədəbiyyat

  • Hürr Amili, Məhhəmməd ibn Həsən, Vəsailuş-şiə, Beyrut, Beyrut, h.q 1412
  • Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Nəcəf, h.q 1390
  • Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, h.q 1426 \ m. 2005
  • Təbatəbai, Yəzdi, Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, h.q 1409 \ m. 1988