Seyyid Əbül-Qasim Xoyi

wikishia saytından
Seyyid Əbül-Qasim Xoyi
Doğum günüHicrətin 1317-ci ili, 15 Rəcəb
Vəfat günüHicrətin 1413-cü ili, 8 Səfər, 96 yaşında
Vəfat etdiyi şəhərKufə
Dəfn olunduğu yerİmam Əlinin (ə) hərəmi
UstadlarıŞeyxuş-Şəriə İsfəhani, Mehdi Mazandarani, Aqa Ziya İraqi, Məhəmməd Hüseyn Kompani, Məhəmməd Hüseyn Naini
ŞagirdləriMəhəmməd İshaq Fəyyaz, Sədra Badukubei, Seyyid Məhəmməd Baqir Sədr, Mirza Cəvad Təbrizi, Seyyid Əli Hüseyni Behişti, Seyyid MÜrtəza Xəlxali, Seyyid Əli Sistani, Məhəmməd Cəfər Naini, Mürtəza Burucerdi
Təhsil aldığı yerNəcəf Elmi Hövzəsi
ƏsərləriƏl-Bəyan fi təfsiril-Quran, Təkmilətu minhacis-salihin, Mucəmu ricalil-hədis
Siyasiİraqın Şabaniyyə müqavimət hərəkatına dəstəyi
İctimaiMüxtəlif ölkələrdə İslami mərkəzlərin və Xeyriyyə müəssisələrinin təsiscisi
Rəsmi internet saytıAyətullah Xoinin İslami müəssisəsi (ərəbcə)


Seyyid Əbül-Qasim Musəvi Xoyi (ərəbcə: السيد أبو القاسم الخوئي ) şiənin təqlid-mərcələrindən biri (1899-1992), rical elminin alimi, həmçinin “Mucəmu-ricalil-hədis” adlı 23 cildlik məcmuənin müəllifi və “Əl-bəyan fi təfsiril-quran” adlı əsərin sahibi idi. Mirzə Naini və Mühəqqiq İsfəhani onun fiqhüsulda iki ən mühüm ustadı idi. Xoyinin mərcəiyyəti Seyyid Hüseyn Burucerdinin vəfatından sonra rəsmi olaraq başlamış, Seyyid Möhsin Həkimin vəfatından sonra isə onun mərcəiyyətinin xüsusən İraqda başladığını hesab etmişlər. Xoyi yetmiş illik tədris müddətində bir dəfə tam şəkildə fiqhin xaric dərsinə (fiqhin akademik tədrisinə), altı dəfə üsul elminin xaric dərsinə (üsulun akademik tədrisinə) və qısa bir müddətdə isə Quran təfsirinin tədrisinə məşğul olmuşdur. Məhəmməd İshaq Fəyyaz, Seyyid Məhəmməd Baqir Həkim, Mirzə Cavad Təbrizi, Seyyid Əli Sistani, Hüseyn Vəhid Xorasani, Seyyid Musa Şübeyri Zəncani, Seyyid Musa SədrSeyyid Əbdül-Kərim Musəvi Ərdəbili kimi alimlər Xoyinin şagirdlərindən sayılır.

Ayətullah Xoyi fiqhdə və üsuli-fiqhdə bəzən şiə fəqihlərinin məşhur nəzərləri ilə fərqlənən dəyərli nəzər və fikirlər irəli sürmüşdür. Bəzi mənbələr, onun fərqli fətvalarının 300-ə qədər olduğunu qeyd etmişdir. Kafirin dinin firuiddininə əməl etməyə mükəlləf olması ilə müxalifətçilik, ayın başlanğıcının nisbi olduğunu qəbul etməmək, fətva baxımından olan şöhrətin və icmanın etibarlığı ilə razılaşmamaq onun fiqh və üsuli-fiqhdə fərqli fikirlərindən bəzisidir. Xoyi özünün mərcəiyyət dövründə dinin təbliği, şiəliyin yayılması və ehtiyaclılara yardım etmək istiqamətində bir sıra addımlar atmışdır. Buna misal olaraq, İran, İraq, Malaziya, İngiltərə, Amerika, Hindistan və s yerlərdə kitabxana, mədrəsə, məscid, hüseyniyyə və xəstəxana tikdirməyi qeyd etmək olar.

Xoyi 1960-cı illərdə Pəhləvi hökumətinə qarşı mövqe bildirmiş və bəyanatlar vermişdir. 1963-cı ildə Feyziyyə hadisəsinə qarşı etiraz etmək buna misaldır. O, 1979-cı ildə İranda İslam İnqilabının başlamasından, Onun Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Diba ilə görüşündən, bu görüş səbəbi ilə yaranmış şəkk-şübhələrdən sonra bir çox yerlərdə o cümlədən İslam Respulikasının təyini haqqında referendom məsələsində, həmçinin İran-İraq müharibəsində İran İslam Respublikasını və inqilabını himayə etmişdir. O, İraq şiələrinin şabaniyyə müqavimət hərəkatı məsələsində və şiələrin idarəsi altında olan məntəqələrin idarəsi üçün şura rəhbərlərinin təyini məsələsində Səddam Hüseyn hökumətinin təzyiqinə məruz qalmış, ömrünün axırına qədər ev həbsində olmuşdur.

