Nəvf Bikali

wikishia saytından
(Nəvf ibn Fuzalə Bikali səhifəsindən yönləndirilmişdir)
Nəvf ibn Fuzalə Bikali
Yaşadığı yerKufə
Nəsəb / QəbiləHimyər qəbiləsi
Səhabəsiİmam Əli (ə)
ŞeyxləriƏbu Əyyub Ənsari
Başqa fəaliyyətləriİmam Əlinin (ə) mühafizəçisi


Nəvf Bikali (ərəbcə: نوف البكالي) kimi tanınan Nəvf ibn Fuzalə Bikali İmam Əlinin (ə) hakimiyyəti dövründə o Həzrətin mühafizəçisi və qapıçısı idi. Nəvf Nəhcül-bəlağənin bəzi qısa kəlamlarını və xütbələrini nəql etmişdir. Nəvfun adı şiənin qədim Rical mənbələrində gəlməyib, lakin şiənin bəzi hədis mənbələrində ondan nəql olunaraq Həzrət Əlidən (ə) bir sıra rəvayətlər qeyd olunub.

Tərcümeyi-halı

Nəvf ibn Fuzalə İmam Əlinin (ə) səhabələrindəndir ki, o, Həmir qəbiləsinin bir qolu olan Bikal və ya Bikalə qəbiləsinə mənsub olduğu üçün onu Nəvf Bikali adlandırıblar.[1] Bəziləri onu Bəni Həmdana aid ediblər ki, Mamqani "Tənqihul-Məqal" kitabında bunu qəbul etməyib.[2] Bəzi mənbələrdə onun atasının adı Abdullah olaraq keçir.[3] Yərmuk döyüşündə barmaqları kəsilən Peyğəmbərin (s) səhabəsi Əmr Bikalinin onun qardaşı olduğunu bildiriblər.[4]

Nəvf şamlı idi,[5] ona görə də onu Şami adlandırırlar. İbn Əsakir Nəvfu Şam sakini hesab etmiş və onun tərcümeyi-halını Şam şəhərinin tarixində gətirmişdir[6] və bəziləri onun fələstinli olduğunu söyləyiblər.[7]

Nəvfun künyəsi Əbu Yezid idi.[8] Əbu Əmr və Əbu Şid də onun ləqəbləri kimi qeyd olunur.[9]

Təbərinin rəvayətinə görə, Nəvfun anası atasının ölümündən və ya ondan ayrıldıqdan sonra Kəb Əhbarla evləndi.[10] Nəvfun Məhəmməd ibn Mərvanla ermənilər arasında gedən müharibədə öldürüldüyü deyilir.[11]

Həzrət Əli (ə) ilə əlaqəsi

Nəvf Bikali İmam Əlinin (ə) qapıçısı idi. O, Sahib,[12] Hacib[13] və Həzrət Əlinin (ə)[14] xüsusi səhabəsi kimi qeyd edilmişdir. Həzrət Əlinin (ə) münacatlarından[15] və xütbələrindən[16] bəzilərini nəql etmişdir. Nəvf Bikali həmçinin Həzrət Əlidən (ə) ona nəsihət etməsini istədi, Əli (ə) ona sileyi-rəhim etməyi, zalımlarla əməkdaşlıq etməməyi, Əhli-beytlə dost olmağı, qeybət etməməyi və digər əxlaqi fəzilətlərə əməl etməyi tövsiyə etdi.[17]

Mamqani İmam Əlinin (ə) Nəvfə etdiyi nəsihətlərini onun məqamının böyüklüyünün və imanının möhkəmliyinin göstəricisi hesab edir və onun İmam Əlinin (ə) vasitəsi ilə yaxşı insanların sırasında qərar verilməsini öz sözünə şahid olaraq göstərir.[18]

Nəql etdiyi rəvayətlər

Şiə hədis mənbələrində Nəvf Bikalidən rəvayətlər nəql edilmişdir: o, Nəhcül-bəlağənin qısa sözlərindən və İmam Əlinin (ə) xütbələrindən bəzilərini nəql etmişdir.[19] Həmçinin "Həmmam" xütbəsini (az fərqlə)[20] və şiələrin xüsusiyyətləri haqqında Həzrət Əlidən (ə) rəvayət nəql etmişdir.[21]

Nəvf, Abdullah ibn Əmr As və Əbu Əyyub Ənsaridən rəvayət eşitmişdir.[22] Əbu İshaq Həmdani, Nuseyr ibn Zuluq, Xalid ibn Səbih, Əbdülməlik ibn Həbib Cuni, Əmərə ibn Cəvin Əbdi, Şəhr ibn Huşəb Əşəri,[23] Əbu Abdullah Şami, Əbdül-Əla[24] və Əlqəmə ibn Qeys[25] ondan rəvayət nəql ediblər.

Onun adı şiənin qədim Rical mənbələrində yoxdur; Ayətullah Xoi onun adı ilə Şeyx Səduqdan yalnız bir rəvayət gətirməklə kifayətlənib və onun haqqında öz fikrini bildirməyib.[26] Bəzi əhli-sünnə mənbələrində qeyd olunur ki, Nəvfun fikrincə, Quranda Musa və Xızr qissəsindəki Musadan məqsəd Bəni-İsrailin peyğəmbəri Musadan başqa başqa bir Musadır. Bu səbəbdən də İbn Abbas onu yalançı və Allahın düşməni adlandırmışdır.[27]

İstinadlar

  1. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.10, s.77; Mamaqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.277
  2. Mamaqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.277
  3. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.576
  4. İbn Həcər, Əl-İsabə, h.q 1415 - 1995, c.4, s.580
  5. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303
  6. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303-313
  7. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303
  8. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.383
  9. Mamaqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.276; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.164, 664
  11. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.313
  12. Əmin, Əyanuş-şiə, c.2, s.350
  13. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.10, s.77
  14. Mamaqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.276
  15. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.73, s.359
  16. Nəhcül-bəlağə, Saleh Sübhi, xütbə 182; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.33, s.394, c.34, s.124
  17. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.209-210
  18. Mamaqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.276
  19. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.10, s.76-77, Nəhcül-bəlağə, Saleh Sübhi, xütbə 182
  20. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.65, s.192-193
  21. Tusi, Əl-Əmali, h.q 1414, s.576
  22. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303
  23. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1418, c.62, s.303
  24. Şeyx Səduq, Əl_Xisal, h.ş 1362, c.1, s.337
  25. Şeyx Mufid, Əl-Əmali, h.q 1413, c.132-133
  26. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.19, s.185-186
  27. Kermani, Əl-Kəvakibud-dərari, h.q 1401, c.14, s.50

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
  • İbn Həcər, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415 - 1995,
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Darul-fikr, Beyrut, h.q 1418
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.q 1410
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl_Xisal, Came müdərrisin, Qum, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Ketabçi, Tehran, h.ş 1376
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Şeyx Mufid, Məhəmməd ibn Numan, Əl-Əmali, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Kermani, Məhəmməd ibn Yusif, Əl-Kəvakibud-dərari, Beyrut, h.q 1401
  • Mamaqani, Abdullah, Tənqihul-məqal, Nəcəf, h.q 1352
  • Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, Hicrət, Qum, h.q 1414

Xarici keçid