Həyatı

Seyyid Əbül-Qasim Musəvi Xoyi 1317-ci hicri ilində Rəcəb ayının on beşində, miladi təqvimi ilə isə 1899-cu ilin Noyabır ayının 19-cu günündə Qərbi Azərbaycan ətrafında yerləşən Xoy şəhərində dünyaya gəldi.[1] Onun atası Abdullah Mamaqaninin şagirdlərindən olan Seyyid Əli Əkbər Xoyi şəri olmayan məşrutə[2] hadisəsi ilə razılaşmadığı üçün 1328-ci hicri ilində İrandan Nəcəfə hicrət etdi.[3] Xoyi, 1413-ci hicri ilinin səfər ayının səkkizində şənbə günü ürək xəstəliyi səbəbi ilə 96 yaşında (miladi təqviminə əsasən 93 yaşında) Kufə şəhərində dünyadan köçdü və imam Əlinin (ə) hərəminin həyətində yerləşən Məscidül-Xəzranın kənarında dəfn edildi.[4]

Həyat yoldaşı və övladları

Xoyi iki dəfə ailə həyatı qurdu. Birinci xanımından üç oğlan və üç qız övladı, ikinci xanımından isə dörd oğlan övladı və iki qız övladı dünyaya gəlmişdir.[5] Xoyinin tanınmış övladlarından bəziləri aşağıdakılardır:

  • Seyyid Cəmaləddin Xoyi, Xoyinin böyük övladıdır və ömrünün çoxunu Nəcəfdə atasının mərcəiyyət işlərinə sərf etmişdir. Onun bəzi əsərləri bunlardır: Kifayətul-Usulun şərhi, Bəhsun fil-fəlsəfəti vəl-kəlam, tovzihul-murad fi şərhi təcridil-etiqad, Mütənəbbinin şeir divanına şərh, fars dilində şeir divanı.[6]
  • Seyyid Məhəmməd Təqi Xoyi 1989-cu ildə İmam Xoyi adına xeyriyyə müsəsisəni yaratdıqdan sonra onun baş direktoru oldu. 1990-cı ildə şabaniyyə intifazəsindən sonra azad olunmuş məntəqələr üzrə atasının nümayəndə heyətinin üzvü seçildi. Lakin qiyamın yatırılması və şiələrin qətliam edilməsindən sonra atası ilə birlikdə ev həbsinə məhkum edildi. Sonda 1994-ci ilin iyul ayının 21-ci günündə yol hadisəsi qəzasında dünyadan köçdü. Bəziləri baş verən bu hadisəni Səddam dövlətinin planı hesab etmişlər.[7] Atasının dərslərini yazmaqdan əlavə, Əl-iltizamatut-təbəiyyət fil-uqud adlı əsəri yazmışdır.[8]

Xoyinin qızları haqqında dəqiq məlumat yoxdur. Amma onu kürəkənlərindən bəzisi aşağıdakılardır: Seyyid Nəsrullah Mustənbit, Seyyid Mürtəza Hökmi, Seyyid Cəlaləddin Fəqih İmani, Cəfər Ğərəvi Naini və Seyyid Mahmud Milani.[9]

Elmi həyatı

Seyid Əli Sistaninin Ayətullah Xoinin cənazə namazını qılarkən

Əbül-Qasim Xoyi 1330-cu hicri ilində 13 yaşında ikən qardaşı Abdullah Xoyi ilə birlikdə Nəcəfə atasının yanına getdi.[10] O, 6 il hövzənin müqəddimə və ali səth dərsləri ilə məşğul oldu. Sonra isə on dörd il müddətində fiqh və üsul kimi müxtəlif elmlərin ustadlarının dərsində iştirak etdi. Onun öz həyatı haqqında özünün yazdığına əsasən bu ustadların arasında hamıdan çox Məhəmməd Hüseyn Nainidən və Məhəmməd Hüseyn Ğərəvi İsfəhanidən faydalanmışdır.[11][12]

Ustadları və ictihad icazəsi

İmam Əlinin (ə) hərəmində Ayətullah Xoyinin türbəsi

Seyyid Əbül-Qasim Xoyi özünün dediyi kimi, elmi faydanının çoxunu Məhəmməd Hüseyn Nainidən və Məhəmməd Hüseyn Ğərəvi İsfəhanidən almaqdan və onlardan bir dövrə üsul elmini və bəzi fiqhi babların dərsini almaqdan əlavə Şeyxuş-Şəriət (vəfatı 1338 h.q) , Mehdi Mazandarani (vəfatı 1342 h.q) və Ağa Ziya [13] kimi digər ustadları da qeyd etmişdir. Xoyinin digər ustadları aşağıda adları keçən şəxslər olmuşdur: Kəlam və təfsir elmində Məhəmməd Cavad Bəlaği, rical və dirayə elmində Seyyid Əbu Turab Xansari, riyaziyyat elmində Seyyid Əbül-Qasim Xansari, fəlsəfə və irfanda Seyyid Hüseyn Badkubeyi həmçinin Seyyid Əli Qazi.[14]

Seyyid Əbül-Qasim Xoyi Nəcəf elmi hövzəsində təhsil aldığı müddətdə Seyyid Məhəmməd Hadi Milani (vəfatı 1395 h.q), Seyyid Məhəmməd Hüseyn Təbatəbayi (1402 h.q) , Seyyid Sədruddin Cəzayiri, Əli Məhəmməd Burucerdi (vəfatı 1395 h.q), Seyyid Hüseyn Xadimi və Seyyid Məhəmməd Hüseyni Həmədani ilə elmi müzakirə edirdi.[15]

Xoyi 1352-ci hicri ilində Nəcəf elmi hövzəsinin bir çoxundan ictihad icazəsi almışdır. Məhəmməd Hüseyn Naini, Məhəmməd Hüseyn Ğərəvi İsfəhani, Ziya İraqi, Məhəmməd Hüseyn Bəlaği, Mirzə Əli Ağa Şirazi və Seyyid Əbül-Həsən İsfəhani onlardan bəzisidir.[16]

Mərcəiyyəti

Xoyinin mərcəiyyətin başlanğıc tarixi dəqiq məlum deyil. Amma mənbələrdən çoxu onun ciddi olaraq mərcəiyyətinin başlanmasını Burucerdinin vəfatından sonra hesab etmiş və Seyyid Möhsin Həkimin vəfatından sonra Xoyinin məxsusən İraqda üstün mərcə olaraq tanınmasına təkid etmişlər.[17] Həmçinin məlumatlarda onun mərcəiyyət məqamının İran şiələrinin arasında da əhəmiyyətli olması keçmişdir.[18] Xoyi həm ərəb həm ərəb olmayan əksər şiələrin arasında nəzərə çarpacaq dərəcədə nüfuz malik olan mərcələrdən hesab edilmişdir.[19]

Nəcəf müctehidlərindən 14 nəfər o cümlədən Sədra Badkubeyi, Seyyid Məhəmməd Baqir Sədr, Seyyid Məhəmməd Ruhani, Müctəba Lənkərani, Musa Zəncani, Yusif Kərbəlayi, Seyyid Yusif Həkim və Seyyid Cəfər Mərəşi Xoyinin ələm müctehid (təqlid edilmək üçün lazımlı biliyə hamıdan daha çox sahib olan ) olduğunu elan etmişdir.[20] Seyyid Musa Sədr Livan şiələrinin Ali İslami Şurası tərəfindən Xoyini ələm mərcə olaraq tanıtdırdı.[21]

Tədrisi

Ayətullah Xoyinin tədrisi

Əbül-Qasim Xoyi Nəcəf elmi hövzəsində təhsil almaqla yanaşı tədrislə də məşğul olmuş, mənbələrin verdiyi məlumata əsasən özü oxuduğu hər bir dərslik kitabı tədris etmişdir.[22] Məhəmməd Hüseyn Naininin və Məhəmməd Hüseyn Ğərəvi İsfəhaninin vəfatından sonra Seyyid Əbül-Qasim Xoyinin və Məhəmməd Əli Kazimi Xorasaninin dərs məclisi Nəcəfin mühüm dərslərindən hesab edilmişdir. Buna əsasən də Məhəmməd Əli Kazimi Xorasaninin vəfatından sonra Xoyinin dərsi Nəcəf elmi hövzəsinin ən məşhur dərs məclislərindən biri kimi tanınmışdır.[23] Xoyinin öz həyatı haqqında yazdığına əsasən uzun illər tədris etdiyi vaxtlarda xəstələndiyi və səfərə çıxdığı vaxtlardan başqa heç vaxt şagird yetişdirməyi tərk etməmişdir.[24] O, ümumi olaraq 70 il müddətində Nəcəf elmi hövzəsinin səth və xaric dərslərinin tədrisi ilə məşğul olmuşdur. Mənbələrin dediyinə əsasən əlli il müddətində Nəcəf elmi hövzəsinin adlı-sanlı dərs məclisini öhdəsinə almışdır və İran, Hindistan, Əfqanıstan, Pakistan, İraq, Livan və digər ölkələrdən olan tələbələr onun dərsində iştirak etmişdir.[25]

Xoyi öz şagirdlərinə bir dövrə fiqhin xaric dərsini və altı dövrə də üsulun xaric dərsini tədris etmişdir. O, həmçinin qısa bir müddət ərzində Quran təfsirini də tədris etmişdir.[26]

Tədris üslubu

Xoyi elmi məsələlərin tədrisində məharətli hesab edilmişdir. Tədris etdiyi mətləbləri səslis, fəsahətli, nizamlı və artıq mövzulara və haşiyəyələrə çıxmadan bəyan etmiş, tədris zamanı fəlsəfi mövzulara toxunmamış, hədislərdən çox istifadə etmiş və hədislərin sənədinə xüsusi diqqət ayırmışdır.[27]
Onun dərslərinin Ağa Ziya İraqinin, Məhəmməd Hüseyn Ğərəvi Naininin və Məhəmməd Hüseyn Ğərəvi İsfəhaninin dərs məclislərinin elmi fikir və əsaslarının xülasəsindən və öz fikirlərindən ibarət olduğu deyilmişdir.[28]

Əsərləri və dərs yazıları

Seyyid Əbül-Qasim Xoyi fiqh, üsuli-fiqh, rical, kəlam və Quran elmləri kimi müxtəlif mövzularda əsərlər yazmışdır. Onun əsərləri “Mosuətul-imamil-Xoyi” adlı 50 cildlik məcmuə şəklində toplanmışdır[29] və bu məcmuənin virtual nüsxəsi Nur İslam elmləri kompyuter təhqiqat mərkəzi tərəfindən təqdim edilmişdir.[30] Onnun bəzi tanınmış əsərləri bunlardır:

  • Əcvədut-təqrirat
  • Mucəmu-ricalil-hədis
  • Əl-bəyan fi təfsiril-Quran

Şagirdləri

Ayətullah Xoyi və şagirdləri: Tərtiblə sağ tərəfdən; Seyyid Cəfər Xoyi, Seyyid Musa Sədr, Seyyid Abdullah Şirazi, Əbül-Qasim Xoyi, Seyyid Nəsrullah və Seyyid Mürtəza

Əbül-Qasim Xoyinin çoxlu şagirdləri olmuş və bəzi mənbələrə əsasən onların sayı 600 nəfəri keçmişdir.[31] Şagirdlərindən bir qrupu istifta iclaslarında (şəri sualların cavablandırıldığı iclaslarda) iştirak edirdilər.

  • Birinci istifta heyətinin üzüvləri:[32] Şeyx Sədra Badkubeyi, Şeyx Müctəba Lənkərani, Mirzə Cavad Təbrizi, Mirzə Kazim Təbrizi, Şeyx Həbibullah Əraki, Seyyid Cəfər Mərəşi.

Onun digər şagirdlərindən bəzisi aşağıdakılardır:

Elmi fikirləri və baxışları

Seyyid Xoyinin fiqh və üsulda şiə fəqihlərinin məşhur fikirləri ilə fəqlənən dəyərli fikirləri vardır.[37] Bəzi mənbələrinin dediyinə əsasən Xoyinin fətvaları arasında şiə fəqihlərinin məşhur fətvaları ilə fərqlənən 300 fətva nəzərə çarpır. Bu yerlərdən bəzisi bunlardır:

  • Kafirlərin firuiddinə əməl etməkdə mükəlləf olmasına qarşı çıxmaq: Xoyi Yusif Bəhrani kimi kafirlərin üsuliddindən əlavə firuddində də mükəlləf olduğunu[38] deyən bütün şiə fəqihlərinin əksinə olaraq, kafirlərin İslamı qəbul edənədək firuddində mükəlləf olmadığını düşünür.[39]
  • Hicri qəməri ayının başlanmasının nisbi olmadığını demək: Məşhur fikirin əksinə olaraq Xoyinin fikrincə hicri qəməri ayının başlanğıcı hamı üçün eynidir və bunu nisbi hesab etmək olmaz. Çünki, Xoyinin fikrincə qəməri ayının başlama meyarı təkvini hadisə olan ayın məhaqdan (görünməz vəziyyətdən) çıxmasıdır və bu məsələ günəşin, ayın və yerin yerləşmə vəziyyəti ilə əlaqəlidir və yerin üzünün müxtəlif hissələrinə və məntəqələrinə bağlı bir məsələ deyil.[40]
  • Fətva əsasında yaranan şöhrət və icma ilə müxalifətçilik: Seyyid Əbül-Qasim Xoyinin fətva əsasında yaranan şöhrət barəsində şiə alimlərinin məşhur fikirlərindən təmamilə fərqli baxışları var idi. Şiənin əksər üsul alimlərinin fikrincə bir fətva fəqihlər arasında məşhur olduğu zaman, bu fətvaya uyğun olmayan etibarlı hədis etibardan düşəcək. Lakin Xoyi bu qanuna müxalifdir və “fətva əsasında yaranan şöhrət”-i üsuli fiqhdə təarüz babının “mürəccihat” hissəsində gətirməmişdir və fəqihlərin bir hədis əsasında fətva verməsinin məşhurluğu zəif rəvayətin zəifliyini düzəldə bilmədiyi kimi, fəqihlərin səhih bir hədisə qarşı diqqətsizliyi həmin hədisi etibardan salmadığını düşünür.[41] O, icmanın etibarlığını və dəlil sayılmasını da sual altına aparmışdır. İstər icma “mənqul icma” olsun istərsə də “mühəssəl icma”. Buna baxmayaraq Xoyi öz fətvalarında ehtiyat etmiş, icmaya diqqətlə yanaşmışdır.[42]
  • Məşhura müxalif fətvalar: Qadının ərinin icazəsi olmadan evdən çıxmasının icazəliyi, qadının ölüm ehtimalı olduğu halda bətnindəki körpənin saldırılmasının icazəli olması, müsəlman kişinin kitab əhli olan qadınla daimi evlənməyinin icazəliyi, ibtidai cihadın Məsum İmamın (ə) hüzuru ilə şərtlənməməsi həmçinin, qeyri müsəlman ölkələrdən gətirilən şəri qaydada kəsilməsində şəkk edilən dərilərin paklığı.[43]

Siyasi addımları

İran İslam inqilabından himayə

Əbül-Qasim Xoyi mərcəiyyətə çatana qədər Pəhləvi hökumətinin addımlarını pisləyən bəyanatlar vermişdir. On ildən artıq bir müddətdə siyasi sükut yolunu seçmiş, sonra isə 1979-cu ilin Fevral ayında İranda İslam inqilabı qələbə çalarkən, İmam Xomeynini və İslam inqilabını himayə etmişdir. Sonda Xoyinin İraq şiələrinin şabaniyyə hərəkatını himayə etməsi onun ev həbsi ilə nəticələndi.[44] Xoyinin bəzi ictimai və siyasi addımları aşağıdakılardan ibarətdir:

Pəhləvi hökumətinə qarşı addımlar

Xoyi 1341 ci ilin mehr ayında İran şahı Məhəmməd Rza Pəhləviyə teleqraf ünvanlamaqla “əyalət və vilayət cəmiyyəti” proyektinə qarşı çıxdı və onun şəriətlə düzgün olmadığını bildirdi.[45] Həmçinin Seyyid Məhəmməd Behbehaniyə yazdığı məktubda təkid etdi ki, “ Zor gücünə millətin səsini kəsmək uzun sürməyəcək, demaqoqcsına aparılan təbliğat problemləri həll etməyəcək və müflis iqtisadiyyata və camaatın narazılığına məlhəm olmayacaqdır”.[46] O, həmçinin 1963-cu ilin əvvəlində baş vermiş Feyziyyə hadisəsinə reaksiya verərək Məhəmməd Rza Pəhləviyə teleqraf göndərdi və “müsəlman məmləkətin tənəzzülündən və Onun məmurlarının rəftar tərzindən” təəssüfləndiyini bildirdi.[47] Bir ay sonra bir qrup İran alimlərinin məktubuna cavabda qüsurlu hakimlərin səlahiyyətsizliyini və ruhanilərin vəzifəsinin ağır olduğunu və sükutun düzgün olmadığını vurğuladı.[48] 1963-cü ilin iyun ayının beşi hadisəsindən sonra İran hakim aparatını zalım adlandırması, milli məclisin 21-ci sessiyasında iştirak etməyin qadağan olduğunu və onun etibardan düşdüyünü vurğulamaq, İmam Xomeyninin həbsinin və mühakimə olunması haqqında yayılan şayiənin ardınca İmamı himayə etməsi Seyyid Xoyinin digər siyasi addımlarının bir hissəsidir.[49]

İranlıların İraqdan çıxarılması

1962-cı ilinin sonlarından başlayaraq İranlıların İraqdan deport edilməsinin ardıyca Xoyi İraqdan çıxarılmayan azsaylı şiə alimlərindən idi. Bununla belə onun şagirdlərinin bir çoxunun deport edilməsi Onun dərsinin rövnəqdən düşməsinə səbəb oldu.[50] Xoyinin şagirdlərinin çoxu Qum elmiyyə hövzəsinə gəlməklə öz ustadlarının fiqh və üsulda olan fikirlərini yaymağa başladılar və bundan öncə Hairi YəzdiBürucerdinin baxışlarının təsiri altında olan müasir Qum elmiyyə hövzəsini Xoyinin, Mirza Naininin, Mühəqqiq İsfəhaninin və Ağa Ziya İraqinin nəzərləri ilə tanış etdilər.[51]

On ildən artıq sükut dövrü

Xoyi mərcəiyyətə çatandan sonra siyasətdən uzaqlaşdı.[52] Bu mərhələ İmam Xomeyninin Nəcəfdə olduğu zamanla eyni vaxta təsadüf edirdi.[53] Onun, 1979-cu ildə İranda inqilab zamanında baş verən hadisələr qarşısında şükutu İranda etirazlara səbəb oldu.[54] 1978-ci ilin Noyabr ayının 19-da Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın onun beytinə ( mərcəiyyət ofisinə) gəlişi bu etirazları artırdı və Xoyi bəzi alimlərə yazdığı məktubda bu görüşün istənilmədən və gözlənilməz halda baş verdiyini bildirdi.[55]

Fərəh Dibanın Xoyi ilə görüşü

İran şahının Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Diba Qədir-xum bayramına təsadüf edən 1978-cu ilin 19 Noyabr Seyyid Əbül-Qasim Xoyinin görüşünə getdi.[56] Bu görüş İran xalqının İslam İnqilabı zirvəyə çatdığı və Seyyid Ruhullah Xomeyninin İraqdan xaric edildiyi bir şəraitdə baş verdi.[57] Fərəh Dibanın Xoyi ilə görüşü Onun İran inqilabı məclislərində tənqid olunmasına səbəb oldu.[58] Buna görə də bu təqlid mərcəsi Seyyid Sadiq Ruhaniyə yazdığı məktubda bu görüşü qəfil və istənilmədən baş verən bir görüş adlandırmaqla yanaşı bu görüşdə İranda baş verən xoşagəlməz və faciəvi hadisələrə qarşı şiddətli etiraz etdiyini vurğuladı.[59] Məhəmməd Rza Pəhləvinin yaxınlarından olan Hüseyn Ferdust bu görüş haqqında belə deyir: Ayətullah Seyyid Əbül-Qasim Xoyi Fərəh Pəhləvinin onunla görüş istəyini cavabsız qoymuşdu və Fərəh şəxsən İslam hicabı ilə Ayətullah Xoyinin mənzilinə getmişdir.[60]

İran İslam İnqilabı ilə birgəlik

Xoyi Fərəh Diba ilə görüşdən sonra İran xalqının Pəhləvi hökümətinə qarşı apardığı mübarizənin gücləndiyi bir şəraitdə İran İslam İnqilabı ilə birgəlik nümayiş etdirdi və sonra isə müxtəlif zamanlarda İran İslam Respublikasını himayə etdi. O, inqilabın qələbəsindən öncə bir bəyanatda təqlid-mərcələrinə, alimlərə və İran xalqına müraciət edərək onlardan şücaətli və şəri qaydaları qoruyaraq addımlamağı istədi.[61] Bundan sonra Xoyi İslam resppublikasının təyini üçün keçirilən referendom zamanı insanları İslam Respublikasına səs verməyə çağırdı. Öz şagirdlərindən inqilabın işlərində iştirak etmələrini istədi və İran-İraq müharibəsində Səddam hökümətinin Onu İraqı himayə etməsi üçün etdiyi təzyiqlərinə baxmayaraq İran döyüşçülərinə lazım olan ləvazimatın şəri vergilərdən yığılan pulla təmin edilməsinin icazəliyinə höküm verdi.[62]

İraqın Şabaniyyə müqavimət hərəkatı

Şabaniyyə hərəkatı yatırıldıqdan sonra Ayətullah Xoyinin Səddam Hüseynlə ilk görüşü

Əbül-Qasim Xoyi şiələrin nəzarəti altında olan məntəqələrin idarə edilməsi üçün 9 nəfərlik şura təyin etdi. Şabaniyyə hərəkatının məğlubiyyəti Xoyinin ev həbsinə və Səddam zamanında İraq hökumətinin geniş təzyiqlərinə səbəb oldu.[63] Seyyid Əbül-Qasim Xoyi 1991-ci ildə İraq xalqının Şabaniyyə hərəkatını bir başa himayə etdiyi və şura rəhbərliyini seçdiyi üçün Bəs partiyası tərəfindən saxlanıldı və Bağdada göndərildi. İki gün saxlanıldıqdan sonra məcburi olaraq Səddam Hüseynin yanına aparıldı və Səddam Ona qarşı təhqiramiz ifadələr işlətdi.[64]

Dini və ictimai xidmətləri

Xoyi özünün mərcəiyyət zamanında ixtiyarında olan pullarla İran, İraq, Malaziya, İngiltərə, Amerika və Hindistan kimi ölkələrdə kitabxana, məscid, hüseyniyyə, yataqxana, poliklinika, xəstəxana, xeyriyyə müəssisəsi və yetimlər evi tikməyə göstəriş verdi. Xoyi adına xeyriyyə müəssisəsinin mərkəzi binası Londonda yerləşir.[65] Xoyi adına xeyriyyə müəssisəsinin nəzarəti altında olan bəzi islami mərkəzlər aşağıdakılardan ibarətdir:

  • Londonda yerləşən İmam Xoyi adına mərkəz: İslami mərkəzdən, oğlanlar üçün İmam Sadiq (ə) adına mədrəsədən, qızları üçün Əz-zəhra (ə) məktəbdən, ümumi kitabxanadan və kitab mağazasından ibarətdir. Bu mərkəzin iki mədrəsəsində 800-ə yaxın şagird təhsil alır. Bu mərkəzdə aylıq iki dildə-ərəb və ingilis dilində “Nur” adlı jurnal çap edilir.[66]
  • Nyuyorkda yerləşən İmam Xoyi mərkəzi: 3 min nəfərlik toplantı zalından, on mindən çox kitabı olan kitabxanadan, uşaq bağçasından, hər biri 150 nəfərlik olan qızlar və oğlan üçün məktəbdən, ərəb dilini, Quranı öyrənməyə və İslam əsasında uşaq tərbiyəsinə məxsus olan “İman” adlı mədrəsədən, ölü yuyulan yerdən və s-dən ibarətdir.[67]
  • Montrialda yerləşən İmam Xoyi adına xeyriyyə müəssisəsi: Bu müəssisə 1989-cu ildə müsəlman və qeyri müsəlman ölkələrində şiə adına dini, mədəni və ictimai xidmətlər göstərmək üçün təsis edilmişdir.
  • Bombeydə yerləşən İmam Xoyi adına mədəniyyət binası: Bombeyin iyirmi kilometrliyində yerləşən bu yüz min kvadrat metrlik bina böyük toplantı zalından, üç min nəfərlik məsciddən, 50 min kitablıq kitabxanadan və 700 nəfərlik hüseyniyyədən, dini elmlərin öyrənildiyi mədrəsədən, 1200 nəfərlik ibtidai və orta məktəbdən, aptek və poliklinikadan ibarətdir.[68]

Xoyi haqqında hazırlanmış bəzi əsərlər

“Ayətullah” adlı sənədli filmi Seyyid Mustafa Musəvitəbarın rejisorluğu və “Ouc” adlı incəsənət mediya təşkilatının himayəsi əsasında çəkilmişdir. Bu sənədli filmi, Ayətullah Xoyinin, həyatı, təhsili və Onun İran İslam İnqilabı ilə olan əlaqəsinə toxunmuşdur.[69]

Qalereya

İstinadlar

  1. Hairi, Ruzşomare Qəməri, h.ş 1381, s.195
  2. Ənsari Qummi, "Nucume ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbdül-Qasim Xoyi", s.54
  3. Sədrayi Xoyi, Simaye Xoy, h.ş 1374, s.169; Piri Səbzəvari, "Ayətullahul-üzma Seyyid Əbdül-Qasim Xoyi" Quranşenase bozorqe müasir", s.30
  4. Piri Səbzəvari, "Ayətullahul-üzma Seyyid Əbdül-Qasim Xoyi" Quranşenase bozorqe müasir", s. 41-42
  5. «معرفی آیت‌الله سید ابوالقاسم موسوی خویی».
  6. Əmini, Mucəmu ricalil-fikr vəl-ədəbi fin-Nəcəf..., h.q 1384, ss.170
  7. «معرفی آیت‌الله سید ابوالقاسم موسوی خویی».
  8. Şakiri, Əl-"İmamus-Seyyidil-Xoyi: Sirə və zikriyyat", s.254, 256-257
  9. «معرفی آیت‌الله سید ابوالقاسم موسوی خویی».
  10. Sübhani Təbrizi, Mərcəiyyət dər Şiə, s.16
  11. Piri Səbzəvari, Ayətullah-üzma Seyyid Əbül-Qasim Xoyi Quranşenase bozorqe muasir, s.30
  12. Ənsari Qummi, Nucume Ümmət - Ayətullah-üzma Seyyid Əbül-Qasim Xoyi, s.57
  13. Yadname Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, h.ş 1372, s.58 və 59
  14. Yadname Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, h.ş 1372, s.58 və 59
  15. Ənsari Qummi, Nucume Ummət - Həzrət Seyyid Əbül-Qasim Xoyi, s.58
  16. Yadname Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, h.ş 1372, s.64-65
  17. Şərif Razi, Qoncine Daneşməndan, h.ş 1352-1354, c.2, s.3-5; Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.515
  18. Cəfərian, Təşəyyö dər İraq, Mərcəiyyət və İran, h.ş 1386, s.108
  19. Cəfərian, Təşəyyö dər İraq, Mərcəiyyət və İran, h.ş 1386, s.51
  20. Xatərate Ayətullah Abbas Xatəm Yəzdi, h.ş 1380, s.98-100
  21. Zahir, Məsirətul-İmamis-Seyyid Musa Sədr, m.2000, c.2, s.293-294
  22. Ənsari Qummi, Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.59
  23. Ənsari Qummi, Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.61
  24. Ənsari Qummi, Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.62
  25. Ənsari Qummi, Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.65
  26. Ənsari Qummi, Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.62
  27. Ənsari Qummi, "Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.63
  28. Ənsari Qummi, "Nucume Ümmət - Həzrət Ayətullahul-üzma Hacı Seyyid Əbül-Qasim Xoyi, s.64
  29. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.522
  30. «موسوعه الامام الخوئی», Nurşop onlayn mağaza
  31. Şərif, "Təlamizətul-İmamil-Xoyi", s.235-252; Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.515, Be nəqle Şərif, h.q 1414, s.677-695
  32. Ənsariyan Xansari, Şəm həmişe fərəvzan, s.96
  33. Ənsariyan Xansari, Şəm həmişe fərəvzan, s.97
  34. Çöhrehaye mandeqar, s.9; Məcəlle Kihan fərhəngi, n.12; Fəslnamə fərgəngestane ulum, n.5, s.126
  35. Mehdizadə Kabuli, "Möhsini, Məhəmməd Asif", Daneşname aryana
  36. Zendeginame, Sayte İrfan Keşmiri
  37. «دخالت آخوند خراسانی در مشروطه متعارف نبود», faridmod.blogfa.com
  38. Fəyyaz, Nu avərihaye Usuli və fiqhi Ayətullah Xoyi, s.336-337
  39. Fəyyaz, Nu avərihaye Usuli və fiqhi Ayətullah Xoyi, s.336-337
  40. Fəyyaz, Nu avərihaye Usuli və fiqhi Ayətullah Xoyi, s.336-337
  41. Fəyyaz, Nu avərihaye Usuli və fiqhi Ayətullah Xoyi, s.325-326; Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.518
  42. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.518
  43. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.518
  44. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.518
  45. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  46. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  47. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  48. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  49. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  50. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.519
  51. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.519-520
  52. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  53. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  54. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  55. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516-517
  56. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516-517
  57. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  58. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516
  59. Rəiszadə, "Xoyi, Əbül-Qasim, s.516-517; طباطبایی، «دیدار پرماجرا و روایت‌های متفاوت»., mobahesat.ir
  60. Haşimiyanfər, Quneşenasi rəftare siyasi Mərace təqlid, h.ş 1390, s.224
  61. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.517
  62. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.517
  63. Rəiszadə, "Xoyi, Əbül-Qasim", s.516
  64. جعفریان، «خاطره‌ای خواندنی درباره دستگیری آیت‌الله خویی در انتفاضه شعبانیه ۱۹۹۱»., khabaronline.ir saytı (farsca)
  65. Ənsari Qummi, "Nucume ümmət - Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, s.95
  66. İslami, Ğrube xorşide fəqahət, h.ş 1372, s.42
  67. Yadname Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, h.ş 1372, s.117-118
  68. Yadname Həzrət Ayətullahul-üzma Seyyid Əbül-Qasim Xoyi, h.ş 1372, s.119-212
  69. مستند آیت‌الله روی پرده می‌رود. خبرگزاری ابنا. مرور شده در ۱۷ مرداد ۱۳۹۹, Abna saytı (farsca)

Ədəbiyyat

  • Ağa Bozorq Tehrani, Əz-Zəriyətu ila təsanifiş-şiə, Beyrut, h.q 1403
  • Ağa Bozorq Tehrani, Təbəqatu əlamiş-şiə, Məşhəd, Darul-Mürtəza lin-nəşri, h.q 1404
  • İslami, Ğulam Rza, Xorşide fəqahət, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1372
  • Əmini, Muhəmməd Hadi, Mucəmu ricalil-fikr vəl-ədəb fin-Nəcəf, Nəcəf, h.q 1384
  • Ənsari, Mürtəza, Zendeqani və şəxsiyyəte Şeyx Ənsari, Qum, Şeyx Ənsarinin anadan olmasının 200-cü ildönümünə həsr olunmuş konqres, h.ş 1373
  • Ənsari Qummi, Nasirəddin, Nucume ümmət: Həzrət Ayətullahul-üzma Xoyi, Dər məcəlle nure elm, n.11, h.ş 1371
  • Pir Çərağ, Muhəmməd Rza, "Ayətullah Xoyi vəl-bəyan", n.24, h.ş 1390
  • Piri Səbzəvari, Hüseyn, "Həzrət Ayətullahul-üzma Xoyi; Quranşenase bozorqe muasir, h.ş 1381
  • Cəfəriyan, Rəsul, Təşəyyö dər İraq: Mərcəiyyət və İran, Tehran, h.ş 1386
  • Xaterate Ayətullah Seyyid Abbas Xatəm Yəzdi, Tehran, h.ş 1380
  • Xoyi, Əbül-Qasim, Mucəmu Ricalil-hədis, Qum, Mərkəxu nəşris-səqafətil-İslamiyyə, h.ş 1372
  • Rəiszadə, Muhəmməd, "Xoyi, Əbül-Qasim" Dər daneşname cəhane İslam, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1375
  • Sübhani Təbrizi, Cəfər, Mərcəiyət dər şiə, Dər mahname məktəbe İslam, h.ş 1371
  • Şakiri, Hüseyn, Əl-İmamus-Seyyidil-Xoyi və Zikriyyat, h.q 1414
  • Şərif, Seyyid Səid, Təlamizətul-İmamil-Xoi, n.17, h.q 1414
  • Şərif Razi, Muhəmməd, Qoncine daneşməndan, Tehran, Ketabfuruşi İslamiyyə, h.ş 1354
  • Səğir, Muhəmməd, Əsatinul-mərcəiyyətil-ulya fin-Nəcəfil-Əşrəf, Beyrut, h.q 1424
  • Qorci, Əbel-Qasim, Tarixe fiqh və füqəha, Qum, h.ş 1381
  • Haşimiyanfər, Seyyid Həsən, Quneşenasi rəftare siyasi mərace təqlide şiə, Tehran, Daneşqahe İmam Sadiq (ə), h.ş 1390
  • Zahir, Yaqub, Məsirətul-İmamis-Seyyid Musa Əs-Sədr, Beyrut, m. 2000
  • پدر از لسان فرزند/ گفت و گوی خواندنی با فرزند حضرت آیت‌الله العظمی خویی, shafaqna.com saytı
  • Cəfəriyan, Rəsul, خاطره‌ای خواندنی درباره دستگیری آیت‌الله خویی در انتفاضه شعبانیه ۱۹۹۱, khabaronline.ir saytı
  • دخالت آخوند خراسانی در مشروطه متعارف نبود, faridmod.blogfa.com saytı
  • دیدار پرماجرا و روایت‌های متفاوت, Didare pormacəra və rəvayəthaye mutafaved
  • معرفی آیت‌الله سید ابوالقاسم موسوی خویی, mosavikhoyi.blogfa.com (farsca)

Xarici keçid